Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1899/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X28 nümayəndəsi X14, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X25rşı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "mənəvi ziyan" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Zaqatala rayon Mərkəzi Xəstəxanasına qarşı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 60.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 270 manat dövlət rüsumunun cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən və Zaqatala rayon Mərkəzi Xəstəxanasından müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı mərhum X21 ilə xx.xx.2018ci ildə ailə həyatı qurmuşdur. Ağır bir hadisə yaşamış, öz ömür-gün yoldaşını itirmiş bir insan kimi, dərin ağrılarını ifadə edir, yaşadığı çarəsizliyə diqqətini çəkmişdir. O ailəsi ilə birlikdə Zaqatala rayonunun Suvagil kəndində yaşamışdır. Evləndiklərindən daha 6-8 gün keçməmişdi ki, öz həyat yoldaşını itirmişdir. Bu hadisənin ona yaşatdığı kədəri, əzabəziyyəti kəlimələrlə ifadə edə bilməmişdir. Naimə ilə onun istər nişanlı oldu dövrdə, istərsə də evləndikdən sonra münasibətləri çox yaxşı olmuşdur. Onunla birlikdə bir ailə qurmağa yenicə addım atmışdı ki, bu hadisə onları ayrı salmışdır. Naimə xasiyyətcə deyib gülən, istiqanlı, zarafatı sevən biri olmuşdur. Onların birlikdə yaşamağı xəyal etdiyi xoş günləri, ailələrini böyütmək istəklərinin hamısı Naimənin faciəvi ölümü ilə məhv oldu. Oğlan toylarının səhərisi günü ailələrinə onsuz da böyük bir itki vermişdi. Naimənin dayısı oğlu Tural Məmmədovun ölümü ona çox təsir etmiş, o həmin gün demək olar bütün gün ağlamışdı, iddiaçı bu vəziyyətdə də ona əlindən gələn qədər mənəvi dəstək olmağa çalışmışdır. Bundan sonra Naimə soyuqlamış və qrip olmuş, buna görə iddiaçı onu fevralın 11-i xəstəxanaya aparmış, həkim müalicə üçün dərman yazdıqdan sonra xəstəxanadan birbaşa Turalın yas mərasiminə getmişlər. Evə qayıtdıqdan sonra Naimənin vəziyyəti pisləşmişdir, buna görə onu xəstəxanaya aparmış, xəstəxanaya çatarkən onu birbaşa reanimasiya şöbəsinə qaldırmışlar. Orada olarkən Naimənin yanına girib çıxmışdır. Naimənin yanında olarkən onun əlini bərk tutub öpmüş, onu belə vəziyyətdə görmək onun ürəyini parça-parça etmişdir. Sonrakı saatlarda içəridən Naimənin qışqırtıları gəlirdi, nəfəs ala bilmirdi, o dayana bilməyib şöbənin qapısını açmış, onun orada əzab çəkməsini görəndə onu gözləyərkən özünü zorla saxlamış, insanın öz həyat yoldaşını belə halda çarəsiz gözləməsi və əlindən başqa heç bir şey gəlməməsi, həqiqətən də çox ağırdır. Bunu yalnız həmin anı yaşayanlar bilə bilər. Sonra həkimlər ona tənəffüs aparatı qoşmuş, Naimə hərəkətsiz vəziyyətdə içəridə yatmışdır. Həkimlərdən onun vəziyyətini soruşanda ona dedilər ki, onun bircə saat ömrü qalıb, o bu halda bilmədi nə etsin, nə dərman lazım oldusa gedib alıb gətirmiş, həmin vaxt dua etməkdən başqa heç bir şey edə bilməmişdir. Daha sonra iddiaçıya onun ölüm xəbərini vermişlər. Sevimli həyat yoldaşının ölüm xəbərini eşitmək birdən birə bütün arzularını, gələcəyini oğurlamışdır. Sonradan ona məlum olmuşdur ki, həkimlər onları aldatmış, yoldaşının xəstəliyini düzgün qiymətləndirilməmiş, ona səhv diaqnoz qoymaqla və həkimlərin səhlənkarlıqları ucbatından həyat yoldaşının faciəvi ölümündən sonra yaşadığı mənəvi sarsıntı və ağrıları yaşamağı mübahisəsizdir. Onunla qısa müddət ərzində yaşadığı sevgi, məhəbbət və xatirələr sanki bir ömür sürəcəkmiş. Ancaq həmin gün, həyat yoldaşının gözlənilməz xəstəliyi səbəbindən onu xəstəxanaya yerləşdirdiyi həmin gün həyatının ən qaranlıq və çətin dönəmi olmuşdur. Bu itki təkcə ona mənəvi təsir göstərmədi, həm də yenidən həyatını başqası ilə bölüşmək ümidini yox etdi. İddiaçı ilə bölüşdüyü sevgi, anlayış və xoşbəxtlik bu hadisə ilə onun üçün bir ömürlük xatirələrə çevrildi. O Naimənin faciəvi ölümündən sonra bir daha evlənməməyə qərar vermiş və hələ də ailə qurmamışdır. Bunu anlamaq çətindir, yalnız onun yaşadıqlarını yaşayan bir hakim və ya kimsə bunu dəyərləndirə bilər. Bu faciəli hadisədən sonrakı 6 il ərzində sevdiyi həyat yoldaşının geridə qoyduğu boşluğu doldura bilməmişdir. Yaşadığı ağrı təkcə ölüm itkisi deyil, həm də bir sevginin, ümidin və gələcəyin itirilməsi idi. O dünyasını dəyişdikdən sonra sanki həyatının mənasını itirmişdir. Yoldaşının vəfat etməsi ilə çəkdiyi mənəvi sarsıntı və iztirabı ondan başqa heç kim hiss edə bilməz. Onun ölümündən 6 il keçsə də, o hələ də aldığı sarsıntılara görə həmin vaxtdan bəri hələ də ailə həyatı qurmamışdır. Qeyd etmişdir ki, səhiyyənin bərbad vəziyyətdə olması, xüsusən də ana və uşaq ölümlərinin tez-tez baş verməsi göz qabağındadır. İddiaçının təkidli tələbindən sonra Zaqatala rayon Mərkəzi xəstəxanasının həkimləri məsuliyyətə cəlb olunmuşlar. Həyat yoldaşının ölməsinə görə Zaqatala rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hökmdə göstərilmişdir ki, təqsirləndirilən şəxs X8 Zaqatala RMX-da həkim ümumi cərrah vəzifəsində işləyərkən, xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın qəbul şöbəsində həkim-ümumi cərrah kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə X15 qəbul şöbəsində müayinə edərkən anamnezi səthi toplamış, sonuncuda olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş “Həkim-ümumi cərrahın nümunəvi vəzifə Təlimatı”nın 6-cı bəndində nəzərdə tutulan- həkim-ümumi cərrah tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, Təlimatın 7-ci bəndində nəzərdə tutulan müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, 8-ci bəndində nəzərdə tutulan mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır kimi öhdəlikləri yerinə yetirməməklə, həmçinin, həmin Təlimatın 24.1-ci bəndində nəzərdə tutulan-ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə görə məsuliyyət daşıyir kimi müddəaların icrasına lazımı qaydada əməl etməyərək, xəstəyə düzgün diaqnoz qoymamış, düzgün diaqnozun qoyulmaması ilə də müvafiq olaraq düzgün əlavə müalicə tədbirləri görməmiş, xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan sol tərəfli boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanı vaxtında müəyyən etməmiş, xəstəyə vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olmalı olan və zəruri sayılan müayinələri (USM, KT, rentgen, dinamik laborator və sairə), həmçinin aidiyyəti mütəxəssislərin konsultativ baxışlarını tam həcmdə aparmamış, xəstənin vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərinin qeyri stabil olması, yəni xəstədə mövcud olan sol tərəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu halda, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək lazımi tədbirlər görməmiş, qanaxmanın mənbəyini aşkar etməmiş və cərrahiyyə əməliyyatının aparılmasını təmin etməməklə, cinayətkarcasına etinasızlıq göstərmiş və bununla da zərərçəkmiş X15 davam edən qanaxmanın qarşısını almamaqla ehtiyatsızlıqdan öldürmüşdur. .Zaqatala rayon məhkəməsinin 1(033)-3/2019 saylı, 13 may 2019-cu il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 46.2-ci maddəsinə əsasən 1 il, 6 ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası Azərbaycan Respublikası CM-in 70.1 və 70.3 maddələri tətbiq edilməklə 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Zaqatala rayon məhkəməsinin 13 may 2019-cu il tarixli, 1(033)-3/2019 nömrəli hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Səhiyyə Nazirliyinin əməkdaşının – Zaqatala rayon Mərkəzi xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Həyat yoldaşının vəfatından sonra hələ də özümə gələ bilməmişdir. Xüsusilə qeyd etmək istəmişdir ki, son dönəmlər ana və uşaq ölümü ilə bağlı hadisələrin artması, həkim səhlənkarlığı cəmiyyətdə hiddətə səbəb olmuşdur. Hal-hazıra kimi həyat yoldaşının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə - hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ olduğunu qeyd etmişdir. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Son olaraq, mərhum həyat yoldaşının faciəvi ölümü keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alınaraq dəymiş mənəvi zərəri cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X28 nümayəndəsi X23 izahatında bildirmişdir ki, mərhum şəxsin anası belə bir tələblə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilmişdir. Hazırda mərhumun ərinin belə bir tələb irəli sürməsi absurddur, çünki cinayət işi materiallarında o məsələ öz təsdiqini tapmışdır ki, mərhum vəfat edərkən artıq hamilə olmuşdur. Cavabdeh Zaqatala rayon Mərkəzi Xəsətxanası PHŞ-nin təqdim etdiyi iddiaya etirazda göstərilmişdir ki, xx.xx.2018–ci ildə həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişən X12 anası X7 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Zaqatala Rayon Mərkəzi Xəstəxanasına qarşı ”Mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 270 manat dövlət rüsumunun cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən və Zaqatala Rayon Mərkəzi Xəstəxanasından müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, X7 ərizə ilə məhkəməyə müraciət edərək, X9 cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmiş və iddiaçının vəsatəti təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-672/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 30.000 manat məbləğində pulun və 135 manat dövlət rüsumunun cavabdeh Zaqatala Rayon Mərkəzi Xəstəxanasından tutularaq iddiaçı X2 ödənilməsi, iddianın digər hissədə təmin edilməməsini qət etmişdir. Bundan sonra, X12 həyat yoldaşı da İddiaçı Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən və Zaqatala rayon Mərkəzi Xəstəxanasından müştərək qaydada 60000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 270 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cinayət Prossesual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərərçəkmiş şəxsin hüquqi varisi hesab olunur. Qeyd edirlər ki, Zaqatala rayon Mərkəzi Xəstəxanası PHŞ-i zərərçəkənin hüquqi varisi Gülxanım Məmədovaya 30000 (otuz min) manat məbləğində pulu və 135 manat dövlət rüsumunu ödəmişdir. Həkim X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və Zaqatala Rayon Məhkəməsinin 13 may 2019- cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə 124.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və həmin məcəllənin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Məlumat üçün bildirmişdir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanası xx.xx.2020-ci il tarixdən Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB–in balansına verilmişdir. Xəstəxana üzrə müvafiq borclar həmin tarixə nəzərə alındığı üçün, bu məqsədlə vəsait ayrılmamışdır. X10 maliyyə imkanları yalnız işçilərinin aylıq əməkhaqqı, xəstəxananın saxlanılması və digər zəruri tibbi təminatların ödənilməsinə imkan verir. Cavabdeh bildirmişdir ki, xəstəxananın hər işçisinin təqsiri üzündən dəymiş zərərin müəssisənin üzərinə qoyulması müəssisənin maliyyə cəhətdən iflasa uğraması ilə nəticələnə bilər. Müəssisənin maliyyə cəhətdən vəziyyəti qənaətbəxş deyildir, İddiaçı tərəfindən tələb olunan məbləğin tərəflərindən qarşılanması mümkün deyildir. Son olaraq, İddiaçı “mənəvi ziyan tələbinə dair” iddia tələbinin rədd olunması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs TƏBİB-in nümayəndəsi Nümayəndə da, həmçinin, izahatında bildirmişdir ki, mərhum Naimə Məmmədova ilə hazırki iş üzrə iddiaçı cəmi 4 gün nikahda olmuşlar,üstəlik də mərhumla iddiaçı arasında ər-arvad münasibətləri baş tutmamış, belə ki, cinayət işi materiallarında iddiaçı özü bunu ifadəsində bildirmişdir, hətta iddiaçı həmin iş üzrə məhkəmədə belə iştirak etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları: Zaqatala rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 1(033)-3/2019 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs X3 RMX-nın reanimasiya şöbəsində anestezioloq-reanimatoloq vəzifəsində işlədiyi dövrdə, xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın reanimasiya şöbəsində həkim anestezioloq-reanimatoloq kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə X12 xəstəxananın reanimasiya şöbəsində müayinə və müalicəsini apararkən sonuncuda olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş "Həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə Təlimatr'nın 6-cı bəndində nəzərdə tutulan- həkim anestezioloq-reanimatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, Təlimatın 7-ci bəndində nəzərdə tutulan- müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, 8-ci bəndində nəzərdə tutulanmövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır kimi öhdəlikləri yerinə yetirməməklə, həmçinin, həmin Təlimatın 24.1-ci bəndində nəzərdə tutulan-ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə görə məsuliyyət daşıyır kimi müddəaların icrasına lazımı qaydada əməl etməyərək, xəstəyə düzgün diaqnoz qoymamış, düzgün diaqnozun qoyulmaması ilə də müvafiq olaraq düzgün əlavə müalicə tədbirləri görməmiş, xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan sol tərəfli boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanı vaxtında müəyyən etməmiş, xəstəyə vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olmalı olan və zəruri sayılan müayinələri (USM, KT, rentgen, dinamik laborator və sairə), həmçinin aidiyyəti mütəxəssislərin konsultativ baxışlarını tam həcmdə aparmamış, xəstənin vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərinin qeyri-stabil olması, yəni xəstədə mövcud olan sol tərəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu halda, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək lazımi tədbirlər görməmiş, qanaxmanın mənbəyini aşkar etməmiş və cərrahiyyə əməliyyatının aparılmasını təmin etməməklə, cinayətkarcasına etinasızlıq göstərmiş və bununla da zərərçəkmiş X15 davam edən qanaxmanın qarşısını almamaqla ehtiyatsızlıqdan öldürmüşdür. Bununla da təqsirləndirilən şəxs X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X8 Zaqatala RMX-da həkim ümumi cərrah vəzifəsində işləyərkən, xx.xx.2018-ci il tarixdə Zaqatala RMX-nın qəbul şöbəsində həkim ümumicərrah kimi növbədə olduğu zaman rayon mərkəzi xəstəxanasına daxil olmuş xəstə X15 qəbul şöbəsində müayinə edərkən anamnezi səthi toplamış, sonuncuda olan patoloji proses, yəni sol tərəfli boru hamiləliyi klinik, laborator və ultrasəs müayinəsi ilə müəyyən olunmalı olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş «Həkim-ümumi cərrahın nümunəvi vəzifə Təlimatı»nın 6-cı bəndində nəzərdə tutulan - həkim-ümumi cərrah tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir, Təlimatın 7-ci bəndində nəzərdə tutulan müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir, 8-ci bəndində nəzərdə tutulan - mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır kimi öhdəlikləri yerinə yetirməməklə, həmçinin, həmin Təlimatın 24.1-ci bəndində nəzərdə tutulan-ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə görə məsuliyyət daşıyır kimi müddəaların icrasına lazımı qaydada əməl etməyərək, xəstəyə düzgün diaqnoz qoymamış, düzgün diaqnozun qoyulmaması ilə də müvafiq olaraq düzgün əlavə müalicə tədbirləri görməmiş, xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan sol tərəfli boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanı vaxtında müəyyən etməmiş, xəstəyə vaxtında operativ müalicə taktikasının seçilməsinə və yerinə yetirilməsinə əsas olmalı olan və zəruri sayılan müayinələri (USM, KT, rentgen, dinamik laborator və sairə), həmçinin aidiyyəti mütəxəssislərin konsultativ baxışlarını tam həcmdə aparmamış, xəstənin vəziyyətinin ağırlığı və hemodinamik göstəricilərinin qeyri stabil olması, yəni xəstədə mövcud olan sol tərəfli pozulmuş boru hamiləliyi ilə əlaqədar daxili qanaxmanın dayandırılması üçün təxirəsalınmaz operativ müdaxilənin keçirilməsinə ehtiyac olduğu halda, xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək lazımi tədbirlər görməmiş, qanaxmanın mənbəyini aşkar etməmiş və cərrahiyyə əməliyyatının aparılmasını təmin etməməklə, cinayətkarcasına etinasızlıq göstərmiş və bununla da zərərçəkmiş X15 davam edən qanaxmanın qarşısını almamaqla ehtiyatsızlıqdan öldürmüşdür. Bununla da, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmlə təqsirləndirilən şəxs X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs X22 təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci və 70.3-cü maddələri tətbiq edilməklə 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, təqsirləndirilən şəxs X22 təyin edilmiş əlavə cəzanın və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, təqsirləndirilən şəxs X19 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, təqsirləndirilən şəxs X26 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; təqsirləndirilən şəxs X6 təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci və 70.3-cü maddələri tətbiq edilməklə 01 il sınaq müddəti ilə şərti hesab edilmiş; təqsirləndirilən şəxs X6 təyin edilmiş əlavə cəzanın və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış; təqsirləndirilən şəxs X4 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş; təqsirləndirilən şəxs X8 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş; iş üzrə maddi sübut olan Zaqatala RMX-da N.Məmmədovanın adına açılmış, sonuncunun müayinə və müalicəsinin gedişini əks etdirən xx.xx.2018-ci il tarixli, ******* saylı «Stasionar xəstənin tibbi kartası» və N.Məmmədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildikdən öldüyü vaxtadək sonuncuya göstərilmiş tibbi yardımı əks etdirən müşahidə kamera görüntülərinin olduğu 02 ədəd «CD» diski cinayət işinin materiallarında saxlanılmış; hökmün icrası təqsirləndirilən şəxslərin qeydiyyatda olduğu yer üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-194/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs X19 müdafiəçisi X27 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(033)-3/2019 saylı hökmü ilə təqsirləndirilən şəxs X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə ləğv edilmiş və həmin hissədə yeni hökm çıxarılmışdır. X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Zaqatala royon qeydiyyat şöbəsinin İddiaçı nikah vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli, 05/09İS/201681-24 nömrəli arayışdan görünür ki, iddiaçı ilə X21 arasında xx.xx.2018-ci il tarixdə 30 nömrə ilə Zaqatala rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış və həmin nikaha X12 xx.xx.2018-ci il tarixində ölməsi ilə xitam verilmişdir. Balakən Regional “ASAN xidmət Mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci iil tarixli arayışdan görünür ki, X21 12 fevral 2018-ci il tarixdə hamiləlik, sol uşaqlıq boru cırılması səbəbindən vəfat etmişdir. Bu barədə 17 mart 2018-ci il tarixdə 52 saylı akt qeydi aparılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-672/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Zaqatala rayon Mərkəzi Xəstəxanasına və X5rşı “mənəvi ziyan” tələbinə dair iddiası qismən təmin edilmiş, vurulmuş mənəvi zərərə görə 30000 manat məbləğində pul və 135 manat dövlət rüsumunun cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasından tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4124/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-672/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 4487/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 4124/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Tətbiq edilən hüquq: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrasızamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvizərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, Zaqatala rayon Mərkəzi Xəstəxanasının həkimi olmuş X9 təqsiri səbəbindən iddiaçının arvadı vəfat etmişdir. Məhkəmə həmçinin vurğulayır ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və X18 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X13rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə, iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onunla mərhum Naimə Məmmədovanın toylarından təxminən 1 il əvvəldən tanış olaraq adətlərimizə uyğun olaraq nişanlı dövrünü və mərhumun ölüm səbəbinin nədən olmasından asılı olmayaraq həmin an üçün keçirdiyi mənəvi iztirabı qəbul edir. Baxmayaraq ki, cavabdeh tərəf iddiaçının onun mərhumla olan nikah dövrünün çox qısa müddət olmasına və mərhumun başqa şəxsdən hamilə olmasına istinad edərək iddiaçının hər hansı mənəvi zərərə uğramadığını bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir, məhkəmə hesab edir ki, tərəflərin ailə dövrünün qısa sürməsindən asılı olmayaraq iddiaçının arvadının ölümü ilə bağlı keçirmiş olduğu mənəvi sarsıntı mübahisəsizdir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ağlabatan həddə, işin bütün diqqətə layiq məqamları nəzərə alnmaqla 3000 (üç min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi Zaqatala rayon Mərkəzi Xəstəxanası ilə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı da irəli sürülməsinə baxmayaraq Səhiyyə Nazirliyi bu tələbdə hər hansı cavabdehlik daşıyan tərəf deyildir və ona qarşı iddia tələbi təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasından tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 270 manat dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsi ilə bağlı bildirir ki, iddia tələbi 60000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı olduğu halda yalnız 3000 manat məbləğində təmin edildiyindən həmin hissəyə uyğun olaraq dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasından İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərə görə kompensasiya tutulsun. Cavabdeh Zaqatala rayon Mərkəzi Xəstəxanasından İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat məbləğində pul tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-1899/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1899/2024
27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver