Məhkəmə qərarları › İş №e-2(006)-1998/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-1998/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-1998/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X2 saxlanılması üçün cavabdehin hər ay qazancının (bütün başqa gəlirlərin) dörddə bir hissəsi həcmində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdehlə xx.xx.2012-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdu. Bu nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü Koçetkov Kirill adlı bir övladı dünyaya gəlmişdir. 2023-cü ilin mart ayında onların nikahları məhkəmə qaydasında pozulmuşdur. Bu barədə Səbail Rayon Məhkəməsinin qətnaməsi də var. Qətnamə ilə yetkinlik yaşına çatmayan övladı Koçetkov Kirillin onun yanında qalması qət edilmişdir. Hazırda uşağın maddi təlabatları artmışdır. O, uşağın artan maddi ehtiyaclarını tək təmin etməkdə çətinlik çəkir. Uşağın maddi tələbatının təmin edilməsi bir valideyn kimi cavabdehin də borcudur. Bu səbəbdən iddiaçı ilk növbədə mediasiya təklifini Cavabdeh göndərmişdi. Bunun üçün 10 iş günü gözlənilmiş və təklifə cavabdeh tərəfindən cavab verilmədiyindən 10 saylı Bakı Mediasiya Təşkilatına müraciət etmişdir. Qeyd etmək istəyir ki, ilkin mediasiya sessiyasında heç bir nəticə əldə edilməmiş və bu haqda da mediator tərəfindən İMS keçirilməməsi haqqında arayış da verilmişdir. Məhz bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmək istəyir ki, Cavabdeh ali tibbi təhsil almış və AR Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibb xidməti mayoru yoluxucu Təcili yardım, anestiziologiya və reanimasiya şöbəsinin anestiziologiya və reanimasiya bölməsinin baş ordinatoru vəzifəsində həqiqi hərbi xidmətdədir. Bu sahə üzrə də hərbi həkim vəzifəsində çalışır. Bundan başqa əsas iş yerindən əlavə iş yeri də var. Belə ki, "xxxx" ASC-də həkim vəzifəsində çalışır. Göstərilənləri nəzərə alaraq, xx.xx.2015-ci il təvəllüdlü X2 saxlanılması üçün Cavabdeh hər ay qazancının (bütün başqa gəlirlərin) dörddə bir hissəsi həcmində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Vaqif oğlu yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, izahatında göstərdi ki, tərəflərin birgə nikahından 30 mart 2015-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-514/2023 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və 30 mart 2015-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması qət edilmişdir. Cavabdeh uşağının maddi tələbatını ödəməkdən yayınmır. Lakin ikinci dəfə ailə qurduğundan və maddi cəhətdən kifayət qədər imkanı olmadığından tələb olunan miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. Lakin o, uşağın saxlanılması üçün yaşayış minimumu həddində aliment ödəməyə razıdır. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 1 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ №554477 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 30 mart 2015-ci il təvəllüdlü X1 adında yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(009)-514/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsində 365 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanmış nikahın pozulması, 30 mart 2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq 30 mart 2015-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş vəkil sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən görünür ki, tibb xidməti mayoru Cavabdeh hal-hazırda yoluxucu Təcili yardım anesteziologiya və reanimasiya bölməsinin ordinatoru vəzifəsində çalışır və onun aylıq əmək haqqı bütün vergilər tutulduqdan sonra 1383 (bir min üç yüz səksən üç) manat 87 (səksən yeddi) qəpik, ərzaq əvəzi pul təminatı 62.08 (altmiş iki manat səkkiz qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-0064 saylı “İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirmək barədə razılığa gəlməmişlər. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 30 mart 2015-ci tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-514/2023 saylı qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan 30 mart 2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh 30 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 saxlanılması üçün Cavabdeh hər ay qazancının (bütün başqa gəlirlərin) dörddə bir hissəsi həcmində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-nin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-nin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinin tələbinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Beləliklə, məhkəmə, mövcud qanunvericiliyin tələblərinə əsasən uşaqlar üçün yaşayış minimumunun əvvəlki illərlə müqayisədə artmasını, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-514/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin tutulması qaydası dəyişdirilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın rədd edilmiş hissəsinə münasibətdə isə qeyd edir ki, miqdarı dəyişdirilmiş həmin alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-514/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin tutulması qaydası dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar