Məhkəmə qərarları › İş №e-2(006)-1401/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1401/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1401/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şı̇ rkətinə q̇arşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şı̇ rkətinə q̇arşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 3000 manat zərəri və maddi mənəvi zərərə görə kompensasiya, eyni zamanda 30 avqust 2021-ci il tarixli müqaviləyə əsasən günlük 0.1% dərəcəsində dəbbə pulunu cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə onun arasında «daşınmaz əmlakın sığortası barədə» 30 avqust 2021-ci il tarixli müqavilə bağlanmışdır ki, həmin müqavilə əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi,ev 77 ünvanında yerləşən 3 saylı mənzil 25000 (iyirmi beş min) manat məbləğ dəyərinə sığorta edilmişdir. 31 avqust - 1 sentyabr 2021-ci il tarixdə həmin ünvanda yerləşən 6 saylı mənzildən yaşayan qonşunun diqqətsizliyindən hamamda yerləşdirilmiş su çəninin daşması nəticəsində mənzilinə su axıdılmaqla ona külli miqdarda ziyan vurulmuşdur. Bu hadisə baş verdikdən sonra dərhal «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nə telefon vasitəsilə məlumat verilmişdir. Baş vermiş hadisə barədə foto şəkil və video tərəfindən sizə ünvanlanmışdır. «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkət»inin ekspertləri tərəfindən mənzilinə baxış keçirilmiş və 3-4 gün ərzində onunla əlaqə saxlayacaqlarını bildirdilər. Heç bir zəng olunmadığına görə o, təşkilat ilə əlaqə saxladı və mənzilimə dəyən zərərin 300 azn olduğunu “sizə 150 manat pul verəcəyik, istəyirsiniz götür, istəmirsənsə götürməyin” dedilər. Daha sonra tərəfimdən "xxxx" MMC-yə ərizə ilə müraciət edərək mənzilinə dəyən zərərin hesablanmasını xahiş etdi. "xxxx" MMC tərəfindən təqdim edilən 10.09.2021-ci il tarixli № QR52 saylı Rəyə əsasən mənzilə dəyən zərər 3000 (üç min) AZN məbləğində qiymətləndirilmişdir. Bununla bağlı dəfələrlə «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nə tərəfindən şifahi xəbərdarlıq edilsə də, çoxsaylı telefon zəngləri olunsa da «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti» tərəfindən pozulmuş öhdəliklərinin bərpası və ya bununla bağlı hansısa bir addımatılmağa cəhd edilməmiş, əksinə, sığorta əqdinin konkret və birmənalı tələbləri kobudcasına pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 məhkəmə təqdim edilmiş iddiaya etirazın məzmunun uyğun izahat verərək bildirmişdir ki, iddianı qəbul etmirlər və hesab edirlər ki, əsassızdır və rədd edilməlidir. Belə ki, 30.08.2021-ci il tarixində Şirkətlə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzillə bağlı daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sözügedən mənzil 1 (bir) il müddətinə icbari qaydada sığortalanmış, sığorta məbləği 25000 (iyirmi beş min), azadolma məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. Müqavilənin qüvvəyə mindiyi gün, 31.08.2021 -ci il tarixində sözügedən mənzillə bağlı sığorta hadisəsinin baş verməsi ilə əlaqədar Şirkətə məlumat daxil olmuşdur. Hadisə ilə əlaqədar Şirkətin səlahiyyətli nümayəndələri tərəfindən sığortalının ailə üzvü Nümayəndə iştirakı ilə mənzilə baxış keçirilmiş və mənzilə ilkin olaraq 396 (üç yüz doxsan altı) manat zərər dəydiyi hesablanmışdır. Lakin sığortalı sığorta ödənişinin məbləği ilə razılaşmamışdır. Bundan sonra Şirkətin qiymətləndirmə üzrə mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilməsi üçün təşəbbüs göstərilmiş, lakin sığortalının ailə üzvü buna yol verməmiş, əməkdaşları mənzilə buraxmamışdır. İddiaçı X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 məhkəmə iclasında iddianı DSKŞ-yə aid hissədə qəbul etmədi, iddiaya etiraz təqdim edərək bildirdi ki, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 300 manat pul məbləğinin tutulması ilə bağlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddianı qəbul etmir və hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, 11.03.2021-ci il tarixdə Bakı şəhəri ərazisində X5 tərəfindən idarə olunan «BMW 318» markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə X4 idarə etdiyi «Hyundai Accent» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobil və yolda hərəkətdə olan «X11» markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş və nəticədə sonunculara maddi zərər dəymişdir. Avtomobillərə dəymiş zərər Şirkət tərəfindən «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən mütənasib qaydada müəyyənləşdirilmiş 19.05.2021-ci il tarixdə «X11» markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X2 238 manat 83 qəpik və iddiaçı X4 bank hesabına 4.761 manat 17 qəpik ödənilmişdir. Avtomobilə dəymiş zərər qanunvericiliyə əsasən («İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 16.2) aparılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq şirkətə aid hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh bildirmişdir ki, Aktda bütün məlumatlar əks olunmamışdır. Aktda mənzilin kimə məxsus olması, mülkiyyətçisinin kim olduğu bəlli deyil. Zərərin məbləği barədə tərəflər arasında razılıq yoxdur. Qəbzdə də bütün məlumatlar əks olunmamışdır. Ekspertiza təyin olunmalıdır. Baxış keçirilməlidir. Əmlaka dəyən zərərin məbləği müəyyən olunmalıdır. İddianın qüsur aktına uyğun olaraq qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 30.08.2021-ci il tarixində Şirkətlə İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzillə bağlı daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sözügedən mənzil 1 (bir) il müddətinə icbari qaydada sığortalanmış, sığorta məbləği 25000 (iyirmi beş min), azadolma məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. 04.03.2022-ci il tarixli Nümayəndə tərəfindən "xxxx" MMC-yə ünvanlanmış Ərizənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 31,79 kv.m sahədən onlar tərəfindən QR 51 saylı Qiymətləndirmə rəyinə əsasən 3000 azn civarında qiymətləndirilmişdir. Həmin rəyə əlavə olunmuş dəymiş zərərin hesablanmasına dair smetada xərclərin icmalı ilə yekun məbləğ arasında fərq mövcuddur. 92 nömrəli MKTB-nin rəisinə Nümayəndə tərəfindən ünvanlanmış 20.04.2022-ci il tarixli ərizənin surətindən görünür ki, 07.09.2021-ci il tarixdə tərtib olunmuş Aktda onun yaşadığı mənzilə - A.Məmmədov 77, m 6 ünvanındakı su çəninin daşması nəticəsində xeyli miqdarda zərər dəymişdir. Bu barədə aktda qeyd olunmuşdur. Akta əlavə olaraq zərər vermiş mənzilin məlumatlarının qeyd edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 92 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən Nümayəndə ünvanlanmış 23 nömrəli, 20.04.2022-ci il tarixli məktubdan görünür ki, onun 20.04.2022-ci il tarixli ərizəsində qaldığı məsələ ilə əlaqədar 92 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən 07.09.2021-ci ildə 9-cu mkr A.Məmmədov 77 mənzil 3 ünvanına verilmiş aktda ziyan vuran vətəndaşın mənzili göstərilməmişdir. Akta əlavə olaraq bildiririk ki, mənzilinə dəymiş ziyanın dəqiq ünvanı A.Məmmədov 77 mənzil 6 ünvanıdır. 01.09.2021-ci il tarixli, AR DSKŞ-nin nümayəndəsi M.O.Hüseynov, Şirkətin tikinti mütəxəssisi E.Ə.Məmmədov, sığorta etdirənin ailə üzvü Nümayəndə tərəfindən tərtib edilmiş Aktın suətindən görünür ki, vətəndaş İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilinə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, yuxarı qonşu mənzildən su axması nəticəsində vətəndaşın mənzilinin 24 kv.m ölçüdə tavan hissəsi islanmışdır. Həmin hissənin təmir edilməsi üçün 400 manat məbləğində ziyan dəyməsi hesablanaraq azadolma (250 manat) çıxıldıqdan sonra 150 manat məbləğində sığorta ödənişi düşməsi vətəndaşa bildirildi. Sığorta hadisələri departamentinin direktoru X.Hətəmov tərəfindən Nümayəndə ünvanlanmış məktubun surətindən görünür ki, şirkətə daxil olmuş ərizədə bildirilmişdir ki, Bakı şəhəri, 9 mkr., Adil Məmmədov küçəsi, ev 77, 3 saylı mənzilə üst qonşunun su çəninin daşması nəticəsində ziyan dəymişdir. Tərəfindən "xxxx" MMC-yə müraciət edilmiş və onlar tərəfindən mənzilə dəyən zərər 3000 manat məbləğində müəyyən edilmişdir. Lakin zərərin müəyyən edilməsində mənzilin hansı konstruktiv elemntlərinə (tavanına, döşəməsinə, divar kağızlarına və s) zərər dəyməsi üçün təmir bərpa işləriinn aparılması qeyd edilməmiş və aparılmış təmir-bərpa işlərinə dair smetanı sənədlərə əlavə edilməmişdir. Bununla əlaqədar olaraq daşınmaz əmlak üzrə sığorta müqaviləsi (BB 346758) İddiaçı adına bağlanılmış və 31 avqust 2021-ci il tarixdə qüvvəyə minmişdir. Tərəflərindən 31 avqust 2021-ci il tarixdə Şirkətin qaynar xəttinə zəng edilərək sığorta olunan məznilin su basması nəticəsində zədələndiyini bildirmişdir. Şirkətin nümayəndələri tərəfindən 01.09.2021-ci il tarixdə mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, tikintinin tavan hissəsi islanaraq 24 m2 sahəyə ziyan dəymişdir. Həmin hissənin təmir edilməsi üçün 400 manat zərər dəyməsi və azadolma məbləği (250 manat) çıxıldıqdan sonra 150 manat məbləğində sığorta ödənişi müəyyən edilərək bildirilmişdir. Lakin o sığorta ödənişinə dair tələb olunan heç bir sənəd şirkətə təqdim etmədən mənzilin təmiri üçün əsassız 3000 manat tələb edir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, onun tərəfindən lazımi sənədləri (ərizə, mənzilin reyestr xidmətindən çıxarışı, texpasportu hadisənin baş verməsi tarixi və səbəbi barədə səlahiyyətli orqanın arayışı, şəxsiyyət vəsiqəsinin surəti, fotoşəkillər və s.) Şirkətə təqdim edildikdən sonra sığorta ödənişi məsələsinə baxıla bilər. 07.09.2021-ci il tarixli, mühəndis Rüfət Rzayev, sahə nəzarətçisi Xəyal Rzayev, çilingər Firdovsi Muradov tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, İddiaçı məxsus olan Binəqədi rayonu 9 mkr., Adil Məmmədov küçəsi ev 77, mən 3-də yaşayan oğlu Nümayəndə yazılı müraciətinə əsasən həmin mənzilə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, həmin binanın 2-ci mərtəbəsində 31 avqust – 1 sentyabr tarixlərində su çəninin dolub daşması nəticəsində 3 saylı mənzilin yataq otağına, qonaq otağına, dəhlizinə xeyli ziyan dəymişdir. QR 51 nömrəli Qiymətləndirmə Rəyi - dəymiş zərərin hesablanmasına dair 10.09.2021-ci il tarixli smetadan surətindən görünür ki, 06 sentyabr 2021-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 4 ünvanında istifadədə olan qanuni 1 otaqlı (2 otaqlıya düzəlmə) 31.79 kv.m fərdi yaşayış evinin təmirinə dəyən zərərin həcmi 3000 (üç min) azn civarındadır. Belə ki, həmin ünvanda fərdi yaşayış evinin 1 kv/m təmir qiyməti 100 azn olmaqla, 3000 azn civarındadır. 11.03.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş Arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 31,79 kv.m fərdi yaşayış evinə dəyən zərərin smetasi yəni, təmir xərcləri 3.165 (üç min yüz altmış beş) azn dəyərində hesablanmışdır, QR 51 saylı Qiymətləndirmə rəyinə əlavə olunmuş (Əlavə-1) smetaya əsasən, döşəmənin təmiri üçün nəzərdə tutulmuş dolğu, lak və şkurka-nın qiyməti texniki səhv ucbatından qeyd edilməmişdir ki, bu da verilmiş təmir-tikinti smetasının açıqlanması ilə cəmi məbləğinin arasında 250 (iki yüz əlli) azn uyğunsuzluq yaratmışdır. Göründüyü kimi, 30.08.2021-ci il tarixində Şirkətlə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzillə bağlı daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sözügedən mənzil 1 (bir) il müddətinə icbari qaydada sığortalanmış, sığorta məbləği 25000 (iyirmi beş min), azadolma məbləği 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Mülki Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. İşin faktiki hallarından görünür ki, iddiaçıya vurulmuş real maddi ziyan 3000 manat təşkil edir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 8.6-ci maddəsinə əsasən bu Qanunda başqa cür nəzərdə tutulmadığı hallarda icbari sığorta müqaviləsində azadolma məbləği müəyyən edilmir. - 16.4-cü maddəsinə əsasən Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 39.3.1-ci maddəsinə əsasən Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Sığorta Şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi dəyən zərərdən azadolma məbləği çıxılmaqla icra etməlidir. İş materiallarında olan, dəymiş zərərlə bağlı "xxxx" MMC tərəfindən verilmiş 10.09.2021-ci il tarixli, QR 51 nömrəli Qiymətləndirmə Rəyindən görünür ki, ünvan 4 ünvanında istifadədə olan qanuni 1 otaqlı (2 otaqlıya düzəlmə) 31,79 kv.m fərdi yaşayış evinin təmirinə dəyən zərərin həcmi 3000 azn civarındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi olaraq 2750 manat və ödənilmiş 50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının mənzilinə dəymiş 3000 manat məbləğində zərərdən 250 manat azadolma məbləği təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişi olaraq 2750 manat və ödənilmiş 50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənillsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar