Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1972/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2016-cı il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən etibarən uşaqlar yetkinliş yaşına çatana qədər hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat məbləğində alimentin tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əaslandırıldığı hallar: İddiaçı və Cavabdeh 2 oktyabr 2015-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Bu fakt Səbail rayonu qeydiyyat şöbəsi tərəfindən nikah aktlarının qeydiyyatı kitabında 228 nömrə ilə qeyd edilməklə rəsmiləşdirilmişdir. Hazırda tərəflərin nikahda olması xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ№053633 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə ilə təsdiq olunur. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Xubanov Murad və xx.xx.2021-ci il tarixdə isə Xubanova Adel doğulmuşdur. İddiaçı ilə cavabdeh birgə ailə kimi yaşamır, birgə təsərrüfat aparmır. Cavabdeh artıq uzun müddətdir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanmasında iştirak etmir, uşaqların saxlanması üçün hər hansı maddi kömək göstərmir və uşaqların saxlanması tamamilə iddiaçı tərəfindən təmin olunur. Belə ki, onların geyim, qidalanma, təhsil, sağlamlıq və gündəlik xərclərini iddiaçı qarşılayır. AR Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hesab edir ki, xx.xx.2024-cü il tarixli Mediasiya prosesi barədə Arayışla iddiaçının cavabdehdən aliment alınması istiqamətində tədbirlər gördüyü öz təsdiqini tapır. Bununla əlaqədar olaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların axlanması üçün cavabdehdən xx.xx.2024-cü il tarixdən başlamaqla hər ay hər uşağa görə 300 manat məbləğində aliment tutulmalıdır. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya yazılı etiraz verərək bildirmişdir ki, faktiki ailə münasibətlərinin uzun müddətdir davam etmədiyini, iddiaçının ölkə ərazisindən çıxmış olduğunu, atanın uşaqlarla ünsiyyət hüququnun uzun müddətdir pozulmuş olmasını, faktiki ailə münasibətlərinin bərpa edilməsinin mümkünsüz olduğunu nəzərə alıb, aliment məbləğinin təyin olunması zamanı isə iş materiallarına əlavə edilən əmək müqaviləsi bildirişindən göründüyü kimi 1013 azn (gross) - 900 azn nett məbləğdə əmək haqqı almasını, tək yaşamasını, valideynlərinin onun himayəsində olmasını nəzərə almaqla aliment məbləğinin Ailə Məcəlləsinin 76.1.2-ci bəndinə müvafiq olaraq əmək haqqının 1/3 miqdarında təyin edilməsini, ailə münasibətlərinin pozulmasında təşəbbüskar qismində iddiaçının olduğunu, valideynləri tərəfindən maliyyə dəstəkləri və s. göstərildiyindən uzun müddətdir ölkə xaricində yaşadığını, ailə münasibətlərini bitirmək üçün əsas olaraq maliyyə azadlığına sahib olduğunu, daha yaxşı həyat şəraitinə sahib olduğunu, bununla əlaqədar Azərbaycandan uzaqlaşdığını bildirdiyini nəzərə alıb, alimentin məbləği təyin edilərkən cavabdehin sonrakı həyat şəraitini təmin etməsi üçün ədalətli nisbətin əsas götürülməsini xahiş edir. Həmçinin xüsusi nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən uzun müddət ailə münasibətlərinin bərpa edilməsi üçün cəhdlər edilmiş, həyat yoldaşının və uşaqlarının Azərbaycana qayıtmaları üçün əlindən gələni etmişdir, buna baxmayaraq mediasiya prosesindən sonrakı dönəm də məhkəməyə dərhal müraciət edilməmiş yenə də ailə münasibətlərinin bərpasına dair ümid olmuşdur. Lakin heç bir nəticə əldə edilməmişdir. Belə ki, aliment məbləğinin təyin edilməsi zamanı ilkin mediasiya sesiyasına müraciət edənin cavabdeh olduğu, bu hərəkətin iddiaçı tərəfindən edilmədiyi, müvafiq müddət ərzində MTT barədə ərizə verməklə aliment tələbini təmin etdirmə imkanı olduğu halda istifadə edilmədiyi (ehtiyac olmadığı üçün) xüsusi nəzərə alınmaqla müvafiq aliment öhdəliyinin başlanma tarixinin yalnız 100.2.-ci bəndə əsasən (Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur) müəyyən edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış nikahın vaxt verilmədən pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı və Cavabdeh 2 oktyabr 2015-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Bu fakt Səbail rayonu qeydiyyat şöbəsi tərəfindən nikah aktlarının qeydiyyatı kitabında 228 nömrə ilə qeyd edilməklə rəsmiləşdirilmişdir. Hazırda tərəflərin nikahda olması xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİ№ 053633 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə ilə təsdiq olunur. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə Xubanov Murad və xx.xx.2021-ci il tarixdə isə Xubanova Adel doğulmuşdur. İddiaçı ilə cavabdeh birgə ailə kimi yaşamır, birgə təsərrüfat aparmır. Tərəflər arasında qarşılıqlı iddia üzrə iddiaçının müraciəti əsasında nikahın pozulması məqsədilə mediasiya sesiyası keçirilmiş, lakin tərəflər aliment barədə razılığa gələ bilməmişdirlər. Belə ki, hal-hazırda icraatda olan e-2(006)-1972/2025 saylı iş üzrə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən yalnız aliment tələbi barədə iddia qaldırılmışdır. Hesab edir ki, tərəflər arasında faktiki ailə münasibətlərinin 2 ildən uzun müddətdir davam etmədiyini əsas götürməklə habelə məhkəmələrin iş yükünün artırılmadan müvafiq nikahın pozulması tələbinin bir icraatda baxılmasına zərurət vardır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 etirazda və qarşılıqlı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, ilkin iddianın qismən təmin olunması, qarşılıqlı iddianın isə tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Səbail rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 053633 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə X6 arasında xx.xx.2015-ci il tarixdə, bu barədə nikah haqqında akt qeydləri kitabında 228 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra kişiyə «Xubanov» arvada «Xubanova» soyadı verilmişdir. 3 saylı Bakı «Asan xidmət mərkəzi»nin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 851012 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir. Rusiya Federasiyasının Moskva şəhəri Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 580626 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən tərəflərin birgə nikahından xx.xx.2021-cı il təvəllüdlü X8 anadan olmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir. Bakı 15 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/MT015/2024-0388/01 saylı, xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh "xxxx" MMC-də satınalma üzrə mütəxəssis vəzifəsində işləyir və əmək haqqı 1013 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.6-cı bəndində qeyd edilir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2021-cı il təvəllüdlü X8 doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, ailələri faktiki olaraq dağılmışdır. Uşaqlar isə faktiki olaraq analarının yanındadırlar. Tərəflər xx.xx.2024-cü il tarixdə mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsələr də, buna nail ola bilməmişlər. Buna görə də hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə ilk növbədə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, məhkəmə tərəfindən tərəflərə barışıq üçün 3 ay vaxt verilməsi təklif olunmuş, lakin tərəflər aralarında olan nikahın pozulmasına təkid edirlər, ailənin bərpasına ümid yoxdur. Göründüyü kimi, İddiaçı (nümayəndəsi vasitəsilə) nikahın pozulması barədə qarşılıqlı iddia tələbini qəbul etmişdir. Məhkəmə hesab edir ki, onun iddianı qəbul etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur, yetkinlik yaşına çatmayan uşaqların da mənafelərinə uyğundur. Buna görə də onun qarşılıqlı iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur. Barışıq üçün vaxt verilməsinin təklif edilməsinə baxmayaraq, tərəflərin nikahın pozulmasını təkid etməsi, eyni zamanda, ailənin tamlığının saxlanılmasının mümkün olmaması nəzərə alınmaqla, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Qeydiyyat Şöbəsində 228 nömrə qeydi ilə bağlanmış nikah pozulmalıdır. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2021-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək analarının yanında qalmasına dair mübahisənin olmamasını, uşaqların azyaşlı olmaqla ana nəvazişinə və qayğısına ehtiyacları olmasını nəzərə alıb hesab edir ki, tərəflərin birgə nikahlarından olan övladları ananın - İddiaçı himayəsində saxlanılmalıdır. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların analarının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə, mənafelərinə xidmət edəcəkdir. İddiaçı alimentin tutulması barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə hesab edir ki, uşaqların iddiaçının himayəsində qalmaları uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş alimentin hər uşağa görə 300 manat olmaqla, ümumilikdə 600 manat müəyyən edilməsini ağlabatan saymır. Nəzərə alınmalıdır ki, uşağın maddi məişət şəraitinin yüksək səviyyədə saxlanması hər iki valideynin vəzifəsidir. Məhkəmə hər bir halda uşağın mənafeyini üstün hesab edərək, normal mühakimə ilə məhkəmə qətnaməsinin də icra olunabilənlik meyarına cavab verməsini nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X9rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2021-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (iddia ərizəsinin verildiyi 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,615 misli həddində (400 x 0,615 = 246 manat) sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə Cavabdeh nikahın pozulması, İddiaçı isə uşaqların ananın himayəsində qalması və alimentin tutulması ilə bağlı tələbləri üzrə hər iki tərəfin birlikdə mediasiya təşkilatına müraciət etməsini (bu hal hər iki tərəfin nümayəndələrinin izahatları ilə təsdiq olunur) iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş “aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi” kimi qiymətləndirərək hesab edir ki, aliment mediasiya arayışının verildiyi (mediasiya sessiyasının keçirildiyi) xx.xx.2024-cü il tarixdən, yəni iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə cavabdehə alimentin tutulması ilə bağlı mediasiya prosesində alimentin ödənilməsini tələb etdiyi tarixdən hesablanmalıdır. Cavabdehin isə artıq həmin vaxtdan uşaqların saxlanılmasında və ehtiyaclarının qarşılanmasında iştirak etmədiyi məlum olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Qeydiyyat Şöbəsində 228 saylı qeydi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2021-cı il təvəllüdlü X8 İddiaçı ilə qalmalı, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 2952 manat (246 man x12ay) olduğundan, Cavabdeh 49,52 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddiaçı tərəfindən tələb edilmədiyindən onun tərəfindən ödənilmiş ödənilmiş 50 (əlli) manat dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Qeydiyyat Şöbəsində 228 nömrə qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2021-cı il təvəllüdlü X8 İddiaçı yanında (himayəsində) qalsınlar. İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2021-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli, ümumilikdə 1,23 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh 49,52 (qırx doqquz manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qarşılıqlı iddianın verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-1972/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1972/2025
26.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver