Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1453/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili – Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili – X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə, mənzildə yaşamalarına və sərbəst istifadəsinə maneəçilik törədilməməsi vəzifəsinin həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə, mənzildə yaşamalarına və sərbəst istifadəsinə maneəçilik törədilməməsi vəzifəsinin həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı azyaşlı övladları X3 və X4 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Kərpic küçəsi 14 saylı evin 13 saylı mənzilinə köçürülməsi, onların həmin mənzildə yaşamalarına və sərbəst istifadələrinə maneçilik törətməməsi vəzifəsinin Cavabdeh həvalə edilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 50 manatın və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması və hazırkı mülki işin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X2 işin mahiyyəti üzrə həll olunmasını tələb etməyərək, mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinin tələblərinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.6-cı maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanıldığına görə İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 50 manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddiaçı “İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə, mənzildə yaşamalarına və sərbəst istifadəsinə maneəçilik törədilməməsi vəzifəsinin həvalə edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş 50 manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259.0.11, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə, mənzildə yaşamalarına və sərbəst istifadəsinə maneəçilik törədilməməsi vəzifəsinin həvalə edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 50 manat məbləğində (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz üzrə) dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1453/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1453/2023
07.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver