Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2878/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ASC ilə X2 arasında bağlanmış 25 iyul 2017-ci il tarixli, AL-1547 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 müvəqqəti sahiblik və istifadəsinə İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA543858 ban, 0346 mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. 24 iyul 2018-ci il tarixdə Cavabdeh ilə 1574 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 25 iyul 2017-ci il tarixli AL-1547 saylı “Daxili Lizinq müqaviləsi” üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilmədiyinə görə İddiaçı ASC “müqavilənin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(006)-543/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilərək “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi və cavabdeh X3 ümumilikdə 2235,61 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X7 tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı AR X7 tərəfindən təqdim edilmiş protokolların surəti və DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Məhkəmə prosesi dövründə məlum olmuşdur ki, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində Daxili İşlər Nazirliyi X10 İdarəsi tərəfindən yazılmış cərimələrdən əlavə Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış cərimələr də mövcuddur. BNA tərəfindən yazılmış cərimələr müəyyən olunduqdan sonra həmin cərimələrə görə İddiaçı ASC ümumilikdə 738 manat məbləğində ödəniş etmişdir. Həmin cərimələr tərəflərindən ödənildiyi üçün onların da məbləğinin cavabdehdən tələb olunması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh 651 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh DİN X7 İdarəsi tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə İddiaçı ASC tərəfindən ödənilmiş 651 manat və BNA tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə 738 manat, ümumilikdə 1389 manat məbləğində pulun və ödənilmiş 36,69 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinov iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmiş, lakin bildirmişdir ki, hazırda borcu tamamilə ödəməyə imkanı yoxdur. Buna görə də hissə-hissə ödəməyə şərait yaradılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X2 arasında bağlanmış 25 iyul 2017-ci il tarixli, AL-1547 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq şirkəti lizinq obyektini lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Alqı-satqı müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 10000 (on min) manat təşkil edir. İş materiallarında olan X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1574 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, Cavabdeh 25 iyul 2017-ci il tarixli, AL-1547 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(006)-543/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə bağlanmış 25 iyul 2017-ci il tarixli, AL-1547 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 949,4 manat əsas, 92,21 manat gecikdirilmiş mükafat, 90 manat dəbbə pulu, 1074 manat dəymiş zərər və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat, cəmi 2235,61 manat məbləğində pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC tərəfindən avtomobilin Cavabdeh sahibliyində olduğu dövrdə ona yazılmış cərimələrə görə Baş X7 İdarəsinin hesabına 651 manat pul köçürülmüşdür. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı ASC tərəfindən Bakı Nəqliyyat Agentliyinin hesabına Cavabdeh cərimələrinə görə cəmi 738 manat pul köçürülmüşdür. Əsaslandırıcı hissə: Beləliklə, işin materialları ilə müəyyən olundu ki, X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1574 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh 25 iyul 2017-ci il tarixli, AL-1547 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş, xx.xx.2017-ci il tarixli daxili lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə Cavabdeh “Daewoo Gentra” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalara yol vermiş və bununla əlaqədar inzibati qaydada cərimələnmişdir. İddiaçı ASC tərəfindən inzibati xəta protokolları ilə əlaqədar ümümilikdə 1389 manat məbləğində pul ödənilmişdir. Hazırda İddiaçı ASC cavabdeh Quliyev X4 əvəzində ödədiyi cərimə məbləğinin ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi İddiaçı ASC Cavabdeh əvəzindən cərimə və inzibati xəta protokolları ilə əlaqədar ödədiyi 1389 manat pul məbləğinin cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh DİN X7 İdarəsi tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə 651 (altı yüz əlli bir) manat və BNA tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə 738 (yeddi yüz otuz səkkiz) manat, ümumilikdə 1389 (bir min üç yüz səksən doqquz) manat məbləğində pul və ödənilmiş 36,69 (otuz altı manat, altmış doqquz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-in 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh DİN X7 İdarəsi tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə 651 (altı yüz əlli bir) manat və BNA tərəfindən yazılmış inzibati xəta haqqında protokollara görə 738 (yeddi yüz otuz səkkiz) manat, ümumilikdə 1389 (bir min üç yüz səksən doqquz) manat məbləğində pul və ödənilmiş 36,69 (otuz altı manat, altmış doqquz qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-2878/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2878/2022
22.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver