Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1445/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh AR Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq cinayət məusliyyətinə cəlb edilməsi, həbs və ev dustaqlığı olunması, məhkəməyə verilməsi ilə əlaqədar vurulmuş mənəvi ziyana görə əvəz (kompensasiya) olaraq 8.000 ( səkkiz min) manat, habelə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat, cəmi 8100 (səkkiz min yüz) məbləğində pul vəsaiti cavabdeh AR Maliyyə Nazirliyindən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Yasamal Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ilə (iş № l(004)-07/2017) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faiz məbləğində pul nəfinə tutulmaqla 2 (iki) müddətə islah işləri cəzasına məhkum edilmişdir. 1 noyabr 2017-ci il tarixdən 1 noyabr 2017-ci il tarixədək həbsdə saxlanıldığı 13 (on üç) gün, 14 2017-ci il tarixdən 25 dekabr 2017-ci il tarixədək ev dustaqlığı saxlanıldığı 1 (bir) ay 11 (on bir) gün, ümumilikdə 24 (iyirmi dörd) gün CM-nin 69.3-ci maddəsinə əsasən bir günə üç gün hesabı ilə nəzərə almaqla 5 (beş ay) 12 gün təyin ediləcək cəzadan çıxılaraq üzərinə qəti olaraq qazancının 20 (iyirmi) faiz məbləğində pul dövlətin nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə islah işləri cəzası saxlanılmışdır. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018-ci il tarixli qərarı ilə (iş № l(103)-390/18) onun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarı ilə (iş № 1(102) onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018-ci il tarixli qəran ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ilə (iş № 1(103)- - İ 19) F. Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı ilə (iş № 1(102) onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2021-ci il tarixli hökmü ilə (iş № 1(103)- 661/2021) onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, ona CM-nin 306.1-ci maddəsi ilə bəraət verilmişdir. Məmmədov həmin cinayət işi üzrə 13 gün həbsdə, 1 ay 14 gün ev dustalığmda saxlanılmışdır. O, əsassız ittiham olunmuş, qanunsuz həbsə və ev dustaqlığına alınmış və məhkəməyə verilmiş, ona mənəvi ziyan dəymişdir. O, həmin ziyanı 8 000 manat məbləğində müəyyən edərək kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsini xahiş edir. O, uşaq yaşlarından əlildir (İİ qrup), onun bir ayağı amputasiya olunmuşdur. Əsassız və qanunsuz cinayət təqibinə görə İddiaçı 13 gün həbsdə, 1 ay 14 gün ev dustalığmda qanunsuz olaraq azadlıqdan məhrum olmuş, dörd ilə yaxın müddətdə mənəvi itkilərə məruz qalmışdır. Azadlıqdan məhrum olunduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan dəymişdir. İbtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət əsəb pozğunluğu gətirib çıxarmışdır. Heç bir əsas olmadan onun barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və o, bir neçə il müddətində istintaq orqanında və məhkəmələrdə vaxtını və əsəbini sərf etməyə məcbur olmuşdur. Nəticədə o, çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçilmişdir. Qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, həbsdə və dusataqlığında saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Ona görə də hesab edir ki, ona vurulmuş mənəvi zərər ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçını, onun nümayəndəsini və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli, 1(004)-07/2017 saylı Hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faiz məbləğində pul nəfinə tutulmaqla 2 (iki) müddətə islah işləri cəzasına məhkum edilmişdir. 1 noyabr 2017-ci il tarixdən 1 noyabr 2017-ci il tarixədək həbsdə saxlanıldığı 13 (on üç) gün, 14 2017-ci il tarixdən 25 dekabr 2017-ci il tarixədək ev dustaqlığı saxlanıldığı 1 (bir) ay 11 (on bir) gün, ümumilikdə 24 (iyirmi dörd) gün CM-nin 69.3-cti maddəsinə əsasən bir günə üç gün hesabı ilə nəzərə almaqla 5 (beş ay) 12 gün təyin ediləcək cəzadan çıxılaraq üzərinə qəti olaraq qazancının 20 (iyirmi) faiz məbləğində pul dövlətin nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay 18 (on səkkiz) gün müddətə islah işləri cəzası saxlanılmışdır. İş materiallarında olan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018-ci il tarixli qərarı ilə (iş № l(103)-390/18) onun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarı ilə (iş № 1(102) onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018ci il tarixli qəran ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. İş materiallarında olan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ilə (iş № 1(103)- - İ 19) F. Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı ilə (iş № 1(102) onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. İş materiallarında olan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2021-ci il tarixli hökmü ilə (iş № 1(103)-661/2021) onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, ona CM-nin 306.1-ci maddəsi ilə bəraət verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, Bakı şəhəri Yasamal Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ilə İddiaçı (iş № 1(004)-07/2017) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faiz məbləğində pul nəfinə tutulmaqla 2 (iki) müddətə islah işləri cəzasına məhkum edilmişdir. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018-ci il tarixli qərarı ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2019-cu il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2018-ci il tarixli qəran ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ilə onun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 avqust 2021-ci il tarixli hökmü ilə (iş № 1(103)-661/2021) onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, ona CM-nin 306.1-ci maddəsi ilə bəraət verilmişdir. Göründüyü kimi, İddiaçı 13 gün həbsdə, 1 ay 14 gün ev dustaqlığında qanunsuz olaraq saxlanılmışdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı və iddiaçının nümayəndəsinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, qanunsuz olaraq cinayət məusliyyətinə cəlb edilməsi, həbs və ev dustaqlığı olunması, məhkəməyə verilməsi ilə əlaqədar vurulmuş mənəvi ziyana görə əvəz (kompensasiya) olaraq 3.000 (üç min) manat məbləğində pul vəsaiti cavabdeh AR Maliyyə Nazirliyindən tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Qanunsuz olaraq cinayət məusliyyətinə cəlb edilməsi, həbs və ev dustaqlığı olunması, məhkəməyə verilməsi ilə əlaqədar vurulmuş mənəvi ziyana görə əvəz (kompensasiya) olaraq 3.000 (üç min) manat məbləğində pul vəsaiti cavabdeh AR Maliyyə Nazirliyindən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1445/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1445/2022
29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver