Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1641/2024 15.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsi üzrə işlədiyi müddətdə əmək haqqı kimi hesablanmış 2340 (iki min üç yüz qırx) manat, istifadə edilməmiş məzuniyyət günləri üçün hesablanmış 3078 (üç min yetmiş səkkiz) manat və mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat olmaqla, ümumilikdə 5478 (beş min dörd yüz yetmiş səkkiz) manatın cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi Cavabdeh2 ASC-nin İsmayıllı filialında baş mühasib vəzifəsində işləmiş, 2016-cı ildə sözügedən bank ləğv edildikdən sonra işdən azad edilmiş, lakin buna baxmayaraq, işdən azad edildiyinə görə iddiaçıya əmək haqqı ödənilməmişdir. Ötən dövr ərzində iddiaçı tərəfindən Cavabdeh2 ASC-yə şifahi və rəsmi müraciətlər edilsə də, onun müraciətinə biganə münasibət göstərilərək cavab verilməmişdir. İddiaçının hər dəfə əmək haqqının, işlədiyi dövr ərzində məzuniyyətə çıxmadığına görə son haqqhesab ödənilməsi tələbinə Cavabdeh2 ASC müxtəlif cür bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Belə ki, cavabdeh təşkilat özü bildiyi kimi qanunlara riayət etmədən hərəkət etmiş, iddiaçının müraciətinə cavab verməmiş və öz inhisarçı mövqeyindən istifadə edərək, əmək haqqı kimi ödəməli olan vəsaiti ödəməkdən qəsdən yayınmaqda davam etmişdir. İddiaçı tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, 2016-cı ildə sözügedən bank ləğv edildikdən sonra guya iddiaçıya 2340 (iki min üç yüz qırx) manat məbləğ son üç ayın əmək haqqısı hesablanaraq ödənilmiş və fərdi şəxsi hesab portalına (sosial arayışda) yerləşdirilmişdir. Halbuki, hesablanmış 2340 (iki min üç yüz qırx) manat məbləğ iddiaçıya verilməmişdir. Belə ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ödənilməli olan əmək haqqı 2190 gün gecikdirilmiş, gecikdirilən məbləğ 2340 x 1% = 23.4 manat olmaqla (23.4 manat x 2190 gün = 51246 manat), cəmi 51246 manat gecikdirilməyə görə faiz təşkil edir. Həmin məbləğ cavabdeh olaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən hesablanmış, lakin ödənilməyən əmək haqqı və məzuniyyət haqqı vaxtında verilmədiyindən iddiaçı hər gün üçün faiz ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Cavabdeh2 ASC ləğv prosesində olduğu üçün iddiaçı cavabdehdən yalnız ona ödənilməli olan 2340 manat əmək haqqının və 3078 manat məzuniyyət haqqının ödənilməsini tələb edir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilata pretenziya qaydasında etdiyi müraciətində ona hesablanmış əmək haqqının, eləcə də ödənilməyən əmək məzuniyyətinin ödənilməsini xahiş etmişdir. Bundan başqa, cavabdeh Bakı şəhəri 14 saylı Mediasiya təşkilatına dəvət olunmuş, lakin mediator təşkilatının çağırışlarına məhəl qoymayaraq gəlməmişdir. İddiaçı əmək haqqının və ödənilməyən məzuniyyət haqqının ödənilməsi istiqamətində müsbət nəticə əldə edə bilməmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona 21 noyabr 2023-cü il tarixli, MŞB/14/2023- 01076 saylı arayış verilmişdir. Tərəflər arasında yaranmış mübahisənin yoluna qoyulmasını və yuxarıda sadalanan xüsusatları nəzərə alaraq, iddiaçı Cavabdeh2 ASC tərəfindən əmək haqqı kimi hesablanmış 2340 manat, eləcədə işlədiyi 4 il üçün hesablanmış 3078 manat əmək məzuniyyəti haqqının (son hesablama haqqı) hesablanıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Əmək haqqı kimi hesablanmış 2340 (iki min üç yüz qırx) manatın və əmək məzuniyyəti üçün ödənilməli olan vəsaitin nə vaxt hansı qaydada iddiaçıya ödənilməsi məlum deyil. İddiaçı xx.xx.2024-cü ildə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)- 3620/2016 saylı qərarına əsasən Cavabdeh2 ASC-nin məcburi ləğv edildiyini və Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixdən Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edildiyini bildirmiş, bunları nəzərə alaraq, cavabdehin LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü ildə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə daha bir ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)- 3620/2016 saylı qərarına əsasən Cavabdeh2 ASCnin məcburi ləğv edildiyini və Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixdən Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edildiyini bildirmiş, bunları nəzərə alaraq, cavabdehlərin LPO Cavabdeh2 ASC və Əmanətlərin Sığortalanması Fondu kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh LPO Cavabdeh2 ASC xx.xx.2024-cü ildə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək, LPO Cavabdeh2 ASC-yə qarşı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia qanunsuz və əsassızdır. Azərbaycan Respublikası maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2016-cı il tarixli, 16 saylı qərarı ilə Cavabdeh2 ASCnin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərarına əsasən Cavabdeh2 ASCnin ləğv prosesində başlanılmış və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddia məhkəmə tərəfindən nəinki icraata qəbul edilməməli, ümumiyyətlə, ərizənin qəbulundan imtina edilməli idi. İddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərarı qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməli idi. Müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e-2(006)-1641/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək haqqı və s.” tələbinə dair iddia ərizəsinin “cavabdeh LPO "xxxx" ASC-yə qarşı “əmək haqqı” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya qeyd olunan tələblə bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququna malik olması, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah olunmuşdur. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: "xxxx" ASC üzrə 01 avqust 2012-ci il tarixli 21/58 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı həmin tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə bankın “İsmayıllı” filialının kredit şöbəsinə iqtisadçı təyin edilmişdir. "xxxx" ASC üzrə 31 yanvar 2013-cü il tarixli 22/09 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 04 fevral 2013-cü il tarixindən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə bankın “İsmayıllı” filialının Mühasibat uçotu və əməliyyat şöbəsinə iqtisadçı vəzifəsinə keçirilmiş və ona müvəqqəti olaraq baş mühasib vəzifəsinin icrası həvalə edilmişdir. "xxxx" ASC üzrə 03 sentyabr 2015-ci il tarixli 24/123 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı həmin tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə bankın “İsmayıllı” filialının baş mühasibi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarından görünür ki, Cavabdeh2 ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixindən etibarən Cavabdeh2 ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. AR ƏƏSMN DƏMX Bakı şəhər idarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı LPO Cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Eyni zamanda, Fond tərəfindən idarəyə təqdim edilmiş məktubda tələb olunan sənədlərin müəssisənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Bu səbəbdən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Mübahisəli halla bağlı müvafiq qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçı tərəfindən LPO Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, əmək haqqının, gecikdirilmiş vaxt üçün hesablanmış 1 % məbləğində ödəncin və istifadə edilməmiş əmək məzuniyyətinə görə haqqın 10 gün müddətində ödənilməsini xahiş etmişdir. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarına əsasən Cavabdeh2 ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarı ilə Cavabdeh2 ASC müflis elan edilərək barəsində iflas proseduruna başlanılmışdır. İstifadə edilməmiş məzuniyyət günləri üçün hesablanmış vəsait “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditor tələbi kimi qeydə alınmışdır. Qanuna əsasən qeydə alınmış kreditor tələbin ödənilməsi həmin Qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir. Hazırda LPO bank tərəfindən Qanunun 82.1.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələbləri ödənilməkdədir. Bakı 14 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, LPO Cavabdeh2 ASC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2012-ci il tarixdən "xxxx" ASC-nin işçisi olmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh2 ASC-nin məcburi ləğv edilməsi, Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2016-cı il tarixindən etibarən bankın ləğvedicisi təyin edilməsi qərara alınmışdır. xx.xx.2016-cı il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında LPO Cavabdeh2 ASC-yə müraciət edərək, əmək haqqının, gecikdirilmiş vaxt üçün hesablanmış 1 % məbləğində ödəncin və istifadə edilməmiş əmək məzuniyyətinə görə haqqın 10 gün müddətində ödənilməsini xahiş etmiş, bankın ləğvedicisi tərəfindən ona tələbinin kreditor tələbi kimi qeydə alınması və növbəlilik qaydasında ödəniləcəyi bildirilmişdir. İddiaçı qeyd olunan tələblə əlaqədar mediasiya təşkilatına müraciət etmiş, lakin LPO Cavabdeh2 ASC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək, əmək müqaviləsi üzrə işlədiyi müddətdə əmək haqqı kimi hesablanmış 2340 (iki min üç yüz qırx) manat, istifadə edilməmiş məzuniyyət günləri üçün hesablanmış 3078 (üç min yetmiş səkkiz) manat və mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat olmaqla, ümumilikdə 5478 (beş min dörd yüz yetmiş səkkiz) manatın cavabdehlər LPO Cavabdeh2 ASC-dən və Əmanətlərin Sığortalanması Fondundan tutulmasını tələb etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e-2(006)-1641/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin “cavabdeh LPO "xxxx" ASC-yə qarşı “əmək haqqı” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçıya qeyd olunan tələblə bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququna malik olması izah olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə əsl cavabdeh olmadığından, iddia rədd edilməlidir. Belə ki, iddia tələbi əmək münasibətləri ilə əlaqədar yaranmış əmək mübahisəsi ilə bağlı olduğundan, iddiaçı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu arasında isə heç bir əmək müqaviləsi və ondan irəli gələn əmək münasibətləri olmadığından, sırf məhkəmə qərarı ilə bankın ləğvedicisi təyin edildiyinə əsaslanmaqla Əmanətlərin Sığortalanması Fondunu qeyd olunan tələb üzrə cavabdeh hesab etmək düzgün deyildir. Belə ki, ləğv edilməsi barədə məhkəmə qərarı olmasına baxmayaraq, sözügedən bank tam ləğv edilməmiş, hazırda ləğv prosesindədir və hüquqi şəxs kimi fəaliyyət göstərir. Məhkəmənin qənaətinə görə tələbə cavab verməli olan əsl cavabdeh məhz iddiaçının əmək münasibətlərində olduğu, hazırda isə ləğv prosesində olan bank olduğundan, iddiaçının həmin banka qarşı olan tələbinə aidiyyəti məhkəmə tərəfindən mahiyyəti üzrə baxılıb müvafiq hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçının tələbi mahiyyət etibarilə kreditor tələb hesab olunduğundan, məhkəmə hazırki iş üzrə qəbul etdiyi 15 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçıya bankın iflas proseduru çərçivəsində birinci instansiya qismində nəzarəti həyata keçirən Bakı Apellyasiya Məhkəməsinə (inzibati kollegiya) müraciət etmək hüququna malik olduğunu izah etmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, Əmanətlərin Sığortalanması Fondu hazırki iş üzrə əsl cavabdeh olmadığından, yəni iddia tələbi əsl cavabdehə qarşı yönəlmədiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.2-ci maddəsinə görə, ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müflis elan olunmuş bankın işçilərinin əmək haqlarının əmək qanunvericiliyinə uyğun olaraq birinci növbədə, yaxud bank qanunvericiliyində müəyyən edilmiş növbəlilik qaydasında ödənilməli olması ilə bağlı suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əmək haqqı tələbi apellyasiya instansiyası məhkəməsinin icraatında olan iş üzrə lisenziyası ləğv olunmuş banka qarşı yönəlmişdir. Əmək Məcəlləsinin 178.2-ci maddəsində müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda işçilərə həmin ödənclərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi müəyyən edilmişdir. Müflis elan olunmuş bank lisenziyasının ləğvi ilə əlaqədar ləğv edilmiş bankla müqayisədə öz öhdəliklərini tam yerinə yetirmək, bütün kreditorların tələblərini ödəmək iqtidarında olmur. Bu zaman əmək haqqı tələb edən işçilər də kreditorlardan birinə çevrilir. Ona görə “Banklar haqqında” Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi nəzərdə tutulmuşdur. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Göstərilənlərdən belə nəticəyə gəlinmişdir ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4-cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3-cü maddəsinə uyğundur. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur; müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Qanunun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək haqqı və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmək haqqı və s.” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-1641/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1641/2024
15.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver