Məhkəmə qərarları › İş №e-2(006)-1979/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1979/2023

18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1979/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və X1rşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı "mənəvi ziyanın ödənilməsi"tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasının vəfat etməsinə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat kompensasiyanın və ödənilmiş dövlət rüsumuna görə 240 manat olmaqla, ümumilikdə 50.240 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və X17 Mərkəzindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası X7 özünə məxsus “Mercedes” markalı, **- FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 29 iyun 2018-ci il tarixdə Bakı şəhərindən Qazax rayonuna gələrkən xatırlamadığı dostlarından biri zəng edərək atasının Ağstafa şəhəri ərazisində baş verən avtoqəza nəticəsində xəsarət aldığını və Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparıldığını bildirmişdir. Səhhəti ilə maraqlandıqda dostu narahat olmamağı, atasının sadəcə ayağının qırıldığını, vəziyyətinin də yaxşı olduğunu bildirmişdir. Ağstafa şəhərinə çatandan sonra dərhal xəstəxanaya getdi, orada atasının sağ bud sümüyünün sındığını gördü. Sonra atasını Ağstafa RMX-dan X17 Mərkəzinə apardılar. Həmin gün həftənin 5-ci günü idi. X12 atasını müayinə edərək, Bakı şəhərinə getdiyini, bizə resept verərək növbəti həftənin bazar ertəsi gününə alıb, qədər icra etməyi və bazar ertəsi günü atasını əməliyyat edəcəyini bildirmişdir. Onlar da Fəxrəddin həkimlə razılaşdılar. Atası 3 gün xəstəxanada qaldı, həftənin 1-ci günü, yəni 02 iyul 2018-ci il tarixdə Fəxrəddin həkim atasını əməliyyata aldı, saat 14.00-da başlayaraq, 15.40-da başa çatdı. Əməliyyatdan çıxanda Fəxrəddin həkim əməliyyatın uğurla başa çatdığını, bir müddətdən sonra atasının narkozdan oyanacağını bildirdiyi üçün gözlədilər. Həmin vaxt orada qohum-əqrabalar, dost-tanışlar da var idi. Əməliyyatda Fəxrəddin həkimdən başqa anestezioloq Niyazi Qaraquliyev iştirak etmişdir. Qeyd edir ki, bundan təxminən 2-3 gün qabaq atamın doğma xalası oğlu Yaqub Dəmirovun arvadı Nataliya Dəmirova əməliyyatdan sonra xəstəxanada ölmüşdü. Həmin əməliyyat zamanı da narkoz həkimi Niyazi Qaraquliyev olmuşdur. Atası yenicə əməliyyatdan çıxan zaman Niyazi həkim onu otağına çağıraraq narkoza görə 50 manat pul tələb etmişdi, o da Niyaziyə atasının hələ narkozdan ayılmadığını, oyandıqdan sonra verəcəyini bildirdi. Niyazi ondan israrla pulu tələb etsə də, yalnız atası narkozdan oyandıqdan sonra verəcəyini bildirdi. Buna görə də Niyazi “Cəhənnəm ol” deyərək onu otaqdan qovub, arxasınca da “Köpəkoğlu” demişdir. Onu təhqir etdiyinə görə Niyazini vurmaq istəsə də, tibb bacıları onu uzaqlaşdırdılar. Bir müddət sonra tibb bacılarından kimsə ona yaxınlaşaraq resept verib Niyazinin həmin dərmanları almağı dediyini bildirmişdi. O, Qazax şəhərində yerləşən apteklərdən birindən dərmanları alıb geri qayıdarkən Niyazinin avtomobilinə əyləşib oradan uzaqlaşdığını gördü. Həmin vaxt saat 17 radələri idi və atası hələ narkozdan ayılmamışdı. Aldığı dərmanları reanimasiya şöbəsindəki tibb bacılarına təqdim etdi. Saat 18 radələrində atasının vəziyyəti pisləşdiyi üçün tibb bacıları zəng edərək, həm Fəxrəddin həkimi, həm də Niyazini xəstəxanaya çağırdılar. Həkimlər gələndə artıq atasının vəziyyəti kifayət qədər pis oldu, həkimlər yardım göstərsələr də atası gözünün önündə vəfat etdi. Atasının ölümü ilə əlaqədar Qazax rayon prokurorluğunda araşdırma aparıldı, atasının Niyazi Qaraquliyevin səhlənkarlığı nəticəsində ölməsi sübut olundu. Belə ki, o atasına ilk öncə belindən iynə vasitəsilə yerli narkoz vermək istəsə də bacarmamış, bundan sonra etməli olmadığı halda ümumi narkoz vermiş və doza artıq olduğu üçün atası dünyasını dəyişmişdir. Cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hökmə əsasən X8 təkrarən, 02 iyul 2018-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanında yerləşən X17 Mərkəzində Ağstafa rayonu, Poylu kənd sakini 1947-ci il təvəllüdlü X7 üzərində icra edilmiş “sağ bud nahiyyəsinin yerdəyişməli osteoplastikası” cərrahi əməliyyatında həkim anestezioloqreanimatoloq qismində iştirak edərkən, cinayətkarcasına etinasızlıq göstərib cərrahi əməliyyatı zamanı anesteziya məqsədilə istifadə edilən dərman preparatlarının dozalarını xəstənin çəkisinə uyğun olmayan dozada verərək, həmçinin həmin gün saat 16:10-da əməliyyatdan sonra narkozdan ayılma mərhələsində narkoz komponentlərinin təsiri bədəndən keçməmiş Rüstəm Mustafayevi erkən ekstubasiya etməklə yaranmış beyin hipoksiyası nəticəsində spinal anesteziya və intubasion narkoz zamanı inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından ölümünə səbəb olmaqla, Rüstəm Mustafayevi ehtiyatsızlıqdan öldürmüşdür. Ağstafa Rayon Məhkəməsinin 1(015)-24/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin məcəllənin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətinə anestezioloq reanimatoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) ilmüddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən apellyasiya protesti və şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(104)-151/2021 nömrəli 19 aprel 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti tam, apellyasiya şikayətləri qismən təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 1(015)-24/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə anestezioloq-reanimatoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Göründüyü kimi hadisə Səhiyyə Nazirliyinin əməkdaşının – X17 Mərkəzinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Hal-hazıra kimi atasının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə, hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən bizə heç bir müraciət belə edilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində atasının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və iztirablarla bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Bu baxımdan mərhum atasının faciəvi ölümü keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirablar və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və X17 Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X17 Mərkəzi məhkəməyə iddiaya etiraz ünvanlayaq bildirmişdir ki, X8 02 iyul 2018-ci il tarixində saat 15 radələrində X17 Mərkəzində Ağstafa rayonu Poylu kənd sakini xx.xx.1947-ci il təvəllüdlü X2 üzərində icra edilmiş “Sağ bud nahiyyəsinin yerdəyişməli osteplastikası" cərrahi əməliyyatında anestezioloq-reanimatoloq qismində iştirak edərkən etinasızlıq göstərib sonuncunun çəkisinə uyğun olmayan dozada dərman preparatlarını verərək, həmçinin narkozdan ayılma mərhələsində narkoz komponentlərinin təsiri bədəndən keçməmiş Rüstəm Mustafayevi erkən ekstubasiya etməklə yaranmış beyin hipoksiyası nəicəsindən spinal anesteziya və intubasion narkoz zamanı inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından ölümünə səbəb olmaqla Rüstəm Mustafayevi ehtiyatsızlqdan öldürmüşdür. Bundan sonra X8 barəsində cinayət işi başlanılmış və məhkəmənin hökmü ilə cəza təyin edilmiş və işdən azad olunmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008- ci il tarixli, 7 №-li qərarında qeyd olunmuşdur: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “insan Hüquqlarının və X13 Haqqında Konvensiya"-nm müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir". Plenumun qərarında daha sonra qeyd olunmuşdur: “Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır". Odur ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin təmin edilməsi üçün göstərilən iki hal sübut olunmalıdır: 1) İddiaçı şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının və ya əmlak hüquqlarının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə pozulması; 2) bu pozuntunun İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olması. Birinci hal - İddiaçı şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının və ya əmlak hüquqlarının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə pozulması müəyyən olunmadığından mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz, mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin əsasım qeyri-qanuni hərəkət və ya hərəkətsizlik təşkil edir. Zərər vuran X17 Mərkəzi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi deyil, məhz X4r. Belə ki, baş vermiş hadisədə ilə bağlı X17 Mərkəzi heç bir məsuliyyət daşımır, yəni mərkəzə məxsus butun avadanlıqlar işlək vəziyyətdə olmuş, bu hadisə yalmz X3 məsuliyyətsizliyi nəticəsində baş vermiş və ona görədə X3 barəsində qanuna müvaffiq şəkildə tədbir görülmüşdür. Ona görə də İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və X1rşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı mərhum X2 oğludur. İş materiallarına əlavə edilmiş Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Poylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 942499 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 15№-li qeyd edilmişdir. Ölüm səbəbi olaraq sağ bud sümüyünün ¾ hissəsinin yerdəyişməli qəlpəli sınığı, ostesintez əməliyyatı göstərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(015)-24/2020 saylı hökmünə əsasən təqsirləndirilən şəxs X8 29 iyun 2018-ci il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında yerləşən X17 Mərkəzində Ağstafa rayonu, Poylu kənd sakini 1954-cü il təvəllüdlü X9 üzərində “Ventiral yırtıq” diaqnozu ilə icra edilmiş “Hemiotomiya, alloplastika” cərrahi əməliyyatda anestezioloq-reanimatoloq qismində iştirak edərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş həkim anetsezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatının 7-ci bəndinin, yəni müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmə kimi tələblərini pozaraq, cinayətkarcasına etinasızlıq göstərib yüksək qan təzyiqi olmasını əvvəlcədən müəyyənləşdirilməsinə baxmayaraq cərrahi əməliyyata qədər müalicələri tam icra etməməklə, yəni hipertenziyanın, yüksək qan təzyiqinin olmasını nəzərə almayaraq hipotenziv terapiya aparmadan xəstəyə narkoz verməklə yüksək qan təzyiqi nəticəsində sol mədəciyin yüklənməsinin baş verməsi və ağciyərlərdə ödem hesabına qazlar mübadiləsinin pozulmasına görə sonuncunun endotraxeal narkoz zamanı inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından ölməsinə səbəb olmaqla, Nataliya Dəmirovanı ehtiyatsızlıqdan öldürmüşdür. Bundan başqa, o, təkrarən, 02 iyul 2018-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanında yerləşən X17 Mərkəzində Ağstafa rayonu, Poylu kənd sakini 1947-ci il təvəllüdlü X2 üzərində icra edilmiş “Sağ bud nahiyəsinin yerdəyişməli osteoplastikası” cərrahi əməliyyatında həkim anestezioloq-reanimatoloq qismində iştirak edərkən, cinayətkarcasına etinasızlıq göstərib cərrahiyyə əməliyyatı zamanı anesteziya məqsədilə istifadə edilən dərman preparatlarının dozalarını xəstənin çəkisinə uyğun olmayan dozada verərək, həmçinin həmin gün saat 16:10-da əməliyyatdan sonra narkozdan ayılma mərhələsində narkoz komponentlərinin təsiri bədəndən keçməmiş Rüstəm Mustafayevi erkən ekstubasiya etməklə yaranmış beyin hipoksiyası nəticəsində spinal anesteziya və intubasion narkoz zamanı inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından ölümünə səbəb olmaqla, Rüstəm Mustafayevi ehtiyatsızlıqdan öldürmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən Niyazi Qaraquliyev CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(015)-24/2020 saylı hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 124.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 56.2-ci maddəsinə əsasən 2 il müddətinə anestezioloq-reanimatoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasl, yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonlarının ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Qazax rayonu, həmçinin Ağstafa və Tovuz rayonlarının ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Sonda Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(015)-24/2020 saylı hökmündən zərərçəkmiş şəxslərin hüquqi varisləri Y.İ.Dəmirov, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətləri və dövlət ittihamçısı V.Ə.Səlimov tərəfindən verilmiş apelyasiya protesti əsasında apelyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxslərin hüquqi varisləri X10 və İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(015)-24/2020 saylı hökmü dəyişdirilmiş, X8 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə anestezioloqreanimatoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X3 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(104)-151/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrasızamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X13 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvisarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvizərərə görə təzminatın məbləğinin hesablanmasızamanıməhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, Zaqatala rayon Mərkəzi Xəstəxanasının həkimi olmuş X6 təqsiri səbəbindən iddiaçının qızı vəfat etmişdir. Məhkəmə həmçinin vurğulayır ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X11rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə, iddiaçının törədilmiş cinayət əməli nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ağlabatan həddə, yəni 30.000 (otuz min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X11rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 30.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Eyni zamanda məhkəmə qeyd ki, Səhiyyə Nazirliyinə münasibətdə iddianın təmin edilməsi ilə bağlı təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla əlaqədar Səhiyyə Nazirliyinə aid hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3.-ci maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar məhkəmə iddia qaldırarkən dövlət rüsumunun ödəməkdən azad edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul və 240 manat dövlət rüsumu cavabdeh X17 Mərkəzindən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 30.000 (otuz min) manat məbləğində pul və 240 manat dövlət rüsumu cavabdeh X17 Mərkəzindən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar