Məhkəmə qərarları › İş №e-2(006)-1465/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-1465/2022

23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-1465/2022 23.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh - Cavabdeh1 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Sağlamlıq Mərkəzi olmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 18 yanvar 2022-ci il tarixdə - İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 təsis etdiyi “Medical Plaza” klinikası və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 250.000 (iki yüz əlli min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli e-2(006)- 1465/2022 saylı qərardadı ilə hazırkı ş üzrə məhkəmətə tibbi ekspertizası təyin edilmiş, 03 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X2 tərəfindən 19 may 2022-ci il tarixli 1809 saylı ekspert rəyi daxil olmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli e-2(006)- 1465/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 28 iyul 2022-ci il tarixdə iş üzrə İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, Bakı Sağlamlıq Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli e-2(006)- 1465/2022 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, iş üzrə təkrar komission məhkəmə tibbi ekspertizası təyin edilmiş, 06 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X2 tərəfindən verilmiş məlumata əsasən iddiaçının məhkəmə tibbi müayinədən keçməkdən imtina etdiyi üçün qərar icrasız olaraq geri qaytarılmış, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli e-2(006)-1465/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən - Cavabdeh1 iddiaçı notarial qaydada təqdim edilmiş ərizəni təqdim edərək, iddiaçı ilə barışdıqlarını və bu səbəbdən ərizənin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi.. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş iddiaçı, digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, vəsatət təmin edilməli və iddia ərizəsi iddiaçıya qaytarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Cavabdeh1 tərəfindən ona vurulmuş zərər tamamilə ödənilmiş və cavabdehlə barışmışdır, heç bir iddia, şikayət və tələbi olmadığından və ona qarşı şikayətini geri götürmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Sağlamlıq Mərkəzi olmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizəsi qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar