Məhkəmə qərarları › İş №e-2(006)-1745/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1745/2025

09.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1745/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "əmək haqqının ödənilməsi və sair" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdehnə qarşı "əmək haqqının ödənilməsi və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddətdə (xx.xx.2015-xx.xx.2024-cü illər) əmək haqqının, istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın (pul əvəzinin) hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh MTK-nə həvalə olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-xx.xx.2024-cü illərdə Cavabdeh MTKnın Sədri vəzifəsində işləmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin (üzvlərinin) ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən (öz xahişi ilə) kooperativin Sədri səlahiyyətlərinə xitam verilmişdir. Bu illər ərzində o əmək haqqlarını, o, cümlədən işdən azad olunarkən son haqq-hesabını almamışdır. Belə ki, kooperativə yeni Sədr təyin olunduqdan sonra xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2015xx.xx.2024-cü illər üzrə ödənilməmiş əmək haqqını və son haqq-hesabın ödənilməsini xahiş etsə də, təəssüf ki, kooperativin yeni rəhbərliyi tərəfindən heç bir tədbir görülməmiş və qanunla ona ödənilməli olan həmin pul vəsaitləri bu günədək ona ödənilməmişdir. İddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsi ilə bağlı ərizə ünvanlayaraq, əmək haqqı və istifadə olunmamış olunmamış məzuniyyətə görə 32998,7 manat (otuz iki min doqquz yüz doxsan səkkiz manat, yetmiş qəpik) pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, hal-hazırda MTK-nın büdcəsi yoxdu, lakin iddia hüquqidir, heç bir etirazı yoxdu. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia tələbi təmin edilməlidirlər. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarında olan ИT № ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdehnə xx.xx.2002-ci il tarixdə sədr vəzifəsinə, xx.xx.2005-ci il tarixdə sədr müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə AR əm 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2009-cu il tarixdə 3 il müddətinə kooperativin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci il tarixdə 3 il müddətinə kooperativin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə 3 il müddətinə kooperativin sədri vəzifəsinə təyin edimiş, xx.xx.2018-ci il tarixdə 3 il müddətinə kooperativin sədri vəzifəsinə təyin, xx.xx.2021-ci il tarixdə 3 il müddətinə sədr vəzifəsinə təyin, xx.xx.2024-cü il tarixdə AR ƏM 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2015-ci il tarixli, 1 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixindən 3 il müddətinə Kooperativin sədri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli, 1 nömrəli əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-nın sədri Ağaməli Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona həmin illər üzrə ödənilməmiş əmək haqqını və son haqq-hesabın ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı 2015-2024-cü illər üzrə əmək haqqı və son haqq hesab haqqında çıxarışından görünür ki, onun istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya haqqı 32.998,7 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/18/2025-00033 saylı, 15 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, 15 yanvar 2024-cü il tarixdə 13:00-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh Mənzil- Tikinti Kooperativinin nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat və 10 manat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir. Mülki iş materiallarına Cavabdeh Mənzil- Tikinti Kooperativinin Nizamnaməsi əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Qeyd edilən Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbi ilə razı olmuş və bu protokolda qeyd edilmişdir. Beləliklə, məhkəmə cavabdehin iddia tələbini etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 32.998,7 manat (otuz iki min doqquz yüz doxsan səkkiz manat, yetmiş qəpik) məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı "əmək haqqının ödənilməsi və sair" tələbinə dair iddia tələbi təmin edilsin. Cavabdehndən 32.998,7 manat (otuz iki min doqquz yüz doxsan səkkiz manat, yetmiş qəpik) məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar