Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-129/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X2rşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X2rşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdehn İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X5 İnsan Resursları Departamentinin İnsan Resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrasının ona həvalə edilməsinə dair xx.xx.2021-ci il tarixli, 01-93 nömrəli, xx.xx.2021-ci il tarixli, 02-044/h nömrəli və xx.xx.2021-ci il tarixli, 02-085/h nömrəli əmrlərə əsasən ona ödənilməli olan 9 aylıq əmək haqlarının gecikdirildiyinə görə qanunvericiliyin tələbinə əsasən hər gecikdirilmiş günə görə bir faiz hesablanmaqla ümumilikdə 34.328,25 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 22 yanvar 2020-ci il ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X5 İnsan Resursları Departamentinin İnsan Resurslarının idarə olunması şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışmışdır. 2021-ci ilin yanvar ayında idarə heyəti tərəfindən ona öz vəzifəsinin icrası ilə yanaşı həmin şöbənin müdiri vəzifəsinin səlahiyyətlərinin icrası təklif olunmuş və iddiaçı bu sahədə yetəri qədər biliyə və təcrübəyə malik olduğu üçün təklifi qəbul etmiş və «TƏBİB»-in idarə heyətinin xx.xx.2021-ci il tarixli, 01-93 nömrəli əmri ilə 3 ay müddətinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X5 İnsan Resursları Departamentinin İnsan Resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası ona həvalə edilmişdir. Həm əmək müqaviləsi üzrə öhdəliyini, həm də həvalə edilmiş vəzifəni lazımınca icra etdiyi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X5 İnsan Resursları Departamentinin İnsan Resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası xx.xx.2021-ci il tarixli 02- 044/h əmri ilə öncə daha 3 ay, bundan sonra isə xx.xx.2021-ci il tarixli, 02-085/h əmri ilə növbəti 3 ay uzadılmışdır. Lakin həvalə olunmuş vəzifənin əmək haqqı iddiaçıya ödənilməmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X5 çalışdığı müddət ərzində dəfələrlə bu barədə məsələ qaldırmaq istəyərkən ona sakit olmağı, özünü doğruldacağı halda həmin vəzifəyə təyin olunacağını deməklə onu aldatmışlar. Bu minvalla iddiaçı 2022-ci ilin aprel ayınadək dözmüş və görmüşdür ki, ona verilən vədlər söz yığımından başqa şey deyil. Bu aralarda da, daha perspektivli bir iş təklifi aldığı üçün ərizə ilə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli, PHŞ/1.1-3.1-2022-146 saylı əmrə əsasən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir. Ona yenə də humanistlik göstərib şifahi qaydada müraciət edərək, onun son haqq hesab olunarkən əsas vəzifə üzrə ödəniləcək məbləğlə yanaşı həvalə olunmuş vəzifənin də əmək haqqısını və qanunvericiliyə əsasən hər gün üçün bir faiz olmaqla ona hesablanmış faiz məbləği ilə birlikdə ona ödənilməsini xahiş etmişdir. X7 Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X1 əsas vəzifəsi üzrə son ayda işləmədiyi günlərin əmək haqqını ödəsə də, həvalə olunmuş vəzifənin qanunla müəyyən edilmiş qaydada əmək haqqının və faiz məbləği ödənilməmişdir. 2 saylı mediasiya təşkilatına müraciət etmiş, aparılan mediasiya sessiyası zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdehn nümayəndəsi ona həvalə edilmiş vəzifə üzrə ödənilməli olan əmək haqqının ödənilmədiyini etiraf etmiş və ödənilməsi üçün vaxt istəmişdir. Lakin yenə «TƏBİB» bildiyini etmiş və xx.xx.2022-ci il tarixdə 9 ay üçün ona ödənilməli 9.405,86 manat məbləğində olan əsas əmək haqqını ödəsələr də, həmin məbləğin gec ödənildiyinə görə qanunla nəzərdə tutulan hər günə bir faiz məbləği ödənilməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə keçirilən mediasiya sessiyası zamanı «TƏBİB»-in nümayəndəsi faiz məbləğinin ödəməli olmadığını bildirdiyinə görə mediasiya təşkilatında məsələ öz əksini tapmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın əsaslı olduğundan təmin edilməsini və məhkəmənin sübutlara qiymət verərkən cavabdehin nümayəndəsi tərəfindən verilmiş müddətin tətbiq olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi, əvvəlki məhkəmə iclasında təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəni müdafiə edərək, izahatında bildirdi ki, iddianı əsassız hesab edir, iddianı qəbul etmir. İddia tələbinin hüquqi əsası yoxdur. İddia tələbində hüquqi əsas kimi qeyd olunan Əmək Məcəlləsinin 172.5-ci və 195 «d» maddələrinin tələbləri işin faktiki hallarına tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa,hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunun yuxarıda qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi, bu halın fərdi əmək mübahisəsi yaratmaması ilə şərtləndirilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, iddiaçıya xx.xx.2021-ci il tarixdən insan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası həvalə edilmişdir. Həmin vəzifəyə görə əmək haqqının ödənilməməsindən, iddiaçı 2021-ci ilin yanvar ayının sonunda tam məlumatlı olmuş, lakin ona əmək haqqının ödənilməməsini 1 təqvim ayı ərzində mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Eyni zamanda əmək mübahisələri ilə bağlı tələblər üzrə Əmək qanunvericilində xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. İşəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. İddiaçı ilə TƏBİB arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə iddiaçının təşəbbüsü ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci jnaddəsinin 2-ci hissəsinin «a» bəndi ilə xitam verilmişdir. İddiaçı işəgötürən tərəfindən hüququnun pozulduğunu bildirsə də, əmək hüququnun pozulmasının nədə ifadə olunmasını, eləcə də hüququnun pozulmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış və işçiyə bu barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır. İddiaçı əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, əksinə son haqq-hesab ödənişlərini qəbul edərək, bununla razılaşmış, əmək haqqının gecikdirilməsinə görə bir faiz məbləğin ödənilməsini qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. Qeyd olunanlarla yanaşı bu halın mövcud olduğu halda belə, iddiaçının hüquqlarının pozulmasına dair müvafiq qaydada həmin dövrdə şikayət etmək hüququndan istifadə etmədiyi halda, işdən azad olunandan sonra belə bir əsassız dəlil irəli sürməsi anlaşılan və ağlabatan deyildir. Beləliklə, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanmadığından, iddiaçı əmək haqqının gecikdirilməsinə görə bir faiz məbləğin ödənilməsini tələb etməkdə də haqlı deyildir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin onuda qeyd edim ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hesab edirəm ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası həvalə edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, əmək haqqının «vaxtında ödənilməməsi» onun həyatında ciddi maddi problemlərin yaranmasına səbəb olmuşdursa, işçi ona ödənilən əmək haqqının məbləğindən xəbərsiz ola bilməzdi. Həmin vəzifəyə görə əmək haqqının ödənilməməsindən, iddiaçı 2021-ci ilin yanvar ayının sonunda tam məlumatlı olmuş, lakin ona əmək haqqının ödənilməməsini əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində mübahisələndirməmişdir. Bu səbəbdən iddia müddəti tətbiq olunaraq, iddia tələbi təmin edilməməlidir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinə müddət tətbiq olunmaqla, İddiaçı TƏBİB-ə qarşı «əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi» iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, - 22 yanvar 2020-ci il tarixli 09 saylı əmrə əsasən İddiaçı 22 yanvar 2020-ci il tarixdən TƏBİB-in İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. - 22 yanvar 2020-ci il tarixli əmək müqaviləsinə 1 saylı əlavədən göründüyü kimi, əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı məzmunda verilmişdir: «İşçiyə hər ay 1.784 manat 24 qəpik məbləğində əmək haqqı ödənilir». - 08 yanvar 2021-ci il tarixli 01-93 saylı əmrə əsasən TƏBİB-in İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin baş mütəxəssisi İddiaçı 08 yanvar 2021-ci il tarixdən həmin şöbənin müdiri vəzifəsinin icrası həvalə edilmişdir. - 01-25 saylı əmək müqaviləsinə 29 yanvar 2021-ci il tarixli 3 saylı əlavədən görünür ki, əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı məzmunda verilmişdir: «İşçiyə hər ay 1.828 manat 57 qəpik məbləğində əmək haqqı ödənilir». - 12 aprel 2021-ci il tarixli 02-044/h saylı əmrə əsasən TƏBİB-in İnsan resursları departamentinin İnsan resurslarının idarə olunması şöbəsinin baş mütəxəssisi İddiaçı 12 aprel 2021-ci il tarixdən 3 ay müddətinə həmin şöbənin müdiri vəzifəsinin icrası həvalə edilmişdir. Əmrlə bağlı maliyyə məsələlərinin icrası Maliyyə departamentinin büdcə hesablamaları, qiymətləndirmə və təhlil şöbəsinin müdirinə tapşırılmışdır. - 01-25 saylı əmək müqaviləsinə 12 iyul 2021-ci il tarixli 4 saylı əlavədən görünür ki, əmək müqaviləsinin 4.1-ci bəndi aşağıdakı məzmunda verilmişdir: «İşçiyə hər ay 2.449 manat 69 qəpik məbləğində əmək haqqı ödənilir». - 17 iyul 2021-ci il tarixli 02-085/h saylı əmrə əsasən TƏBİB-in İnsan resursları departamentinin İnsan kapitalının inkişafı şöbəsinin koordinatoru İddiaçı 17 iyul 2021-ci il tarixdən 3 ay müddətinə İnsan resursları departamentinin idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası həvalə edilmişdir. Əmrlə bağlı maliyyə məsələlərinin icrası Maliyyə departamentinin rəhbərinə tapşırılmışdır. - 01-25 saylı əmək müqaviləsinə 18 yanvar 2022-ci il tarixli 5 saylı əlavədən görünür ki, əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı məzmunda verilmişdir: «İşçi TƏBİB-in İnsan resursları departamentinin Kadrlar şöbəsinin koordinatoru vəzifəsinə əsas iş yeri üzrə keçirilir». - 01-25 saylı əmək müqaviləsinə 25 yanvar 2022-ci il tarixli 6 saylı əlavədən görünür ki, əmək müqaviləsinin 2.2-ci bəndi aşağıdakı məzmunda verilmişdir: «Bu Əmək müqaviləsinin müddəti tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixədək 3 ay müddətinə uzadılmışdır». - 21 aprel 2022-ci il tarixli PHŞ/1.1-3.1-2022-146 saylı əmrə əsasən TƏBİB-in İnsan resursları departamentinin Kadrlar şöbəsinin koordinatoru İddiaçı 25 aprel 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 22 yanvar 2020-ci il tarixli 01-25 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. İşçiyə xx.xx.2021-xx.xx.2022-ci iş ili üzrə 30 gün, xx.xx.2022-xx.xx.2023-cü iş ili üzrə 8 gün, cəmi 38 gün əsas əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi barədə göstəriş verilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 27 may 2022-ci il tarixli MŞB/2-00841 saylı arayışdan görünür ki, tərəflərin nümayəndələri 27 may 2022-ci il tarixdə saat 16:30-17:30-da ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçının nümayəndəsi tərəfindən 50 manat mediasiya xərci və 9 manat poçt xərci ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2023-cü il tarixli 9/9329 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatları nəzərə alaraq, İddiaçı 2021-ci ilin yanvar ayından, 2021-ci ilin oktyabr ayınadək ümumilikdə 9.405 manat 86 qəpik məbləğində əmək haqqının gecikdirildiyi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının 1 faizinin ümumi məbləği 12.107 manat 19 qəpik təşkil etdiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli 9/2442 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarından və tərtib edilmiş cədvəldən göründüyü kimi, İddiaçı barəsində çıxarılmış xx.xx.2021-ci il tarixli 01-93 nömrəli, xx.xx.2021-ci il tarixli 02-044/h nömrəli və xx.xx.2021-ci il tarixli 02-085H nömrəli əmrlərə əsasən, Niyazi Əsgərova xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmrdə göstərilən müddətlər, tarixlər və ödənilməli olan əmək haqqının ödənildiyi gün nəzərə alınmaqla ödənilməli olan 9.405,86 manat əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş günü üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ümumilikdə ödəniş məbləği 30.633 manat 16 qəpik təşkil etdiyi müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 7-ci maddəsinin 2-ci bəndinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. - 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. -172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. -172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirldikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddəyə olan qeyddən görünür ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. İddiaçı onun son haqq hesab olunarkən əsas vəzifə üzrə ödəniləcək məbləğlə yanaşı həvalə olunmuş vəzifənin də əmək haqqısını və qanunvericiliyə əsasən hər gün üçün bir faiz olmaqla ona hesablanmış faiz məbləği ilə birlikdə ona ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya etirazın əsası kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmasına, müvafiq əmrin imzalanmasına və işçiyə bu barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmasına, iddiaçının əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməməsinə, əksinə son haqq-hesab ödənişlərini qəbul edərək, bununla razılaşmasına, əmək haqqının gecikdirilməsinə görə bir faiz məbləğin ödənilməsini qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməməsinə, iddiaçının 2021-ci ilin yanvar ayının sonunda tam məlumatlı olmasına, lakin ona əmək haqqının ödənilməməsinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində mübahisələndirmədiyi üçün iddia müddəti tətbiq olunaraq, iddia tələbinin təmin edilməməli olmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin mübahisəsiz hallarından görünür ki, 2021-ci ilin yanvar ayında idarə heyəti tərəfindən iddiaçıya öz vəzifəsinin icrası ilə yanaşı həmin şöbənin müdiri vəzifəsinin səlahiyyətlərinin icrası təklif olunmş və «TƏBİB»-in idarə heyətinin xx.xx.2021-ci il tarixli, 01-93 nömrəli əmri ilə 3 ay müddətinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X5 İnsan Resursları Departamentinin İnsan Resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası ona həvalə edilmişdir. Hər iki vəzifə üzrə öhdəliyini lazımınca icra etdiyi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh X5 İnsan Resursları Departamentinin İnsan Resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinin icrası xx.xx.2021-ci il tarixli 02-044/h əmri ilə öncə daha 3 ay, bundan sonra isə xx.xx.2021-ci il tarixli 02-085/h əmri ilə növbəti 3 ay uzadılmışdır. İddiaçı ona həvalə olunmuş vəzifənin əmək haqqı ona ödənilməməsini iddia etsə də, cavabdeh bu faktı təkzib etməsə də, inkar da etməmiş, sadəcə iddiaya etirazın əsası kimi yalnız onun xx.xx.2021-ci il tarixdən İnsan resurslarının idarə olunması şöbəsinin müdiri vəzifəsinə görə əmək haqqının ödənilməməsindən, 2021-ci ilin yanvar ayının sonunda tam məlumatlı olması, lakin ona əmək haqqının ödənilməməsini əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində mübahisələndirməməsinə əsaslanmaqla iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin təmin edilməməli olmasına istinad etmişdir. İş materiallarından görünür ki, hazırki iş üzrə qanunvericiliyin tələbinə əsasən aparılan mediasiya sessiyası zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdehn nümayəndəsi ona həvalə edilmiş vəzifə üzrə ödənilməli olan əmək haqqının ödənilmədiyini etiraf etmiş və xx.xx.2022-ci il tarixdə 9 ay üçün ona ödənilməli 9405.86 manat məbləğində olan əsas əmək haqqını ödəmişlər. Məhkəmə hesab edir ki, qeyd edilən halın mövcudluğu iddia axımının kəsilməsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göstərilən işin halları baxımından iddiaçı tərəfindən iddia müddəti buraxılmadığı üçün məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 9405,86 manat məbləğində əmək haqqının ödənilməsinə baxmayaraq, bu əmək haqqının gecikdirilməklə verilməsi barədə iddiaçı tərəfin dəlillərini əsaslı sayır və hesab edir ki, sözügedən əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş günü üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində verilməli olan ümumilikdə ödəniş məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli 9/2442 saylı rəyinə uyğun müəyyən edilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, eləcə də araşdırılmış halları və qeyd edilən prosessual normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli 9/2442 saylı rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Göründüyü kimi, iddiaçının ona ödənilməli olan 9 aylıq əmək haqqının gecikdirildiyinə görə qanunvericiliyin tələbinə əsasən hər gecikdirilmiş günə görə bir faiz hesablanmasına dair iddia tələbi qismən əsaslıdır və məhkəmə 30.633 manat 16 qəpik pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, gecikdirilmiş əmək haqqının hər günü üçün 1 faiz olmaqla hesablanmış 30.633 manat 16 qəpik pul vəsaiti Cavabdeh X3 İddiaçı xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gecikdirilmiş əmək haqqının hər günü üçün 1 faiz olmaqla hesablanmış 30.633 manat 16 qəpik pul vəsaiti Cavabdeh X3 İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-129/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-129/2023
07.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver