Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2421/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "nikahın pozulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh, X7, X9 qarşı "nikahın pozulması, birgə əmlaklarda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1994-cü il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikah bağlanmış və 324 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Həmin nikahdan tərəflərin iki qız övladı dünyaya gəlmişdir: xx.xx.1994-cü il təvəllüdlü X11 və xx.xx.1997-ci il təvəllüdlü X10. Övladların hər ikisi yetkinlik yaşına çatmışdır. Son bir ildə iddiaçı ilə cavabdehin ailə münasibətləri kəskin şəkildə pisləşmiş, aralarında dəfələrlə münaqişələr baş vermişdir. Bunun nəticəsi olaraq, iddiaçı boşanma barədə qərara gəlmişdir. Bu məqsəd ilə, iddiaçı 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin nikahın pozulmasından imtina edilmişdir. Birgə nikah dövründə 5 əmlak əldə edilmişdir. İddiaçı bir müddət xarici ölkədə yaşamış, göndərdiyi pul vəsaitləri hesabına öz adına daşınmaz əmlakların alınmasını arvadı Cavabdeh həvalə etmişdir. Bu məqsəd ilə, İddiaçı öz arvadı Cavabdeh 2019-cu ildə və xx.xx.2021-ci ildə etibarnamələr (iki ayrı etibarnamə) vermişdir. İddiaçı Cavabdeh mütəmadi olaraq xaricdən böyük məbləğdə pul vəsaitləri göndərirdi ki, Cavabdeh Azərbaycanda iddiaçının adına əmlaklar alsın. Lakin alınan bütün əmlaklar cavabdeh Gülbənizin adına rəsmiləşdirilmişdir. Birgə nikah dövründə Cavabdeh adına aşağıdakı 5 (beş) əmlak əldə edilmişdir. Cavabdeh ona verilən etibarnamələrdən bir daha da sui-istifadə etmiş və qanunsuz olaraq, birgə nikah dövründə əldə edilmiş 4 əmlakı özgəninkiləşdirmişdir. Cavabdeh iddiaçı ilə münasibətləri pisləşdikdən sonra, iddiaçı Gülbənizə verdiyi etibarnamələri ləğv etmək qərarına gəlmişdir. Bundan xəbər tutan Cavabdeh yuxarıda qeyd olunan əmlakları (mənzil, qeyri-yaşayış sahəsi və avtomobil), öz qızı X8 adına keçirmiş, digər əmlakı (Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi) isə, alqı-satqı müqaviləsi ilə X4 adına formal olaraq rəsmiləşdirmişdir. Cavabdeh iddiaçı ilə boşanma zamanı əmlakların bölünməsinin qabağını almaq üçün, əmlakları qanunsuz olaraq, etibarnamədən sui-istifadə edərək özgəninkiləşdirmişdir ki, əmlaklardan iddiaçıya pay çatmasın. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında 06 aprel 1994-cü il tarixində bağlanmış və 324 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş Qax rayonu, Zərnə kəndində yerləşən 0.12 ha ibarət torpaq sahəsi üzərində İddiaçı ½ hissədə pay hüququnun müəyyən edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində İddiaçı ½ hissədə pay hüququnun müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh X9 bağışlanmasına dair xx.xx.2022 tarixli 4Ə-1942 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşarış hissəsinin əvvəlki vəziyyətə qaytarılması və həmin qeyri-yaşarış sahəsi barədə cavabdeh X9 verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən mənzilin üzərində İddiaçı ½ hissədə pay hüququnun müəyyən edilməsi, ünvan 3 ünvanında yerləşən mənzilin cavabdeh X9 bağışlanmasına dair xx.xx.2022 tarixli, 4Ə-1943 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və həmin mənzil barədə cavabdeh X9 verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Mehdiabad qəbəsində yerləşən 0.292723 ha ibarət torpaq sahəsinin üzərində İddiaçı ½ hissədə payhüququnun müəyyən edilməsi, Abşeron rayonu, Mehdiabad qəbəsində yerləşən 0.292723 ha ibarət torpaq sahəsinin cavabdeh X1 dair xx.xx.2022 tarixli, 4Ə-721 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və həmin torpaq sahəsi barədə cavabdeh X6 verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz G55” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində İddiaçı ½ hissədə pay hüququnun müəyyən edilməsi, Mercedes Benz G55” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh X2 dair xx.xx.2022 tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, avtomobilin əvvəlki vəziyyətə qaytarılması və avtomobil barədə cavabdeh X8 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2421/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh, X7, X9 qarşı “nikahın pozulması, birgə əmlaklarda payların müəyyən edilməsi" tələbinə dair e-2(006)-2421/2023 saylı mülki iş üzrə “əmlak bölgüsü” tələbi ayrılaraq ayrıca icraatda baxılması, İddiaçı cavabdehlər Cavabdeh, X7, X9 qarşı “əmlak bölgüsü” tələbinə dair işə nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1994-cü il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikah bağlanmış və 324 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Həmin nikahdan tərəflərin iki qız övladı dünyaya gəlmişdir: xx.xx.1994-cü il təvəllüdlü X11 və xx.xx.1997-ci il təvəllüdlü X10. Övladların hər ikisi yetkinlik yaşına çatmışdır. Son bir ildə iddiaçı ilə cavabdehin ailə münasibətləri kəskin şəkildə pisləşmiş, aralarında dəfələrlə münaqişələr baş vermişdir. Bunun nəticəsi olaraq, iddiaçı boşanma barədə qərara gəlmişdir. Bu məqsəd ilə iddiaçı 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin nikahın pozulmasından imtina edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması, nikahın pozulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir və nikahın pozulması ilə razı deyil. Çünki, iddiaçı ilə aralarında hər-hansı ailədaxili problem yoxdur. Odur ki, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş emtişdir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda, Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər xx.xx.1994-cü il tarixində rəsmi nikah bağlayaraq ailə qurmuşlar, birgə nikahdan iki yetkinlik yaşına çatmış övladları var. Hazırda tərəflərin münasibətləri pozulmuş, onlar arasında ər-arvad münasibətləri kəsilmişdir, birgə təsərrüfat aparmırlar, nikahları formal xarakter daşıyır, ailənin yenidən bərpası mümkün deyildir. Hazırda iddiaçı nikahın pozulmasını tələb edir.
a) Mülki işin materialları:
10. Belə ki, mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-13/69 saylı, xx.xx.2023-cü il tarixli arayışıdan görünür ki, İddiaçı ilə X3 xx.xx.1994-cü il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 324 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir.
11. Mülki işin materiallarında olan ХХ-ЖГ № 384103 saylı doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X10 xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.
12. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X11 xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır.
13. Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Cavabdeh nikahın pozulması üçün qeydiyyat şöbəsinə müraciət etməməsi səbəbindən qeydiyyat orqanında ərizənin təmin edilməsi mümkün olmamışdır.
14. Mülki işin materiallarında olan Bakı 18 saylı Mediasiya təşkilatının təqdim etdiyi “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞB/18/2023 nömrəli arayışa əsasən hazırki mülki iş üzrə Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
16. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
17. Həmçinin, Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
18. İş materiallarından göründüyü kimi, tərəflərin arasında barışıq əldə edilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınmış, lakin müddətin sonunda tərəflər arasında barışıq əldə olunmamışdır.
19. Məhkəmə hesab edir ki, iddiaçı nikahın pozulmasını təkid etdiyindən, nikah münasibətlərinə daxil olmaq könüllü olduğu kimi bu münasibətlərdə qalmaq da tərəflərin iradəsindən asılı olan hal olduğundan tərəflər arasında xx.xx.1994-cü il tarixində Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 324 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.1994-cü il tarixində Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 324 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov