Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1885/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 yanvar 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehə ondan hər ay qazancının 1/8 hissəsinin tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, Nəsimi rayon məhkəməsinin 2(006)- 1326/2013 saylı qətnaməsinə əsasən, İddiaçı 13 fevral 2013-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi tutularaq 10 yanvar 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehə verilməsi qət edilmişdi. İddiaçı X7yla 2-ci dəfə nikaha daxil olub. Bu nikahdan iddiaçının 3 övladı vardır: X8 (xx.xx.2017), X9 (xx.xx.2018), X6 (xx.xx.2020). İddiaçıdan tutulan alimentin ümumi miqdarı onun qazancının qanunda nəzərdə tutulan hissədən artıq olduğunu bildirir. Qeyd edilir ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarıməhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti,eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hesab edilir ki, Nəsimi rayon məhkəməsinin 2(006)-1326/2013 saylı qətnaməsində qeyd edilən və cavabdehə ödənilməli aliment miqdarı qazancın 1/4 hissəsindən 1/8 hissəsinə qədər azaldılmalıdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçı və cavabdehin nümayəndələrinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli my.gov.az saytından edilən çıxarışdan görünür ki, İddiaçı övladları xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X2r. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)-83/2022 saylı qərardadına əsasən tələbkar X3 Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarının ləğv edilməsi və aliment borcu üzrə müəyyən edilmiş borcun tam olaraq ödənilməsinə qədər borclu İddiaçı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından və Azərbaycan Futbol Federasiyası Assosiasiyasından aldığı əmək haqqı və digər ödənişlər daxil olmaqla 70%-nin tutulmasına dair şikayəti təmin edilməmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(006)-4109/2022 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X4 qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Mülki işin materiallarında olan AR ƏƏSMN X1 Sistemi İş yerinə dair Arayışdan görünür ki, İddiaçı aylıq əmək haqqının məbləği 1300 manatdır. Mülki işin materiallarında olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından verilən sorğuya cavab məktubundan görünür ki, İddiaçı 2022-2023-cü illər üzrə hesablanmış əmək haqqı 1300 manat, ödənilmiş aliment məbləği isə 403.03 manat məbləğindədir. Mülki işin materiallarında olan 12 avqust 2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, xx/xx/2022 tarixində, 14:00-15:00 və 16:00-17:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər (Mediator: Ş.Məmmədrzalı). Beləliklə, məhkəmə araşdırmaları zamanı və iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı və X3 birgə nikahlarından X10 doğulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1326/2013 saylı qətnaməsinə əsasən, İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsinin tutularaq 10 yanvar 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehə verilməsi qət edilmişdir. Sonradan İddiaçı ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan 3 övladı vardır. Hazırda iddiaçı ikinci nikahdan uşaqlarının olmasını əsas gətirərək, ondan tutulan aliment miqdarının azaldılaraq hər ay qazancının 1/8 hissəsinin tutulmasını məhkəmədən tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmçinin, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Eyni Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyanın müddəalarına əsasən, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşağı cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, bundan sonra isə alimentin azaldılmasını və uşağın maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. İddiaçı ikinci dəfə nikaha daxil olduğunu, ikinci nikahdan azyaşlı uşağların olduğunu əsas gətirərək iddiasının təmin edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ikinci dəfə ailə qurmaq, ikinci nikahdan uşağların olması, qazancın az olması valideynləri uşaqları saxlamaq vəzifəsindən azad etmir. İddiaçının birinci nikahdan olan uşağın saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin azaldılması heç bir əsasa söykənmir, iddiaçı bu mövqeyini əsaslandıra bilməmişdir. Yuxarıda qeyd olunanları və uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minumumunun həddini, eləcə də tərəflərin birgə nikahından doğulmuş uşağın böyüdüyünü və xərclərinin ildən-ilə artmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin azaldılması barədə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X4 qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1885/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1885/2023
19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver