Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1360/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X7 qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 (X12 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur) qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 qazancının və başqa gəlirlərinin yarısı həcmində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı «ASAN Xidmət» mərkəzi Qeydiyyat şöbəsində 3049 nömrəli akt qeydi nikah bağlayaraq ailə qurmuşlar. Bu nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X16 adlı üç övladları var. Nikaha daxil olduqları vaxtlar cavabdehlə münasibətləri normal olsa da, hazırda münasibətləri pisləşmişdir. Cavabdehlə 2 aydır ayrı yaşadıqlarından 3 övladını saxlamaq onun üçün çətindir. Xeyli müddətdir ki, ayrı yaşayırlar, birgə təsərrüfat aparmırlar, ər-arvad münasibətlərində deyillər. Sonradan, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-1045/2015 saylı qətnaməsi ilə tutulan aliment məbləğinə dəyişiklik edərək, Cavabdeh1 ilk nikahdan olan övladı xx.xx.2014-cü il təvəllüdlü X8 və ikinci nikahdan olan övladları xx.xx.2017-ci il təvəllüdlü X2, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin rəsmi maaşının yarısının tutulması, 4 övladın hüquqlarının bərabər qaydada nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən təqdim edilmiş ərizədə qeyd olunmuşdur ki, Cavabdeh1 daha əvvəl X14 ilə nikahda olduğu və nikahdan bir övladının -xx.xx.2014-cü il təvəllüdlü X8 olması müəyyən edilmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-1045/2015 saylı qətnaməsi mövcuddur. Hazırda Cavabdeh1 iki nikahdan 4 övladı vardır və aylıq əmək haqqı 9.000 manat təşkil edir. Bunun da 1/4 hissəsini öncəki nikahdan olan övladı üçün ödəyir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə iddiaya etiraz ünvanlayaraq göstərmişdir ki, iddia tələbinə etiraz edir. Belə ki, o, "xxxx" ASC-də Maliyyə blokunun Maliyyə idarəedilməsi departamentinin direktoru vəzifəsində işləyir və aylıq əmək haqqı 9.000 manat təşkil edir. Həmin məbləğin 1/4 hissəsi hazırda əvvəlki nikahdan doğulmuş uşağının saxlanılması üşün məhkəmə qətnaməsi əsasında tutulur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-1045/2015 saylı qətnaməsinə əsasən, iddiaçı X4 ona qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında nikah pozulmuş və birgə nikahdan doğulan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2015-cı il tarixdən başlayaraq hər ay qazancının və digər gəlilərinin 1/4 hissəsi miqdarında alimentin ondan tutularaq X9 ödənilməsi qət edilmişdir. Bundan başqa, hazırki iş üzrə İddiaçı ilə birgə nikah dövründə ipoteka ilə ev alınmış və ipoteka kreditnin məbləği 350.000 manat məbləğində olmaqla aylıq ödənişinin həcmi 4.246,47 manat məbləğində təşkil edir. İddiaçının tələbi tam təmin olunarsa o, 4.500 manat məbləğində aliment ödəməli olacaqdır ki, bu da maddi vəziyyətinin əhəmiyətli dərəcədə ağırlaşmasına gətirib çıxaracaqdır. Bu səbəbdən, iddia tələbinin tam təmin edilməməsini və Məmmədova (Alişanova) Dilarə Akif və İddiaçı ilə birgə nikahdan doğulmuş ümumilikdə 4 uşağa münasibətdə ipoteka krediti üzrə ödənişləri nəzərə alınmaqla ədalətli alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı tərəfindən X15 hazırki mülki iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və X5 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-1045/2015 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh1 qarşı «nikahın pozulması, aliment və maddi yardım» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 ilə X14 arasında 16 fevral 2013-cü il tarixdə Bakı Nikah Evində 188 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X8 anası X4 yanında qalması müəyyən edilmiş və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-cı il tarixdən başlayaraq Cavabdeh1 hər ay qazancının və digər gəlilərinin 1/4 hissəsi miqdarında alimentin X4 xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. 06 may 2015-ci il tarixli AZ-İ seriyalı 214244 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X14 arasında bağlanmış nikahın pozulması barədə müvafiq akt qeydləri kitabında 21 aprel 2015-ci il tarixdə 110 nömrəli akt qeydi aparılmış, qadına nikah pozulandan sonra Alişanova soyadı verilmişdir. Şəxsiyyət vəsiqələrinin və 924190 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, hazırki iş üzrə tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X16 adlı üç yetkinlik yaşına çatmamış uşaqları vardır. Bakı 8 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/8/2023-02614 saylı arayışından görünür ki, Cavabdeh1 qeyd olunan mübahisə üzrə xx.xx.2024-cü il tarixdə 17:30-18:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Halbuki, mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci, həmçinin 10 manat poçt-kargüzarlıq xərcini ödəmişdir. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin tələblərinə əsasən, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə iddia tələbinin «uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğinə» münasibətdə qeyd edir ki, ailə münasibətlərindən irəli gələn məsələləri tənzimləyən qanunvericilik bu məsələni də xüsusi olaraq tənzimləyir. Qanunvericiliyin tələblərinə əsasən aliment valideynin aylıq qazancın (gəlirin) müəyyən hissəsi və yaxud sabit pul məbləğində tutula bilər. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə uşaqların mənafeyini üstün tutaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-1045/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməli və Cavabdeh1 ümumilikdə dörd uşağının yetkinik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında aliment tutulmalı, xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 X6 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/8 hissəsi miqdarında aliment tutulmalı, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh1 İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 3/8 hissəsi miqdarında aliment tutulmalıdır. 4 övladının hüquqları bərabər qaydada nəzərə alınmaqla ədalətli qərar qəbul edilməlidir. Əks halda bu cavabdehin bir övladının digər övladlarından daha üstün vəziyyətdə olmasına və ikinci nikahdan olan övladlarının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olacaqdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 91.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-1045/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməli və Cavabdeh1 ümumilikdə dörd uşağının yetkinik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) 1/2 hissəsi miqdarında aliment tutulmalı, xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 X6 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/8 hissəsi miqdarında aliment tutulmalı, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh1 İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 3/8 hissəsi miqdarında aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-1045/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh1 ümumilikdə dörd uşağının yetkinik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulsun. xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 X6 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/8 hissəsi miqdarında aliment tutulsun. xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh1 İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 3/8 hissəsi miqdarında aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-1360/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1360/2024
28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver