Məhkəmə qərarları › İş №e-2(006)-1412/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1412/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1412/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X3, iddiaçının nümayəndəsi (vəkili) X7, cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X2 21 fevral 2020-ci ildə ölümü ilə bağlı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı mərhum X5 28 Avqust 2002-ci ildən 21 Fevral 2020-ci ilədək Daxili İşlər Nazirliyi Qobustan Rayon Polis Şöbnəsində post-patrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət edib. Həyat yoldaşı xidmətdə olarkən 21 Fevral 2020-ci ildə “kəskin ağciyər emboliyası” səbəbindən vəfat edib. Həyat yoldaşının himayəsində işləməyən pensiyaçı anası və üç yetkinlik yaşına çatmayan oğlu olub. Həyat yoldaşı vəfat etdikdən sonra icbari şəxsi sığorta üzrə sığorta ödənişlərinin verilməsi üçün nümayəndəsi X9 vasitəsilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Cavabdeh 99/xxxx/2023 saylı 31 Yanvar 2023-cü il tarixli məktubla bildirib ki, guya ərizəsinə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin Rəyinin verilmə tarixi 22 Dekabr 2022-ci il tarixinə təsadüf etdiyindən “Dövlət icbari Şəxsi Sığortası Sahəsində İdarəetmənin Təkmilləşdirilməsi ilə bağlı Tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 18 May 2021-ci il tarixli 1340 saylı Fərmanına dəyişiklik edilməsi barədə” Fərmanının 3-cü bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Lakin, mərhum həyat yoldaşının ölməsi ilə baş verən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd, Daxili İşlər Nazirliyinin Rəyindən öncə verilmiş AZ-İİ 061846 saylı 13 mart 2020-ci il tarixli ölüm şəhadətnaməsidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X12 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan ölüm haqqında AZ-İİ 061846 nömrəli şəhadətnaməyə əsasən X1 ağciyər emboliyası səbəbindən vəfat etmişdir. İddiaçının sığorta ödənişinin alınması üçün şirkətə təqdim edilmiş ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən təsdiq edilmiş vətəndaş İddiaçı müraciəti əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəyin surətinə əsasən Qobustan RPŞ PPXB-nin polis nəfəri Qəzənfər Abdullayevin ölümünün xidməti vəzifələrinin icrası ilə əlaqəsinin olması nəzərə alınmışdır. Rəyin təsviri hissəsində, həmçinin DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2022-ci il tarixli məktublarında polis nəfəri Qəzənfər Abdullayevin vəfat etməsinin xidməti vəzifələrinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə müvafiq rəyin təsdiq edilmiş surətinin ƏƏSMN yanında DSMF-yə təqdim edilməsi üçün ailə üzvlərinə verilməsinin məqsədəmüvafiq hesab edildiyi göstərilmişdir. Göründüyü kimi, rəydə qeyd olunanlardan aydın olduğu üzrə, habelə iş materiallarında olan digər sənədlər sığorta ödənişinin DSMF tərəfindən verilməli olduğuna görə həmin quruma təqdim edilməsi üçün verilmişdir. Bildirilir ki, hazırki iş üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən – sığorta olunanın ölümünün xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə DİN naziri tərəfindən təsdiq edilmiş rəyin tarixi xx.xx.2022-ci il tarixinə aid olduğundan, sığorta ödənişinin verilməsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aiddir. Bu səbəbdən hazırki iddia tələbi üzrə şirkət cavabdehlik daşımır. Qeyd edilənlərə əsasən mülki iş üzrə İddiaçı tərəfindən verilmuş iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ № 061846 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV № 401045 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Qobustan rayonunda anadan olmuş, atası X5, anası İddiaçıdır. Mülki işin materiallarında olan Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ № 455429 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, atası X5, anası İddiaçıdır. Mülki işin materiallarında olan Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ № 147723 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü il tarixdə Yasamal rayonunda anadan olmuş, atası X5, anası İddiaçıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilən Arayışdan görünür ki, mərhum X5 xx.xx.2022-ci ildən xx.xx.2020-ci il tarixə kimi Qobustan rayon Polis şöbəsinin post-patrul xidməti tağımının polis nəfəri vəzifəsində xidmət etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilən Arayışdan görünür ki, sabiq polis nəfəri X2 hesablanmış aylıq əmək haqqı 705.70 manat təşkil etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsi tərəfindən Qobustan rayon Polis şöbəsinə ünvanlanan məktubdan görünür ki, polis baş serjantı Q.Abdullayev xidmətdə olarkən kəskin infarkt keçirməsi səbəbindən Bakı şəhəri 1 saylı X20 vəfat etmişdir. Bununla əlaqədar hazırlanmış rəyin təsdiq edilmiş surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması üçün göndərilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin Rəyinin verilmə tarixi 22 dekabr 2022-ci il tarixinə təsadüf etdiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir, bu səbəbdən sığorta ödənişinin alınması üçün aidiyyəti üzrə Fonda müraciət edilməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan xidmətin təhqiqatın nəticəsinə dair xx.xx.2022-ci il tarixli rəydən görünür ki, DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2022-ci il tarixli məktublarında polis nəfəri Qəzənfər Abdullayevin vəfat etməsinin xidməti vəzifələrinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə müvafiq rəyin təsdiq edilmiş surətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi üçün verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X2 ölüm faktını təsdiq edən sənədinin – ölüm haqqında şəhadətnamənin tarixi 13 mart 2020-ci ilə aiddir. Odur ki, icbari sığorta ödənişinin verilməsi ilə bağlı aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət edilməsi tövsiyə olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, **********№-li mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mərhum həyat yoldaşı X5 xx.xx.2002-ci il tarixdən xx.xx.2020-ci il tarixədək DİN Qobustan rayon Polis Şöbəsində post-patrul xidməti taqımının polis nəfəri vəzifəsində xidmət etmiş, xx.xx.2020-ci il tarixdə kəskin ağciyər emboliyası səbəbindən vəfat etmişdir. Hazırda iddiaçı mərhum həyat yoldaşının ölümü ilə bağlı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin ödənilməsini məhkəmədən tələb edir. Cavabdeh tərəf iddia tələbi ilə razı deyildir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Həmin Fərmanın 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1340 nömrəli Fərmanını rəhbər tutaraq hesab edir ki, hazırki iddia tələbi ilə bağlı sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd xx.xx.2022-ci il tarixinə aid olduğundan sığorta ödənişinin verilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir. Bundan başqa, məhkəmə iddiaçının sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin ölüm haqqında şəhadətnamə olması iddiasına münasibətdə qeyd edir ki, hazırki iddia üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd ölüm haqqında şəhadətnamə deyil, məhz sığorta olunanın ölümünün xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə DİN tərəfindən təsdiq edilmiş rəydir. Belə ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçasının surəti və ya iş yerindən arayış, sığorta hadisəsinin xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı ilə birlikdə həlak olma (ölüm) halında sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surətini təqdim edir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar