Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2797/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment borcundan və aliment öhdəliyindən azad edilmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun aliment üzrə borcları ödəməkdən azad edilməsi, habelə iki yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 alimentin ödəməkdən azad edilməsi və iddiaçının pensiyasından alimentin tutulmasına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə o, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 21 may 2007-ci il tarixdə X11 anadan olmuşdur və xx.xx.2009-cu il tarixdə X8 anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 14 mart 2017-ci il tarixdə AZ-1 №261843 nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1643/2018 saylı, 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutulub iddiaçı yə ödənilməsi qət edilmişdir. Hal-hazırda o, qətnaməyə əsasən iki uşağın saxlanmasına aliment pulu ödəyir. 2023-cü ilin yay aylarında Cavabdeh alimentin miqdarının artırılması barədə yenidən məhkəməyə müraciət etmişdir. Lakin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-2689/2023 №li, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddia ərizəsi rədd edilmişdir. Beləliklə, o, iki yetkinlik yaşına çatmamış uşaqların saxlanmasına hər ay 308 manat məbləğində aliment verilməlidir. Lakin, əldə edilmiş məlumata görə, cavabdeh onun razılığı olmadan gizli olaraq iki uşağı Macarıstan dövlətinə daimi yaşamaq üçün aparmışdır. Bununla da onu yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyətda olmaq imkanından məhrum etmişdir. O, öz uşaqlarını çox istəyir və onların tərbiyyəsində iştirak etməyə hazırdır. O, birinci qrup gözdən əlildir. Daimi olaraq Masallı rayonu Hacıtəpə kəndində yaşayır. Bununla əlaqədar o, 2023-cü ilin dekabr ayında “yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyətdə olması barədə” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-920/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia ərizəsi qismən təmin edilmişdir. Qətnaməyə əsasən İddiaçı övladları - 21 may 2007-ci il təvəllüdlü X11 və 25 iyun 2009-cu il təvəllüdlü X8 ilə hər ay 2 dəfə olmaqla (hər 15 gündə 1 dəfə olmaqla), həftənin bazar günü saat 12:00-dan 15:00-dək görüş vaxtı verilməklə ünsiyyət qaydası müəyyən edilmişdir. Lakin, cavabdeh iki yetkinlik yaşına çatmamış uşağı ilə xaricdə yaşadığı üçün iddiaçı uşaqları görmək imkanından məhrumdur. Buna baxmayaraq, İddiaçı aliment üzrə borcunu və iki yetkinlik yaşına çatmayan övladına görə hər ay 308 manat məbləğində aliment ödəməkdə davam edir. Hazırda iddiaçının pensiyası 600 manat təşkil edir. Aliment və aliment borcunu ödəmək üçün iddiaçının pensiyasından hər ay 500 manata yaxın pul tutulur. Nəticədə onun pensiyasından şəxsi saxlanması üçün cəmi 100 manat pul qalır. Qeyd etməyi zəruri hesab edir ki, iddiaçı birinci qrup əlildir. O, ağır xroniki - şəkər diabeti xəstəlikdən əziyyət çəkir. İddiaçı şəkər xəstəliyindən tamamilə kor olub. Hazırda heç nə görmür. Nəticədə, iddiaçının müalicə və dərman almaq üçün kifayət qədər pulu yoxdur. Bundan əlavə, İddiaçı faktiki olaraq xaricdə yaşayan və görmədiyi uşaqların saxlanması üçün aliment və aliment borcunu ödəyir. Yuxarıda göstərilən bütün hallar iddiaçıya məhkəmədən onun aliment borcundan, habelə iki yetkinlik yaşına şatmayan uşağın saxlanmasına alimentin ödənilməsindən azad edilməsini xahiş etməyə əsas verir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, Cavabdeh İddiaçı ilə Nəsimi rayon X3 Dövlət Qeydiyyat şöbəsində 14 mart 2017-ci il tarixdə nikahın pozulmasını qanunla rəsmiləşdirib bu haqda AZ-İ Ne 261843 saylı şəhadətnamə almışdır. İddiaçı ilə birgə yaşadıqları dövrdə atasının evindən 2014-cü ildən ailəni tərk etmişdir, evi tərk etdikdən sonra nikah pozulduğuna dair 3 il sonra alimentin tutulmasına dair məhkəməyə müraciət edilmişdir. Nikah pozulduqdan sonra Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir ki, 2 uşağa yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qərar qəbul edib və hər ay alimentin ödənilməsi təmin edilməsi haqqında Nəsimi rayon məhkəməsinin 22 fevral 2018 il tarixli iş 2(006)-1643/2018 il tarixindən çıxardığı qətnamə ilə 16 yanvar 2018-ci il tarixdən başlayaraq hər ay 1 uşaq üçün 154 manat, ümumi cəmi 2 uşağa görə 308 manat sabit pul məbləğində ona alimentin tutulub ödənilməsi qəbul edilmişdir. Məhkəmə qərardadından sonra hər aylarda ödənişləri gecikdirməklə ara sıra aylarda 70-100-130 manat civarından pul ödəməklə kifayətlənib məhkəmənin çıxardığı 308 manat sabit pul məbləğindən yayınıb, vəsaiti tam məbləğdə icra etməkdən əsassız bəhanələrlə imtina etmiş, yayınmış və boyun qaçırmışdır. Nərimanov rayon icra və probasiya şöbəsi tərəfindən 22 dekabr 2022-ci il tarixinədək 11400 manat aliment pulunu ödəməmişdir. Buna əlavə olaraq 2022-ci il dekabr tarixində 308 manat aliment pulunu ödəməmişdir. Xüsusi əminliklə qeyd etmişdir, ki halbuki ödəməyə imkanı olmuşdur. 2021-ci ildən 2023cü ilədək 130 manat pensiya almışdır. Beləki, fevral 2023-cü il tarixindən dövlət tərəfindən əlilliyə görə 570 manat, yanvar 2024-cü il tarixdən başlayaraq 270x11.2%=30.24 manat pensiya məbləği artırılaraq 570+30.24=600.24 və xx.xx.2025-ci il tarixindən isə başlayaraq 300x8.2%=24.60 manat pensiya məbləği artırılaraq 600.24+24.60=624.84 birbaşa İddiaçı vəsait ödənilmişdir və bu şəxsə baxan müşahidəçiyə qayğı göstərib baxılması üçün isə 100 manat əlavə baxıcıya müavinət ödənilir. Hansı səbəbə əsasən nikah pozulduqdan sonra aliment pulu tam ödənilməmişdir. Yetkinlik yaşına çatmamış, qız övladları ilə maraqlanmamışdır. İcra məmurları onunla dəfələrlə fərdi qaydada söhbətlər etmişlər sonra da vəsaiti aliment pulunu qanunvericiliyin tələblərinə uyğun tələb ediblər məcburi qaydada az miqdarda ödənilib və bu 11 il müddətində bir dəfə də olsun övladları ilə görüşlər təşkil edib, asudə vaxtlarında gəzintiyə və ya özəl tədbirlərə diqqət yetirməyib, telefon danışıqları aparmamış, səhhətləri, sağlamlıqları, təhsili, təlim tərbiyəsi ilə də maraqlanmamış, qeyd olunan müddətdən başlayaraq bayramların təbrik etməyib, ad günlərində də bir dəfə də olsa yadına salıb hədiyyə alıb təbrik etməmiş, eyni zamanda ad günlərində, bütün bayramlarda övladları ilə ünsiyyətdə olmayıb hətta illərlə heç bir özəl məktəb buraxılış tədbirlərində iştirak etməmişdir. İllərlə övladlarının oxuduğu məktəbə hətta gedib dərsləri ilə maraqlanmamış, bir tədbirə, konsertə, teatra, əllərindən tutub uşaqları parklara gəzintiyə aparmamışdır. Övladlarına budur diqqət, atalıq qayğısı, bunları hansı formada məntiqli anlayışla izah edə bilər. Sadəcə ən azından fikirləşməli idi ki, aliment pulunun bir hissəsi övladlarının qidalanması və kitab dəftərlərinə, o cümlədən geyimlərinə xərclənilir. Qeyd etmişdir ki, onunla ailə qurmamışdan əvvəldə ailəli olub, bu ailədən 1 qız övladı olmuş, onlarında qayğısına, tərbiyəsinə, təhsilinə biganə qalmışdır. Bu ailənidə onlar kimi həyatın axarına buraxmışdır. Heç bir aliment pulu da bunlara verməmişdir və bu haqdada ailəli olduğu haqqında onlara məlumat verməmişdir. Belə qənaətə gəlmək olar ki, bu valideynlə fərdi qaydada söhbət etmək, görüşmək səmərəsiz, məntiqsiz və nəticəsizdir, ancaq qanunun tələblərinə görə alimenti ödəmədiyinə görə yayındığı əsaslara rağmən məsuliyyətə cəlb edilməlidir. Masallı rayon İcra və Probasiya şöbəsində üzbə-üz icra məmuru ilə və şöbənin rəisi ilə görüş keçirilmişdir. xx.xx.2023-cü il tarixində aliment pulunun ödənilməsi ilə əlaqədar məktubla müraciət edilmişdir. Müraciətdən dərhal sonra icra məmuru İlkin Həsənov aliment pulu ödənilməsi ilə əlaqədar söhbətlər (telefon danışıqlar) aparılmışdır. Nəticə etibarı ilə icra məmuru bu işlə əlaqədar İddiaçı ilə aliment pulunun ödənilməsi barədə dəfələrlə telefon danışıqları aparmış şöbəyə aylarla dəvət etmiş, lakin fevral ayı 2023-cü il tarixindən yüksək yəni 570 manat aldığı halda aliment pulunu 2023-cü il sentyabr ayına kimi ödəməmişdir. Xarici dövlətdən o və 2 qızı CavabdehC və Ağayeva X.C icra məmuru İ.Həsənovla telefon danışıqları aparılmışdır ki, övladları valideyni atası İddiaçıM ilə əlaqə qurmaqdan telefon danışıqlarında imtina etmişdilər eyni zamanda bununla bərabər, övladları yəni ataya ata demək mümkündürsə, üzbə-üz görüşməkdən imtina edirməsini israrla bildirmişlər. Bu günə kimi harada olmuşdur qeyd etmişdilər və öz etirazlarını bildirmişdilər. Hal-hazırda məhkəməyə uşaqların səs videosu, yazı videosu və öz imzası ilə müraciət etmişlər ki, bu ata ilə heç bir ünsiyyət, görüşmək istəmirlər. Birgə yaşadıqları 2005-ci ildən 2014-cü il tarixinədək o və 2 az yaşlı qız övladları keçmiş həyat yoldaşından illərlə nəvaziş, qayğı, sayğı, demək olarki görməmişlər. Övladlarına qarşı soyuq münasibət göstərmiş, təhqir etmiş, söyüşlər etmiş, illərlə şiddət göstərməmiş və övladlarını ruhlandırmamışdır. Sevgi, məhəbbət, atalıq qayğısı göstərməmişdir. Uşaqları arasında yaranmış münasibətlər yox dərəcəsində olmuş, uşaqların tərbiyəsi və inkişafı üçün maddi mənəvi şərait dəstək yaratmamış dərsləri ilə maraqlanmamışdır. Ailə qurduqdan sonra 3 il kirayədə yaşadıqdan sonra bilmişdir öz adına şəxsi evi vardır onu aldadaraq evi qardaşı arvadının adına hədiyyə etmişdir. Sonra bildirmişdir ki, gələcəkdə o, bundan da yaxşı ev alacaq və qardaşı da maliyyə yardımı edəcəkdir. Onu aldatma yolu ilə sənədlərə imza etdirmişdir. Məsələni aydınlaşdıranda o, bildirmişdir ki, hal-hazırda belə lazımdır. Sonra izah edəcəyini bildirmişdir ona tam aydın olmuşdur ki, onunla gələcəkdə nikahları pozularsa o və övladlarına mal-mülk, ev qalmasın bunu əvvəlcədən fikirləşmişdir. O, da çarəsiz qalıb 2008-ci il tarixindən başlayaraq valideynlərinin şəxsi evində yaşamışlar, hətta övladlarının məktəbə gedib təhsil almasına qarşı çıxmış, oxunmalarına maneə törətməyə çalışmışdır. Öz həyatını yaşamış alkoqol, uyuşturucu, narkotik maddələr aludəçisi olmuş onları biganə baxışlarla seyr etmişdir. Cavabdeh İddiaçı aliment pulunun ödənilməsinə dair bildirmişdir ki, bu günə kimi bir dəfədə olsun tam nikah pozulduqdan sonra aliment pulunu heç bir dəfə belə olsun 308 manat ödəməmişdir. Aylarla 30-70-100-130 manat ödəməklə kifayətlənmişdir. Bu səbəbdəndə xx.xx.2022-ci il tarixinədək 11.400 manat borc qalığı qalmışdır. 2018-ci il 3696 manat, 2019-cü il -3696 manat, 2020 - ci il 3696 manat, 2021 -ci il - 3696 manat, 2022-ci il 3388, 2022-ci il dekabr ayı 308 manat, cəmi 5 il 60 ay x 308= 18.480 manat borc aliment pulu təşkil edir. Nərimanov rayonu icra və probasiya şöbəsinin arayışa əsasən 11.400 manat borc qalığı qalmışdır. İddiaçın 5 il ərzində 2.200 manat civarında aliment pulu ödənilmişdir. Qeyd olunan hesablanmış 18.400- 2.200 = 16.280 manat borcu qalmışdır. Beləliklə 16.280-11.400= 4.800 manat tərəflər arasından dəqiq araşdırılmamışdır. Bu qeyd olunan 4.880 manat məbləğini Nərimanov rayon icra və probasiya şöbəsi ilə cavabdeh olan Ağayev.C.M və o tərəfindən yenidən araşdırılacaqdır. 2023-cü il yanvar ayı 308 manat, fevral ayı 308 manat, mart ayı 308 manat, aprel ayı 399 manat, may ayı 399 manat, iyun ayı 399 manat, iyul ayı 399, avqust ayı 399 manat, sentyabr + ödənilmişdir (399) manat, oktyabr ayı 399 manat, noyabr 399 manat, dekabr ayı + (399) manat ödənilmişdir. 2023-cü il üzrə cəmi: ödənilməlidir 4.515 manat lakin 2 aya 798 manat ödənilmişdir, cəmi 3.717 manat borcu qalmışdır. 2024-cü il yanvar 399 manat, fevral ayı 399 manat, mart ayı 399 manat, aprel ayı 399 manat, may ayı 399 manat, iyun ayı 399 manat, iyul ayı 399, avqust ayı 399 manat, sentyabr ayı 399 manat, 2024-cü il üzrə cəmi ödənilməlidir 3.591 manat lakin 3.129.85 manat ödənilməmişdir. Aprel ayı 62.15 manat, iyul ayı 210 manat, sentyabr ayı 189 manat, cəmi 461.15 manat ödənilməmiş borcu qalmışdır. İllərlə aliment ödəmədiyinə əsasən Nərimanov rayon icra və probasiya şöbəsinin təqdimatı əsasında məhkəmənin qərarı ilə 7 gün həbs verilmişdir. Həbsdən azad olunduqdan sonrada ödənişi həyata keçirməmişdir. Yaşayış yerini dəyişib Masallı rayonunda məskunlaşmışdır. İddiaçıM aliment pulunu əvvəllər əlbəəl və poçt, bank vasitəsi ilə ödəmədiyinə görə uzun müddət və sonsuz ardıcıl illərlə mübahisədən danışıqlardan sonra sentyabr 2023-ci il tarixində tərəfindən təkrar şikayət etdikdən sonra aliment pulunun ödənilməsini Masallı rayon icra və probasiya şöbəsi onun bankdan olan hesablaşma hesabına sərəncam (inkasso) qoymaq şərti ilə ödənişi həyata keçirirlər. İddiaçı Ağayev.C.M ilə Masallı rayonunda (məskunlaşdığı) yaşadığı zaman onun bacısı oğlu vasitəsilə telefon danışıqları aparılmışdır ki, aliment pulunu hansı səbəbdən ödəmir bildirmişdir ki, ödəməyəcək, hara gedir getsin bildirmişdir ki, kifayət qədər pensiya alır o etiraz bildirmiş sonra qeyd etmişdir ki, Nərimanov rayon icra və probasiya şöbəsi ona nə etmişdir ki, aliment pulunu ödəməyəndə Masallı rayon icra və probasiya şöbəsidə nə edə bilər ona cavab vermişdir. Bildirmişdir ki, məhkəmə qərarı əsasında hər ay ödənilməlidir və qanunla cavab verəcəkdir. Ağayev.C.M məhkəməyə müraciət etmişdir ki, onun icazəsi olmadan övladlarını Macarıstan dövlətinə aparmışdır. Beləki xx.xx.2022-ci il tarixində övladları CavabdehC. və Ağayeva X.C. qızı o CavabdehG və etibarnamə əsasında hüquqlarını müdafiə edən N.H.Zeynalov ilə birlikdə Masallı rayon ASAN xidmətdə olmuşlar. Bacısı oğlu İddiaçıM ASAN xidmətə gətirmiş orada övladları ilə görüşmüş və ASAN xidmətdə övladlarına ümumvətəndaşlıq pasportun verilməsi haqqında etibarnamə verilməsi və eyni zamanda övladları CavabdehC qızına və Ağayeva X.C qızına ölkədən gedib gəlməsi üçün məhdudiyyətsiz anası ilə birbaşa CavabdehG ilə həyata keçirilməsinə razılıq verilməsi haqqında etibarnamə vermiş və öz imzası ilə təsdiq etmişdir. Lakin iddiaçı Ağayev.C.M və vəkilin Vəkil iddia ərizəsində imzası ilə təsdiq edib və məhkəmədə çıxışları zamanı qeyd ediblər ki, güya “İddiaçı” Ağayev.C.M icazəsi olmadan ona sonradan məlum olmuşdur ki, cavabdeh anası Ağayeva.A.C onun razılığı olmadan gizli olaraq 2 qızlarını Macarıstan dövlətinə daimi yaşamaq üçün aparmışdır və bununlada onu yetkinlik yaşına çatmayan uşaqlarla ünsiyyətdə olmaq imkanlarından mərhum etmişdir. O, məntiqli və hüquqlu olaraq xatırlatmışdır ki, cavab verib sual edir və irad bildirir ki, “İddiaçı” və vəkilinə böyük qızı Ağayeva.A.C 21 may 2007-ci ildə anadan olmuşdur, artıq yetkinlik yaşı tamam olmuşdur. Eyni zamanda güya uşaqlarını çox sevir qeyd etmişdir. Əlavə sual yaranır 11 il müddətində bu ata harada olmuşdur. 1 dəfədə görüşməmişdir? Əgər övladlarını çox istəyirsə hansı səbəblərdən ödəniləcək aliment pulunu verilməsinin dayandırmaq və ödənişlərdən imtina etmək istəyir, bəs bu uşaqlar hansı vəsaitlə yaşamışlar və yaşamalıdırlar. O, uşaqlar baba və nənənin himayəsində yaşayır. Masallı rayon ASAN xidmətdə Ağayeva X.G qızını danlamış və bildirmişdir ki, ondan uşaqlıqdan xoşu gəlmir qız uşaqlarına Zeynalov N.H önündə gözü qarşısında əli ilə qızını arxaya tərəf itələmişdir və bildirmişdir ki, atanız “oğraş” adamdır demişdir bildirmişdir ki, anaları yaxşı adamdır. Azərbaycan Respublikasının MPM-nin 56.1,. 60.2., 61.1., 61.2. maddələrinə cavab olaraq qeyd edir ki, İddiaçıM uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını onun əlindən alan olmamışdır. O, CavabdehG 11 il müddətində İddiaçıM övladları ilə görüşməsinə qarşı heç bir zidd hərəkət həyata keçirilməmişdir. Sadəcə özü məsuliyyətsiz ata olmuşdur. O, bir ana olaraq qızlarını vətənpərvərlik ruhunda tərbiyə edib təhsilinə, sağlamlığının keşiyində qalıb vətənə və dövlətə böyüklərə hörmət edib, X15 və Nənəyə sevgi, məhəbbətlə yanaşmağı illərlə tövsiyyə etmiş və bildirmişdir ki, bu atalarıdır görüşlərinə gələrsə hörmət və ehtiramla qarşılayarsınız indi ata olduğu yadına düşüb. Sual əgər atadırsa aliment pulunu niyə ödəməyi dayandırmaq istəyir. O, əmək fəaliyyəti göstərmir hal-hazırda boğazında zob xəstəliyi var və yanaşı bərabər xəstəlikləri də var. Eyni zamanda qızları da az yaşlı övladları böyüdüb tərbiyə edib sağlamlığlarının keşiyində durmuşdur. Onlarda onun kimi xəstədirlər davamlı müayinə və müalicə etdirirlər, onun üçün çətindir bunları dolandırmaq və əlçatmazdır. Aylarla ata, anası uşaqlara geyim ərzaq və maliyyə köməklikləri edirlər, onların günü-gündən sağlamlıqları pisləşir davamlı müayinə və müalicə almasalar halları pisləşir. Sağlamlıqları bərpa olunduqdan sonra geriyə ölkəyə qayıdacaqlar və 11 ildə bir dəfədə olsun ata olaraq gəlib ünsiyyət qurmamışdır. İndi güya uşaqlarını sevir bu yalandır. İddiaçıM fərqinə varmır ki, illərlə aliment ödəmədiyi alimentin dayandırılmasını aliment üzrə borcların ödənişlərdən azad edilməsi və pensiyada alimentin tutulmamasına xitam verilməsini qanunsuz haqsız istədiyi etiraz və bildirdiyi halda bu övladları hansı vəsait hesabına övladlarını yaşatmalıdır. Əmək fəaliyyəti göstərməyən tək Azərbaycan anası xanımı aliment pulunu zamanında və aylarla almayan 2 az yaşlı yetkinlik yaşına çatmayan qız övladların hansı vəsait hesabına böyüdür. Bunu hələdə hiss etməmişdir. İddiaçıM fikirləşməyib o, övladlarının təhsilini, sağlamlıqlarının keşiyində, valideynlərinin köməkliyi hesabına və bir hissənin isə özü çətinliklə təmin edir. Belədə sağlam düşüncə sahibi olsa idi bu günə qədər övladları ilə ünsiyyət qurardı və bütün halları nəzərə alıb məktəblərinə gedib orada görüşlər təşkil edə bilərdi. Bu görüşləri kim bunun əlinnən alıb maneə olmuşdur. Hal-hazırda 2 qızı sağlamlığını müalicəsi üçün əlaqədar ölkə xaricindədirlər. Bir neçə aya ilə ölkəyə qayıtmaq imkanları olacaqdır. Hər 2 qız yazılı formada müraciət edirlər ki, onlara belə əqidəsi zəif ata lazım deyil və görüşmədən birdəfəlik imtina edirllər. Bu 11 il dövründə harada olmuşdur, indi atalıq qayğısı başında hardan əmələ gəlib hissiyatı oyanmışdır. O, bir ana olaraq övladları ilə görüşməsinə etiraz etmir. Lakin, bu görüş baş tutarsa uşaqların fiziki, psixi sağlamlıqlarına, əxlaqlarına, inkişaf, təhsillərinə, səhhətlərinə mənfi təsir göstərəcəkdir. “İddiaçı” Ağayev.C.M və vəkili Vəkil iddia ərizəsində qeyd edir ki, 600 manat pensiya alır. Dərman və iynələrinə vəsait çatmır. 500 manat aylarla xərclənilir. Bildirmişdir ki, hal-hazırda 625 manat pensiya dövlət tərəfindən ödənilir və əlavə buna baxana dövlət tərəfindən 100 manat vəsait ayrılıb aylarla ödənilir Azərbaycan Respublikası ərazisində yaşayan 1-ci qrup əlillərə 4 dəfə 14 gün müddətində müalicə və 10 gün isə 1 dəfə isə istirahət putyovka ödənişsiz verilir, bunu müşahidə edən şəxsdə pulsuz dövlət tərəfindən xidmət göstərilir. Eyni zamanda 1-ci qrup əlilə, şəkər xəstəsi olan vətəndaşlara, hər ay dərman və iynə pulsuz verilib təmin edilir və kifayət edir əgər əlavə özü pul ilə şəkər dərmanlarını almaq istəsə belə ki, cəmi ayda 20 manat civarında xərcləyə bilər, xüsusilə qeyd etmişdir ki, hər ay güya 500 manat vəsait ödəyir və dərmanlara pulu çatmır bu yalandır. Bu haqda məhkəməyə sübutlarını təqdim etsin. Bu “İddiaçı” alimenti ödəmək xatirinə yalan iddia qaldırmışdır. Bu, pensiyanı öz kefinə xərcləmək xəyalı ilə yaşayır. Belə ki, fikirləşir ki işləmir bu məbləğdə vəsait alır nəyə görə aliment ödəməlidir, öz kefinə xərcləyə bilər arzu xəyallarla yaşayır. Qeyd etmişdir ki, Ağayev.C.M 2021-ci il tarixinədək sağlam həyat tərzi qurub yaşamışdır. Kifayət qədər maliyyə mənbəyi qazancı olmuşdur. Lakin, aliment pulunu ödəməmişdir. 2021-ci il tarixdən 2023-cü ilin 09 fevral ayı tarixinədək 3-cü qrup əlili olmuşdur. Lakin, 09 fevral 2023-cü il tarixdən hal-hazıradək 1-ci qrup əlildir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu 285 manat əmək qabiliyyətli əhali 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Hal-hazırda “İddiaçı” Ağayev.C.M 625 manat məbləğində pensiya dövlət tərəfindən hər ay ödənilir, təhlilə, analiz, iqtisadi hesablanmalar etdikdə İ-ci variantda 625-308=317 manat, İl-ci variantda 625-399=226 manat, İİİ-cü variant 625- 246=379 manat, İV-cü 625-154=471 manat təşkil edir. “İddiaçı” İddiaçı dövlət tərəfindən ödənilən pensiyasından aydın görünür ki, aliment ödədikdən sonra ona bütün hallarda əlavə yetərincə yaşayışı üçün vəsait qalmış olunur və artıq əlavə şərhlərə ehtiyyac yoxdur. Nəsimi rayon məhkəməsinin qərarı əsasında 308 manat aliment pulu ödənilməsi haqqında qərar qəbul edilmişdir. 2021-ci ildən 2023-cü il tarixinidək 3-cü qrup əlili olaraq 130 manat pensiya alırdı. “İddiaçıya” sual edir 130 manat pensiya ödəniləndə hansı hesaba yaşamışdır. Hal-hazırda isə 625 manat pensiya alır, 399 manat aliment pulunu ödəmək istəmir. Buradan aydın görünür ki, məhkəməyə əsassız iddialarla yalan müraciət etmişdir və əgər zamanında əvvəllər az pensiya alırdısa nəyə görə məhkəməyə zamanında müraciət etməmişdir ki, dolana bilmir aliment məbləği dayandırılsın. İndi isə çox pensiya aldığı halda ödənişdən yayınmaq istəyir. Ata və ananın bankdan götürdüyü kredit hesabına o və 2 az yaşlı qızları ölkə daxilindən çıxaraq qızlarının müayinə və müalicəsinə getmişlər və bu günə kimi hissə-hissə təyin olunmuş dövrlərdə müalicə alırlar, plenumun qərarına görə yetkinlik yaşına çatanadək bütün zəruri xərclər, müainə, müalicə, idman, əlavə təhsil, rəqs, ölkə daxilində və xaricində gediş gəliş biletlərinin pullarını və otel xərclərini qarşılamağı İddiaçıM tərəfindən bir başa ödənilməsi nəzərdə tutulmuşdur. “İddiaçı” bu qanunu bildiyi halda hansı səbəblərdən qeyd olunanları icra etməmişdir. Qeyd edir ki, ona qarşı Nərimanov rayonu və Masallı rayonu icra və probasiya şöbələri ögey münasibət göstəriblər qanunla ona ödəniləcək aliment pulunu cavabdeh Ağayev.C.M tələb edib ödənilməsini təmin etməmişdilər. “İddiaçı” qanunu pozmaqla bütün orqanlara yalan məlumat verməyə çalışır, özünüdə məzlum və yazıq kimi qələmə verir. Qanunla bütün hallarda aliment pulunu ödəməyə borcludur. Azərbaycan Respublikasının Prezidenti, Baş Nazir və Milli Məclis qəbul etdiyi qərarlarla heç bir vətəndaş aliment pulundan azad edilməsi haqqında imtiyaza malik deyildir. Bu haqda sərəncam qərar qəbul edilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, aliment üzrə olan borcların ödənilməsindən azad edilməsi, habelə yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 üçün aliment ödəməkdən azad edilməsi və iddiaçının pensiyasından alimentin tutulmasına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddiaya uyğun məzmunlu izahat verməklə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və etirazın məznuna oxşar izahat verdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan TSEK-in xx.xx.2023-cü il tarixə aparılan qiymətləndirməyə əsasən, İddiaçı birinci dərəcəli əlil olmaqla əmək qabiliyyətsizdir. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı proliferativ diabetik retinopatiya diaqnozu qoyulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Nərimanov rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1643/2018 saylı, xx.xx.2018cı il tarixli icra sənədinə əsasən, borclu İddiaçı xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X14'qızının və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Borclu İddiaçı xx.xx.2022ci il tarixə 11400 manat ödənilməmiş aliment borcu mövcuddur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş məktubda göstərilmişdir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1643/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu İddiaçı xx.xx.2018-ci il tarixdən başlayaraq iki uşağın saxlanılması üçün hər ay 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Cavabdeh xeyrinə ödənilməlidir, alimentin hesablanması icra sənədi xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icraatına daxil olmuş və icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov rayon İcra şöbəsi tərəfindən icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilərək Masallı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Tərəfindən xx.xx.2023-cü il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2023-cü il tarixdə iş üzrə bildiriş tərəflərə göndərilmişdir. İcra işi üzrə borclu İddiaçı könüllü icra üçün verilmiş müddətdə tələbi təmin etmədiyindən məcburi icra tədbirlərinin tədbiqi üçün əsas yaratmışdır. İcra sənədində göstərilən tələbi təmin etmək məqsədi ilə borclunun əmlak vəziyəti və gəlirlərinin öyənilməsi ilə bağlı müvafiq orqanlara sorğular göndərilmiş, borcluda tələbin yönəldilə biləcəyi pensiya alınması məlum olmuşdur. İcra işinin icrasını təmin etmək məqsədi ilə borclu İddiaçı pensiyasına yönəltmə etmək mümkün olmamışdır. Tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron sistemdə borclunun pensiya alması ilə bağlı hesablar tam deyildir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fonduna dəfələrlə məktub tərəfindən borclu İddiaçı bank hesab məlumatlarının elektron informasiya sisteminə yerləşdirilməsi barədə məktub dəfələrlə ünvanlanmış və xx.xx.2023cü il tarixdə borclu İddiaçı bank hesab məlumatlarının elektron informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq tədbirlərinin görülməsi barədə məktub Masallı rayon İcra və Probasiya şöbəsinə ünvanlanmışdır. Hazırda borclu İddiaçı bank hesab melumatlarının elektron informasiya sisteminə yerləşdirilmiş və borclu İddiaçı ümumilikdə 570 manat pensiya alır. Tərəfindən borclunun pensiyasının (ilk ay sentyabr 2023-cü il) 70 faizinə inkasso sərəncamı qoyulmuşdur. İcra işinin icrası ilə əlaqədar tərəfindən borclu İddiaçı şöbəyə dəvət olunub, xx.xx.2023-cü il tarixdə borclu çağırışa gəlmiş, ondan izahat alınmış və bildiriş verilmişdir. Bundan sonra borclu İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından ötrü təqdimat xx.xx.2023-cü il tarixdə Masallı rayon Məhkəməsinə göndərilmiş və Masallı rayon Məhkəməsinin 8(050)-293/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclunun ölkədən getmə hüququq məhdudlaşdırılmışdır. İcra sənədi icraata daxil olanadək 11400 manat aliment borcu yaranmışdır və bu barədə tələbkar Cavabdeh Güiver qızı şöbəyə ərizə ilə müraciət etmişdir. Borclunun xx.xx.2025-ci il tarixədək 13864 manat aliment borcu vardır. Bildirmək istəmişdir ki, borclu İddiaçı gözdən əlildir görmə qabiliyyəti yoxdur, icra sənədi nəzarətdə olmaqla icra hərəkətləri davam etdirilir. Məhkəmə ilk öncə iddianın aliment borcundan azad edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qeyd edilən müddəadan göründüyü kimi, aliment borcundan azad edilmənin 2 qaydası nəzərdə tutulmuşdur. Birincisi, tərəflərin razılığı, ikincisi məhkəmənin qərarı əsasında. Birinci qaydaya görə tərəflər arasında alimentin ödənilməsi barədə əvvəlcədən sazişin olması zəruridir. İkinci qaydaya görə aliment ödəyən şəxs borcu ödəməkdən azad edilməsi barədə məhkəmədə iddia qaldırmalıdır. Qanunun tələbinə görə bu halda şəxsin aliment borcunu ödəməkdən azad edilib-edilməməsi üçün qiymətləndirmə meyarları məhkəmənin səlahiyyətindədir. İddiaçının hazırkı iddiası ikinci tələbə uyğun olduğundan mübahisənin araşdırılması və hüquqi qiymət verilməsi də həmin qayda üzrə aparılmalıdır. İddiaçı aliment borcunu ödəməkdən azad olunmasını xəstəliyi ilə əlaqədar olduğunu bildirməklə iş materiallarında olan sənədlərdən onun birinci qrup əlil olmaqla əmək fəaliyyətsiz olması müəyyən edilir. Lakin qeyd edilməlidir ki, iddiaçı xəstəliyini əsas gətirərək aliment borcunun ödənilməsindən azad olunmasını tələb etsə də, o, 1-ci qrup əlillik dərəcəsi təyin edilən vaxta qədər alimenti heç bir əsas olmadan ödəməmişdir. Belə ki, Nərimanov icra şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçının xx.xx.2022ci il tarixə 11400 manat aliment borcu mövcud olmuşdur. Halbuki, həmin tarixdə o, əmək qabiliyyətli olmuşdur. Beləliklə bununla da aliment borcunun üzürlü səbəblərə görə əmələ gəlməsi kimi qiymətləndirilməsi və yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sərf ediləcək aliment borcundan iddaçının azad edilməsi qanuni və ədalətli hesab oluna bilməz. Məhkəmə qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Bir valideyndən digər valideynin xeyrinə alimentin tutulması - birgə uşaqların yetkinlik yaşına çatanadək mаddi tələbatlarının təminаtında, onların yaşamaları və hərtərəfli inkişafı üçün lazımi ehtiyaclarının qarşılanmasında hər iki valideynin iştirakının zəruriliyini əks etdirən aliment institundan ibarətdir. İddiaçının ödəmək istəmədiyi aliment borcu onun övladının saxlanması, maddi təminatının mümkün qədər normal vəziyyətdə saxlanması məqsədilə müəyyən edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən həmin aliment təyin edilərkən uşağın əvvəlki təminatının yüksək olması nəzərə alınmışdır. Alimentin tutulmasında da əsas məqsəd uşaqların maddi təminatının mümkün qədər yüksək səviyyədə saxlanılması, bununla onların hüquq və mənafelərinin qorunmasından ibarətdir. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, iddiaçının aliment borcunu ödənilməsindən azad edilməsi əsaslı hesab edilə bilməz. İddiaçının iddiasının ikinci hissəsi əmək qabiliyyətini itirdiyinə görə onun aliment öhdəliyinə xitam verilməsilə bağlıdır. Məhkəmə hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. İddiaçı aliment öhdəliyinə xitam verilməsini Ailə Məcələsinin 112-ci maddəsinə əsasən, tələb edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə aliment tutulduqdan sonra iddiaçının maddi vəziyyətində çətinliyin yaranması sübut olunmur. Əksinə, iş materiallarından müəyyən edilir ki, hazırda o, stabil gəlirə malik olmaqla 570 manat pensiya alır (Masallı rayon icra və probasiya şöbəsinin məktubu). Əgər tərəflər ailə olaraq birlikdə yaşamış olsaydılar həmin məbləğin müəyyən hissəsi uşağın saxlanılması üçün sərf olunacaqdır. Hazırda uşaq anası ilə yaşadığından onun gündəlik zəruri qida və digər ehtiyaclarını qarşılamaq eyni zamanda onun - atasının da vəzifəsi olduğundan, iddiaçının aliment ödəməkdən azad olunmasına dair dəlilləri əsaslı sayılmır. İddiaçının iddiasının dəlilləri (birinci qrup əlil olması, əmək qabiliyyətsiz olması, əlilliyə görə aldığı təqaüddən başqa gəlirinin olmaması) ilə bağlı məhkəmə qeyd edir ki, bu hallar övladı qarşısında qanunverciliklə müəyyən edilmiş öhdəliyin yerinə yetirilməsinin əsası ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddia ilə məhkəməyə müraciət edilərkən iki uşağın aliment öhdəliklərinə xitam verilməsi xahiş edilmiş, sonradan bir övladının yetkinlik yaşına çatması əsası ilə yalnız xx.xx.2009-cu il təvəllüdlü Xədicə Ağayevanın saxlanılması üçün alimentin tutulmasına xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının artıq bir uşağa görə 154 manat aliment ödəmək öhdəliyi qalmışdır. Məhkəmə eyni zamanda iddiaçının xaricdə yaşamaları səbəbindən uşaqları ilə görüşə bilməməsi və bu səbəbdən aliment öhdəliyinə xitam verilməli olması dəlillərini tamamilə əsassız hesab edir. Uşağın xaricdə yaşaması onun saxlanılması üçün aliment öhdəliklərinə xitam verilməsi üçün əsas ola bilməz. Ailə Məcəlləsinin 111.1-ci maddəsinə əsasən xarici ölkəyə daimi yaşamaq üçün gedən şəxs bu Məcəllənin 94, 97 və 98-ci maddələrinə uyğun olaraq qanunla saxlamağa borclu olduğu ailə üzvləri ilə aliment ödənilməsi barədə saziş bağlaya bilər. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda maraqlı şəxslər məhkəməyə müraciət edərək aliment miqdarını sabit pul məbləğində müəyyən etməklə, onun birdəfəlik üsul ilə ödənilməsini və ya alimentin əvəzinə müəyyən əmlak verilməsini, yaxud alimentin sair üsulla ödənilməsini tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment borcundan və öhdəliyindən azad edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilən şəxs kateqoriyasına aid edildiyindən, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment borcundan və aliment öhdəliyindən azad edilmə tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə məsrəfləri Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2797/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2797/2025
19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver