Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2684/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təsviri hissə:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli podrat müqaviləsinin ləğv edilməsi və həmin müqavilə ilə götürülmüş iş öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş 21.500 (iyirmi bir min beş yüz) manat zərər məbləğinin, həmçinin iş üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Məhkəmə prosesi:
2. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanılmış barışıq sazişinin hüquqi nəticələri ona tam aydın olduğu, sazişin könüllü şəkildə imzalandığı bildirilərək, təqdim edilən barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Həmçinin növbəti iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
3. Cavabdeh MMC nümayəndənin iştirakını təmin etməmişdir. Cavebdehin nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, tərəflər arasında bağlanılmış barışıq sazişinin hüquqi nəticələri onlara tam aydın olduğu, sazişin könüllü şəkildə imzalandığı bildirilərək, təqdim edilən barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Həmçinin növbəti iclasların onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
4. Mülki iş üzrə tərəflər (İddiaçı ilə Cavabdeh MMC) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir:
5. «Nəzərə alaraq ki: Tərəflər arasında xx.xx.2024-cü il tarixli podrat müqaviləsi (bundan sonra – müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh MMC İddiaçı sifarişi əsasında 56.000 (əlli altı min) manata Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ sahəsi ərazisində 3.3 sot torpaq sahəsində ümumi sahəsi 52 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin təmirli-tikintisini həyata keçirməli idi. Podrat müqaviləsinə əsasən, İddiaçı 25.000 (iyirmi beş min) manat ilkin ödəniş etmiş, qalan məbləği 40 (qırx) ay müddətində aylıq 750 (yeddi yüz əlli) manat olmaqla ödəməli idi. İddiaçı tərəfindən müqavilə üzrə Cavabdeh MMC-yə ümumilikdə 26.500 (iyirmi altı min beş yüz) manat ödəniş edilmişdir. İddiaçı tələbi ilə Cavabdeh MMC tərəfindən müqavilə üzrə 11.500 (on bir min beş yüz) manat pul vəsaiti ona geri ödənilmişdir. Cavabdeh MMC-nin İddiaçı qalıq borcu 15.000 (on beş min) manat təşkil edir. Barışıq sazişi (bundan sonra – saziş) tərəflər arasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2684/2025 nömrəli mülki iş üzrə aşağıdakı şərtlərlə bağlanır:
1. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2684/2025 nömrəli mülki iş üzrə iddiasından imtina edir.
2. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə və tərəflərin həmin müqavilə üzrə öhdəliklərinə xitam verilir.
3. Cavabdeh MMC 15.000 (on beş min) manat qalıq borcu bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra 1 (bir) ay müddətində İddiaçı ödəməyi öhdəsinə götürür.
4. Sazişin 3-cü bəndindəki öhdəlik pozularsa, sazişin təsdiq edilməsi barədə qərardad məcburi icraya yönəldilir.
5. Tərəflər razılaşırlar ki, bu sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir.
6. Tərəflər sazişin mahiyyətini dərk edir və onun hüquqi nəticələrini qəbul edirlər.
7. Bu saziş hər tərəfdə və məhkəmədə 1 (bir) nüsxə qalması şərtilə eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə hazırlanmışdır».
6. İddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 154,60 (bir yüz əlli dörd manat altmış qəpik) manat rüsum ödənilmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 114.1, 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-262.5-ci maddələrinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
8. Beləliklə, məhkəmə barışıq sazişini tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Buna görə də tərəflərin ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli, habelə mülki iş üzrə icraata xitam verilməli və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Həmçinin, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır.
9. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Ərizələr təmin edilsin. Hazırkı mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi (müqaviləsi) təsdiq edilsin: «Nəzərə alaraq ki: Tərəflər arasında xx.xx.2024-cü il tarixli podrat müqaviləsi (bundan sonra – müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh MMC İddiaçı sifarişi əsasında 56.000 (əlli altı min) manata Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ sahəsi ərazisində 3.3 sot torpaq sahəsində ümumi sahəsi 52 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin təmirli-tikintisini həyata keçirməli idi. Podrat müqaviləsinə əsasən, İddiaçı 25.000 (iyirmi beş min) manat ilkin ödəniş etmiş, qalan məbləği 40 (qırx) ay müddətində aylıq 750 (yeddi yüz əlli) manat olmaqla ödəməli idi. İddiaçı tərəfindən müqavilə üzrə Cavabdeh MMC-yə ümumilikdə 26.500 (iyirmi altı min beş yüz) manat ödəniş edilmişdir. İddiaçı tələbi ilə Cavabdeh MMC tərəfindən müqavilə üzrə 11.500 (on bir min beş yüz) manat pul vəsaiti ona geri ödənilmişdir. Cavabdeh MMC-nin İddiaçı qalıq borcu 15.000 (on beş min) manat təşkil edir. Barışıq sazişi (bundan sonra – saziş) tərəflər arasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2684/2025 nömrəli mülki iş üzrə aşağıdakı şərtlərlə bağlanır:
1. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2684/2025 nömrəli mülki iş üzrə iddiasından imtina edir.
2. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə və tərəflərin həmin müqavilə üzrə öhdəliklərinə xitam verilir.
3. Cavabdeh MMC 15.000 (on beş min) manat qalıq borcu bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra 1 (bir) ay müddətində İddiaçı ödəməyi öhdəsinə götürür.
4. Sazişin 3-cü bəndindəki öhdəlik pozularsa, sazişin təsdiq edilməsi barədə qərardad məcburi icraya yönəldilir.
5. Tərəflər razılaşırlar ki, bu sazişdə əks olunmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənəcəkdir.
6. Tərəflər sazişin mahiyyətini dərk edir və onun hüquqi nəticələrini qəbul edirlər.
7. Bu saziş hər tərəfdə və məhkəmədə 1 (bir) nüsxə qalması şərtilə eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə hazırlanmışdır». İş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 154,60 (bir yüz əlli dörd manat altmış qəpik) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova