Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-134/2025 30.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X22 qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı işə buraxılmadığı dövrdə ödənilməmiş 35000 (otuz beş min) manat məbləğində pulun cаvabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1994-cü ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. O, xx.xx.2016-cı ildən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əmək münasibətlərinə daxil olmuş və həmin qurumda Qərb RETSİ-nin X7 rəis vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu ildən isə Qərb RETSİ-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı işlədiyi müəssisə və idarələrdə heç bir qayda pozuntusuna yol verməmiş, işinə ciddi yanaşmaqla üzərinə düşən tapşırıq və vəzifələri vaxtlı-vaxtında yerinə yetirmişdir. İşlədiyi müddətdə işində hər hansı nöqsan və ya qüsur olması barədə rəhbərlik tərəfindən ona heç bir irad tutulmamışdır. Əksinə Cəmiyyətin infrastruktur inkişafındakı xidmətlərinə görə rəhbərlik tərəfindən fəxri fərmanlarla, həmişə əmək haqqından əlavə pul mükafatları ilə də təltif edilmişdir. Son vaxtlar işləyərkən səhhətində yaranmış problemlə bağlı məzuniyyətə buraxılmış, sonra da müalicələrinə davam etmiş və tam olaraq səhhəti bərpa olunduğu üçün rəsmi ərizədə "xxxx" ASC-nin Qərb RHSİ-nin rəisi Elmar Mahmudova müraciət etmişdir. Həmin ərizəsində səhhətinin tam bərpa oldunduğunu və işinə davam etmək istədiyini bildirmiş, bundan sonra da əvvəlki iş yerinə getmişdir, lakin ora gedərkən onun əvəzinə başqa bir işçinin işlədiyini görmüşdür. Oradan ona bildirmişlər ki, artıq onun səlahiyyətlərini başqa bir şəxs icra edir, burada onun işləməyinə yer yoxdur. Ona görə də o, məcbur olub oradan geri qayıtmış və bundan sonra ikinci ərizə ilə müraciət etmiş, həmin ərizə ilə xahişi ondan ibarət olmuşdur ki, uzun müddət müalicə olunduqdan sonra iş qabiliyyəti tam bərpa olunub və xx.xx.2021-ci il tarixdən Göygöl EŞ-nin rəis kimi vəzifə fəaliyyətinə başlamaq üçün lazımi köməklik göstərməyini xahiş etmişdir. Buna baxmayaraq bu haqda heç bir tədbir görülməmişdir. Ona görə də bir daha xahiş edir ki, bu məsələnin həllinin tapması üçün lazimi tədbirlər görülməsinə köməklik istəyir. İkinci müraciətindən sonra Elmar Mahmudov xx.xx.2021-ci il tarixli, 1/366 saylı məktubla cavab vermişdir ki, onun "xxxx" ASC-nin təsis etdiyi Qərb RETSİ-nin rəhbərliyinə ünvanladığı eyni məzmunlu müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar o, Qərb RETSİ-yə dəvət olunmuşdur. Şəmkir rayonunda yaşadığını, Göygöl rayonu yaşadığı yer ilə bir-birindən aralı olduğunu, həmçinin səhhətilə bağlı ona X3 aparıcı mühəndis vəzifəsində işləmək təklif olunmuşdur. Göründüyü kimi o "xxxx" ASC tərəfindən işindən azad edilmiş, buna görə də onu işinə buraxmırlar, eyni zamanda başqa bir aşağı vəzifədə işləməyi təklif etmişlər. Lakin bu günə qədər ona hər hansısa bir əmr verilməmişdir ki, bilər ki, işdən azad edilməyinin səbəbi nədir və buna görə də tam əsaslandırılmış ərizə ilə aidiyyatı üzrə məhkəməyə müraciət edir. Nə də ki, onun əmək kitabçasını verməmişlər. Ona görə də ona verilmiş cavab məktubu üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əvvəlki işə bərpa edilmə və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" ASCnin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6579/2021 saylı 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞnin rəisi vəzifəsinə bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra, qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-2477/2022 saylı 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC yə qarşı “əvvəlki işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(006)-6579/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(006)-6579/2021 saylı qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilməsi, İddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi kimi əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılaraq vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq əmək şəraitinin yaradılması vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. Yenidən qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının 2(102)- 4588/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-2477/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sözügedən məhkəmə qərarı qanuni qüvvəsini almış və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən icraya yönəlmişdir. Lakin cavabdeh isə məhkəmə qərarını icra etməkdən yayınmış və əsassız olaraq icra etməmək üçün müxtəlif bəhanələr gətirmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar aidiyyəti üzrə Göygöl rayon İcra Şöbəsi tərəfindən 28 avqust 2023-cü il tarixində maneələrin aradan qaldırılması barədə akt tərtib edilmişdir. Buna baxmayaraq qərar icra olunmamış qalmış və nəhayət çoxsaylı aidiyyəti orqanlara şikayətdən sonra iddiaçı 12 sentyabr 2023-cü il tarixdən Qərb RETSİ üzrə baş mütəxəssis vəzifəsinə keçirilmiş və müəyyən müddət işlədikdən sonra 25 oktyabr 2023-cü il tarixindən öz ərizəsinə əsasən işdən azad edilmişdir. Hazırda isə İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə xitam verilərkən, son haqq-hesab ödənilsə də, cavabdehin təqsiri ucbatından işə buraxılmadığı müddətdə ödənilməmiş əmək haqqını tələb edir. Hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı işə buraxılmadığı dövrdə hesablanmış, lakin ödənilməmiş əmək haqqı 35000 (otuz beş min) manat təşkil edir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı işə buraxılmadığı dövr üzrə, yəni 01 aprel 2021-ci il tarixindən 12 sentyabr 2023-cü il tarixinədək ödənilməmiş əmək haqqının cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qarşı tərəfin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi hazırki mübahisədə tətbiq edilə bilməz, iddiaçı hüquqlarının pozulmasını aşkar etdiyi ilk gündən etibarən hüquqlarının bərpası üçün müraciət etmişdir, əvvəlki məhkəmə qətnaməsində də göstərilmişdir ki, iddiaçıya əmək haqqı hesablanaraq ödənilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. O bildirdi ki, İddiaçı tərəfindən hazırkı mübahisə ilə əlaqədar X4 xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Halbuki, İddiaçı 12 sentyabr 2023-cü il tarixində "xxxx" ASC-nin Qərb RETSİ üzrə baş mütəxəssis vəzifəsinə keçirilmiş, 25 oktyabr 2023-cü il tarixdə öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi əvvəla İddiaçı öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsini bildiyi halda işə buraxılmadığı aylar üzrə əmək haqqının ödənilməsi tələbi ilə qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürməklə mediasiya təşkilatına müraciət etmişdir. Bundan əlavə, iddia ərizəsindən də görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən-xx.xx.2023-cü illər üzrə ödənilməmiş illər üzrə əmək haqqını tələb edir. Azərbaycan Respublikası Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6579/2021 saylı 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞnin rəisi vəzifəsinə bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "Azərişıq” ASC apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-2477/2022 saylı 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əvvəlki işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(006)- 6579/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(006)- 6579/2021 saylı qətnaməsinin iddianın təmin olunan hissəsində dəyişdirilməsi, İddiaçı "xxxx" ASCnin Göygöl rayon EŞ-nin rəisi kimi əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılaraq vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq əmək şəraitinin yaradılması vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. "xxxx" ASC kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102) 4588/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-2477/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icraatında olan qərarın icrası ilə əlaqədar İcra məmuru bildirmişdir ki, İddiaçı işə buraxılmasına "xxxx" ASC tərəfindən hər hansı maneələr törədilmir, İddiaçı özü işə çıxmaqdan imtina edir. Bu səbəbdən icra işi aidiyyəti üzrə Göygöl rayon İcra Şöbəsinə göndərilmiş və Göygöl İcra Şöbəsi tərəfindən də müəyyən edilmişdir ki, İddiaçı işə buraxılması barədə maneələr müəyyən edilməmişdir. Göründüyü kimi, İddiaçı bu müddət ərzində əmək haqqının ödənilməsi barədə hər hansı müraciəti olmamış, lakin xx.xx.2023cü ildə ödənilməmiş əmək haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bu halda da, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il keçdikdən sonra mediasiya təşkilatına müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçıov oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı "əmək mübahisələri ilə əlaqədar pulun tutulması" tələbinə dair iddia müddəti şamil edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddələrinə əsasən məhkəmədən, iddia müddəti keçdiyindən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6579/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qətnamənin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı işdən azad edilmədiyinə görə "xxxx" ASC ona həmin aylar üzrə əmək haqqını məhkəmədənkənar hesablayıb ödəyəcəkdir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir.” Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2477/2022 saylı 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" ASC yə qarşı “əvvəlki işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(006)-6579/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 2(006)-6579/2021 saylı qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilməsi, İddiaçı "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi kimi əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılaraq vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq əmək şəraitinin yaradılması vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4588/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2477/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Qərb RETSİ üzrə baş mütəxəssis vəzifəsinə keçirilmiş, 25 oktyabr 2023-cü il tarixdə öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X9, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzürsüz səbəbdən 2021-ci ilin Aprel ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X9, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzürsüz səbəbdən 2021-ci ilin may ayında cəmi 17 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X9, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzürsüz səbəbdən 2021-ci ilin iyun ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X9, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzürsüz səbəbdən 2021-ci ilin iyul ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X9, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzürsüz səbəbdən 2021-ci ilin avqust ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X9, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzürsüz səbəbdən 2021-ci ilin sentyabr ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X9, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzürsüz səbəbdən 2021-ci ilin oktyabr ayında cəmi 21 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X9, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzürsüz səbəbdən 2021-ci ilin noyabr ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X9, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzürsüz səbəbdən 2021-ci ilin dekabr ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin Yanvar ayında cəmi 18 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin fevral ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin mart ayında cəmi 17 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin aprel ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin may ayında cəmi 18 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin iyun ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin iyul ayında cəmi 19 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin avqust ayında cəmi 23 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin sentyabr ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin oktyabr ayında cəmi 21 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin noyabr ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2022-ci ilin dekabr ayında cəmi 22 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2023-cü ilin Yanvar ayında cəmi 18 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2023-cü ilin Fevral ayında cəmi 20 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2023-cü ilin Mart ayında cəmi 17 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2023-cü ilin Aprel ayında cəmi 18 iş günü ərzində işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2023-cü ilin May ayında cəmi 21 tam iş günü işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2023-cü ilin iyun ayında cəmi 18 tam iş günü işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2023-cü ilin iyul ayında cəmi 21 tam iş günü işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2023-cü ilin Avqust ayında cəmi 23 tam iş günü işdə olmayıb. Qərb RETSİ-nin X5 rəisi vəzifəsini icra edən X11, Baş mühəndis X12 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Qərb RETSİ-nin X5 rəisi İddiaçı, üzrsüz səbəbdən 2023-ci ilin Sentyabr ayının 12-nə kimi işdə olmayıb. Göygöl rayon icra və probasiya şöbəsinin 28 avqust 2023-cü il tarixli aktından görünür ki, icra məmurları X15, X13, tələbkar İddiaçı və Göygöl rayon EŞ-ninn rəisi vəzifəsini müvəqqəti icra edən X11 və baş mühasib X12 "xxxx" ASC-nin Göygöl EŞ-nin rəisi kimi vəzifə səlahiyyətlərini icra edən şəxsin vəzifədən kənarlaşdırılması barədə müvafiq əmr olmadığından bu günki gündə qərarın icrası mümkün olmamışdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, X21 Təchizatı və Satışı İdarəsinin baş mütəxəssisinin əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2023-cü il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş, AR ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (xx.xx.2019-xx.xx.2020-ci iş ilinə görə 20 t/g, xx.xx.2020-xx.xx.2021-ci iş ilinə görə 30 t/g, xx.xx.2021-xx.xx.2022-ci iş ilinə görə 30 t/g, xx.xx.2022-xx.xx.2023-cü iş ilinə görə 30 t/g, xx.xx.2023-xx.xx.2023-cü iş ilinə görə 18 t/g istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqının hesablanması cədvəlindən görünür ki, Qərb RETSİ-nin X8 sabiq baş mütəxəssisi İddiaçı ödənilməli olan məbləğ 5.392,95 manat olaraq müəyyən edilmişdir. İddiaçı məxsus bank hesabından çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 5.392,95 manat ödəniş iddiaçıya ödənilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3278 saylı rəyindən görünür ki, iş materiallarında olan və təqdim edilmiş sənədlər əsasında rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilənləri nəzərə alaraq ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək hesablanmış məzuniyyət və əmək haqqı (son haqq-hesab) məbləği ümumilikdə 6.503,15 manat olmaqla, məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin 5.392,95 manat təşkil etdiyi və qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məbləğin iddiaçının bank hesabına ödənildiyi müəyyən olunur. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir. Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-02434 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasının davam etdirilməsi mümkün olmamış, 50 manat mediasiya rüsumu İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 9-cu maddəsinin d) yarımbəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aiddir. 154-cü maddəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. 158-ci maddəsinin 3-cü hissəsinə əsasən işçinin əmək haqqının miqdarı onun əmək funksiyasının icrasının nəticələri, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsi ilə müəyyən edilir və hər hansı hədlə məhdudlaşdırıla bilməz. 172-ci maddəsinin 1-ci hissəsinə əsasən əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. 173-cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı əmək müqaviləsinə xitam verilmədən cavabdeh qurumda işlədiyi vəzifədən uzaqlaşdırılmış, daha sonra məhkəmə qətnaməsinə əsasən onun işlədiyi vəzifədə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılması və iddiaçının vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq əmək şəraitinin yaradılması vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə iddiaçı həmin qurumda baş mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə isə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı hazırda onun "Azərişıq” ASC tərəfindən işə buraxılmadığı 01 aprel 2021-ci il tarixindən 12 sentyabr 2023-cü il tarixinədək ödənilməmiş 35000 manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmiş, sonradan isə, iddia tələbində dəyişiklik etməklə həmin dövr üzrə ödənilməmiş əmək haqqının ödənilməsini tələb etmişdir. Cavabdeh isə iddiaya etiraz mövqeyində olmuş, eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının iddiasına qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, həm iş materialları, həm də tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmiş, bu müddət ərzində o, əmək funksiyasını icra edə bilməmişdir. Odur ki, iddiaçı ödənilməmiş əmək haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sanki işçinin iş yerində olmamasına dair çoxsaylı aktları ilə bağlı bildirir ki, həmin aktlar mötəbər hesab edilə bilməz. Belə ki, həmin dövrdə işçi öz pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmiş, həmin müddətdə tərəflər arasında məhkəmə mübahisəsi olmuş, nəticə etibarilə işçinin əmək funksiyalarının icrasına manenin aradan qaldırılması işəgötürənə həvalə edilmişdir.Odur ki, işəgötürən tərəfindən birtərəfli qaydada tərtib edilmiş, üstəlikdə məhkəmə mübahisəsi dövrünü əhatə edən aktlar cavabdehin etirazının əsaslı hesab edilməsinə xidmət etmir. Müəyyən edildiyi kimi işçi xx.xx.2021-ci il tarixdən müraciət edərək əmək funksiyalarının icrasına buraxılmasını xahiş etmişdir. Lakin işçinin bu müraciəti təmin edilmədiyindən o, müvafiq tələblə məhkəməyə müraciət etmiş və onun işəgötürən tərəfindən əmək funksiyalarının icrasına törədilən maneələrin aradan qaldırılması və işçinin vəzifəsinin icrasına buraxılmasının işəgötürənə həvalə edilməsi əsaslı hesab edilmişdir. İşçi həmin dövr üçün əmək haqqı tələbi ilə çıxış etmiş, lakin iddia tələbi bu hissədə öz həllini tapmamışdır. İşə baxmış məhkəmə əmək haqqı ödənilməsinin işəgötürənin vəzifəsi olmasına əsaslanaraq əlavə olaraq bu tələbin təmin edilməsinə əsas görməmiş, işçi isə ona həmin dövr üzrə işəgötürən tərəfindən əmək haqqının ödənilməməsi davam etdiyi halda belə bu halı yuxarı instansiya məhkəməsində mübahisələndirməmişdir. Bununla da işçi ona əmək haqqı ödənilməməsi ilə razılaşmışdır. Tərəflər arasında məhkəmə mübahisəsi xx.xx.2022-ci il tarixdə kassasiya instansiyası məhkəməsinin qərarı ilə yekunlaşsa da, xx.xx.2023cü il tarixli aktla məhkəmə qərarının icrasının mümkünsüzlüyü təsbit edilmiş, işçi ərizəsi əsasında digər işə keçirilmiş, sonradan isə öz ərizəsi əsasında işdən azad edilmişdir. Bununla belə işçi işdən azad edildikdən sonra ona sonuncu azad olunduğu vəzifə üzrə son haqq-hesab ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixdə azad olunduğu vəzifə üzrə xx.xx.2021-ci il tarixdən etibarən ödənilməmiş əmək haqqının ona ödənilməsini tələb edir. Qanunverici birmənalı olaraq işçiyə əmək haqqı ödənilməsini işəgötürənin vəzifəsi olaraq müəyyən etmiş və hətta bunun yolverilməz olduğuna əsasən işəgötürənə münasibətdə məsuliyyət də müəyyən etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin tətbiqi barədə ərizə nəzərə alınmalı və iddiaçıya ödənilməli olan məbləğ məhz aparılacaq hesablama üzrə müəyyən edilməlidir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə baş mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə isə işdən azad olmuşdur. Pozulmuş hüquqlarının bərpası ilə bağlı ilk öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, daha sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Odur ki, iddia müddətinin axımı məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü ildən 1 il əvvəlki tarixdən, yəni xx.xx.2023-cü il tarixdən başlamalı, iddiaçının xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işlədiyi dövr nəzərə alınaraq həmin müddət üzrə hesablama aparılmalıdır. Bu səbəbdən, iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqı ödənilməlidir. Eyni zamanda, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat xərc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 01 fevral 2023-cü il tarixindən 12 sentyabr 2023-cü il tarixinədək ödənilməmiş əmək haqqı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 01 fevral 2023-cü il tarixindən işdən (Qərb RETSİ-nin X5 rəisi vəzifəsindən) azad olunduğu 12 sentyabr 2023-cü il tarixinədək ödənilməmiş əmək haqqı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat xərc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X2, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-134/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-134/2025
30.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver