Məhkəmə qərarları › İş №e-2(006)-1886/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1886/2023

27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1886/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması, 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı «ASAN Xidmət» mərkəzi Qeydiyyat şöbəsində 2250 nömrə ilə akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 adlı bir övladları var. Nikaha daxil olduqdan bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyumuş, formal olaraq bir yerdə yaşasalar da, münasibətlərimiz hazırda tamamilə kəsilmişdir. 2022-ci ilin noyabr ayında ailələrində olan dava-dalaşdan sonra uşağını götürərək atası evinə qayıtmışdır və bu müddətdən sonra azyaşlı övladları faktiki olaraq onun himayəsindədir. Cavabdeh övladının maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir. Cavabdehin kifayət qədər gəlirləri vardır, «Turan Bank»da İnformasiya Təhlükəsizlik şöbəsində işləyir və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş aliment məbləğini rahatlıqla ödəyə bilər. O, aliment tələbi ilə əlaqədar öncə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bu barədə ona müvafiq arayış təqdim olunmuşdur. Bundan sonra, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 293754 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 18 avqust 2018-ci il tarixdə 1 saylı Bakı «ASAN Xidmət» mərkəzi qeydiyyat şöbəsində 2250 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Şirəlizadə soyadı verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 adlı bir övladları var. "xxxx" ASC-nin 01 mart 2023-cü il tarixli 745 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən hazıradək həmin bankın İT Departamentinin, Sistem və X3 şöbəsinin, X3 bölməsinin mütəxəssisi vəzifəsində çalışır və baza əmək haqqı sisteminə əsasən vəzifə maaşı 1.100 manat əsas və 272 manat əlavə olmaqla, cəmi 1.372 manat təşkil edir. 13 mart 2023-cü il tarixli MŞB/2-02352/2023 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023cü il tarixdə saat 17.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etsələr də, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Göründüyü kimi, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdeh rəsmi şəkildə işləməklə, əmək haqqı alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar