Məhkəmə qərarları › İş №e-2(006)-1413/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1413/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1413/2022 22.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi ilə, İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC Cavabdeh qarşı «ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 826,59 manat xidmət haqqı, 148,79 manat (ƏDV 18%) cəmi 975,38 manat və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.683,29 ABŞ dolları əsas, 936,82 ABŞ dolları faiz, 1.880,25 ABŞ dolları dəbbə pulunun tutulması, tutmanın cavabdehə məxsus “Mercedes Benz ML 63 AMG” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait yetərli olmadığı halda, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-9209/16 saylı, 18 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 11 683,29 ABŞ dolları əsas, 936,82 ABŞ dolları faiz, 100 ABŞ dolları dəbbə pulu, cəmi 12.717,11 ABŞ dollarının tutulması, tutmanın cavabdehə məxsus Mercedes Benz ML 63 AMG” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq borcun ödənilməsi, əldə ediləcək məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda, qalan borcun cavabdehdən ümumi qaydada tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdi. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-9209/16 saylı, 18 noyabr 2016-cı il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2018-ci il tarixli 2(103)-75/2018 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 9209/16 saylı, 18 noyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 30.600 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-75/2018 nömrəli, 14.02.2018-cı il tarixli icra vərəqəsinin və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 471-180319/18-5-7 saylı 11.01.2019-cu il tarixli məktubunun icrasına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41,42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. Hərracın təşkilini “X1” MMC həyata keçirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 mart 2019-cu il tarixli müqaviləyə əsasən alıcı (hazırkı iddia üzrə iddiaçı) “X3 Azərbaycan” QSC “Mercedes Benz ML 63 AMG” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 19507,50 manata (on doqquz min beş yüz yeddi manat, əlli qəpik) almışdır. “X1” MMC tərəfindən “X3 Azərbaycan” QSC-yə 18 mart 2019-cu il 107 nömrəli HesabFaktura və 27.03.2019-cu il tarixli Seriya EAAS 125366 saylı elektron qaimə təqdim edilərək, hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün 826,59 manat xidmət haqqı, 148,79 manat (ƏDV 18%) tələb edilmişdir. “X3 Azərbaycan” QSC tərəfindən 27.03.2019-cu il tarixdə826,59 manat xidmət haqqının, 148,79 manat (ƏDV 18%) cəmi 975,38 manatın “X1” MMC-yə ödənilməsinə dair 231 saylı ödəniş tapşırığı verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Göründüyü kimi, ipoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri həmin iş üzrə tələbkar “X3 Azərbaycan” QSC-dən alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2018-ci il tarixli, 2(103)-75/2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-9209/16 saylı, 18 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 30600 manat müəyyən edilmişdir. 18 mart 2019-cu il tarixli 107 hesab fakturanın surətindən görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 975.38 manat məbləğində xidmət haqqı ödənilməlidir. 15.03.2019-cu il tarixli 34/1 saylı hərracın yekunları barədə protokolun və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətlərindən görünür ki, “X3 Azərbaycan” QSC tərəfindən Cavabdeh məxsus “Mercedes ML63 AMG” minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil 19.507 manat qiymətə əldə edilmişdir. 27 mart tarixli 231 nömrəli ödəniş tapşırıqlarının surətindən görünür ki, “X3 Azərbaycan” QSC hərrac xərcləri üçün 148,79 manat və 826.59 manat məbləğində pulu “X1” MMC-yə ödəmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 11.01.2022-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. 11.01.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-9209/16 saylı, 18.11.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 11.683,29 ABŞ dolları əsas, 936,82 ABŞ dolları faiz, 100 ABŞ dolları dəbbə pulu, cəmi 12.717.11 ABŞ dollarının tutulması, tutmanın cavabdehə məxsus avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq borcun ödənilməsi, əldə ediləcək məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda, qalan borcun cavabdehdən ümumi qaydada tutulması qət edilmiş, qeyd olunan qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2018-ci il tarixli, 2(103)-75/2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-9209/16 saylı, 18 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 30600 manat müəyyən edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinə yönəldilmiş, hərrac təşkil edilmiş, hərracın təşkili “X1” MMC-yə həvalə edilmiş, yekunda “X3 Azərbaycan” QSC tərəfindən hərrac xərcləri üçün 148,79 manat və 826.59 manat məbləğində pulu “X1” MMC-yə ödənilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qeyd olunan xidmət haqlarının ödənilməsini tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 74.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: ... 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: ... 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2002-ci il tarixli qərarı ilə qərara alınmışdır ki: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü maddəsi və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsində olan«...icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...» müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60 və 71-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.” X2 Məhkəməsi qeyd etmişdir ki:“Mülki Məcəllənin 440.4-cü maddəsində isə müəyyən edilmiş növbəlilik ədalət anlayışına cavab vermir, ümumi və xüsusi mənafelər arasında ədalətli tarazılıq pozulmuş olur. Belə ki, yuxarıda göstərilən maddədə nəzərdə tutulmuş məhkəmə xərclərinin ödənilməsinin əsasını iddia təşkil etdiyi halda, tələbkarın tələblərinin yalnız məhkəmə xərclərinin ödənilməsindən sonra təmin olunması, pozulmuş hüquqların təsirli şəkildə bərpa olunması kimi qəbul edilə bilməz və belə hal Konstitusiyanın 60-cı maddəsinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 44.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 62,8 (altmış iki manat, səksən qəpik)(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 826,59 manat xidmət haqqı, 148,79 manat (ƏDV 18%) cəmi 975,38 manat və ödənilmiş dövlət rüsumu iddiaçı «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 826,59 manat xidmət haqqı, 148,79 manat (ƏDV 18%), cəmi 975,38 manat və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar