Məhkəmə qərarları › İş №e-2(006)-2768/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2768/2024

12.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2768/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi üzrə mülki işə 12 iyul 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadeh Cavabdeh İsimxan qızından hər ay 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3057/2023 nörməli qətnaməsi ilə cavabdehlə xx.xx.2013-ci il tarixdə RF N.Novqorod Kanavinsk rayon VVAQ şöbəsində 516 saylı akt qeydi ilə bağlanmış nikahımızın pozulması, birgə nigahımızdan doğulmuş uşaqları, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2010-cü il təvəllüdlü X2 analarının yanında saxlanılması və hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq ondan Cavabdeh xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla,cəmi 386 manat sabit pulməbləğində alimentin tutulması qət edilmişdir. İddia ərizəsinə əlavə etdiyi arayışdan göründüyü kimi oğlu, xx.xx.2023-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdən onunla birlikdə qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanda yaşamaqdadır. Lakin buna baxmayaraq o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 2620/2023 nömərli qətnaməsi qanuni qüvvəsini alana kimi bu uşağa görə cavabdehə hər ay 193 manat sabit pulməbləğində aliment ödəmişdir. Qeyd olunan qətnaməyə əsasən xx.xx.2023-cü il təvəllüdlü X3 onun yanında saxlanılması qət edilmişdir. Onu da qeyd edir ki, uşaqlar cavabdehin yanında olanda o onlara qayğı göstərməmiş, ödədiyi alimenti və özünün əldə etdiyi kifayət qədər gəliri uşaqlarına xərcləməmişdir. O, hər dəfə uşaqlarına görüşəndə imakını qədər onların tələbatlarını ödəmişdir. Hal-hazırda cavabdeh onun yanında qalan uşağı xx.xx.2013-cü il təvəllüdlü X4 lazimi diqqət və qaygı göstərmir və demək olar ki onunla maraqlanmır. Onun isə indi maddi vəziyyəti çətin olduğundan hər iki uşağına baxmaqda çətinlik çəkir. Cavabdeh isə qeyd etdiyi kimi kifayət qədər gəlir əldə etsə də uşaqlarına maddi yardım etmir. O, heç onun yanında qalan uşağı ilə görüşə də gəlmir. Belə olan halda məcburi qaydada ondan aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qanunvericiliyin 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini və uşaqların mənafeyini nəzərə alaraq məhkəmədən iddianı təmin olunmasını və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadeh Cavabdeh İsimxan qızından hər ay 235 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh İsimxan qızına qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)3057/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Bayramova dalə İsmixan qızı arasında xx.xx.2013cü il tarixdə RF N.Novqorod Kanavinsk rayon VVAQ şöbəsində 516 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X2 iddiaçı Cavabdeh ilə qalması, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq (xx.xx.2022-ci il tarixli müvəqqəti alimentin tutulması barədə qərardad nəzərə alınmaqla) İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2620/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X1 atası-İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ödəniş qəbzindən görünür ki, mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)3057/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Bayramova dalə İsmixan qızı arasında nikahın pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X2 iddiaçı Cavabdeh yanında saxlanılmış, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2620/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 atası-İddiaçı yanında saxlanılması qət edilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1 onun himyəsində qaldığını, Cavabdeh uşağı ilə maraqlanmadığını və onlara heç bir maddi yardım göstərmədiyini bildirmişdir. Qeyd etmək lazımdır ki, «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir». «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, yetkinlik yaşına çatmamış uşağın mənafeyini, mövcud qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini və iddiaçının iddia ərizəsində alimenti sabit pul məbləğində tələb etməsini nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 aprel 2024cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə, mediasiya xərci qismində 50 manat ödəsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, habelə iştirak etməməsinin hər hansı bir üzrlü səbəbdən baş verməsinə dair sübut təqdim etməmişdir. Belə olan halda isə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin olunsun. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 aprel 2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar