Məhkəmə qərarları › İş №e-2(006)-2648/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2648/2025

18.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2648/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi, İddiaçı Cavabdeh X4 qarşı nikahın pozulması və uşaqla ünsiyyət tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı X7 Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən birgə nikahlarından anadan olmuş 17 iyul 2021-ci il təvəllüdlü X13 və 06 avqust 2022-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər bir uşağa görə hər ay 246 manat sabit məbləğində,cəmi 492 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya təşkilatına ödənilmiş 60 manat və vəkilə xidmət haqqı kimi ödənilmiş 500 manat pulun Cavabdeh tutularaq X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər bir uşağa görə hər ay 210 manat sabit məbləğində, cəmi 420 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya təşkilatına ödənilmiş 60 manat və vəkilə xidmət haqqı kimi ödənilmiş 500 manat pulun Cavabdeh tutularaq X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Tərəflər ailə həyatı quraraq nikahlarını 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində qeydə aldırmışlar və bu barədə onlara 16 dekabr 2019-cu il tarixdə 3394 nömrə ilə X6 təqdim edilmişdir. Birgə nikahlarından 17 iyul 2021-ci il təvəllüdlü X13 və 06 avqust 2022-ci il təvəllüdlü X14 adlı övladları anadan olmuşdur. Uşaqlar hal-hazırda iddiaçının himayəsindədir. Cavabdeh birgə nikah dövründə anadan olmuş uşaqların saxlanması ilə əlaqədar maddi cəhətdən köməklik göstərmədiyindən, aliment məbləğinin tutulması ilə əlaqədar hal-hazırki iddia tələbi ilə bağlı ilk öncə "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X2 "Aliment" tələbi ilə baglı müraciət edilmiş lakin ilkin mediasiya sessiyasından sonra mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. 2025-ci ilin yanvar ayından etibaran cavabdehlə birgə təsərrüfat aparmadığından uşaqların saxlanmasında çətinlikləri vardır. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi va mənəvi köməklik göstərməmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır və uşaqların saxlanması üçün heç bir zəruri maddi yardım göstərmir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqların da atasına qarşı ehtiyac və tələbatı artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Özü valideyinlərinin himayəsində yaşamaqla, heç bir yerdə işləmir və başqa gəlir yeri yoxdur. Ona görə də uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Qarşılıqlı iddia tələbi: Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən onun cavabdeh X7 ilə xx.xx.2019-cu il tənxde bağlanmış nikahlarının pozulması, övladları xx.xx.2021-cı il təvəllüdlü Cəmil Bəşirovla və xx.xx.2022-cl İİ təvəllüdlü Aslan Bəşirovla həftədə iki dəfə videogörüntü vasitəsi ilə ünsiyyət saxlamaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra nümayəndəsi Vəkil2 ərizə təqdim edərək, qarşılıqlı iddiaçının uşaqlarla ünsiyyət saxlamasının hər həftənin 3 və 6-cı günləri təmin edilməsini xahiş etmiş, saat vaxtını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir Qarşılıqlı iddia ərizəinin əsaslandırıldığı hallar: Tərəflər 16 dekabr 2019-cu ildə cavabdeh X7 ilə rəsmi nikaha daxıl olmaqla ailə qurmuşlar. Nikahlarından övladları xx.xx.2021-ci il təvəllüdlü Cəmil Bəşirov və xx.xx.2022ci il təvəllüdlü Aslan Bəşirov dünyaya gəlmişlər. Yaşadıqları dövrdə əvvəldən problemləri olmamışdır. Həyat yoldaşına qarşı çox yaxşı münasibət saxlamışdır, qayğısına qalmışdır. Lakin, son vaxtlar ailə münasibəti kəskin pozulmuşdur. Belə ki, həyat yoldaşı Sabuna Bəşirova övladlarını da götürərək Moskva şəhərinə getmış və geri qayıtmaq fikri də yoxdur. Hətta ona övladları ilə telefon əlaqəsi saxlayaraq ünsiyyətdə olmağa da imkan yaratmır. Səbuhə Bəşirova idda ərzəsi ilə məhkəməyə müraciət edərək övladlarının saxlanması üçün alımentin müəyyən edilməsini xahiş etmşdir. Hesab edir ki, nikahları hazırda formal xarakter daşıdığından nikahları pozulmalı və onun övladlarıyla ünsiyyət hüququ təmin edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmənin əvvəlki iclasında idddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, nikahın pozulmasına etiraz etmirlər, 3 ay vaxt verilmədən nikahın pozulmasını xahiş edirlər. Uşaqla ünsiyyətə də onlar tərəfdən heç bir problem yoxdur. Cavabdeh istədiyi vaxt uşaqlarla zəng edib danışa bilər. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edib, qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, Cavabdeh ilə X7 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli nikahın barışmaq üçün 3 aylıq müddət verilmədən pozulması və birgə nikahdan anadan olmuş 17 iyul 2021-ci il təvəllüdlü X13 və 06 avqust 2022-ci il təvəllüdlü X11 həftədə bir dəfə video görüntü ilə əlaqə saxlamasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi eyni zamanda şəxsi işlərinin olması səbəbindən təyin olunmuş məhkəmənin baxış iclasında iştirak etməyinin mümkün olmayacağını bildirmiş, məhkəməyə əlavə sübut və vəsatətlərin təqdim edilməyəcəyini nəzərə alaraq, hazırki işin baxış iclasının iştiraklarıolmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 və nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edərək məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini, alimentin isə cavabdehin aldığı 400 manat əmək haqqının 1/3 hissəsində müəyyən edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 1 saylı «Asan xidmət» mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 381765 nömrəli X6yə əsasən, X5 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə, bu barədə nikah haqqında akt qeydləri kitabında 3394 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada «Bəşirova» soyadı verilmişdir. Rusiya Federasiyasının Orska şəhərinin Orenqburq vilayətinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş İİİ-PA seriyalı 591635 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X16 doğulmuşdur. Ana qrafasında X7, ata qrafasında Cavabdeh qeyd edilmişdir. Rusiya Federasiyasının Moskva vilayətinin Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Vİİ-İK seriyalı 858955 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X17 doğulmuşdur. Ana qrafasında X7, ata qrafasında Cavabdeh qeyd edilmişdir. Bakı 02 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş Mediasiya sessiyasında iştirak edilməməsi barədə MSB 2-00208/25 saylı, xx.xx.2025-ci il tarixli arayışa əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. X7 50 manat mediasiyaya dair xərc çəkmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X1 Regional Vəkil Bürosunun vəkilinə hüquqi xidmət üçün 500 manat ödəniş etmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 05/25 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-də ekspeditor vəzifəsində işləyir və ştat cədvəlinə uyğun olaraq 440 manat əmək haqqı alır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Maddə 61. Uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Maddə 18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının: 6.1-ci bəndinə əsasən, nikahın pozulmasına qarşılıqlı razılıq olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bu halda Ailə Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə uyğun olaraq nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən bir ay müddət keçdikdən sonra həyata keçirilir. 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. 7.6-cı bəndində qeyd edilir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı: Bənd 1. Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Bənd 2.6. Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, X7 Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Bəşirov Cəmil, xx.xx.2022-ci il təvəllüdlü Bəşirov Aslan doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, ailələri faktiki olaraq dağılmışdır. Uşaqlar faktiki olaraq analarının yanındadırlar. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh nikahın pozulması və uşaqlarla ünsiyyət hüququnun təmin edilməsinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi, X7 (nümayəndəsi vasitəsilə) nikahın pozulması barədə qarşılıqlı iddia tələbini etiraf etmişdir. Məhkəmə hesab edir ki, onun iddianı etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur. Buna görə də onun nikahın pozulmasına dair hissədə qarşılıqlı iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur. Barışıq üçün vaxt verilməsinə etiraz edərək, tərəflərin nikahın pozulmasını təkid etməsi, eyni zamanda, ailənin tamlığının saxlanılmasının mümkün olmaması nəzərə alınmaqla, X7 ilə Cavabdeh arasında 1 saylı Bakı «Asan Xidmət Mərkəzi» Qeydiyyat Şöbəsində xx.xx.2019-cu il tarixdə nikah haqqında akt qeydləri kitabında 3394 nömrəli qeyd ilə bağlanmış nikah pozulmalıdır. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X16, xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək analarının yanında qalmasına dair mübahisə olmamasını, uşaqların ana nəvazişinə və qayğısına ehtiyacı olmasını nəzərə alıb məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından olan övladları ananın, yəni hazırkı iş üzrə iddiaçı X3 himayəsində saxlanmalıdır. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların analarının yanında saxlanılması onların maraqlarına zidd deyildir və ilk növbədə, mənafelərinə xidmət edəcəkdir. Məhkəmə ilkin iddianın alimentin tutulmasına dair hissəsinə münasibətdə qeyd edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə hesab edir ki, uşaqların iddiaçının himayəsində qalmaları uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X19rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, məhkəmə Cavabdeh əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (iddia ərizəsinin verildiyi 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,5 misli həddində (400 x 0,5= 200 manat), 2 uşağa görə 1 misli həddində (400 x 1= 400 manat) sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X7 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 1 saylı «Asan xidmət» mərkəzi Qeydiyyat Şöbəsində 3394 saylı qeydi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2021-ci il təvəllüdlü X16 və xx.xx.2022-ci il təvəllüdlü X17 iddiaçı X7 ilə qalmalı, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində, ümumilikdə 1 misli həddində həddində aliment tutulmalıdır. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Məhkəmə qarşılıqlı iddianın uşaqlarla ünsiyyət hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh X7 ilə olan münasibətlərinin pozulması nəticəsində onların övladları analarının yanında qaldığı üçün, iddiaçı özündən ayrılıqda yaşayan övladları ilə ünsiyyətdə olmaq, onların mənafeləri ilə bağlı məsələlərinin həll edilməsində iştirak etmək hüququna malikdir. Tərəflər arasında uşaqlarla görüşmək hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmadığından və tərəflər bu hüququn həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilmədiklərindən, iddiaçı övladları ilə ünsiyyət yaradılaraq görüş vaxtının müəyyən edilməsinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının ata kimi azyaşlı uşaqları ilə ünsiyyətdə olmaq hüququnun ailə qanunvericiliyi ilə müəyyən edildiyini, həmçinin bunun hər bir atanın hüququ olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh övladları – xx.xx.2021-ci il təvəllüdlü X16, xx.xx.2022-ci il təvəllüdlü X17 ilə qarşılıqlı iddia tələbində irəli sürülən qaydada - video görüntü ilə ünsiyyət saxlaması məqsədəmüvafiqdir. Yuxarıda sadalanan maddi hüquq normalarından görünür ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni onlar uşağın sağlam böyüməsi, tərbiyələnməsi, inkişaf etməsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi ilə bağlı eyni vəzifələr daşıyır, həmçinin uşaqla ünsiyyətdə olmaq və onların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər. Uşaqla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılmasına isə müstəsna hallarda, yəni ünsiyyətin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirdiyi hallarda yol verilir. Hazırkı iş üzrə məhkəmə atanın tələbini, ananın bu tələbi qismən qəbul etməsini, uşaqların yaşını, habelə onların ölkə hüdudlarından kənarda yaşamasını əsas götürərək hesab edir ki, uşaqların üstün mənafeyinin təmin edilməsi məqsədilə hazırkı qarşılıqlı iddia tələbinin təmin edilməsi məqsədə müvafiqdir. Plenumun istinad edilən qərardakı hüquqi mövqedən görünür ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Həmçinin uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Odur ki, məhkəmə ünsiyyət vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən tərəflərin ümumi uşaqları olan - xx.xx.2021-ci il təvəllüdlü X16, xx.xx.2022-ci il təvəllüdlü X17 üzərində bərabər hüquq və vəzifələrinin olmasını, uşaqların yaş həddini, onların mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, Cavabdeh uşaqları ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri, 1 saat olmaqla (Bakı vaxtı ilə saat 20:00-dan 21:00-dək) Whatsapp və digər onlayn resurslar üzərindən video-əlaqə yaradılması vasitəsilə ünsiyyətdə olmaq hüququ müəyyən edilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən mediasiya xərci kimi ödənilmiş 60 manat Cavabdeh alınaraq X4 verilməlidir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsi üçün ilk iddia üzər X7 tərəfindən ödənilmiş 500 manatın 100 manat hissəsinin Cavabdeh tutulması işin hallarına uyğun olmaqla, ədalətli, ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qarşılıqlı iddia təmin edilsin. X9 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 1 saylı «Asan xidmət» mərkəzi Qeydiyyat Şöbəsində 3394 nömrə qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2021-ci il təvəllüdlü X16 və xx.xx.2022-ci il təvəllüdlü X17 iddiaçı X3 yanında (himayəsində) qalsınlar. xx.xx.2021-ci il təvəllüdlü X16 və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində, ümumilikdə 1 misli həddində həddində aliment tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Cavabdeh uşaqları ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri, 1 saat olmaqla (Bakı vaxtı ilə 20:00-dan 21:00-dək) Whatsapp və digər onlayn resurslar üzərindən video-əlaqə yaradılması vasitəsilə ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. Mediasiya xərci kimi ödənilmiş 60 manat Cavabdeh alınaraq X4 verilsin. Hüquqi xidmətlərin göstərilməsi üçün X7 tərəfindən ödənilmiş 500 manatın 100 manat hissəsi Cavabdeh tutularaq X4 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar