Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2175/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün başlanğıcı uşaqların onun himayəsinə verilməsini təmin edən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3519/2022 saylı qətnaməsinin qəbul olunduğu 02 noyabr 2022-ci il tarixindən hesablanmaqla hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə aylıq 470 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X5 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili X5 işin mahiyyəti üzrə baxılmasını tələb etməklə, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş hazırlıq iclası mərhələsində baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlardan müəyyən edilir ki, İddiaçı qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi ,ev 3, mənzil 40; Cavabdeh-Bakı şəhəri, Yasamal rayonu, 8-ci keçid ev 23/19-dur. İddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilmiş Bakı şəhəri "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı ünvan 2 ünvandakı yaşayış binasının 1-ci blok, 50 saylı mənzilində yaşayır. Ərizəyə əlavə edilmiş arayışda göstərilən ünvan 14 saylı MKİS-ə aid olduğundan Məhkəmə Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 14 saylı Mənzil-kommunal İstismar sahəsinə verdiyi sorğuya xx.xx.2024-cü il tarixli arayışla cavab verərək, İddiaçı 14 saylı MKİS-in xidməti sahəsində yaşayış fondu üzrə aid olan məzillərdə yaşamadığı bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, ərazi aidiyyatına aid olan məsələləri aydınlaşdırmaq üçün qanunvericiliyə müracəit etdikdə aşağıdakılar müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə yaşayış yerinin müəyyən edilməsinə dair sənədlər Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə, Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar, Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi hesab edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Göründüyü kimi, qanunvericiliklə yaşayış yeri şəxsiyyət vəsiqəsi məlumatları ilə müəyyən edilir. Odur ki, tələb aliment olsa belə, nə iddiaçı nə də cavabdeh Nəsimi rayon ərazisində qeydiyyatda olmadıqlarına görə hazırki ərizəyə Nəsimi Rayon Məhkəməsində baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı məhkəmə iclasında iştirak etməməklə öz seçiminə dair aidiyyət məsələsinə münasibət bildirmədiyindən, cavabdeh tərəf isə mülki işin cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etdiyindən, hazırlıq iclası mərhələsində aidiyyət məsələsi həll edilməli, mülki iş ərazi aidiyyətinə görə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4, 35.1, 44.2.2, 45.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2175/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2175/2024
30.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver