Məhkəmə qərarları › İş №e-2(006)-1362/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1362/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1362/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «uşaq və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «uşaq və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hal-hazırda faktiki olaraq onun himayəsində olan X2 iddiaçının himayəsində saxlanılmasının təmin edilməsi, X2 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 235 manat aylıq aliment ödənişinin tutularaq İddiaçı ödənilməsinin müəyyən edilməsi, iddiaçı tərəfindən ödənilmiş mediasiya sessiyasında iştirakla bağlı 50 manat mediasiya, 10 manat kargüzarlıq xərcinin və 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 110 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. xx.xx.2023-cü il tarixində Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında olan nikahın pozulmasını xahiş etmişdir. Xətai rayon məhkəməsinin e-2(011)-635/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur. Xətai rayon məhkəməsinin qərarına əsasən birgə nikahdan anadan olmuş xx.xx.2015ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X6 anası İddiaçı, xx.xx.2010-cu il təvəllüdlü X5 isə Cavabdeh himayəsində qalmışdır. Xətai rayon məhkəməsinin tərəflər arasında nikahın pozulmasına dair e-2(011)-635/2023 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat,cəmi 440 (dörd yüz qırx) manat sabit pulməbləğində aliment tutularaq İddiaçı ödənilməsi, İddiaçı isə atanın yanında qalmış xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh yenidən ailə həyatı qurması səbəbi ilə ailə daxili münasibətlər kəskinləşmiş və X5 ailə daxili münasibətlərin pisləşməsi səbəbi ilə atası Cavabdeh ilə birlikdə qalmaqdan imtina etmişdir. Hal-hazırda xx.xx.2010-cu il təvəllüdlü X5 anası İddiaçı ilə birlikdə yaşayır və onun himayəsindədir. xx.xx.2010-cu il təvəllüdlü X5 ümumiyyətlə yenidən atasının yaşadığı evə qaytarılacağı təqdirdə özünə xəsarət yetirəcəyini bildirir. Bu səbəbdən X2 Cavabdeh ilə birlikdə yaşaması mümkünsüz hala gəlmişdir. Bu səbəbdən uşağın atasının yanına qaytarılması onun həm psixi, həm də fiziki vəziyyətinə mənfi təsir göstərə bilər. X2 anasının yanında qalması həm onun bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamasına, həm də artıq ata evində dözülməz hala gəlmiş münasibətlərdən uzaq şəraitdə əqli, fiziki və psixoloji cəhətdən sağlam şəraitdə inkişaf etməsinə şərait yaradacaqdır. X5 anası İddiaçı ilə birlikdə yaşayır və onun himayəsindədir. Bu səbəbdən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müvəqqəti təminat tədbiri barədə ərizə verilmiş və xx.xx.2023-cü il tarixli e-16(006)-409/2023 saylı qərardadı ilə Cavabdeh hal-hazırda faktiki olaraq İddiaçı himayəsində olan X1 üçün 220 manat aylıq aliment ödənişin tutularaq İddiaçı ödənilməsinə dair qəradad qəbul edilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda faktiki olaraq İddiaçı himayəsində olan X2 anasının himayəsində saxlanılması, X2 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 500 manat aliment ödənişinin tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş mediasiya sessiyasında iştirakla bağlı 50 manat mediasiya, 10 manat kargüzarlıq xərcinin və 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 110 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: AZE seriyalı 12769025 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Nəbiyeva Bətülün atası Cavabdeh, anası Siyahova Güneldir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-635/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə qeydə alınmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X2 boşanmadan sonra atası Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 isə boşanmadan sonra anaları İddiaçı yanında qalmaları, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması müddətinin xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulması müddətinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi, qətnamənin aliment hissəsində dərhal icra olunması və s. qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-409/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı (vəkili-nümayəndəsi Vəkil1) tərəfindən verilmiş “müvəqqəti təminat tədbiri”nə dair ərizənin təmin edilməsi, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qərardadın dərhal icra edilməsi və xx.xx.2024-cü il tarixdən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/11/2023-02182 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci İddiaçı qəzə tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli 90487423 nömrəli ödəniş tapşırığından və həmin tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-409/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı (vəkili-nümayəndəsi Vəkil1) «müvəqqəti təminat tədbiri»nə dair ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e16(006)-409/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının müddətinin uzadılmasına dair vəsatətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-409/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının müddətinin uzadılması, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2009-cu ildə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Nəbiyeva Bətül, xx.xx.2015-ci il təvəllüdlü Nəbiyev Muhəmməd və xx.xx.2017-ci il təvəllüdlü Nəbiyeva Əsma anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X2 boşanmadan sonra atasının, digər uşaqların isə analarının yanında qalmaları, Cavabdeh həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, İddiaçı isə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Sonradan xx.xx.2010-cu il təvəllüdlü X5 anasının yanına gəlmiş və onunla yaşamağa başlamışdır. Bu səbəbdən iddiaçı əvvəlcə mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-409/2023 nömrəli, xx.xx.2023-cü il tarixli (xx.xx.2024-cü ildə qərardadın müddəti uzadılmışdır) qərardadı ilə iddiaçı tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə üzrə “Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi” məzmununda qərar qəbul edilmiş, həmin qərarlar mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı faktiki olaraq himayəsində olan X2 onun yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin vəkili-nümayəndəsi bildirmişdir ki, uşaq hansı valideynin yanında qalmaq istəyirsə, cavabdehin uşağın həmin valideynin yanında saxlanmasına etirazı yoxdur, lakin cavabdehin bir uşağa görə aylıq 500 manat deyil, yalnız 180 manat məbləğində aliment ödəməyə imkanı çatır. Həmin məhkəmə iclasında fikirləri dinlənilmiş xx.xx.2010-cu il təvəllüdlü X5 isə bildirmişdir ki, 13 yaşı var, 255 nömrəli məktəbdə 8-ci sinifdə oxuyur. Böyüyəndə tibb bacısı olmaq istəyir. Noyabr ayından etibarən öz istəyi ilə anasının yanında qalır, bacı və qardaşı ilə birlikdə yaşayır. Hazırda anası ilə qalmaq istəyir. Məhkəmə iddia tələbinin “uşaq” hissəsinə münasibətdə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşağın öz razılığı ilə anasının yanında qalmasını istədiyi təqdirdə cavabdehin buna etirazı olmadığından, məhkəmə iclasında fikirləri dinlənilmiş 13 yaşlı uşaq anası ilə qalmaq istədiyini bildirdiyindən, anası ilə qalmasının və digər qardaş-bacısı ilə birgə normal inkişafı baxımından onun da eyni valideynə verilməsinin uşağın mənafelərinə uyğun olduğuna dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə əsaslanaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-635/2023 nömrəli qətnaməsi ilə atası Cavabdeh yanında saxlanılmış yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 anası İddiaçı himayəsinə verilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşağın ananın yanında saxlanılması onun maraqlarına zidd deyildir və ilk növbədə, qanunla qorunan mənafelərinə xidmət edəcəkdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 52-ci maddəsində göstərilmişdir ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58-ci maddəsinə uyğun olaraq valideynlər: - uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. - uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. - valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. - uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər; 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının: 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar; 7.6-cı bəndində qeyd edilir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. 14-15-ci bəndlərində göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Həmçinin, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddia tələbinin “aliment” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı hər ay 500 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, cavabdehin gəlirləri barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdeh tərəf isə uşağın saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment ödəmək imkanına malik olduğunu qeyd etmişdir. Uşaqların həyat səviyyəsinin onlar üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumuna uyğunluğunu təmin etmək vəzifəsinin hər iki valideynin üzərinə düşməsini əsas götürməklə məhkəmə hesab edir ki, iddianın “aliment” tələbinə dair hissəsinin qismən təmin edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Məhkəmə cavabdehin hər ay 180 manat aliment ödəmə imkanına malik olması dəlilinə münasibətdə isə qeyd edir ki, bu məbləğ yaşayış minimumundan aşağı olmaqla, uşağın mənafeyinə uyğun hesab edilmir. Beləliklə, məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün bütün diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)- 409/2023 nömrəli, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli qərardadları nəzərə alınmaqla), hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə, aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə, həmçinin, qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-635/2023 nömrəli qətnaməsi ilə atası Cavabdeh yanında saxlanılmış yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 anası İddiaçı himayəsinə verilməli, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-409/2023 nömrəli, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli qərardadları nəzərə alınmaqla), hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin 70 (yetmiş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, qalan hissəsi İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2 və 234.2.1-ci maddələrə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-635/2023 nömrəli qətnaməsi ilə atası Cavabdeh yanında saxlanılmış yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 anası İddiaçı himayəsinə verilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-409/2023 nömrəli, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli qərardadları nəzərə alınmaqla), hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə xərclərinin 70 (yetmiş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar