Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1410/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Cavabdeh2 qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və X1 müştərək qaydada iddiaçıya 50.000 (əlli min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 240 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan - xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdeh qismindən çıxarılmasını, həmin iş üzrə Cavabdeh2 iddiaçının xeyrinə 50.000 manat mənəvi ziyanın və ödənilmiş 240 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, qeyd olunan vəsatət məhkəmə tərəfindən təmin edilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, hazırkı mülki işə qiyabi icraat qaydasında baxılması və iddia tələbinin təmin edilməsinə dair qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2(006)- 1410/2023 saylı qərardadı ilə hazırkı işə qiyabi icraat qaydasında baxılması qərara alınmış, eyni tarixli eyni saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. 14 may 2023-cü il tarixdə cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2(006)-1410/2023 saylı qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli e-2(006)-1410/2023 saylı qərardadı ilə qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli e-2(006)-1410/2023 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 13 iyun 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə ərizə ilə müraciət edərək hazırkı (19 iyun 2023-cü il tarixli) məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizəyə üzürlü səbəbi təsdiq edən hallara dair sübut əlavə etməmişdir. Məhkəmə baxış iclası 19 iyun 2023-cü il tarixə saat 11:10-a təyin edilmiş, iş üzrə tərəflər iclasın keçirilmə tarixi və yeri barədə prosessual qanunvericiliyə uyğun olaraq müvafiq qaydada məhkəmə tərəfindən xəbərdar edilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri (üzürlü) barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Beləliklə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzrlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 240 manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 240 manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1410/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1410/2023
19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver