Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1309/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təhsil xərclərində iştirak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “təhsil xərclərində iştirak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olan 30 iyun 2016-cı il təvəllüdlü X2 “Hədəf Liseyində” təhsilinə ödənilmiş pulun yarısını, yəni uşağın məktəbəqədər təhsil haqqına 2000 (iki min) manat məbləğində, ibtidai (orta) təhsilin verilməsinə görə müqaviləyə əsasən (uşağın orada 1-ci sinifdə oxumağına görə) 3350 (üç min üç yüz əlli) manat məbləğində, Hədəf liseyində ödənişli dərnəkdə təhsil almağına xərclənmiş 75 (yetmiş beş) manat, ümumilikdə 5425 (beş min dörd yüz iyirmi beş) manat məbləğində pulun və cavabdehin ilkin mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyinə görə ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2018-ci il tarixində Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 30 iyun 2016-cı il təvəllüdlü X1 üçün cavabdeh tərəfindən heç bir maddi köməklik göstərilməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qətnamələri üzrə aliment məbləğinin artırılması məhkəmə qətnaməsi ilə təmin edilmişdir. 30 iyun 2016-cı il təvəllüdlü X4 “Hədəf Liseyində” ilkin olaraq məktəbəqədər təhsil almış, sonradan isə həmin liseyin 1-ci sinfinin “İngilis bölməsində” təhsil almışdır. Hədəf liseyi özəl lisey olmaqla pullu əsaslar əsasında fəaliyyət göstərir. Hər iki halda uşağın təhsilinin ödənişini iddiaçı özü etmişdir. Uşağın özəl liseydə təhsil alması müqabilində ödənişləri iddiaçının etməsinə baxmayaraq, cavabdeh iddiaçıya qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq, uşağı “baxımsız” adlandırmışdır. Halbuki, uşağa kim tərəfindən və nə cür baxıldığını aşkar şəkildə görmək olar. Uşağın hər bir tələbatını iddiaçı ödədiyi halda, cavabdeh dən aliment yalnız məhkəmə qaydasında tutulmuşdur. Çünki cavabdeh alimenti ödəməkdən də bacardığı qədər yayınır. İddiaçı Hədəf Liseyi ilə aralarında bağlanmış 19 avqust 2021-ci il tarixli müqaviləyə əsasən X3 məktəbəqədər təhsilin verilməsinə görə A-303 nömrəli hesaba fakturaya əsasən ümumilikdə 4000 (dörd min) manat, ibtidai (orta) təhsilin verilməsinə görə A-492 nömrəli hesaba fakturaya əsasən ümumilikdə 6700 (altı min yeddi yüz) manat məbləğində ödənişlər etmişdir. Bundan başqa, iddiaçı “Hədəf liseyində” əlavə ödənişli əsaslarla “Robotexnika” dərnəyində dərslərin keçirilməsinə əlavə olaraq ayda 50 (əlli) manat olmaqla ödənişlər etmişdir. Odur ki, iddiaçı məktəbin və uşağın bütün ehtiyaclarını ödəyir, cavabdeh isə müftə, hər yanda gəzib özünün ödədiyini deyir. Məktəbə gedib hədə-qorxular gələrək, özü ödədiyini deyib məlumatlar tələb edirmiş. Halbuki, iddiaçı hal-hazırda aliment borclarını belə cavabdehdən ala bilmir. Cavabdeh Abşeron Məhkəməsinə müraciət edərək, iddia ərizəsində iddiaçını və ailəsini ləkələyərək uşağın baxımsız olduğunu iddia edirdi. Uşağa isə nə cür baxıldığı göz qabağındadır. Cavabdeh bu xərclərdə heç bir şəkildə iştirak etmədiyi halda, hər yanda “mən onları saxlayıram”, “məktəbi mən ödəyirəm”, “nəsillərini mən saxlayıram”, “nəslinin internet pulunu mən ödəyirəm” deyə yersiz ifadələrlə iddiaçını və ailəsini təhqir etməkdədir. Cavabdeh Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində “uşağın bütün ehtiyaclarını ödəməyə hazır olduğunu və uşağın icbari orta təhsilinə görə də onun himayəsinə rəsmi olaraq verilməsinin zəruriliyini” qeyd etmiş, iddiaçının uşağa pis baxdığını iddia edərək, uşağın iddiaçıdan alınıb ona verilməsini xəyal etmişdir. Halbuki, nə cavabdeh ona kəsilən aliment borclarını, nə də uşağın məktəb və digər ehtiyaclarını qarşılamadan, bütün öz qohumları, iddiaçının qohumlarına və bütün ətrafında olan insanlara olmazın yalan və böhtan xarakterli şayiələrini yayaraq uşağın özəl liseydə oxuduğunun onun sayəsində olduğu şayələrini yaymaqdadır. Habelə, cavabdehin doğma xalası iddiaçıya bu haqda demişdir. Lakin sənədlərdən də göründüyü kimi, bütün ödənişləri iddiaçı özü etmişdir. Ümumiyyətlə, uşağın hər qayğısını və tələbatını iddiaçı və ailəsi, yəni Əliyevlər ailəsi ödəyir. Cavabdeh isə yalnız yalan danışaraq, iftira xarakterli şayiələr yaymaqdadır. Belə ki, iddiaçı artıq aylardır ki, Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə ərizə yazıb cavabdehin aliment borcunun ona ödənilməsini tələb etsə də, həmin şöbənin icra məmuru Ramin Quliyev hər cür min bir bəhanə ilə borcunu ödəməkdən yayınmasına cavabdehə kömək etməkdədir. İlk olaraq iş uzadılmasından ötrü Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə yönləndirilmişdir, hazırda isə işin baxılması iddiaçının şikayəti əsasında Ədliyyə Nazirliyinin və İcra Baş İdarəsinin icraatındadır. Bundan başqa, cavabdeh iddia ərizəsində bir başqa böhtanla iddiaçının uşağı atıb, İsveçin Malmö şəhərinə getdiyini, hal-hazırda isə Azərbaycan Respublikasından kənarda olduğunu və uşağı burada nəzarətsiz qaldığını, övladının hazırda digər qohumları ilə baxımsız şəraitdə yaşadığını, öz övladını məhkəmə qaydasında himayəsinə götürərək valideyn kimi onun qayğısına qalmaq niyyətində olduğunu, hazırda 30 iyun 2016-cı il təvəllüdlü X2 formal olaraq iddiaçının yanında, faktiki olaraq isə nəzarətsiz və valideyn himayəsindən və qayğısından mərhum olduğunu bildirərək iddia qaldırmışdır. “Qayğıkeş ata” ümumiyyətlə qayğı, nəvaziş, ata, valideyn olmaq, baxımsız və ya baxımlı olmaq ifadələrini düzgün interpretasiya etmir, ümumiyyətlə bu terminləri anlamır. Belə ki, iddiaçı cavabdehin faktiki çəkilmiş əlavə xərclərdə iştirak etməsindən ötrü qanuna uyğun olaraq Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddianı müdafiə edib bildirdi ki, cavabdehin məhkəməyə gəlib iddiaya münasibət bildirməsi zəruridir. İddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan içə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında AZ-İİİ seriyalı 811353 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. "xxxx" MMC (Təhsil verən) ilə İddiaçı (Təhsilalanın valideyn və ya qanuni nümayəndəsi) arasında bağlanmış məktəbəqədər təhsilin verilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, təhsilverən təhsilalanın məktəbə hazırlanmasını həyata keçirir, təhsilalanın valideyni (və ya qanuni nümayəndəsi) isə 4000 manat məbləğində illik təhsil haqqını təhsilverənə ödəməyi öz öhdəsinə götürür. "xxxx" MMC (Təhsil verən) ilə İddiaçı (Təhsilalanın valideyn və ya qanuni nümayəndəsi) arasında bağlanmış ibtidai (orta) təhsilin verilməsinə dair 12 may 2022-ci il tarixli müqavilədən görünür ki, təhsilverən təhsilalanın ümumi təhsil almasına şərait yaradır, təhsilalanın valideyni (və ya qanuni nümayəndəsi) isə 7500 manat məbləğində illik təhsil haqqını təhsilverənə ödəməyi öz öhdəsinə götürür. Kassa mədaxil orderinin xx.xx.2022-ci, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli qəbzlərindən görünür ki, Əzizova İzzətxanım tərəfindən “robotexnika (dərnək ödənişi)” təyinatı ilə hər dəfə 50 manat olmaqla, cəmi 150 manat məbləğində pul "xxxx" MMC-yə ödənilmişdir. xx.xx.2021-ci il tarixli, A-303 nömrəli; xx.xx.2022-ci il tarixli, A-492 nömrəli hesabfakturalardan görünür ki: - İddiaçı tərəfindən məktəbəqədər təhsilin xx.xx.2021-ci il tarixli təşkil müqaviləsinə əsasən (X4) 10 ay müddətində hər ay 400 manat olmaqla, cəmi 4000 manat məbləğində; - İddiaçı tərəfindən təhsilin xx.xx.2022-ci il tarixli təşkil müqaviləsinə əsasən (X4) 6 ay müddətində hər ay 1000 manat, 7-ci ay isə 700 manat olmaqla, cəmi 6700 manat məbləğində pulun "xxxx" MMC-yə ödənilməsi müəyyənləşdirilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli HL seriyalı 114 nömrəli arayışından görünür ki, X4 2021-2022-ci tədris ilində “Balabilgə” uşaq bağçasının məktəbəqədər ingilis bölməsində, 2022- 2023-cü il tədris ilində isə "xxxx"nin 1-ci sinif ingilis bölməsində təhsil almışdır. İddiaçı Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsindən görünür ki, o, Abşeron RİH Qəyyumluq və Himayəçilik Komissiyasını üçüncü şəxs qismində cəlb etməklə xx.xx.2016-cı il təvəllüdlü X2 cavabdeh İddiaçı (yanında saxlanılan şəxslərdən) alınaraq ona verilməsi və uşağın onun yanında qalması (himayəsinə verilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/11/2023-02011 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi Qanuni nümayəndə 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərcini ödəmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı 11 saylı Mediasiya Təşkilatının hesabına 60 manat məbləğində pul mədaxil edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından anadan olan 30 iyun 2016-cı il təvəllüdlü X4 qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçının yanında saxlanılmışdır, onun saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını müəyyən edən icra sənədi isə müvafiq icra şöbəsinin icraatındadır (“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən). Cavabdeh iddiaçıya qarşı “uşaq” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, uşağın bütün xərclərini çəkməyə hazır olduğunu bildirdiyindən, iddiaçı uşağın təhsili üçün xərclədiyi pulun yarısını ödəmək məsələsi ilə bağlı razılıq əldə edilməsi məqsədilə aidiyyəti mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı cavabdehlə birgə nikahlarından olan uşaqlarının özəl liseydə məktəbəqədər və ümumi orta təhsil alması üçün ödədiyi pulun yarısını, məktəbəqədər təhsil haqqına görə 2000 manat, ibtidai (orta) təhsilin verilməsinə görə (uşağın orada 1-ci sinifdə oxumağına görə) 3350 manat, liseydə ödənişli dərnəkdə təhsil almağına xərclədiyi 75 manat olmaqla, cəmi 5425 manat məbləğində pulun, həmçinin, məhkəmə xərclərinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə keçirilmiş heç bir məhkəmə iclasında iştirak etməmiş, Abşeron Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində uşağın bütün xərclərini çəkməyə hazır olduğunu bildirsə də, hazırki iddia tələbi üzrə heç bir etiraf edici hərəkət etməmiş, məhkəmə iclaslarında iştirak etməkdən də boyun qaçırmışdır. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə yanında uşaq saxlanılmış valideynin – iddiaçının öz seçiminə əsasən uşağının pulsuz icbari ümumi orta təhsil təmin edilən dövlət məktəbində deyil, özəl liseylə müqavilə bağlayaraq, illik təhsil haqqı ödəyərək həmin liseydə təhsil almasına şərait yaratsa da, ailə qanunvericiliyi ilə cavabdehin iddiaçı tərəfindən edilmiş məhz həmin ödənişlərdə məcburi iştirakı nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, cavabdeh Abşeron Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində uşağın bütün xərclərini çəkməyə hazır olduğunu bildirməsinə baxmayaraq, hazırki iddia tələbi üzrə heç bir etiraf edici hərəkət etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhz həmin iddia ərizəsində qeyd edilmiş ifadəyə əsaslanaraq, hazırki iddia tələbi təmin edilə bilməz. Beləliklə, hazırki işin faktiki halları valideynlərin əlavə xərclərdə iştirakı ilə bağlı ailə qanunvericiliyi ilə müəyyən edilmiş hallara aid edilmədiyindən məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilməməlidir. Belə ki, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində qeyd edilmişdir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-81.2-ci maddələrinin tələbinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki: Təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Təhsil üçün çəkilən xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid edilmir və bu normaya istinadən əlavə xərc kimi təhsil üçün çəkilmiş xərcin digər valideyndən tələb edilməsi əsassızdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin edilir, uzlaşmırsa, rədd edilir. Bu halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “təhsil xərclərində iştirak” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Müki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “təhsil xərclərində iştirak” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1309/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1309/2024
27.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver