Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-256/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı üçüncü şəxslər qismində X8 və Mərkəzi Bank cəlb olunmaqla "zərərin əvəzinin ödənilməsi" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişinin hesablanması, ödənilməsi və maddi zərərin ödənilməsi" tələblərinə dair iddia ərizələrinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı üçüncü şəxslər qismində X8 və Mərkəzi Bank cəlb olunmaqla "zərərin əvəzinin ödənilməsi" tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində bir hadisəyə görə verilməli olan 5000 manat sığorta ödənişinin 3700 manat hissəsi cavabdeh "xxxx"ASC-dən, sığorta ödənişi ilə əhatə olunmayan zərərin əvəzi qismində isə qalan 3300 manat pulun digər cavabdeh – Cavabdeh3 və Cavabdeh2 Fədayıl oğlundan müştərək qaydada tutularaq, ödədiyim 90 manat dövlət rüsumu isə bütün cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində “Chevrolet Equinox” markalı, 77EH423 dövlət qeydiyyat nişanlı avtomobil var. xx.xx.2023-cü il tarixində saat 14:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən ofisinin yaxınlığına həmin avtomobillə gələrək onu yol qırağında park edərək tərk etmək istədikdə, o zaman kənarda ani vəziyyətdə tormoz səsi eşitdi. Daha sonra növbəti anda avtomobilinin arxa hissəsinə güclü zərbə hiss etdi, bu zaman isə arxa baqaj qapısının şüşəsi ovulmuş və onun bütün dağılan qırıntıları avtomobilinin salonuna və üstünə yayılmışdır. Xoşbəxtlikdən xəsarət almamışdır. Avtomobilindən çıxdıqda isə bir avtomobilin aşmış vəziyyətdə, digərini isə yolun ortasında dayandığını görmüşdü. Bu zaman başa düşdü ki, yol-nəqliyyat hadisəsi baş veribdir. Belə ki, cavabdeh “Toyota Prius” markalı, 99XH792 d.q.n. və (3-cü şəxsin idarə etdiyi) “Mersedes Benz” markalı, 90HR530 d.q.n. toqquşduğunu başa düşdü. Hadisə yerinə gəlmiş həm cavabdeh "xxxx" səalhiyyətli nümayəndəsi (qəza komissarı), həm də Bakı Şəhər Baş X15 İdarəsinin əməkdaşı tərəfindən ətraflı araşdırma aparılmış, onlardan hadisənin təfərrüatları haqqında şifahi izahatlar alınmışdır. "xxxx"ASC-nin əməkdaşı avtomobillərin şəkilini və video çəkmişdir. Müəyyən vaxtdan sonra isə polis orqanında aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh "xxxx"ASC-də avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə məsuliyyətini sığortalanmış “Toyota Prius” markalı, 99XH792 cavabdeh (sürücü) Cavabdeh3 yol hərəkəti qaydalarının kobud surətdə pozulması nəticəsində həmin yol-nəqliyyat hadisəsi baş vermiş və həm onun, həm də (3-cü şəxsə) “Mersedes Benz” markalı, 90HR530 d.q.n avtomobilə də maddi zərər vurulmuşdur. Baş vermiş hadisə sığorta hadisəsi hesab olunduğuna görə onun avtomobili cavabdeh "xxxx"ASC-nin təyin etdiyi təmir müəssisəsində qiymətləndirmə işi aparılmış və avtomobilimə dəymiş zərər 5607 manat hesablanmışdır. Digər zərər çəkmiş avtomobilə isə zərər, onun sahibi (3-cü şəxs) vaxtında qiymətləndirməyə təqdim etmədiyinə görə avtomobilin qiymətlədirilməsi vaxtında keçirilməmişdir. Sonradan ona cavabdeh "xxxx"ASC tərəfindən şifahi bildirilmişdir ki, ona ödəniləcək sığorta ödənişi cəmi 2400 manat, qalanı isə, yəni 2600 manat digər zərər çəkmişə (yəni, 3-cü şəxsə) ödəniləcəkdir. Buna əsas isə, “Mersedes Benz C200” markalı, 90HR530 d.q.n. avtomobilə dəymiş zərər 6000 manat, hətta daha yuxarı qiymətdə hesablanmışdır. O buna etiraz etdikdə, cavabdeh "xxxx"nın nümayəndələri bildirdirlər ki, “lazım gəlsə, “Meresedes Benz c200” markalı avtomobilin zərər məbləğini daha yuxarı qiymətə qiymətləndirəcəklər”. Halbuki, hadisə zamanı həmin avtomobilin zədələnmiş hissələrin sayı və xarakteri elə çox deyildi və avtomobil kritik vəziyyətə düşməmişdir. Nəzərə alınsa ki, həmin avtomobil 2007- 2008-ci il buraxılışıdır və onun ehtiyat hissələrinin 2-ci əl bazarı da mövcuddur. Amma onun avtomobilinin buraxılış ili 2020-ci ildir və respublikamızda onun ehtiyat hissələrinin 2-ci əl bazarı da demək olar ki, yoxdur. Beləliklə, cavabdeh "xxxx" ASC sığorta qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, ədalətlik prinsipinə riayət etməyərək, sığorta ödənişinin daha artıq hissədə verilmək yolu ilə əsassız varlanmaq üçün “Mersedes Benz C200” markalı avtomobilin sahibinə şərait yaratmışdır. Halbuki, sığorta qanunlarına görə sığorta ödənişi real zərər məbləğindən artıq ola bilməz. Onun isə hüquqları kobud surətdə pozulmuşdur. Digər tərəfdən qeyd etmək istəyir ki, avtomobilinə dəymiş maddi zərər ona ödəniləcək sığorta ödənişini aşdığını görə qalan zərər məbləği isə cavabdehlər – Cavabdeh3 və Cavabdeh2 Fədayıl oğlu tərəfindən ödənilməlidir. Belə ki, hadisə ilə əlaqədar o təxmini 1 aydan çox müddət ərzində avtomobili istifadə edə bilməmişdir. Bu müddət ərzində isə o, işləri ilə (həm ailəvi, həm də peşəsilə bağlı) əlaqədar daima taksi xidmətindən istifadə etməyə məcbur olmuşdu. Çünki hadisədən öncə o, bütün bu işləri üçün yalnız avtomobilini istifadə etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı "sığorta ödənişinin hesablanması, ödənilməsi və maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta hadisəsi nəticəsində bir hadisəyə görə verilməli olan 5000 manat sığorta ödənişinin 3500 manat hissəsi cavabdeh "xxxx" ASC-dən, sığorta ödənişi ilə əhatə olunmayan zərərin əvəzi qismində qalan 5478 manat məbləğində pulun müştərək qaydada digər cavabdehlər Cavabdeh3 cə X4, 122 manat məbləğində dövlət rüsumunun müştərək qaydada bütün cavabdehlərdən tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Mersedes Benz C200K" markalı, 90HR530 dövlət qeydiyyat nişanlı, istehsal tarixi noyabr, 2009-cu il tarixli avtomobil həyat yoldaşı X5 ilə birgə mülkiyyətimdədir. Həyat yoldaşı da etibarnamə ilə avtomobili idarə edir. X5 2-ci Qarabağ müharibəsi veteranıdır. O, 12 may 2023-cü il tarixdə növbəti müalicə seansı üçün gedərkən Ə.Qasımzadə küçəsi ilə S.Rüstəm küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. S.Rüstəm küçəsi ilə yüksək sürətlə hərəkət edən "Toyota Prius" markalı, 99XH792 dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozaraq həyat yoldaşının idarə etdiyi avtomobilin qarşısına çıxaraq qəza törədib. Təhlükəsizlik yastıqları açıldığından həyat yoldaşı ciddi xəsarət almayıb. Nəqliyyat vasitəsinin ön hissəsi tamamilə yararsız hala düşüb. Hadisə yerinə sığortaçı "Paşa Sığorta ASC"-nin səlahiyyətli nümayəndəsi və Bakı Şəhər Baş X15 İdarəsinin əməkdaşları gəlib. Onlar hadisəni araşdırıblar, yol hərəkəti hadisəsinin iştirakçılarının izahatlarını alıblar, qəzada iştirak etmiş avtomobillərin video və foto görüntülərini lentə alıblar. X15 orqanlarının araşdırmaları nəticəsində "Toyota Prius" markalı, 99XH792 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, cavabdeh (sürücü) Cavabdeh3 yol hərəkəti qaydalarını kobud surətdə pozması nəticəsində yol-nəqliyyat hadisəsi verib. Yol- nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan "Mersedes Benz C200K" markalı, 90HR530 dövlət qeydiyyat nişanlı avtomobilə və eləcə də İddiaçı məxsus "Chevrolet Equinox" markalı, 77EH423 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulub. "Toyota Prius" markalı, 99XH792 dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh "xxxx"ASC-də avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə məsuliyyətini sığorta etdirib. Baş vermiş yol nəqliyyatı hadisəsi sığorta hadisəsi hesab olunduğu üçün "Mersedes Benz C200K" markalı, 90HR530 dövlət qeydiyyat nişanlı avtomobilinə yerində yenidən baxış keçirilib, fotoları o cümlədən sıradan çıxmış hissələrin fotoları cavabdeh "xxxx"ASC-nin nümayəndələri tərəfindən çəkilib və qiymətləndirmə işi aparıldığı bildirilib. Qiymətləndirmə aparılan zaman ona müştərək qaydada təxminən 3500-4000 AZN məbləğində zərər əvəzi ödəniləcəyi bildirilib. 2023-cü ilin yayında avtomobilimə dəymiş zərərin təxminən 6 min AZN hesablandığı onun dəfələrlə zənglərindən sonra telefonla ona bildirilib. Onlar 2023-cü ilin iyun ayında sığorta ödənişinin edilməsi üçün gərəkli olan bütün sənədləri "xxxx"ASC-yə təqdim etmişlər. Onlar maşının təmirinin həyata keçirilməsi xərclərini dəqiqləşdirmək üçün "Mercedes Benc" servisinin nümayəndəsini də dəvət edərək yerində qiymətləndirmə aparmışıq, ancaq "Mercedes Benc" yeni ehtiyyat hissələrindən istifadə etməklə təmir işlərinin aparılmasının təxminən 10 min avro-ya başa gələcəyini bildirib. Onlar avtomobilin təmirinin həyata keçirilməsi üçün "X16 MMC"-yə müraciət etmiş, servis işlənmiş ehtiyat hissələrindən istifadə edilməklə təmir xərclərini, qüsur aktını tərtib etmiş və onlara təqdim etmişlər. Akta görə, ehtiyat hissələrinin alışı və təmir xərcləri 10 min 478 AZN hesablanıb. Təmir işlərinə başlamaq üçün dəfələrlə "xxxx"ASC-yə müraciət etsələr də zərər əvəzinin ödənilməsi üçün cavabdeh tərəfindən heç bir addım atılmayıb. 2023-cü ilin yay aylarının sonunda təkrar qiymətləndirmə üçün müstəqil ekspert cəlb edildiyi onlara bildirilib. Müstəqil ekspert 2023cü ilin iyul ayında avtomobilə baxış keçirib, sıradan çıxmış bütün ehtiyat hissələrinin fotosunu çəkib, qiymətləndirmənin nəticələri barədə "xxxx"ASC-dən məlumat ala biləcəyini bildirmişdir. Dəfələrlə müraciət etsələr də "xxxx"ASC qiymətləndirmə barədə hər hansı məlumat verməyib. Həmçinin bu günə qədər hər hansı ödəniş etməyib. Hətta avtomobili daha tez təmir edib, istifadə etsin deyə, "xxxx" ASC-yə onların qiymətləndirməsi ilə şifahi razılaşdığını da bildirmişəm, ancaq yenə də dəymiş zərərin müştərək qarşılanması ilə bağlı hər hansı addım atılmayıb. Hazırda, hadisənin baş verməsindən bir keçəndən sonra avtomobilin xarici zərər çəkmiş hissələrini bərpa etdirə bilmişdir, ancaq hələ də istifadəyə yararlı hala gətirə bilməmişlər. Hesab edir ki, cavabdeh "xxxx" ASC 1 il əvvəl baş vermiş hadisə üzrə sığorta öhdəliklərini icra etməməklə, sığorta ödənişi etməməklə onun hüquqlarını pozur. Daha sonra İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə prosesi dövründə barışıq əldə edildiyin üçün Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddiadan imtina etdiyini bildirmişdir. Bundan sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə prosesi dövründə barışıq əldə edildiyin üçün Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddiadan imtina etdiyini bildirmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-256/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı üçüncü şəxslər qismində X8 və Mərkəzi Bank cəlb olunmaqla "zərərin əvəzinin ödənilməsi" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı "sığorta ödənişinin hesablanması, ödənilməsi və maddi zərərin ödənilməsi" tələblərinə dair iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı üçüncü şəxslər qismində X8 və Mərkəzi Bank cəlb olunmaqla "zərərin əvəzinin ödənilməsi" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı "sığorta ödənişinin hesablanması, ödənilməsi və maddi zərərin ödənilməsi" tələbi hissələrində icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı "xxxx" ASC-dən isə 2567.91 manat məbləğində sığorta ödənişinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil1 "xxxx" ASC-yə münasibətdə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq, **-EH-*** d.q.n. Chevrolet Equinox markalı avtomobilə 2467,91 AZN, **-HR-*** d.q.n. Mercedes Benz C200 markalı avtomobilə isə 2432.09 AZN məbləğində sığorta ödənişinin həyata keçirilməsinin dəqqətdə saxlanılmasını bildirmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia tələbləri təmin edilməlidirlər. Belə ki, mülki işin materiallarında olan DİN Baş X15 İdarəsi tərəfindən tərtib edilmiş № İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Toyota Prius" minik markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Mülki işin materiallarında olan Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarar əsasən, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə, saat 13:37 radələrində “Toyota Prius minik" markalı **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, “Toyota Prius" markalı **-XH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Mersedes Benz” markalı, 90HR530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və "Chevrolet Equinox" markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi nəticəsində zədələnmişdirlər. Mülki işin materiallarında olan "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabata əsasən “Mersedes Benz” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6.000 manat məbləğində zərər dəymişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023-cü il tarixli hesabata əsasən Chevrolet Equinox" markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5607 manat məbləğində zərər dəymişdir. Mülki işin materiallarında olan X16 MMC-nin qüsur aktına əsasən “Mersedes Benz” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 10478.40 məbləğində zərər dəymişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin 2(006)-256/2024 saylı mülki iş ilə əlaqədar mövqedən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış PPA********** nömrəli sığorta şəhadətnaməsi ilə ** XH *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə xx.xx.2022 - xx.xx.2023 tarixləri üçün sığortalanmışdır. xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh3 idarə etdiyi sığortalı ** XH *** d.q.n. Toyota Prius markalı avtonəqliyyat vasitəsi ilə İddiaçı idarə etdiyi ** EH *** d.q.n. Chevrolet Equinox markalı və X1 idarə etdiyi ** HR *** d.q.n. Mercedes Benz C200K markalı avtonəqliyyat vasitələrinə zərər vurulmuşdur. Həm ** EH *** d.q.n. Chevrolet Equinox markalı avtonəqliyyat vasitəsinin sürücüsü İddiaçı, həm də ** HR *** d.q.n. Mercedes Benz C200K markalı avtonəqliyyat vasitəsinin sürücüsü X6 tərəfindən sığorta ödənişinin verilməsinə dair "xxxx" ASC-yə müraciət daxil olmuşdur. xx.xx.2023-cü il tarixli "Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat"a əsasən ** EH *** d.q.n. Chevrolet Equinox markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 5 607 (beş min altı yüz yeddi) AZN, xx.xx.2023-cü il tarixli "Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat"a əsasən ** HR *** d.q.n. Mercedes Benz C200K markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 6 000 (altı min) AZN məbləğində müəyyən edilmişdir. İddiaçı qiymətləndirmə ilə razı olmadığına görə qanunvericiliyin tələbləri nəzərə alınaraq müstəqil ekspert (Əhməd Talıblı) cəlb olunmuş, xx.xx.2023-cü il tarixli PS140738BU nömrəli X13 ilə ** EH *** d.q.n. Chevrolet Equinox markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 5 170 (beş min bir yüz yetmiş) AZN məbləğində qiymətləndirilmişdir. Yuxarıda qeyd olunan maddələrə və Konstitusiya Məhkəməsinin şərhinə əsasən xx.xx.2023-cü tarixli yol-nəqliyyat hadisəsinə görə "xxxx" ASC-nin məsuliyyət həddi 5 000 (beş min) AZN ilə məhdudlaşır. Və ** EH *** d.q.n. Chevrolet Equinox markalı və ** HR *** d.qa Mercedes Benz C200K markalı avtonəqliyyat vasitələrinə dəymiş zərərlərin ümumi məbləği 5 000 (beş min) AZN məbləğini aşdığına görə hər bir zərərçəkənə sığorta ödənişi 5 000 (beş min) AZN məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilməlidir. Göründüyü kimi "xxxx" ASC qanunvericiliklə üzərinə düşən bütün vəzifələri düzgün icra etmiş, lakin İddiaçı obyektiv qiymətləndirmələrdən narazı olması səbəbindən həm ** EH *** d.q.n. Chevrolet Equinox markalı, həm də ** HR *** d.q.n. Mercedes Benz C200K markalı avtonəqliyyat vasitələrinə müvafiq həcmdə sığorta ödənişinin həyata keçirilməsi, hələ ki, mümkünsüz olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1192-8/476 saylı, xx.xx.2024-cü il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 186762 dömrəli ziyan aktında 2020-ci il buraxılışlı "Chevrolet Equinox" minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5332,00 manat müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti - 4262,00 manat; 2.Təmir-bərpa işlərinin qiyməti - 1070,00 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli 186762 dömrəli ziyan aktında 2009-ci il buraxılışlı "Mercedes Benz C200" minik markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5050,00 manat müəyyən edilir. O cümlədən: 1.Dəyişilməli hissələrin qiyməti - 4000,00 manat; 2.Təmir- bərpa işlərinin qiyməti - 1050,00 manat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Qeyd edilən Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh “Paşa Sığorta" ASC iddia tələbi ilə razı olmuş və bu cavabdehin “sığorta məbləğinin zərərçəkənlər arasında mütənasib bölünməsi” barədə ərizəsindən görünür. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı üçüncü şəxslər qismində X8 və Mərkəzi Bank cəlb olunmaqla "zərərin əvəzinin ödənilməsi" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişinin hesablanması, ödənilməsi və maddi zərərin ödənilməsi" tələblərinə dair iddia ərizələrinə təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2567.91 (iki min beş yüz altmış yeddi manat, doxsan bir qəpik) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı, 2432.09 (iki min dörd yüz otuz iki manat, doqquz qəpik) manat məbləğində sığorta ödənişi isə tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxs X7 ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh “Paşa Sığorta" ASC-dən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı üçüncü şəxslər qismində X8 və Mərkəzi Bank cəlb olunmaqla "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2567.91 (iki min beş yüz altmış yeddi manat, doxsan bir qəpik) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı ödənilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişinin hesablanması, ödənilməsi və maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2432.09 (iki min dörd yüz otuz iki manat, doqquz qəpik) manat məbləğində sığorta ödənişi tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxs X7 ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh “Paşa Sığorta" ASC-dən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-256/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-256/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver