Məhkəmə qərarları › İş №e-2(006)-1442/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1442/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1442/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaxxxxının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında axxxxıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətindən mənim xeyrimə 6600 (altı min altı yüz) manat məbləğində sığorta pulunun və hüquqi xidmət göstərilməsi ilə əlaqədar vəkilə ödədiyi 145 manat pul vəsaitinin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuş, may 1979-may 1981-ci illərdə Pribaltikada həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərlə əlaqədar 1993-cü ilin yayında Xətai rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə xxxxağrılaraq torpaqların işğaldan azad edilməsi üxxxxün Ağdam şəhərinə hərbi xidmətə göndərilmişdir. xx xxxx 1993-cü ildə Ağdam şəhəri uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Aldığı xəsarətlə bağlı "Semaşko" xəstəxanasında bir müddət müalicə alıb, yaraları tam sağalmamış yenidən cəbhəyə yollanmış və döyüşlərə qatılmışdır. AR MN-nin N saylı hərbi hissənin tərkibində (hansı ki həmin hissədə rəhmətlik milli qəhrəman Şirin Mirzəyev könüllülərdən ibarət batalyona başxxxxılıq etmişdir) erməni işğalxxxxılarına qarşı düöyüşlərdə iştirak etmişdir. 1994-cü ilin mart ayında Ağdam rayonu ərazisində ordu tərəfindən həyata kexxxxirilən “təpə” əməliyyatında erməni dığaları tərəfindən snayperlə sifət nahiyyəsindən vurulmuşdur. İlkin tibbi yardım göstəriləndən sonrakı müddətdə Mərkəzi Hərbi Hospitalda əməliyyat və müalicə olunmuş, yekunda isə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 1994-cü ilin sentyabr ayında komissiyadan kexxxxib, həqiqi hərbi xidmətə yararsız hesab edilərək, həqiqi hərbi xidmətdən tərxis olunmuşdur, Azərbaycan Respublikası MN MHHK-nın müvafiq qərarına əsasən 1995-ci ildə TSEK tərəfindən ona 2-ci qrup əlillik təyin edilmiş və həmin vaxtdan 2-ci qrup hərbi əlil kimi pensiya alır. Lakin bu günə qədər "Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında’' Azərbaycan Respublikası Qanununun tələblərinə görə ona verilməli olan 6600 manat icbari sığorta pulunu ala bilməmişdir. Belə ki, sığorta pulunun alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Cavabdeh isə xx xxxxxx 2020-ci il tarixli 07-07-554 qeydiyyat nömrəli məktubla xahişini təmin etməkdən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının həmin dövr üxxxxün qüvvədə olan qamınverciliyinə istinadən sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üxxxxün sığorta hadisəsi günündən 3 il kexxxxənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. Ərizədən göründüyü kimi, 1995-ci ildə əlillik almış, lakin Qanunla müəyyən edilmiş müddət kexxxxdiyinə görə ona nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Hesab edir ki, sığota ödənişini tələb etməkdə haqlıdır, cavabdehin sığorta məbləğinin verilməməsi barədə göstərdiyi dəlilləri isə əsassızdır. Belə ki, hərbi xidmət vəzifəsini yerinə yetirərkən aldığı travma ilə əlaqədar, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəyi əsasında ona 2-ci qrup hərbi əlillik təyin olunmuşdur. Lakin hüquqi savadı olmadığı üxxxxün qanunları bilmədiyinə görə vaxtında ona xxxxatası sığorta pulunu ala bilməmiş, həmxxxxinin aidiyyəti dövlət qurumları bu barədə ona məlumat verməmişlər. Bundan əlavə, o, dövləti, vətəni, torpağı yolunda canından kexxxxib döyüşlərdə iştirak edərkən, hexxxx fikirləşməmişdir ki, onların döyüşlərdə canlarını sipər etməklə qoruduqları torpaqlarda sakit və firəvan ömür sürən və sığorta şirkətində oturub onların alacaqlarını hesablayanlar bir vaxt gələcək min bir bəhanə ilə onlara dövlət tərəfindən ayrılmış sığorta pullarını verməkdən imtina edəcəklər. O, sığorta şirkətindən əlavə və qeyri-qanuni pul tələb etmir ki, cavabdeh təşkilat min bir bəhanə ilə ona imtina cavabı yazsın. Azərbaycan Respublikasının Prezidenti, hətta döyüş bölgəsindən kənarda həlak olanların da şəhid kimi sayılması barədə humanist qərar qəbul etdiyi halda, onun rəhbərliyi altında işləyən şəxslərin vətəndaşları dövlətə qarşı qaldırmaları və halalca pulunu verməkdən imtina etmələri yolverilməzdir. Bundan başqa, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilir ki, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən üxxxx il müddətində əlillik təyin olunduqda, ona sığorta ödənişi verilir. Göründüyü kimi, onun istinad etdiyi kimi 6.600 manat, yəni sığorta məbləğinin 60 % məbləğində sığorta ödənişinin alınması üxxxxün onun travmanı almağından 3 il müddətində əlillik alması tələb olunur ki, qeyd olunan müddətdə aldığı xəsarətlə bağlı aidiyyəti orqan ona əlillik təyin etmişdir. Cavabdehin imtina məktubunda göstərilən imtinanın əsası ilə bağlı qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəsarətin məhz hərbi əməliyyatlar zamanı alması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üxxxxün müəyyən edilmiş müddətdir. Həmin normanın məqsədlərinə görə, sığorta hadisəsinin mövcud olması üxxxxün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik/xəsarət nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Hazırki vəziyyətdə də, ona əlillik verilməsinə əsas olmuş xəsarəti hərbi xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı müəyyən olunur. Bundan başqa, onunla nümayəndə Vəkil arasında xx.xx.2020-ci il tarixdə hüquqi xidmət göstərilməsi haqqında 112 saylı müqavilə bağlanmış və xx.xx.2020-ci il tarixli qəbzə əsasən 145 manat hüquqi xidmət haqqı ödənilmişdir. Hesab edir ki, tərəfindən hüquqi xidmətə görə nümayəndəyə ödənilmiş 145 manat məbləğində vəsait ağlabatan məbləğ olduğundan cavabdehdən xeyrinə tutulmalıdır. O da Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək, 2-ci qrup əlil olmaqla müharibə veteranı olduğuna görə dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaxxxxının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində pulun tutularaq İddiaxxxxı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaxxxxının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat vermiş və göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə xxxxıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, hexxxx bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. xx.xx.1979-cu il tarixdə verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, Manafov X1 RHK tərəfindən hərbi xidmətə xxxxağırılmış, xx.xx.1981-ci ildə xx.xx.1981-ci il tarixli, 79 nömrəli əmrlə tərxis edilmişdir. xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N saylı hərbi hissədə xidmət etmiş və Azərbaycan Respublikası MN-nin 169 nömrəli, xx.xx.1995-ci il tarixli əmri ilə ordu sıralarından azad edilmişdir. Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.1994-cü il tarixli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaxxxxı Ağdam rayonu istiqamətində gedən döyüşlərdə xx.xx.1994-cü il tarixdə hərbi travma almışdır. Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xətai rayonu 2 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE-01 seriyalı, 021265 nömrəli arayışın surətindən görünür ki, 1959-cu il təvəllüdlü İddiaxxxxı müddətsiz İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. Əmək qabiliyyətsizdir. Əlilliyin verilməsi üxxxxün əsas 267 saylı, xx.xx.2005-ci il tarixli müayinə aktıdır. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş Ə 002369 saylı vəsiqədən görünür ki, İddiaxxxxı İİ qrup müharibə əlilidir. ƏƏSMN tabeliyində DSMF-nin Bakı şəhəri, Xətai rayon xidmət nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 042313 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaxxxxı İİ qrup əlildir. Əlilliyini Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2020-ci il tarixli, 07-07-554 nömrəli cavabından görünür ki, İddiaxxxxı İİ qrup əlillik dərəcəsi alması ilə əlaqədar hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta Şirkətinə göndərdiyi sənədlərə baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının həmin dövr üxxxxün qüvvədə olan qanunvericiliyinə istinadən bildirirlər ki, sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üxxxxün sığorta hadisəsi günündən 3 il kexxxxənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. Ərizədən göründüyü kimi, 1995-ci ildə əlillik almışdır, lakin Qanunla müəyyən edilmiş müraciət müddəti kexxxxdiyinə görə ona nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Belə ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üxxxxün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaxxxxı “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqxxxxuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxxxxu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət kexxxxməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqxxxxular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqxxxxulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqxxxxu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin «xxxx» bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmxxxxinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üxxxx il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkexxxxmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqxxxxuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqxxxxu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət kexxxxərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata kexxxxirmək həmin Şirkətə həvalə edilmişdir. Hazırkı iş üzrə iddiaxxxxı İddiaxxxxı hərbi qulluqxxxxu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən xxxxərxxxxivələrə salınmasına gətirib xxxxıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi xxxxıxış etmir, həmxxxxinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üxxxxün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, “Hərbi qulluqxxxxuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “xxxx” bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaxxxxı 6.600 manat sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaxxxxı İddiaxxxxı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində pul tutularaq İddiaxxxxı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay kexxxxdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar