Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2310/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh işirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2024-cü ilin oktyabr ayından başlayaraq birgə nikah dövründə dünyaya gəlmiş uşaqları, 12 iyul 2008-ci il təvəllüdlü X8, 11 mart 2011-ci il təvəllüdlü X7 və 04 avqust 2019-cu il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatanadək, aylıq əmək haqqının və digər gəlirlərinin yarısı həcmində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 04 avqust 2007-ci ildə rəsmi nikaha dail olaraq ailə qurmuşdur. Birgə nikahlarından 12 iyul 2008-ci ildə X8, 11 mart 2011-ci ildə X7 və 04 avqust 2019-cu ildə X9 dünyaya gəlmişdirlər. Cavabdeh 2009cu ildən “X14”-nın Bakı Nümayəndəliyində işləyir, yaxşı mütəxəssis hesab olunur. Özü isə işləmir, övladlarının tərbiyəsi və təhsili ilə məşğul olur. Böyük oğulları Ənvər artıq orta məktəbin sonuncu, yəni 11-ci sinfində oxuyur. Ali məktəbə daxil olmağa hazırlaşır. Qızları Mədinə orta məktəbin 8-ci sinif şagirdidir. Kiçik oğulları Cavad isə artıq 6 yaşın içindədir, məktəbəqədər hazırlığa gedir. Əvvəllər cavabdehlə münasibətləri demək olar ki, normal olub. Aralarında məişət xarakterli söz-söhbət olanda çalışıb ki, bu söz-söhbət böyüməsin və uşaqların tərbiyəsinə, təhsilinə təsir etməsin. Son vaxtlarda Rəşad müxtəlif bəhanələrlə ayrı-ayrı vaxtlarda gec gəlib, bəzən gəlməyib, soruşduqda isə müxtəlif yayındırıcı cavablar verərək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmağını, onun işlərinə qarışmamağı məsləhət görüb. 2024-cü ilin oktyabr ayının əvvəllərindən evə gəlməyib, gəlməməsi barədə heç bir məlumat verməyib, hazırda da harda qaldığını bilmir. Uşaqlardan böyük oğulları Ənvərlə telefonda danışır. Onun tərəfindən uşaqlarla ünsiyyətdə olmasına maneçilik törədilməsə də, uşaqlara maddi cəhətdən köməklik göstərmir. Bütün vasitələrdən istifadə edərək ailəni qoruyub saxlamaq istəyir. Övladları elə yaşdadırlar ki, valideynlərinin səhv addımı onların taleyinə, vətəndaş kimi formalaşmasına ciddi təsir göstərər. Özü işləmədiyinə görə 2024cü ilin oktyabr ayından bütün xərcləri, həm ailənin dolanışacağı, həm də Ənvərin məktəb hazırlıq xərcləri onun valideynləri tərəfindən qarşılanır. Ailəni qoruyub saxlamaq və uşaqların tələbatını təmin etmək məqsədi ilə cavabdehin uşaqlarına maddi köməklik göstərmək məsələsini, aliment ödəməsi məsələsini mediasiya yolu ilə həll etmək istəmiş və cavabdehə mediasiya təklifi göndərmişdir. Təklifin müddəti başa çatdıqdan sonra Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Bakı 15 saylı Mediasiya Təşkilatına xx.xx.2025-ci ildə keçirilən X2 cavabdehə 3 uşağın saxlanmasına görə aylıq əmək haqqının 50%-i həcmində aliment ödəməsini təklif edərək razılaşmasını xahiş etmişdir. Ancaq o, əmək haqqısının yüksək olmasına baxmayaraq, aylıq əmək haqqısının 50%-ni deyil, 1000 manat ödəyə biləcəyini göstərərək onun təklifi ilə razılaşmamışdır. Mediator tərəfindən razılaşma əldə edilməsi üçün danışıqlar aparılması məqsədi ilə mediasiya sessiyası təxirə salınıb və xx.xx.2025-ci il tarixinə təyin edilmişdir. Ancaq cavabdeh həmin tarixdə gəlmədi və mediator tərəfindən X2n sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/MT015/2015-0029-02 nömrəli arayış verilmişdir. Mediasiyada o işləmədiyinə görə rüsum dövlət hesabına ödənilmişdir. Mediasiya yolu ilə aliment ödənilməsi barədə razılıq əldə edilmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə izahatında uşaqların saxlanması üçün alimentin oktyabr ayından tutulmasını qəbul etməyərək, həmin müddətdə ailəsinə baxdığını və köməklik etdiyini bildirərək, alimentin xx.xx.2025-ci il tarixdən tutulmasına razılığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 334266 saylı nikah haqqında şəhadətnamənni surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikah xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon VVADQ şöbəsində 412 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş 12 iyul 2008-ci il təvəllüdlü X8, 11 mart 2011-ci ildə X7 və 04 avqust 2019-cu il təvəllüdlü X9 adlı üç uşaqları vardır. Bakı 15 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/MT015/2205-0029/02 saylı “X2n sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş mediasiya sessiyasında hər ik tərəf iştirak etmişdir. (mediator: N.Mirzəyev). Beləliklə məhkəmə tərəfindən işin müəyyən edilmiş halı ondan ibarətdir ki, tərəflər 04 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 12 iyul 2008-ci ildə X8, 11 mart 2011-ci ildə X7 və 04 avqust 2019-cu ildə X9 adlı övladları dünyaya gəlmişdir. Hazırda uşaqlar analarının yanındadırlar. İddiaçının bildirdiyinə görə cavabdehlə nikah münasibətlərinə son verilməsə də, cavabdeh uşaqların saxlanmasına yetəri qədər köməklik göstərmir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək və alimentin məhkəmə qaydasında tutulmasını tələb etmək məcburiyyətindədir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin tələblərinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X2 iştirak tələb olunur. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə iddia tələbinin “uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğinə” münasibətdə qeyd edir ki, ailə münasibətlərindən irəli gələn məsələləri tənzimləyən qanunvericilik bu məsələni də xüsusi olaraq tənzimləyir. Qanunvericiliyin tələblərinə əsasən aliment valideynin aylıq qazancın (gəlirin) müəyyən hissəsi və yaxud sabit pul məbləğində tutula bilər. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh uşaqların saxlanması üçün alimentin oktyabr ayından tutulmasına etiraz edib, həmin müddətdə də ailəsinə baxdığını bildirərək, alimentin xx.xx.2025-ci il tarixdən tutulmasına razılığını bildirmişdir. Nəticə olaraq, 12 iyul 2008-ci il təvəllüdlü X8, 11 mart 2011-ci il təvəllüdlü X7 və 04 avqust 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay qazancını (başqa gəlirlərin) ½ hissəsi miqdarında aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 iyul 2008-ci il təvəllüdlü X6, 11 mart 2011-ci il təvəllüdlü X3 və 04 avqust 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixdən başlayaraq qazancının (başqa gəlirlərin) ½ hissəsi miqdarında aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2310/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2310/2025
15.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver