Məhkəmə qərarları › İş №e-2(006)-2756/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2756/2025

01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2756/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı hamiləlik dövründə saxlanılması üçün hər ay 500 manat alimentin, (mediasiya təklifi göndərilən tarixdən ( 11 fevral 2025-ci il) hesablanmaqla), hamiləlik dövründə çəkdiyi xərclərin (2000 manat məbləğində pulun), həçinin mediasiya üçün ödənilmiş 60 manat və məhkəmə üçün ödənilmiş dövlət rüsumu olan 40 manat, cəmi 100 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

2. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil mülki işin məhkəmənin icraatında olan digər mülki işə birləşdirilməsinə etiraz etmədi.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, məhkəmənin icraatında eyni iddiaçının eyni cavabdehə qarşı “nikahın pozulması, aliment və s.” tələbinə dair 2(006)-1974/2024 nömrəli mülki iş üzrə iddia ərizəsini və hazırkı mülki işi araşdıraraq hesab edir ki, hazırkı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daha əvvəl daxil olmuş digər mülki işə birləşdirilərək bir icraatda baxılması məqsədə müvafiqdir.

Əsaslandırıcı hissə:

5. Məhkəmə hər iki iş üzrə iddia ərizəsini araşdıraraq belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin tam, obyektiv, hərtərəfli, birdəfəlik və daha çevik həllinə nail olmağa imkan verəcəkdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Maddə 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər.

7. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı mülki iş, məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, aliment və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1974/2025 nömrəli mülki işə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə e-2(006)-1974/2025 nömrəsi verilməlidir.

Nəticə:

8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-2756/2025 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, aliment və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1974/2025 nömrəli mülki işə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə e-2(006)-1974/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar