Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1528/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdehlər "Akademik C.M.Abdullayev adına X1" X7 və "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X5rşı "əmək haqqına əlavənin ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçıcavabdehlər "Akademik C.M.Abdullayev adına X1" X7 və "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X5rşı "əmək haqqına əlavənin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X9 və Akademik C. M. Abdullayev adına X1”nun üzərinə ona 5 ay üzrə verilməmiş 21000 (iyirmi bir min) manat əmək haqqına aylıq həvəsləndirici əlavələrin hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixdən “Akademik C. M. Abdullayev adına X1”nda direktor müavini vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən İnstitut “TƏBİB”in tabeliyinə verilmişdir. Həmin vaxtda hamıya məlum olan COVİD-19 pandemiyası başlamışdır. Bundan sonra onlar gücləndirilmiş iş rejiminə keçmişdirlər. İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Cavabdeh2n nabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına əsasən onların əmək haqqlarına həvəsləndirici əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəmələrin tətbiqi xx.xx.2021-ci il tarixdə tətbiq olunacaqdır. Həmin əlavələr hamıya ödənilsədə ona ödəniş olunmamışdır. Sonra xx.xx.2021-ci il tarixdə onu elmi rəhbər vəzifəsinə keçirtdilər və ondan sonra ona 400 manat əlavə ödəniş etdilər. Direktor müavini kimi əlavə ödənişin ona ödənilməsi ilə əlaqədar olaraq o şifahi olaraq həm öz iş yerinə, həmdə TƏBİB X11ə müraciət etsə də heç bi nəticəsi olmamışdır. Cavabdehin mühasibi ona bildirmişdi ki, “Sizin xəstəxana tələbnamə versin bizdə ödəyək.” xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 xx.xx.2023-cü il tarixli 18-1/2-H-16100-1- 25751/2023 saylı məktubla bildirmişdir ki, onun ərizəsinə baxılmışdır və onun nəzərinə çatdırılar ki, TƏBİB-in tabeliyindəki tibb müəssələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Cavabdeh2n tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına əsasən həyata keçirilir. Sözün düzü həmin cavabın nə məna kəsb etdiyini o, hələdə başa düşməmişdir. Cədvəlin ikinci bəndində Direktorun müəssisə rəhbərinin müavini 1-ci qrup üzrə Direktorun (müəssisə rəhbərinin) həvəsləndirici əlavəsinin 70%-dək yəni 6000 manatın 4200 manat məbləği almalıdır. Belə çıxır ki, cavabdeh ona 9 ay üzrə ödəniş etməmişdir. 7 aydan 2 ayını onun məzuniyyətdə olmağını nəzərə alsaq cavabdehlər ona 5 ay üçün 21000 (iyirmi bir min) manat ödəniş etməlidir. Cavabdeh "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X8 nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının ərizəsindən məlum olur ki, O, xx.xx.2021-ci il tarixindən etibarən 5 ay müddətinə, yəni 30 avqust 2021-ci il tarixinə qədər əhatə olunan dövr üçün əmək haqqına əlavənin ödənilməsini tələb edir. Mübahisə əmək haqqı ilə bağlı olduğu üçün 2021-ci ilin aprel ayının sonu əmək haqqı ödənişi aparıldıqda iddiaçı artıq hüququnun pozulduğunu bilirdi və əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 il müddətinə məhkəməyə müraciət etməmiş, bununla da iddia müddətini ötürmüşdür. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinə müddət tətbiq olunmaqla, iddiaçı X3 TƏBİB-ə qarşı “əmək haqqının ödənilməsi” iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirəm. Əlavə olaraq qeyd etmək istəyir ki, iddiaçı məhkəməyə iddiası ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Əmək Məcəlləsinin 154-cü maddəsində əmək haqqı termini belə izah edilmişdir: “Müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur”. Qanundan göründüyü kimi əlavə də əmək haqqı hesab olunur və əmək müqaviləsi ilə müəyyən edilməlidir. İddiaçı məhkəməyə TƏBİB ilə arasında bağlanmış müqavilə və ya TƏBİB-in iddia olunan məbləği ödəmə öhdəliyi götürdüyü hər hansı sənəd təqdim etməmişdir. İcbari Tibbi Sığorta üzrə X4 heyətinin 21 yanvar 2020-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh2n tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 16.5-ci bəndinə əsasən qaydanın 16.4-cü bəndində (tibb müəssisəsinin rəhbərliyinə verilən əlavələrin müəyyən olunması) nəzərdə tutulmuş əlavələrin dəqiq məbləği işçinin əmək stajı, peşəkarlıq səviyyəsi və şəxsi keyfiyyətləri nəzərə alınmaqla işəgötürənin təqdimatı əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir. Qərarın müvafiq bəndindən göründüyü kimi: 1.əlavələrin məbləğinin müəyyən olunması üçün işçinin əmək stajı, peşəkarlıq səviyyəsi və şəxsi keyfiyyətləri nəzərə alınır; 2.əlavələr işəgötürənin təqdimatı əsasında müəyyən edilir; 3.əlavələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir Göstərilənlərə nəzərə alaraq belə qənaətə gəlmək olar ki, 1.əmək haqqına əlavələrin ödənilməsi imperativ norma kimi qoyulmamışdır, həvəslədirici əlavə olduğu üçün işçinin müəyyən xüsusiyyətlərinə görə fərdi yanaşma mövcuddur; 2.əlavələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edildiyi üçün bu mübahisədə TƏBİB iddiaya cavab verməli olmayan şəxsdir. 3. TƏBİB ilə iddiaçı arasında ayda 4200 manat əmək haqqı ödənilməsi barədə hər hansı kontrakt mövcud deyildir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X8 nümayəndəsi iddianın əsassız olduğundan, həmçinin iddia tələbinə müddət tətbiq olunmaqla, iddiaçı X3 TƏBİB-ə qarşı “əmək haqqının ödənilməsi” iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia tələbirədd edilməlidirlər. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarında olan ИT № ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə “Akademik C. M. Abdullayev adına X1”nda direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixində “Akademik C. M. Abdullayev adına X1” əsasında “Akademik C. M. Abdullayev adına X1” X9 yaradılmışdır. xx.xx.2020-ci il tarixində “Akademik C. M. Abdullayev adına X1” X9 icbari tibbi sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X8 tabeliyinə verilmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin 21 yanvar 2020-ci il tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası 16.4-cü və 16.5-ci maddələrinə əsasən Tibb müəssəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələrin məbləği müvafiq cədvəl üzrə müəyyən edilir. Bu Qaydanın 16.4-cü bənddə nəzərdə tutulmuş əlavələrin dəqiq məbləği işçinin əmək staji, peşəkarlıq səviyyəsi və şəxsi keyfiyyətləri nəzərə alınmaqla işəgötürənin təqdimatı əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir. İş materiallarında olan Akademik C.M.Abdullayev adına X1" X6 166-K nömrəli, xx.xx.2021-ci il tarixli İddiaçı “əmək məzuniyyətinin verilməsi haqqında” əmrindən görünür ki, direktor müavini (həkim) İddiaçı xx.xx.2021-ci-xx.xx.2021-ci il tarixinədək növbətə məzuniyyətə cıxmağa icazə verilməsi əmr edilmişdir. İş materiallarında olan Akademik C.M.Abdullayev adına X1" X6 İddiaçı aprel-noyabr 2021-ci il üzrə əmək haqqı barədə məlumatdan görünür ki, İddiaçı əmək haqqı 2021-ci ilin aprel ayında 629.31 manat, may ayında 629.31 manat, iyun ayında 629.31 manat, iyul ayında 629.31 manat, avqust ayında 1158.52 manat, sentyabr ayında 128.83 manat, oktyabr ayında 629.31 manat, noyabr ayında 521.77 manat təşkil etmişdir. İş materiallarında olan Akademik C.M.Abdullayev adına X1" X6 İddiaçı aprel-noyabr 2021-ci il üzrə əmək haqqına əlavələr barədə məlumatdan görünür ki, İddiaçı əmək haqqına əlavələr 2021-ci ilin aprel ayında 0 manat, may ayında 0 manat, iyun ayında 0 manat, iyul ayında 0 manat, avqust ayında 0 manat, sentyabr ayında 0 manat, oktyabr ayında 0 manat, noyabr ayında 402.50 manat təşkil etmişdir. İş materiallarında olan "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X6 İddiaçı ünvanladığı 19 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, onun əmək haqqına həvəsləndirici əlavələrin ödənilməməsi haqqında xx.xx.2023-cü il tarixli müraciətinizə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyində (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Cavabdeh2n tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir. İş materiallarında olan Bakı şəhəri 09 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/9/2024-02503 saylı, 19 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, 19 yanvar 2024-cü il tarixdə 13:00-da keçirilən ilkin mediasiya sessiyasında "Akademik C.M.Abdullayev adına X1" X9 və "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X9 iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ İddiaçı tərəfindən ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı “Akademik C. M. Abdullayev adına X1” ilə əmək müqaviləsi bağlayaraq İnstitun direktor müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixində “Akademik C. M. Abdullayev adına X1” X9 icbari tibbi sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X8 tabeliyinə verilmişdir. xx.xx.2023-cü il tarixində həvəsləndirici əlavələrin ödənilməməsi ilə bağlı müraciət etmişdir. Hazırda iddiaçı cavabdehlər "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X9 və Akademik C. M. Abdullayev adına X1”nun üzərinə ona 5 ay üzrə verilməmiş 21000 (iyirmi bir min) manat əmək haqqına aylıq həvəsləndirici əlavələrin hesablanaraq ödənilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir, həmçinin iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə müvafiq olaraq əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək. Həmin Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu nəzərdə tutulur. Həmin Məcəlləsinin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Eyni Məcəllənin 158-ci maddəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir. Qeyd edilən qanunvericilik normalarına istinadən məhkəmə qeyd edir ki, əmək haqqına əlavə, bir qayda olaraq, işçinin tutduğu vəzifənin ierarxiyası (rəhbər işçi olması səbəbi ilə) və fərdi keyfiyyətləri ilə bağlı ödənilmir. Mükafatın ödənilməsi bilavasitə işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmaqla onun əməyinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə və maddi marağının artırılması məqsədilə həyata keçirilir. Həmçinin iş materiallarına əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə X4 Heyətinin 21 yanvar 2020-ci il tarixli 02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasının 16.4-cü və 16.5-ci maddələrindən də görünür ki, Tibb müəssəsinin rəhbərliyinə və qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələrin məbləği müvafiq cədvəl üzrə müəyyən edilir. Bu Qaydanın 16.4-cü bənddə nəzərdə tutulmuş əlavələrin dəqiq məbləği işçinin əmək staji, peşəkarlıq səviyyəsi və şəxsi keyfiyyətləri nəzərə alınmaqla işəgötürənin təqdimatı əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilir. Məhkəmə həmçinin onu da qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı əmək haqqına əlavənin ödənilməsi barədə tərəflər arasında hər hansı müqavilənin bağlaması barədə məlumat (sübut) məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın" 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Nəzərə almaq lazımdır ki, hazırki mübahisə predmeti olan iddiaçının əmək münasibətləri üzrə əmək haqqına əlavələr almaq barədə "qanuni gözlənti”si (legitimate expectation) bütün hallarda əmək haqqına əlavənin verilməsi vəzifəsinin əmək qanunvericiliyində cavabdehin vəzifəsi qismində təsbit edildiyi halda əsaslı ola bilər. Həmçinin, məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 5-ci hissəsi ilə əmək haqqına əlavənin anlayışı təsbit edilmişdir. Həmin normaya əsasən əmək haqqına əlavə dedikdə, əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödənc nəzərdə tutulur. İddiaçının tutduğu vəzifə əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərə aid olmadığından, habelə gördüyü işinin xarakteri Əmək Məcəlləsinin 160-163-cü və 166-cı maddələri ilə təsbit edilən hallar ilə bağlı olmadığından hazırki mübahisənin predmeti ilə əlaqələndirilə bilməz. Hazırki mübahisənin xüsusiyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinin predmetinə aid edilir. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri tərəflərin hüquq bərabərliyi prinsipi əsasında nizama salınır. Sözügedən fərdi əmək mübahisəsi zəminində iddiaçı ona “əmək haqqına əlavənin verilməsinin” qanuni və ya hüquqi zəruriliyinə əsaslandığı fakt və halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə qeyd edir ki, əmək haqqına əlavələrin ödənilməsi imperativ norma kimi qoyulmadığından, sadəcə həvəslədirici əlavə olduğu üçün işçinin müəyyən xüsusiyyətlərinə görə fərdi yanaşma olduğundan, həmçinin cavabdehlər ilə iddiaçı arasında ayda 4200 manat əmək haqqı ödənilməsi barədə hər hansı müqavilə mövcud olmadığından İddiaçı hazırki iddiası əsassızdır. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bununla əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçının iddiasının özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "Akademik C.M.Abdullayev adına X1" X7 və "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X5rşı "əmək haqqına əlavənin ödənilməsi tələbinə dair" iddiası rədd edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "Akademik C.M.Abdullayev adına X1" X7 və "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X5rşı "əmək haqqına əlavənin ödənilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-1528/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1528/2024
19.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver