Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1701/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) - Vəkil1, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) - Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının götürülməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “əmlak və pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakının götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə qalmış brilyant qaşlı dəst (qaynata alan) - 45000 $, brilyant qaşlı Markiz dəst (əmisi alan) - 25000 $, brilyant kulon (atası alan) - 2500 $, qızıl kulon, sırğa, üzük (bibisi Elmira alan) - 7800 $, qızılsırğa, üzük, sep (Arzunun ata-ana payı) 10000 $, Eldar üçün babası verən qızıl üzük - 7000 $, Arzunun anası Murad anadan olanda hədiyyə verdiyi qızıl üzük - 2000 $, Arzu özü aldığı qızıl üzük - 300 AZN, Arzu özü alan qızılsırğa - 350 AZN, qızılsep va kulon (iş yoldaşlarının hədiyyəsi) - 500 AZN, uşaqların 1 yaşına hədiyya verilen qızılsancaq, qolbaq, sep (har birinden 2 ədəd) - 1000 AZN, qızılsep va kulon Ayətül-kürsi - 500 AZN, qızıl təsbeh (qaynatasının hədiyyəsi) - 1500 AZN, nişan üzüyü "Markiz” - 6000 AZN, qonaq otağı dəsti (stol, 8 ədəd stul, komod, şüşəli komod) - 20000 AZN, divan - 4000 AZN, televizor Sony 52 - 2 ədəd, har biri 500 $, ümumi 1000 $, yataq desti (krovat, paltar dolabı, 2 tumba, güzgülü şkaf, dəst İtaliyadan sifariş olunub) - 20000 AZN, uşaq otağı üçün 2 krovat- 2000 AZN, paltar dolabı - 400 AZN, qonaq otağı üçün çilçıraq - 700 $, yataq otağı üçün çilçıraq — 700 $, uşaq otağı üçün çilçıraq - 400 $, yemek dəsti Villeroy & Boch markalı - 5000 AZN, armudu stəkanlar (12 adad ton) - 500 AZN, çay stəkanları (12 ədəd ton) - 500 AZN, Villeroy & Boch markalı 8 ədəd stəkan, 8 ədəd fujer, 8 ədəd fujer ümumi dəyəri 200 AZN, çaynik- 200 AZN, aşsüzən Villeroy & Boch markalı - 180 AZN, Berghoff markalı 3 qazan və 1 tava - 600 AZN, Sok maşını 1 ədəd frutirnica 1 ədəd, ət çəkən 1 ədəd, kofe maşını 1 ədəd, kofe çəkən 1 ədəd, miksir 1 ədəd, blender 1 ədəd, tərəvəz doğrayan 1 ədəd, toster 1 ədəd - ümumi dəyəri 2000 $, soba va mikro soba dəsti - 1500 AZN, qaşıq, vilka, bıçaq dəsti - 200 AZN, Blumarin markallserviz - 5000 $, 2 vaz və meyvə qabı dəsti - 500 AZN, Murano heykəl - 700 $, vaz işıqlı - 400 AZN, 1 ədəd təmiz ipək xalça - 10000 AZN, 1 ədəd uşaq otağı üçün xalça - 700 AZN, 1 ədəd dana derisindən xalça - 780 AZN, Linens markalı 3 komplekt ailə yataq dəsti, 2 komplekt tək adamlıq yataq dəsti, 3 ədəd Tac markalı yataq dəst i- ümumi dəyəri 1000 AZN, işlənmiş 6 ədəd ailə yataq dəsti, işlənmiş 4 ədəd tək yataq dəsti, 3 komplekt əl üçün dəsmal, müxtəlif ölçülərdə 3 komplekt dəsmal, dəvə yunundan yorğan və bah desti - 1200 AZN, Bauer yataq ôrtüyü - 700 AZN, uşaq yataq örtüyü 2 ədəd - 400 AZN, Gizia kostyumlar - 5 ədəd - ümumi dəyəri 750 AZN, palto Max Mara - 600 $, kurtka Roberto Cavalli - 700 $, ayaqqabı Tom Ford - 700 $, ayaqqabı Valentino - 450 $, ayaqqabı Louboutin - 1200 $, ayaqqabı Tods - 1300 AZN, ayaqqabı Balenciaga - 1600 AZN, şalvar 6 ədəd Port Bakudan alınıb - ümumi dəyəri 2000 AZN, köynəklər 4 ədəd Port Bakudan alınıb - ümumi dəyəri 1500 AZN, uşaq kurtkası 4 ədəd - ümumi dəyəri 800 AZN, 2 ədəd qara uşaq kurtkası - ümumi dəyəri 198 AZN, uşaqların geyindikləri şalvarlar, köynəklər, alt paltarları, 4 ədəd məktəb çantaları, 4 dəst ayaqqabı, 2 ədəd qış ayaqqabısı, papaqlar, şarflar, notebook Acer (içində şəkillər, ailə albomları) - 1200 $, 50000 AZN pul (Arzunun atası avtomobili dəyişdirmək üçün vermişdi Cavabdeh) əşyaların iddiaçı tərəfindən götürülməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 Arzu Əflatun qızına qarşı «əmlak və pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən götürülmüş iddiaçıya atası tərəfindən hədiyyə edilmiş 3 ədəd qalın qızıl boyunbağı (ümumi qiyməti 30000 manat), 4 ədəd qalın qızıl qolbaq (ümumi qiyməti 25000 manat), 3 ədəd brilyant qaşlı üzük (ümumi qiyməti 28000 manat), 2 ədəd biri nişan üzüyü olmaqla digərı cavabdeh tərəfindən hədiyyə edilmiş brilyant qaşlı üzük (ümumi qiyməti 20000 manat) və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin satışından qalan 300000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla X12 ilə aralarındakı nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Ona məxsus olan və valideynləri tərəfindən cehiz qismində nikaha daxil olduğu ərəfədə ona hədiyyə verilmiş əmlak, eləcə də nikah dövründə həm onun həm də cavabdehin yaxın qohumları tərəfindən ona verilmiş hədiyyələr cavabdehin mülkiyyətində olan və birgə nikah dövründə yaşadıqları ünvan 1 ünvanında yerləşən evdə qalmışdır. Sözügedən əşyaları cavabdehlə münasibəti pisləşəndən sonra yaşadığı evdə qoyub uşaqları ilə birgə çıxmışdır. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X12 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh ünvan 1 ünvanında yerləşən evdə birgə nikah dövründə yaşamışdırlar. Evin açarı İddiaçı olmuş və könüllü olaraq Cavabdeh xəbər vermədən uşaqlar ilə birlikdə evi tərk etmişdir. İddiaçı evi tərk etdiyi zaman Cavabdeh öz şəxsi işləri ilə əlaqədar Qusar rayonunda yerləşən evlərində olmuşdur və öz şəxsi əşyaları, uşaqlara məxsus əşyalarla yanaşı Cavabdeh məxsus əşyaları da özü ilə birlikdə götürmüşdür. Evin açarlarının cavabdehdə olması və evi könüllü olaraq tərk etməsi bir daha sübut edir ki, onun iddiaçıya məxsus əşyaları götürməsi üçün kifayət qədər imkanı və şəraiti olmuşdur. Belə ki, İddiaçı tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin satışından qalan 300000 manat məbləğində pul vəsaiti götürülmüşdür. “ANACO“ MMC xx.xx.2001-ci ildə “ESCO“ ASC-nin bazasında təsis edilmiş, həmin müəssisənin təsisçiləri xx.xx.2008-ci il tarixdən X10 və Cavabdeh olmuş, xx.xx.2017-ci ildə MMC təşkilati-hüquqi forması dəyişdirilərək QSC-ə çevrilmiş, xx.xx.2018-ci ildən isə müəssisənin təsisçisi dəyişərək X3 olmuşdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X14 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" QSC əmlak kompleksi kimi alıcı X13 tərəfindən 4.150.000 manata əldə edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin satışından əldə olunan pul vasitəsi ilə ünvan 2 ünvandayerləşən 193,6 kv.metr qeyri-yaşayış sahəsi və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 78,1 kv.metr olan mənzil alınmışdır. Bu fakt Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(103)-3345/2022 saylı qətnaməsi ilə bir daha sübut olunmuşdur. Satışdan əldə olunmuş yerdə qalan 300000 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən evdə saxlanılmışdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya atası tərəfindən hədiyyə edilmiş 3 ədəd qalın qızıl boyunbağı (ümumi qiyməti 30000 manat), 4 ədəd qalın qızıl qolbaq (ümumi qiyməti 25000 manat), 3 ədəd brilyant qaşlı üzük (ümumi qiyməti 28000 manat), 2 ədəd biri nişan üzüyü olmaqla digərı cavabdeh tərəfindən hədiyyə edilmiş brilyant qaşlı üzük (ümumi qiyməti 20000 manat) da evi tərk etdiyi zaman götürülmüşdür. İlkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdehin və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirdi ki, Həqiqət xanımın evində təmizlikçi vəzifəsində işləyir. İşlədiyi mənzil “Şəhər Bağları” yaşayış kompleksində yerləşir. Bəzi vaxtlar işlədiyi mənzildə yemək də bişirir. Hər gün həmin mənzilə gedib, gün ərzində 2 və ya 3 saat işəyir. 6 ildir ki orada işləyir. Həqiqət xanım İddiaçı anasıdır. İddiaçı tez-tez uşaqları ilə birlikdə ağlaya-ağlaya Həqiqət xanımın yanına, yəni işlədiyi mənzilə gəlir və anası ilə danışırdı. İddiaçı ilə cavabdeh boşanmaq istəyirdilər və hazırda nikahları pozulub. İddiaçını təxminən bir həftə qabaq görmüşdür. Təxminən 15 yanvar 2021-ci il tarixdə iddiaçı işlədiyi mənzilə gələrək, anasına cavabdeh ilə birlikdə yaşaya bilmədiyini bildirirdi. Həmin vaxt iddiaçı mənzilə daxil olarkən onu yalnız iş çantası ilə birlikdə gəldiyini görmüşdür. Bundan sonra başqa məlumat eşitməmişdir. Cavabdehi bir dəfə görmüşdür. Hazırda Arzu xanım anası ilə birlikdə yaşayır. Dəqiq məlumatı yoxdur. Cehiz əşyaları ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, tərəfləri uzun müddətdir ki, tanıyır. 2009-cu il tarixdən cavabdehin atasının sürücüsü olmuşdur. Təxminən bir il yarım olar ki, sürücü vəzifəsində işləmir, lakin hazırda da həmin ailə ilə işləyir. Axır vaxtlar iddiaçı çox aqressiv idi. Cavabdehin heç bir pis vərdişi yox idi. Tərəflərin toylarında iştirak etmişdir. Təxminən 2021-ci il tarixin yanvar ayında iddiaçı evi tərk etdi, lakin onun evdən çıxamağını görməmişdir. Qusarda olanda təxminən 2021-ci ilin fevral ayında iddiaçı qeyd edilən mənzildən əşyalarını götürmüşdür. Cavabdeh həmin zaman Qusar rayonunda bibisigildə qalırdı. Qusardan qayıdanda iddiaçının mənzildən əşyaları apardığını anlamışlar. İddiaçı anası ilə birlikdə ikinci dəfə mənzilə gəlib əşyaları götürdü. Əşyalarla bağlı cavabdeh hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Qızıl məsələsi ilə bağlı məlumatı yoxdur. İddiaçı toya gedərkən qızıllarını anasıgildən gedib götürürdü. Namiq iddiaçı ilə barışmaq istəyirdi və həmin zamanlar həyəcanlı idi. Açarın dəyişdirilməsində iştirak etmişdir. Mənzilin açarının hansı zamanda dəyişdirilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, cavabdeh qardaşının oğludur. İddiaçı isə cavabdehin keçmiş arvadıdır. Tərəflər arasında 10 yanvar 2021-ci il tarixdə münaqişə oldu. Həmin zaman cavabdeh öz dostları ilə görüşmüşdü. Evə gələndə gördü ki, iddiaçı uşaqlarla birlikdə gedib. Qusar rayonunda yaşayır. Tərəflərin toyunda iştirak etmişdir. Mebel və qab-qacaq veriləndə orada iştirak etmişdir. Toya kimi cavabdehgilə teztez gedirdi. Mübahisə baş verdikdən təxminin üç və ya dörd gün sonra cavabdeh işlə əlaqədar Qusar rayonuna gəldi. Cavabdeh barışmaq istəyirdi, lakin nə etsə də iddiaçını razı sala bilmədi. Bakıya təxminən 2 və ya üç həftə sonra, yəni fevral ayında qayıtdı və birbaşa evə getdi. Bununla bağlı iddiaçıya heç nə deməmişdir. Rayonda olarkən Arzu xanımda evin açarının bir nüsxəsi var idi. Evə qayıdanda Aydın, Namiq və o idi. Evə daxil olandan sonra qab-qacağın iddiaçı tərəfindən aparıldığını bildilər. Həmin günü cavabdeh tərəf Arzu xanımla danışdılar. Əşyaların götürülməsi ilə bağlı qonşulardan soruşmamışlar, çünki cavabdeh iddiaçı ilə əlaqə saxlayırdı. Namiq yataq otağına daxil oldu və onlara iddiaçının hər şeyi apardığını bildirdi. Yataq otağına girmədi. Dəfələrlə barışmaq istədilər, lakin Arzu xanım istəmədi. Tərəflər boşandıqdan sonra evin açarları dəyişdirildi. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZ-İ seriyalı 411810 saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 ilə İddiaçı arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə əsasən pozulmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən tərtib edilməklə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və mənzildə qonaq otağı dəsti (stol – 8 ədəd, komod, şüşəli komod), divan, televizor Sony 52 – 2 ədəd, yataq dəsti (yataq, paltar dolabı, 2 ədəd tumba, güzgülü şkaf), uşaq otağı üçün 2 ədəd yataq, paltar dolabı, qonaq otağı üçün çılçıraq, yataq otağı üçün çılçıraq, uşaq otağı üçün çılçıraq, Villeroy & Boch markalı yemək dəsti, aş süzən, Villeroy & Boch markalı çay stəkanı, Villeroy & Boch markalı 8 ədəd stəkan və 16 ədəd , çaynik, sok maşını, kofe maşını, tərəvəz doğrayan, toster, soba və mikrodalğalı soba, qaşıq, çəngəl, bıçaq dəsti, 2 ədəd vaz və meyvə qabı dəsti, vaz işıqlı, 1 ədəd təmiz ipək xalça, 1 ədəd uşaq üçün xalça, 2 komplekt tək adamlıq yataq dəsti, işlənmiş 6 ədəd ailə yataq dəsti, 2 ədəd uşaq yataq örtüyü aşkar edilmiş, digər əmlaklar, geyim əşyaları, qızıl-ziynət əşyaları, pul vəsaiti aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçərək cehizlərini həmin ünvana gətirmişdir. Sonradan İddiaçı ilə Cavabdeh ailə münasibətləri pozulduğundan İddiaçı yaşadığı evi tərk etmişdir. Hal-hazırda tərəflər ayrı yaşayırlar. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinət və cehiz əşyaların nikah dövründə yaşadığı mənzildə qaldığını bildirərək, Cavabdeh tərəfindən həmin əşyaların qaytarılmasını, Cavabdeh isə qarşılıqlı iddia ilə ona məxsus qızıl-zinət əşyalarının və pul vəsaitinin qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci, 157.4-cü və 157.8-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, MM-də və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbdir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Mülki iş üzrə mübahisələndirilən hallar tərəflər tərəfindən onlara məxsus əşyaların qanunsuz olaraq onlardan götürülüb-götürülməməsidir. Qeyd edilən halları da sübut etmə yükünü tərəflər daşıyır. Hər iki tərəf sübut etməlidir ki, onlar, qarşı tərəfin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinət əşyalarından, cehiz əşyalarından və pul vəsaitindən məhrum olmuş və həmin əşyalar məhz qarşı tərəfin faktiki sahibliyindədir. İddiaçı qızıl-zinət əşyalarının qaytarılmasına dair tələbini sübut etmək üçün bir sıra fotoşəkilləri təqdim etmişdir. Fotoşəkillərdə qızıl-zinyət əşyalarının İddiaçı üzərində olduğu aydındır. Lakin bu şəkillər həmin əşyaların İddiaçı alındığını və Cavabdeh olduğunu sübut etmir. Eyni zamanda Cavabdeh tələbində göstərdiyi qızıl-zinyət əşyalarının ondan alındığına və İddiaçı olduğuna, ümumiyyətlə göstərdiyi qızıl-zinyət əşyalarının əvvəl onda mövcud olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, İddiaçı cehiz əmlakları ilə bağlı tələbinin müəyyən hissəsi Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən tərtib edilməklə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktı ilə təsdiq olunduğundan həmin hissənin onun tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər- arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən tərtib edilməklə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və mənzildə qonaq otağı dəsti (stol – 8 ədəd, komod, şüşəli komod), divan, televizor Sony 52 – 2 ədəd, yataq dəsti (yataq, paltar dolabı, 2 ədəd tumba, güzgülü şkaf), uşaq otağı üçün 2 ədəd yataq, paltar dolabı, qonaq otağı üçün çılçıraq, yataq otağı üçün çılçıraq, uşaq otağı üçün çılçıraq, Villeroy & Boch markalı yemək dəsti, aş süzən, Villeroy & Boch markalı çay stəkanı, Villeroy & Boch markalı 8 ədəd stəkan və 16 ədəd , çaynik, sok maşını, kofe maşını, tərəvəz doğrayan, toster, soba və mikrodalğalı soba, qaşıq, çəngəl, bıçaq dəsti, 2 ədəd vaz və meyvə qabı dəsti, vaz işıqlı, 1 ədəd təmiz ipək xalça, 1 ədəd uşaq üçün xalça, 2 komplekt tək adamlıq yataq dəsti, işlənmiş 6 ədəd ailə yataq dəsti, 2 ədəd uşaq yataq örtüyü aşkar edilmiş, digər əmlaklar, geyim əşyaları, qızılziynət əşyaları, pul vəsaiti aşkar edilməmişdir. Qalan cehiz əşyalara münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən əmlak qismində həmin mənzilə gətirilmiş olduğu barədə hər hansı sübut təqdim edilməyən əşyaların qaytarılmasına dair ilkin iddia tələbi isə təmin edilməməlidir. Beləliklə, tərəflər öz tələblərinin əsası kimi istinad etdiyi halları - onlara məxsus olan qızıl-zinət, İddiaçı icra məmuru tərəfindən mənzilə baxış zamanı aşkar edilməyən əşyaları və qarşılıqlı iddia üzrə pul vəsaiti üzərində faktiki sahiblikdən məhrum olmasını və həmin əşyaların qarşı tərəfin sahibliyində olmasına dair mötəbər sübut təqdim edə bilməmişlər. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81 -ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər iddia ərizələrində göstərilən əmlakların dəyərlərini qeyd etsələr də, əmlakların dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut (arayış, qiymətləndirmə üzrə mütəxəssis rəyi və s.) təqdim etməmişlər. Göstərilənlərə əsasən məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən cavabdehlərdə mövcud olması sübut edilməyən yuxarıda göstərilən əmlaklar istisna olmaqla, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən tərtib edilməklə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilən əmlaklar Cavabdeh alınaraq İddiaçı verilməklə ilkin iddia qismən təmin olunmalı, ilkin iddia qalan və qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə qalmış qonaq otağı dəsti (stol – 8 ədəd, komod, şüşəli komod), divan, televizor Sony 52 – 2 ədəd, yataq dəsti (yataq, paltar dolabı, 2 ədəd tumba, güzgülü şkaf), uşaq otağı üçün 2 ədəd yataq, paltar dolabı, qonaq otağı üçün çılçıraq, yataq otağı üçün çılçıraq, uşaq otağı üçün çılçıraq, Villeroy & Boch markalı yemək dəsti, aş süzən, Villeroy & Boch markalı çay stəkanı, Villeroy & Boch markalı 8 ədəd stəkan və 16 ədəd fujer, çaynik, sok maşını, kofe maşını, tərəvəz doğrayan, toster, soba və mikrodalğalı soba, qaşıq, çəngəl, bıçaq dəsti, 2 ədəd vaz və meyvə qabı dəsti, vaz işıqlı, 1 ədəd təmiz ipək xalça, 1 ədəd uşaq üçün xalça, 2 komplekt tək adamlıq yataq dəsti, işlənmiş 6 ədəd ailə yataq dəsti, 2 ədəd uşaq yataq örtüyü Cavabdeh alınaraq İddiaçı verilməli, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə qalmış qonaq otağı dəsti (stol – 8 ədəd, komod, şüşəli komod), divan, televizor Sony 52 – 2 ədəd, yataq dəsti (yataq, paltar dolabı, 2 ədəd tumba, güzgülü şkaf), uşaq otağı üçün 2 ədəd yataq, paltar dolabı, qonaq otağı üçün çılçıraq, yataq otağı üçün çılçıraq, uşaq otağı üçün çılçıraq, Villeroy & Boch markalı yemək dəsti, aş süzən, Villeroy & Boch markalı çay stəkanı, Villeroy & Boch markalı 8 ədəd stəkan və 16 ədəd fujer, çaynik, sok maşını, kofe maşını, tərəvəz doğrayan, toster, soba və mikrodalğalı soba, qaşıq, çəngəl, bıçaq dəsti, 2 ədəd vaz və meyvə qabı dəsti, vaz işıqlı, 1 ədəd təmiz ipək xalça, 1 ədəd uşaq üçün xalça, 2 komplekt tək adamlıq yataq dəsti, işlənmiş 6 ədəd ailə yataq dəsti, 2 ədəd uşaq yataq örtüyü Cavabdeh alınaraq İddiaçı verilsin. İlk iddia tələbi qalan hissədə rədd edilsin. İlk iddia tələbi üzrə ödənilmiş 626 manat məbləğində dövlət rüsumunun 100 manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan hissə (526 manat) dövlət rüsumu isə İddiaçı aid edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşlılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-1701/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1701/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver