Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2246/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış nikahın ləğv edilməsi, birgə nikahdan anadan olmuş övladı X1 üçün hər ay bir uşağa görə 235 manat, 3 yaşı tamam olana kimi isə ayda 100 manat olmaqla, cəmi 335 manat aliment, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 51 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə ailə qurmuşlar. Birgə yaşayışdan xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh ailəsinə qarşı məsuliyyətsizdir, pis vərdişləri var və onların birgə yaşamaları mümkün deyil. Belə ki, cavabdeh narkotik istifadəçisidir, dəfələlərlə iddiaçıya və onun valideynlərinə qarşı şiddət göstərmiş, bununla bağlı müvafiq polis idarəsində araşdırma aparılır. Cavabdeh ailəsinə baxmır, kömək etmir, buna görə də iddiaçının aliment tələbi var.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edib, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmiş, Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
5. Doğum haqqında AZ-T seriyalı 264342 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
6. Nikah haqqında AZ-T seriyalı 063913 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 nikahı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 2940 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir.
7. Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00125 nömrəli arayışından görünür ki, tərəflər İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməyə razılıq verməmişlər.
8. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 50 manat rüsum ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuş, tərəflər xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin münasibətləri pozulmuş, hazırda birgə yaşamırlar, yetkinlik yaşına çatmayan uşaq iddiaçının yanındadır. İlkin mediasiya sessiyası zamanı onlar prosesi davam etdirməyə razılıq verməmişlər. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı tərəflərə barışmaq üçün 3 ay vaxt verilsə də, onlar barışmamışlar.
10. Hazırda iddiaçı cavabdehlə arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşağın onun yanında qalması və uşaq yetkinlik yaşına çatanadək 235 manat, 3 yaşına çatanadək isə 100 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia tələbinin “nikahın pozulması və uşaq” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, barışıq üçün vaxt verilməsinə baxmayaraq, tərəflər arasında barışıq əldə edilmədiyindən və iddiaçı nikahın pozulmasını təkid etdiyindən, ailənin tamlığının saxlanılmasının mümkün olmaması müəyyən edildiyindən məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 2940 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalıdır. xx.xx.2021-ci il təvəllüdlü X2 yaşını, ana nəvazişinə ehtiyacının olmasını və onun üstün mənafeyini əsas götürərək məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan X4 anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşağın anasının yanında saxlanılması onun maraqlarına zidd deyildir və ilk növbədə, mənafeyinə xidmət edəcəkdir.
12. Məhkəmə iddia tələbinin “aliment” hissəsinə münasibətdə qeyd edir ki, uşağın iddiaçının himayəsində qalması ona qulluq, uşağın sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas verir. Uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün diqqətəlayiq digər bütün halları və ölkə üzrə uşaqlar üçün qanunla müəyyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir.
13. İddia tələbinin “uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ göstəriş kimi müəyyən edir. İş üzrə aparılan araşdırma zamanı iddiaçı cavabdehin 3-cü qrup əlil olduğunu bildirmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən isə müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 3-cü qrup əlilliyə görə 330 manat, habelə 2-ci qrup əlilliyə görə 432,13 manat məbləğində (ümumilikdə 762.13 manat) pensiya alır. Məhkəmə hesab edir ki, uşaq körpə olduğundan daimi ana qulluğuna ehtiyacının olması zərurəti, bu halın isə iddiaçının özünün müstəqil qazanca malik olmaq imkanını məhdudlaşdırması və ya uşağın saxlanması üçün zəruri xərclərin artmasına səbəb ola biləcəyi, habelə uşağın gündəlik tələbatlarını, sağlamlıq, geyim və digər zəruri ehtiyaclarının ödənilməsinin zəruri olması nəzərə alınmalıdır. Məhz uşağın mənafeyini əsas götürməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin uşağı 3 (üç) yaşına çatmadığından iddiaçının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır. Məhkəmə uşağın mənafeyini əsas götürərək hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilməli, tələb qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, bir ata kimi övladının qayğısına qalmaq, onu zəruri vəsaitlə təmin etmək və onun təminatını əvvəlki kimi yüksək saxlamaq və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirmək cavabdehin vəzifəsidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, bu kateqoriya məsələlərin həllində qanunverici təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından qiymət verilməsini tələb etməklə yanaşı, həmçinin uşağın mənafeyinin də əsas tutulmasını təsbit etmişdir. Uşaq tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaq yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşağın maddi vəziyyətini bir qədər də ağırlaşdıracaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 34, İV hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 19.1, 20.1, 20.2, 22.1, 22.2, 22.2.1 və 22.2.2. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın birgə yaşamasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 58. Valideynlər: - uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. - uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. - valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. - uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər; Maddə 60.4. valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir; Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; Maddə 84.1, 84.2, 84.2.2. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.
16. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
17. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı: 7.1-ci bənd. Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar; 8.2-ci bənd. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
19. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
20. Mülki Prosessual Məcəllə: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir;
21. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə, aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur.
22. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 2940 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2021-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmalı, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
23. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, qalan hissəsi İddiaçı aid edilməlidir.
Nəticə:
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə 2940 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2021-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılsın. xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova