Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2284/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay mediasiyaya müraciət olunduğu tarixdən başlamaqla Cavabdeh aylıq qazancının (digər gəlirlərinin) 1/4 hissəsi miqdarda alimentin xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay mediasiyaya müraciət olunduğu tarixdən başlamaqla Cavabdeh 500 manat alimentin, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay mediasiyaya müraciət olunduğu tarixdən başlamaqla Cavabdeh əlavə xərc kimi 500 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, övladı X4 xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasının Esenyurt şəhərində doğulmuşdur. Övladının atası iş üzrə cavabdeh xx.xx.1979-cu il təvəllüdlü Cavabdehdur. Uşağa Azərbaycan Respublikasının vətəndaşı kimi xx.xx.2022-ci il tarixli “Doğum haqqında” şəhadətnamə verilmiş və bu barədə 6 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2022-ci il tarixdə doğum kitabının 140 nömrəli səhifəsində lazımı qeydiyyat aparılmışdır. Uşaq doğulan zaman cavabdehlə münasibətləri lazımı qaydada olsa da, lakin sonradan cavabdehin münasibəti ona və övladına qarşı dəyişmişdir. Belə ki, cavabdeh ayrı yaşayaraq onlarla birgə yaşamaqdan imtina etmişdir. Hazırda övladı xx.xx.2022-ci il təvəllüdlü X4 onun himayəsində yaşayır. Onun yaşının az olması, həmçinin ona lazımı qulluğun göstərilməsi səbəbindən o, əmək fəaliyyəti ilə məşğul ola bilmir və hal-hazırda işsiz vəziyyətdə ona qulluq göstərir. Hər hansı bir yerdən gəlir əldə edə bilməməsi səbəbindən azyaşlı övladına baxmaqda maddi cəhətdən çətinlik çəkir. Onda olan məlumata görə Cavabdeh hazırda xarici ölkədə əmək fəaliyyəti ilə məşğuldur və onun aylıq gəliri 20000 manata yaxındır. Lakin, bu barədə lazımı sənədlər onda mövcud deyildir, bununla bağlı xarici ölkəyə bir neçə dəfə vəkil sorğusu verilsə də, xarici ölkə tərəfindən hər hansı bir cavab verilməmişdir. Cavabdeh iddiaya etiraz təqdim etməklə, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının (digər gəlirlərinin) 1/4 hissəsi miqdarda aliment tutulmasına xahiş etsə də, Cavabdeh hal-hazırda rəsmi iş yeri və aylıq sabit qazanc mənbəyi yoxdur. Cavabdeh sonuncu iş yeri Sağlamlıq, Təhlükəsizlik və X3 üzrə məsləhətçi vəzifəsində işləmiş və əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2023- cü il tarixinədək qüvvədə olmuş və əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. Belə olduğu halda, cavabdehdən tutulacaq alimentin məbləği aylıq qazancın ¼ hissəsi miqdarında deyil, aylıq sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, iddia tələbinin xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək Cavabdeh 500 manat alimentin tutulması hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı himayəsində 3 yaşına çatmamış övladı olsa da, özü "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 1200-1300 manat təşkil edir. Belə olduğu halda, uşaq 3 yaşına çatanadək cavabdehdən tələb etdiyi məbləğ hissəsində iddia təmin edilə bilməz. İddia tələbinin xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay mediasiyaya müraciət olunduğu tarixdən başlamaqla Cavabdeh əlavə xərc kimi 500 manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində də iddia tələbi əsassızdır. Hesab etmişdir ki, iddiaçı cavabdehdən xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay mediasiyaya müraciət olunduğu tarixdən başlamaqla Cavabdeh əlavə xərc kimi 500 manat aliment alınaraq ona verilməsini tələb etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil işə mahiyyəti üzrə baxılmasını tələb etməklə, iddia tələbini qismən etiraf etdi, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasının qismən təmin olunmaqla, xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə cavbadehin nümayəndəsinin mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq onun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında arayışın surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikas Esenyurt şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası Günel İbrahimovadır. İş materiallarında olan AA4899549 nömrəli Azərbaycan Respublikası vətəndaşının şıxsiyyət vəsiqəsinin sürətindən görünürü ki, X5 xx.xx.2022-ci il tarixdə doğulmuş, ata qrafasında Cavabdeh qeyd edilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, tərəflər arasında rəsmi nikah qeydi olmamış, xx.xx.2022-ci il təvəllüdlü X4 tərəflərin faktiki nikahlarından doğulmuşdur. İddiaçı uşağın saxlanması üçün Cavabdeh aylıq qazancının (digər gəlirlərinin) 1/4 hissəsi miqdarda alimentin tutulmasını tələb etsə də, o, məhkəmə iclasına gəlməməklə iddiasını müdafiə etməmiş, eyni zamanda iddiaçı cavabdehin iş yeri barədə məlumat təqdim etməmiş, elektron məhkəmə informasiya sistemində cavabdehin gəlirləri barədə məlumatda onun adına əmək müqaviləsi aşkar edilməmiş, cavabdeh tərəf işə mahiyyəti üzrə baxılmasını tələb etməklə alimentin qeyd edilən hissədə sabit şəklində tutulmaqla hər ay 246 manat müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddia tələbindən müəyyən olunur ki, iddiaçı alimentin mediasiyaya müraciət edildiyi vaxtdan tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına noyabr, dekabr, yanvar, fevral, mart ayları üzrə cəmi 1230 manat köçürülmüşdür (hər ay üçün 246 manat). Odur ki, məhkəmə hesab edir ki, edilmiş ödənişlər nəzərə alınmaqla aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun midarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsi ilə 2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, həmin dövrdə ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarında bir sıra məsələlərə ümumiləşdirilmiş izahda göstərilmişdir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə əriənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağn böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, bütün işin qeyd edilən hallarına əsasən məhkəmə hesab edir ki, cavabdehdən hər aya görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 (246:400=0.615) misli həddində sabit pul mələğində aliment tutulması ədalətli və ağlabatandır. Məhkəmə iddia tələbinin “xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay mediasiyaya müraciət olunduğu tarixdən başlamaqla Cavabdeh 500 manat alimentin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin arasında rəsmi nikah qeydi mövcud olmadığından həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Göründüyü kimi, ailə qanunvericiliyi ümumi uşaqların doğulduğu gündən 3 il ərzində alimentin tutuımasını keçmiş arvadın hüququnun olmasını vurğulamışdır. Tərəflər arasında nikah qeydi olmadığından bu hüquq hazıki iddiaçıya şamil edilə bilməz. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2025-ci il tarixdən başlayaraq (2025-ci ilin fevral və mart ayları üzrə edilmiş ödənişlər nəzərə alınmaqla) xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul mələğində aliment tutulmalıdır. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2952 (246x12=2952) manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 49.52 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1və360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq (2025-ci ilin fevral və mart ayları üzrə edilmiş ödənişlər nəzərə alınmaqla) xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul mələğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 49.52 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2284/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2284/2025
01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver