Məhkəmə qərarları › İş №e-2(006)-2052/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2052/2023

21.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2052/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi,Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2014-cü il tarixində, Cavabdeh1 məxsus olan “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı 99- CU-057 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı ASC tərəfindən 2105,22 (iki min yüz beş manat, iyirmi iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2014-cü il tarixli, 741223 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 151.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2012-ci il tarixli MİB-RNF-0060/12 saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 741223 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh2 baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 151.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ƏN-İİ 989604 saylı etibarnamənin surətindən və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış”dan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verdiyi vaxt “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2014-cü il tarixli qüsur aktından və xx.xx.2014-cü il tarixli sığorta aktından müəyyən olunur ki, 2595 (iki min beş yüz doxsan beş) manat məbləğində müəyyən edilmişdir. Dəymiş zərərin sığortalanmış 90.76%-dən, yəni 2355.22 (iki min üç yüz əlli beş manat, iyirmi iki qəpik) manatdan 250 (iki yüz əlli) manat şərtsiz azadolma məbləği çıxılmaqla ödənilməli sığorta ödənişinin məbləği 2105.22 (iki min yüz beş manat, iyirmi iki qəpik) manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş kassa məxaric orderinin surətindən müəyyən olunur ki, dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 2105.22 (iki min yüz beş manat, iyirmi iki qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli geriyə tələb məktubunun surətindən müəyyən olunur ki, 2105.22 (iki min yüz beş manat, iyirmi iki qəpik) manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında geriyə ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 2105.22 manat məbləğində verilmiş sığorta ödənişinin və 41.45 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə biləm halın baş verməsi faktını təsdiqləyən Arayışdan görünür ki, “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh2dur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Zərərin hesablanması aktından görünür ki, X1 məxsus "xxxx" markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2595 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli xx.xx.2014-cü il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı X1 məxsus "xxxx" markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə həyata keçiriləcək sığorta ödənişi barədə Sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş "xxxx" markalı, **- CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı zərər 2595 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi dəymiş zərərin sığortalanmış 90.76%-dən, yəni 2355.22 manatdan MİB-RNF-0060/12 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 250 manat azadolma məbləği çıxılmaqla 2105.22 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, ASC zərərin aradan qaldırılması üçün ödədiyi 2105.22 manat sığorta ödənişinin geri qaytarılmasını tələb etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 741223 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh2 baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 151.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 9/8652№-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı "xxxx" markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2482 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 mülkiyyətində olan «VAZ 2106» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə edərkən yol hərəkəti qaydalarını pozaraq "xxxx" ASC-də sığortalanmış, X1 məxsus olan "xxxx" markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sığortalı avtomobilin sahibinə maddi ziyan vurulmuşdur, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən X1 dəymiş zərər ödənilərək 2105.22 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı avtomobilə görə ödədiyi 2105.22 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İş materiallarında göründüyü kimi, xx.xx.2014-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzada təqsirli olduğu üçün Cavabdeh2 inzibati məsuliyyətə cəlb olunmuşdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Göründüyü kimi, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh1 sahibliyindən çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd edir ki, keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası nəticəsində avtomobilə dəymiş ziyanın məbləği 2482 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ hazırki iddia tələbində subroqasiya qaydasında tələb olunan məbləğdən çox olmaqla real qiymətləndirilmir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 subroqasiya hüququ əsasında 2105.22 (iki min yüz beş manat, iyirmi iki qəpik) manat məbləğində pul və 41.45 (qırx bir manat, qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 2105.22 (iki min yüz beş manat, iyirmi iki qəpik) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu olaraq ödənilmiş 41.45 (qırx bir manat, qırx beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar