Məhkəmə qərarları › İş №e-2(006)-2281/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2281/2025

15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2281/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı "AZƏRMAŞ" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pulun tutulması tələbinə dair" iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pulun tutulması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 128 manat, Cavabdeh2 96 manat və ödənilmiş 30 manat rüsumu isə müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış 29 mart 2022-ci il tarixli ALY-799 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh1 sifarişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı PJ-471 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli e-2(006)-1281/2024 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı MMC-nin iddiası təmin edilərək cavabdehdən ümumilikdə 1586.63 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsini qət etmişdir. “Daxili lizinq müqaviləsi”nin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı **-PJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü lizinq alan Cavabdeh1 və sürücü Cavabdeh2 AR X6 tərəfindən inzibati qaydada cərimələnmişdirlər. Bu faktı AR X5 portalından alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh1 edərkən: 1. EQ 12371914 saylı protokola görə 64 manat; 2.EQ 12095628 saylı protokola görə 64 manat, cəmi 128 manat ödənilmişdir. Cavabdeh2 idarə edərkən: 1. EQ 12633394 saylı protokola görə 80 manat; 2. EQ 12633398 saylı protokola görə 16 manat; cəmi 96 manat ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 224 manat məbləğində ödəniş edilmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da şirkət ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə iclasında iştirak edən iddiaçı "AZƏRMAŞ" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 29 mart 2022-ci il tarixli ALY-799 saylı Daxili lizinq müqaviləsindən və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh1 arasında «Chevrolet Nexia» markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq alanın müvəqqəti istifadə və sahibliyinə verilməsi barədə müqavilə bağlanmışdır. Lizinq müqaviləsinin ümumi məbləği 20770 manat təşkil edir. Daxili lizinq müqaviləsində müqavilənin predmeti təsvir edilmiş; lizinq obyektinə mülkiyyət hüququ, qəbulu və onun istismara verilməsi; lizinq verənin hüquq və vəzifələri; lizinq alanın hüquq və vəzifələri; risklər; sığorta; öhdəliklərin icra olunmamasına görə məsuliyyət; müqavilənin lizinq alanın təşəbbüsü ilə ləğv edilməsi; müqavilənin lizinq verənin təşəbbüsü ilə ləğv edilməsi; lizinq obyektinin qaytarılması, geri tələb edilməsi; forsmajor halları; mübahisələrin həllinə dair şərtlər; digər şərtlər; son müddəalar müfəssəl və aydın şəkildə göstərilmişdir. Məhkəməyə təqdim edilmiş digər sənədlərdən (ödəniş cədvəli, təhvil-təslim aktı, cərimə tətbiq edilməsinə dair protokollar, qərarların tarixi və cərimə məbləğlərinə dair məlumat, cərimələrin iddiaçı tərəfindən ödənilməsinə dair qəbzlər və s.) görünür ki, «Daxili lizinq müqaviləsi» və «Ödəniş cədvəli»nin şərtlərinə cavabdehlər tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan «Chevrolet Nexia» markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili şirkətə geri qaytarmışdır. Həmçinin cavabdeh gecikdirilmiş lizinq ödənişlərini ödəmiş və tərəflər arasında «Daxili lizinq» müqavilənin ləğv olunmasına dair razılıq əldə edilmişdir. Lizinq obyekti olan avtomobilin müqavilə üzrə lizinq alan Cavabdeh1 müvəqqəti sahibliyində olduğu müddət ərzində cavabdehlər lizinq obyekti olan «Chevrolet Nexia» markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus «Chevrolet Nexia» markalı **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Cavabdeh1 edərkən: 1. EQ 12371914 saylı protokola görə 64 manat; 2.EQ 12095628 saylı protokola görə 64 manat, cəmi 128 manat ödənilmişdir. Cavabdeh2 idarə edərkən: 1. EQ 12633394 saylı protokola görə 80 manat; 2. EQ 12633398 saylı protokola görə 16 manat; cəmi 96 manat ödənilmişdir. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 066 və 067 saylı xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydası əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2- ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçıya ziyan vurulmuşdur. Bu ziyan, iddiaçının - avtomobil lizinq alanın müvəqqəti sahibliyində və istifadəsində olan zaman cavabdehlərin həmin avtomobili idarə edərək törətdikləri inzibati xətalara görə onlara tətbiq edilmiş cərimələri ödəməyə məcbur olmasında ifadə olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 128 manat pul vəsaiti Cavabdeh1, 96 manat məbləğində pul vəsaiti Cavabdeh2, ödənilmiş 30 manat dövlət rüsumu haqqı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı "pulun tutulması tələbinə dair" iddiası təmin edilsin. Cavabdeh1 128 (bir yüz iyirmi səkkiz) manat, Cavabdeh2 96 (doxsan altı) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar