Məhkəmə qərarları › İş №e-2(006)-136/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-136/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-136/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "dəymiş ziyanın ödənilməsi və sair tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "dəymiş ziyanın ödənilməsi və sair tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməmiş 11.7 m2 sahənin əvəzi olaraq 26 910 (iyirmi altı min doqquz yüz on) manat pul məbləğinin və ödənilmiş 170,73 (yüz yetmiş manat yetmiş üç qəpik) manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 14 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən,- Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın 1-ci giriş, 5 ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.7 m2 olan, 1 otaqdan ibarət, 16 saylı mənzil tikilib İddiaçı təhvil verilməli, İddiaçı isə müqavilə üzrə razılaşdırılmış 92745 (doxsan iki min yeddi yüz qırx beş) manat məbləği Cavabdeh MMC-yə ödəməli idi. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam olaraq yerinə yetirilmiş və bununla bağlı cavabdeh tərəfindən borcun tam olaraq ödənilməsini təsdiq edən 20 aprel 2021-ci il tarixli maliyyə arayışı verilmişdir (maliyyə arayışında texniki yalnışlığa yol verilərək mənzilin nömrəsi “16” əvəzinə “13” qeyd edilmişdir). İddiaçı ailə üzvləri ilə birlikdə hazırda sözügedən ünvanda yerləşən binanın A bloku, 1-ci giriş, 5-ci mərtəbəsində 16 saylı mənzilində yaşayır. "xxxx" ASC Nəsimi rayon Sukanal İdarəsi tərəfindən iddiaçının adına göndərilmiş xx.xx.2023-cü il tarixli hesab fakturadan da göründüyü kimi “Abonent və ünvan məlumatları” qrafasında İddiaçı ünvan 1ilmişdir və iddiaçı tərəfindən sudan istifadəyə görə aylıq haqq ödənilir. İddiaçıya sonradan məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 68.7 deyil, 57 m2-dir. 1 otaqdan ibarət yaşayış sahəsinə münasibətdə 11.7 kv.m sahənin çatışmaması əhəmiyyətli fərq deməkdir. Bununla da, iddiaçının mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş 11.7 m2 sahənin əvəzi olaraq 26 910 (iyirmi altı min doqquz yüz on) manat pul məbləği cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. İddiaçı məhkəmə icraatı zamanı iddiasını bir neçə dəfə dəqiqləşdirmiş və son olaraq cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməmiş 12.3 m2 sahənin əvəzi olaraq 28 290 (iyirmi səkkiz min iki yüz doxsan) manat pul məbləğinin cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı xeyrinə ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən binanın 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədlərin (mənzil-tikinti kooperativi binasında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və mənzil-tikinti kooperativi binasında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin pay haqqının tam ödənilməsinə dair arayış daxil olmaqla) İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması və ödənilmiş 174.87 (yüz yetmiş dörd manat səksən yeddi qəpik) manat dövlət rüsumunun "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperati məhkəmə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, ilk növbədə, iddiaçı 14 sentyabr 2018-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən tikilməkdə olan binanın 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68,7 kv.m sahəsi olan 1 otaqdan ibarət, 16 saylı mənzilə görə 92745 (doxsan iki min yeddi yüz qırx beş) manat pul ödədiyini göstərsə də, Cəmiyyət tərəfindən iddiaçının mənzilin sahəsi ilə bağlı müraciətinə tolerantlıq nümayiş etdirilərək mənzilin ümumi dəyərindən 2745 (iki min yeddi yüz qırx beş) manatın iddiaçıya güzəştə gedilməsinə ümumiyyətlə istinad etmir. Yəni, iddiaçı mübahisəli mənzilə görə 92745 (doxsan iki min yeddi yüz qırx beş) manat ödəniş etməmiş, tərəflər sonuncu ödənişin ödənilməməsi barədə razılığa gəlmiş, iddiaçı belə razılığa nail olduqdan sonra Kooperativlə bağlı məhkəməyə müraciət etmişdir. Bu barədə iddiaçıya aid şəxsi vərəqədə müvafiq qeyd edilmişdir. Mənzilin sahəsi ilə bağlı iddiaçının istinad etdiyi 12.3 kv.m fərqin hansı şəraitdə və necə müəyyən edilməsi müəmmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçı ilə müqavilə bağlanan zaman mübahisəli mənzil inşa edilməkdə idi və mənzil təmirsiz vəziyyətdə təhvil verilmiş, sonradan mənzildə iddiaçı tərəfindən təmir işləri aparılmışdır. İddiaçı tərəfindən mənzildə aparılmış təmirin səviyyəsi və onun mənzilin ümumi sahəsinə təsiri məlum deyildir. Ona görə də təmirsiz mənzillə təmirli mənzil arasında sahə fərqlərinin yaranması gözlənilən haldır və belə fərqin mövcudluğu cavabdeh Cəmiyyət tərəfindən iddiaçıya 12.3 kv.m əksik sahəli mənzil təqdim edilməsi anlamına gələ bilməz. Nəzərə almaq lazımdır ki, Kooperativ tərəfindən binanın tikintisi təsdiq edilmiş layihə sənədlərinə əsasən həyata keçirilmişdir. İddiaçı ilə müqavilə bağlandığı dövrdə mübahisəli mənzilin tikintisi başa çatmamış, layihə sənədlərinə əsasən mənzilin sahəsi müqavilədə göstərilmişdir. Şirkət tərəfindən satılan mənzillərin dəyəri hər kv.m sahəsinin dəyəri müəyyən olunmaqla deyil, binanın ümumi sahəsi, binaya çəkilən ümumi xərclər, rentabellik nəzərə alınmaqla, tikintiyə icazə alıb faktiki tikintiyə başladıqdan sonra mənzillərin otaq sayına müvafiq olaraq aşağıdakı kimi müəyyən edilmişdir: 1 otaqlı mənzillər – 68 kv.m – ±10 % - 93000 azn 2 otaqlı mənzillər – 88 kv.m - ±10 % - 140.000 azn 3 otaqlı mənzillər – 151.3 kv.m - ±10 % - 200.000 azn 4 otaqlı mənzillər – 231.5 kv.m - ±10 % - 280.000 azn 5 otaqlı mənzillər – 280 kv.m - ±10 % - 310.000 azn Habelə, iddiaçının 11.7 kv.m əksik sahə üçün cavabdehdən 28290 manat pul tələb etməsi də əsaslı hesab edilə bilməz. İddiaçının hansı əsasla mənzilin 1 kv.m sahəsinin dəyərini 2300 manat kimi qiymətləndirməsi anlaşılan deyil. İstinad olunan 14 sentyabr 2018-ci il tarixli müqavilə üzrə 68.7 kv.m sahəsi olan mənzilin ümumi dəyəri 92745 manat müəyyən olunmuşdur. Müqavilədə mənzilin 1 kv.m sahəsinə görə dəyəri müəyyən olunmamış, mənzil bütöv obyekt kimi 92745 manat müəyyən olunmaqla iddiaçıya satılmışdır. Digər tərəfdən, iddiaçının 68,7 kv.m sahəsi olan mənzil üçün bağladığı müqavilədə nəzərdə tutulmuş sahə və mənzilin ümumi qiyməti nəzərə alındıqda belə, mənzilin 1 kv.m sahəsinin 1300 manat olması qənaətinə gəlmək üçün ciddi məntiqi mühakimə tələb olunmur. İddiaçının nümayəndəsinin qeyd etdiyi kimi tərəflər arasında bağlanmış müqavilədə iddiaçıya sahə verilməsi deyil, mənzil verilməsi nəzərdə tutulmuşdur ki, Kooperativ də layihə sənədlərinə əsasən inşa etdiyi mənzili iddiaçıya təqdim etmişdir. İddiaçının istinad etdiyi müqavilədə mənzilin sahəsinin ölçülməsi ilə bağlı göstəriş və ya hər kvadrat metr sahənin dəyəri ilə bağlı şərt müəyyən olunmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının ekspertiza rəyinin mənzilin sahəsinin içdən-içə hesablanmaqla 56,4 kv.m təşkil etməsi ilə bağlı gəldiyi nəticəyə istinad etməsi əsassızdır. Ekspert həmin rəydə göstərmişdir ki, mənzilin sahəsi çöldən-çölə 68,7 kv.m təşkil edir və bu layihə sənədlərinə və iddiaçının müqaviləsinə tam uyğundur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarına qarşı hər hansı pozuntuya yol verilməmiş, razılaşmaya müvafiq olaraq mənzil iddiaçıya təhvil verilmiş, mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilməmiş, iddiaçının müraciəti nəzərə alınaraq 20 aprel 2021-ci ildə 2745 manat ona güzəşt edilmişdir. Yəni iddiaçının mənzilin sahəsi ilə bağlı narazılığı əsaslı olmasa da, Kooperativ tərəfindən sakinlərlə münasibətlərin əmin-amanlığının təmin edilməsi məqsədilə mübahisənin məhkəmədənkənar həlli üçün lazımi addım atılmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iddia ərizəsini, etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh MMC arasında 14 sentyabr 2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın 1-ci giriş, 5 ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.7 m2 olan, 1 otaqdan ibarət, 16 saylı mənzili alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən ümumi sahəsi 68.7 kv.m olan mənzilin ödənişi 92.745 manat təşkil edir. - Cavabdeh MMC-nin 20 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində inşa edilən yaşayış binasında 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 68.7 m2 olan, 1 otaqdan ibarət, 13 saylı mənzilin ümumi dəyəri tam ödənilib. - 25 yanvar 2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı 26.910 manat pulun Cavabdehndən geri qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehi qabaqcadan xəbərdar etmişdir. - xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 170.73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - "xxxx" MMC-nin “daşınmaz əmlakın qiymətləndirilməsinə dair” 17 sentyabr 2024-cü il tarixli, UNİ/S-52-568/2024 saylı arayışından görünür ki, Cavabdeh MTK tərəfindən tikilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində inşa edilmiş çoxmənzilli yaşayış binasında təmirsiz vəziyyətdə olan mənzilin 1 kv.m-nin real bazar dəyəri 2300 manat, həmin binanın ətraf ərazisinində yerləşən yeni tikili binalarda isə təmirsiz olan mənzillərin 1 kv.m-nin real bazar dəyəri 2500 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/2058 nömrəli rəyindən görünür ki, Cavabdeh MTK tərəfindən tikilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci girişinin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 16 saylı mənzilin faktiki ümumi sahəsinin içdən-içə hesablandıqda 56.4 kv.m., çöldən-çöldən hesablandıqda isə 68.7 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. - 04 oktyabr 2024-cü il tarixli “zəruri olan sənədlərin təqdim edilməsinə” dair məktubunun surətindən görünür ki, İddiaçı Cavabdehndən dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədlərin ona 2 gün ərzində təqdim edilməsini tələb etmişdir. - İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli mülahizələrdən görünür ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən etiraz-mülahizədə cavabdeh tərəfindən tolerantlıq nümayiş etdirilərək 2745 manat dəyərində iddiaçıya güzəşt edildiyi bildirilmişdir. Həmin etiraz-mülahizəyə əlavə edilmiş şəxsi vərəqədən isə bu məbləğin 8745 manat olduğu, guya ödənilməmiş borca görə bağışlanmış borcdan 3475 manat olduğu görünür. Göründüyü kimi guya güzəştin edilməsi barədə cavabdeh tərəfindən təqdim edilənlərlə və əlavə edilmiş sənədlər bir-biri ilə ziddiyyət təşkil edir. Cavabdeh tərəfindən hər hansı güzəştin edilməsinə istinad edilirsə, həmin güzəştin edilməsinə dair sübut (tərəflər arasında hansı səbəbdən və mənzilin nə qədər sahəsi ilə bağlı ödənişin güzəşt edilməsinə dair razılıq) məhkəməyə təqdim edilməli idi. Cavabdeh iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə mənzilin sahəsinin ölçülməsi ilə bağlı göstəriş və ya hər kv.m sahənin dəyəri ilə bağlı şərtin müəyyən olunmamasına, mənzilin qiymətinin hər kv.m sahənin dəyəri müəyyən olunmaqla deyil, mənzilin otaq sayına müvafiq olaraq müəyyən olunmasına istinad edir. Mənzilin sahəsinin ölçülməsi ilə bağlı göstəriş müqavilədə müəyyən olunmasa da qanunvericilikdə müəyyən olunmuşdur. “Mənzilin ümumi sahəsi” dedikdə, ona daxil olan ayrı-ayrı otaqların və s. yerləşgənlərin məcmusu başa düşülür. Belə olan halda aydındır ki, mənzilin ümumi sahəsi heç də mənzilin bütün yerləşgənlərlə birlikde perimetri üzrə ölçülərin hasili deyil, ayrı-ayrı otaqların və s. yerləşgənlərin hər birinin ayrılıqda müəyyən edilmiş sahəsinin məcmusudur. Başqa sözlə desək, istinad edilən normativ aktlara əsasən mənzilin ümumi sahəsinin müəyyən edilməsi üçün hər bir otaq və yerləşgənlərin sahəsi “Qaydalar”-ın 3.2ci bəndində göstərilən qaydada, yəni divar və arakəsmələrin tamamlanmış şərtləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edildikdən sonra onların sahələrinin məcmusu kimi müəyyən edir. Belə olan halda, hazırkı iş üzrə də mənzilin ümumi sahəsi ekspert rəyində qeyd edildiyi kimi 56,4 kv.m təşkil etmiş olur ki, bu, iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. Cavabdeh bir tərəfdən "mənzilin qiymətinin hər kv.m sahənin dəyəri müəyyən olunmaqla deyil, mənzilin otaq sayına müvafiq olaraq müəyyən olunması"na istinad edir, digər tərəfdən isə bildiririr ki, "mənzilin 1 kv.m sahəsinin 1300 manat olması qənaətinə gəlmək üçün ciddi məntiqi mühakimə tələb olunmur." 2018ci ilin sentyabr ayı üzrə 68.7 kv.m mənzilin ümumi qiyməti 92745 manat edirdisə, sadə riyazi hesablama ilə mənzilin 1 kv.m sahəsinin 1350 manat olmasını müəyyən etmək olur (92745 : 68.7= 1350). Həmin müqavilənin bağlanmasından 6 ildən çox müddət keçdiyi nəzərə alınaraq, həmin mənzilin 1 kv.m-nin hazırkı real bazar dəyərinin 2300 manat təşkil etməsi ilə bağlı tərəflərindən məhkəməyə mütəxəssis rəyi təqdim edilmişdir. Mütəxəssis rəyində həmçinin internet saytlarında dasınmaz əmlak satışı elanlarına da istinad edilmişdir. Mütəxəssis rəyi olmasa belə, daşınmaz fakların satış elanlarından da ortalama real bazar dəyərini müəyyən etmək mümkündür. Əskik sahənin əvəzinin 2018-ci il üzrə mövcud olmuş qiymətlər üzrə deyil, 2024-cü il üzrə növcud real bazar dəyəri nəzərə alınmaqla hesablanmasına gəldikdə isə, qeyd edirlər ki, bu tələbin də asası mülki qanunvericilikdə müəyyən olunmuşdur. Belə ki, AR Mülki Məcəlləsinin 443.3-cü maddəsinə əsasən. "Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müayyənləşdirilərkər öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Cavabdehin "… mənzillərin dəyəri hər kv.m sahəsinin dəyəri müəyyən olunmaqla deyil, binanın ünumi sahəsi, binaya çəkilən ümumi xərclər, rentabellik nəzərə alınmaqla, tikintiyə icazə alıb faktiki tikintiyə başladıqdan sonra mənzillərin otaq sayına müvafiq olaraq aşağıdakı kimi müəyyən edilmişdir: otaqlı mənzillər - 68 kv.m - ±10 % - 93000 azn dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, bu halın iddiaçıya heç bir aidiyyatı yox Belə ki, hazırkı mübahisə iddiaçı ilə cavabdehin arasında olan mülki münasibətlərdən varanmışdır. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməmişdir, müqavilə üzrə təhvil verməli olduğu mənzili əskik sahə fərqiylə iddiaçıya təhvil vermişdir. Layihə sənədlərinə istinad edərək cavabdehin gətirdiyi "dəlil" iddianın rədd edilməsinə yönəlmiş cəhddən başqa bir şey deyil. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən, tikilməkdə olan binanın 1-ci giriş, 5 ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68.7 m2 olan, 1 otaqdan ibarət, 16 saylı mənzili alıcıya verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı bağladığı müqavilə üzrə müqavilədən 12.3 kv.m az olduğunu iddia edərək, 28.290 manat pulu, iddia tələbinə görə məhkəməyə dövlət rüsumu olaraq ödədiyi 170.73 manat pulu, həmçinin mənzilin üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədlərin təqdim edilməsini cavabdehdən tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir– iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. Məhkəmə ilk olaraq onu qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi aşağıdakılardan ibarətdir: - Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən binanın 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədlərin (mənziltikinti kooperativi binasında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və mənziltikinti kooperativi binasında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin pay haqqının tam ödənilməsinə dair arayış daxil olmaqla) İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması; - "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməmiş 12.3 m2 sahənin əvəzi olaraq 28 290 (iyirmi səkkiz min iki yüz doxsan) manat pul məbləğinin və ödənilmiş 170,73 (yüz yetmiş manat yetmiş üç qəpik) manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı xeyrinə ödənilməsi. Məhkəmə iddia tələbinin “mənzilin üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədlərin ona təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması” hissəsi ilə bağlı aşağıdakiləri qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1-ci və 139-1.1.6-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. İşin mübahisəli halı sözügedən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması ilə bağlı zəruri sənədlərin cavabdeh tərəfindən verilməməsi ilə bağlıdır. Məhkəmə aşağıdakılara əsasən iddiaçının dəlilləri ilə razılaşır. İlk növbədə qeyd olunamılıdır ki, iddiaçının mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınmasa da, həmin mənzil sonuncunun qanuni sahibliyi və istifadəsindədir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “....Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri¬¬- yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.”. Həmin Qərarda belə nəticəyə gəlinmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.” Hazırkı halda iddiaçı tərəfindən mübahisəli mənzilə dair pay haqqını tam ödəməsi iş üzrə mübahisələndirilmir. Cavabdeh isə iddisanın bu hissəsinə etiraz etməmiş, iddiaçı tərəfindən mənzilinin dəyərinin ödənilməməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin faktiki halları və təqdim edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış və bununla da onlar arasında öhdəlik münasibətləri yaranmışdır. İddiaçı mənzilin müqavilədə razılaşdırılmış dəyərini tam olaraq cavabdehə ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsinə cavabdeh etiraz etməmiş, faktiki olaraq iddiaçının üzərinə götürdüyü öhdəliyi üzrə icranı qəbul edərək, mənzili ona təhvil vermişdir. Belə olan halda iddiaçının qanuni sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən 16 saylı ünvanda yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün zəruri sənədlərin cavabdehlər tərəfindən verilməsindən imtina olunması əsassızdır və iddiaçının mülkiyyət hüquqlarını pozmaqla yanaşı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə də ziddir. Odur ki, iddia bu hissə də təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən binanın 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədlərin (mənzil-tikinti kooperativi binasında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və mənzil-tikinti kooperativi binasında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin pay haqqının tam ödənilməsinə dair arayış daxil olmaqla) İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməmiş 12.3 m2 sahənin əvəzi olaraq 28 290 manat pul məbləğinin ödənilməsi” hissəsi ilə bağlı ilk olaraq onu qeyd edir ki, hazırda mübahisələndirilən hal cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsinin müqavilə şərtləri ilə uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 32. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 421.2-ci maddəsinə əsasən ərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Məcəllənin 766-ci maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Mülki Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”: Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. Bənd 1.2. Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış 14 sentyabr 2018-ci il tarixli müqavilə əsasında yaranmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh öz öhdəliyini icra etmiş, yəni inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Lakin daha sonra İddiaçı mənzilin ümumi sahəsinin 68.7 kv.m yox 57 kv.m olduğunu iddia edərək hazırki iddia tələbini irəli sürmüşdür. Beləliklə məhkəmə qeyd edir ki, hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək 26.910 manat pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırkı iddiaçıya müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verilibverilmədiyini yoxlamaq məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/2058 nömrəli rəyindən görünür ki, Cavabdeh MTK tərəfindən tikilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci girişinin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 16 saylı mənzilin faktiki ümumi sahəsinin içdən-içə hesablandıqda 56.4 kv.m., çöldən-çölə hesablandıqda isə 68.7 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, mülki işin araşdırılması nəticələrini əsas götürüb, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, bağlanmış müqavilədə qeyd edilən mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan arasında fərq 12,3 kv.m təşkil edir. Məhkəmə qeyd edir ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan "kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan iddiaçı hazırkı iddianı qaldırmaqda haqlıdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etməmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirməmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürmək hüququ yaranmışdır. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, podrat münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Lakin bütün bunlara baxmayaraq, nə qədər ki hazırki mübahisəli halla bağlı tərəflər arasında mənzilin sahəsinin ölçülməsinə dair şərtlər müqavilədə öz əksini tapmamışdır, o cümlədən də, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə qeyd olunmamışdır, cavabdeh cəmiyyət iddiaçıya Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3cü maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmış mənzili təhvil verməli idi. Həmçinin, məhkəmə cavabdehin ekspertiza rəyinə istinad edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə qeyd olunan məbləğin mənzilin sahəsi üçün ödənildiyindən və ekspert rəyi ilə mənzilin sahəsinin çöldən-çölə hesablandıqda 68.7 kv.m., yəni müqavilə ilə eynilik təşkil etdiyi dəlili ilə razılaşmır. Beləki, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bundan başqa, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahənin Tikinti və Şərhərsalma qanunvericiliyinə uyğun deyil, başqa qaydada hesablanması və.s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh Cəmiyyət tərəfindən iddiaçının mənzilin sahəsi ilə bağlı müraciətinə tolerantlıq nümayiş etdirilərək mənzilin ümumi dəyərindən 2745 manat pulun iddiaçıya güzəştə gedilməsini, yəni iddiaçı tərəfindən 92745 manat ödənişin edilməməsini vurğulasa da, tərəflər arasında hansı səbəbdən və mənzilin nə qədər sahəsi ilə bağlı ödənişin güzəşt edilməsinə dair razılıq iş materiallarına əlavə ediməmişdir. Halbuki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Məhkəmə yuxarıda sadalananların kontekstində bir daha qeyd edir ki, tərəflər arasında müqavilə bağlanmış və qarşılıqlı öhdəliklər müəyyən edilmişdir. İddiaçı 14 sentyabr 2018ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, Cavabdeh MMC isə müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində tikdiyi binadan 16 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüş, lakin müqavilə şərtlərini pozaraq, müəyyən edilən sahədən daha az sahəli mənzili təhvil vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci girişinin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 16 saylı mənzilin mənzilin faktiki ümumi sahəsinin içdən-içə hesablandıqda 56.4 kv.m., çöldən-çölə hesablandıqda isə 68.7 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1- ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Beləliklə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Rifah Plaza” Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçının mülkiyyət hüquqları pozularaq ona müqavilədə göstərilən sahədən 12.3 kv.m daha az sahə təhvil verilmişdir. Məhkəmə müqavilə üzrə mübahisəli mənzilin 1 kv.m sahəsinin qiymətinin hazırkı bazar qiyməti əsasında müəyyən edilməli olması barədə iddiaçının tələbini əsaslı hesab edərək aşağıdakiləri qeyd etməyi zəruri hesab edir: Əvvəla məhkəmə qeyd edir ki, yaşayış sahəsinin faktiki ölçülərinin bağlanmış müqavilənin şərtlərinə uyğun olmaması ilə bağlı mübahisəni həll edərkən, zərərçəkmiş tərəfin əmlak vəziyyətinin tam şəkildə bərpasına yönəlmiş mülki və müqavilə hüququnun əsas prinsiplərindən çıxış edir. Ümumi qəbul olunmuş hüquqi yanaşmalara əsasən, müqavilə öhdəliyinin pozulması zamanı təyin olunan kompensasiya pozuntunun nəticələrinə adekvat olmalı və tərəflər arasında yaranmış balanssızlığı aradan qaldırmağa yönəlməlidir. Bu yanaşma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 443-cü maddələrində də öz əksini tapmışdır. Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərər çəkmiş şəxs ona vurulmuş zərərin tam məbləğdə əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Məcəllənin 443-cü maddəsinə əsasən isə, müqavilə öhdəliyinin pozulması nəticəsində vurulmuş zərər, real bazar qiymətləri və əldən çıxmış faydalar nəzərə alınmaqla hesablanmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə icraatı zamanı bir neçə dəfə müqavilə üzrə mübahisəli mənzilin 1 kv.m sahəsinin 1300 manat olmasına istinad etsə də, iddiaçının tələbindən açıq şəkildə görünür ki, o MTK-dan aralarında bağlanmış müqavilə üzrə öhdəliyin icrasını (yəni ona təhvil verilmədiyini iddia etdiyi əksik sahənin təhvil verilməsini) deyil, həmin öhdəliyi icra edilməməsi nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı aparılmış araşdırmalar nəticəsində hazırki iş üzrə tam şəkildə sübut olunmuşdur ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş ölçüdən 12.3 kv.m daha az olan yaşayış sahəsi təhvil verilmişdir. Cavabdeh tərəfindən bu uyğunsuzluğun səbəbi izah olunmamış və məhkəmə tərəfindən bu fakt müqavilə öhdəliyinin ciddi pozuntusu kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, kompensasiyanın miqdarı iddiaçının çəkdiyi real zərər nəzərə alınmaqla müəyyən olunmalıdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş sübutlar ilə təsdiq olunur ki, mübahisəli mənzil üzrə bir kvadrat metrin bazar dəyəri müqavilənin bağlanıldığı tarixlə müqayisədə iddianın qaldırıldığı vaxta qədər əhəmiyyətli dərəcədə artmışdır. Bu səbəbdən kompensasiya əvvəlki, müqavilə üzrə müəyyən edilmiş qiymətlə hesablanarsa, bu iddiaçının real zərərini ödəməyəcək və onun əmlak vəziyyətini bərpa etməyəcək, çünki: 1.iddiaçının təqdim olunan məbləğlə hazırkı bazar qiymətlərinə uyğun şəkildə həmin sahəni əvəzləmək imkanı yoxdur; 2.mənzilini satmaq, dəyişmək və ya icarəyə vermək istədikdə, daha az sahəyə malik olması nəticəsində əmlakdan əldə ediləcək gəlir azalacaq; 3.ipoteka predmeti kimi istifadə edilərkən, sahənin az olması əmlakın qiymətləndirilməsinə mənfi təsir göstərəcək və nəticə etibarilə iddiaçının əmlak hüquqlarını məhdudlaşdıracaqdır. Beləliklə, məhkəmə hesab edir ki hazırki iş üzrə iddiaçının pozulmuş hüququn effektiv bərpası yalnız bir kvadrat metrin hazırkı bazar qiymətinə əsasən hesablanmış kompensasiya ilə mümkündür. Çünki: 1.müqavilənin əsas məqsədi konkret sahənin təqdim olunması idi, müəyyən pul məbləği deyil; 2.kompensasiya iddiaçının faktiki olaraq itirdiyi əmlak dəyərinə uyğun olmalıdır; 3.qiymətlərin artması fonunda müqavilə öhdəliyini pozmuş tərəfin gəlir əldə etməsi, əvəzində dürüst tərəfin zərər çəkməsi ədalətsizlikdir; 4.mülki münasibətlərdə vicdanlılıq prinsipi tələb edir ki, müqavilə pozuntusu etmiş şəxs müqaviləni icra etdiyi haldan daha üstün vəziyyətdə olmasın. Hazırkı iş üzrə də, mənzilin faktiki təqdim olunan sahəsinin müqavilədə nəzərdə tutulandan az olması nəticəsində yaranmış əmlak itkisi, yalnız həmin sahənin iddianın qaldırıldığı vaxtda bazarda formalaşmış qiymətlər əsasında hesablandığı halda, iddiaçının əmlak vəziyyətini bərpa edə bilər. Əks halda, 2018-ci ildə müəyyən edilmiş 1300 manatlıq kvadratmetr dəyərinə əsaslanan kompensasiya, onun bu günkü real iqtisadi zərərini qarşılamayacaq. Beləliklə məhkəmə qeyd edir ki, hazırki işdə cavabdehin məsuliyyəti yalnız müqavilə şərtinin pozulması ilə məhdudlaşmır, eyni zamanda, bazar iqtisadiyyatında ədalətli davranışın təmin olunmasına və tikinti sektorunda potensial sui-istifadələrin qarşısının alınmasına yönəlməlidir. Çünki təcrübədə bəzi hallarda tikinti şirkətləri bilərəkdən və ya səhlənkarlıq səbəbindən ölçü uyğunsuzluqlarına yol verir və məsuliyyətdən yayınmağa çalışırlar. Nəticə olaraq, məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüququnun effektiv bərpası yalnız mübahisəli mənzil sahəsinin hazırkı bazar dəyəri – 1 kv.m üçün 2300 manat qiymət əsasında hesablanmış kompensasiya ilə mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, mənzil sahəsinin az olan hissəsi 12.3 kv. metrə görə hazırki bazar dəyəri üzrə 1 kv.metr sahəsinin 2300 manata hesablanması nəzərə alınmaqla cavabdehdən iddiaçının xeyrinə 28.290 manat (12.3 kv.m x 2300 manat=28.290 manat) pul iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilən 170.73 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia tələbi əsas hissələrdə təmin edildiyindən İddiaçı tərəfindən ödənilən məhkəmə xərcləri də cavabdehdən alınaraq ona ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "dəymiş ziyanın ödənilməsi və sair tələbinə dair” iddiası təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən binanın 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədlərin (mənzil-tikinti kooperativi binasında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və mənzil-tikinti kooperativi binasında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin pay haqqının tam ödənilməsinə dair arayış daxil olmaqla) İddiaçı təqdim edilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmalı, Cavabdehndən 28 290 (iyirmi səkkiz min iki yüz doxsan) manat məbləğində pul vəsaiti və ödənilmiş 170,73 (yüz yetmiş manat yetmiş üç qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, hazırki iş üzrə iddia tələbi bütövlükdə təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "dəymiş ziyanın ödənilməsi və sair tələbinə dair” iddiası təmin edilsin. İddiaçı Cavabdehnə qarşı "dəymiş ziyanın ödənilməsi və sair tələbinə dair” iddiası təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, İ.Qasımov, M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən binanın 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan bütün sənədlərin (mənziltikinti kooperativi binasında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin İddiaçı verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və mənziltikinti kooperativi binasında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən 16 saylı mənzilin pay haqqının tam ödənilməsinə dair arayış daxil olmaqla) İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulsun. Cavabdehndən 28.290 (iyirmi səkkiz min iki yüz doxsan) manat məbləğində pul vəsaiti və ödənilmiş 170,73 (yüz yetmiş manat yetmiş üç qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar