Məhkəmə qərarları › İş №e-2(006)-2914/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2914/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2914/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Dolab (yataq otağında) – 1 ədəd, 2. Taxt – 1 ədəd, 3. Dolabça – 2 ədəd, 4. Siyirtmə-güzgü – 1 ədəd, 5. Masa – 1 ədəd, 6. Miz – 6 ədəd, 7. Jurnal masası – 1 ədəd, 8. Künc divanı – 1 ədəd, 9. Dəhliz dolabı – 1 ədəd, 10. Mətbəx mebeli – 3m, 11. Mətbəx masası - 1 ədəd, 12. Mətbəx mizi – 4 ədəd, 13. Pərdə günlük – 1 ədəd, 14. Pərdə dekorativ – 1 ədəd, 15. Pərdə tül – 2 ədəd, 16. Çilçıraq qonaq otağı üçün – 1 ədəd (6 lampalı), 17. Çilçıraq yataq otağı üçün – 1 ədəd (4 lampalı), 18. Çilçıraq mətbəx üçün – 1 ədəd (4 lampalı), 19. Elektrik sobası «Requlyar» – 1 ədəd, 20. Qaz plitəsi (masaüstü) – 1 ədəd, 21. Aspirator kömürlü – 1 ədəd, 22. Elektrik ətçəkən maşın «Eurolux» – 1 ədəd, 23. Mikser «Eurolux» – 1 ədəd, 24. Çaydan 4 litrlik – 1 ədəd, 25. Çaydan 2 litrlik – 1 ədəd, 26. Dəm çaydanı – 1 ədəd, 27. Desert bıçağı – 12 ədəd, 28. Desert çəngəli – 12 ədəd, 29. Çəngəl xörək – 12 ədəd, 30. Qaşıq xörək – 12 ədəd, 31. Qaşıq çay – 12 ədəd, 32. Qaşıq bulud – 4 ədəd, 33. Stəkan (büllur) – 12 ədəd. 34. Nəlbəki – 12 ədəd, 35. Stəkan armudu – 6 ədəd, 36. Nəlbəki armudu – 6 ədəd, 37. Razetka (mürəbbə qabı) – 12 ədəd, 38. Boşqab dəsti (böyük ölçülü) – 12 ədəd, 39. Boşqab dəsti (orta ölçülü) – 12 ədəd, 40. Boşqab dəsti (kiçik ölçülü) – 12 ədəd, 41. Boşqab-bulud (böyük ölçülü) – 2 ədəd, 42. Boşqab bulud (orta ölçülü) – 2 ədəd, 43. Duz-istiot qabı (nəməkdan) – 1 ədəd, 44. Piyalə kiçik – 12 ədəd, 45. Çərəz qabı (üç gözlü) – 1 ədəd, 46. Şirniyyat qabı ağ rəngdə - 2 ədəd, 47. Şirniyyat qabı qızılı rəngdə - 1 ədəd, 48. Tava dəsti keramikadan boz rəngdə - 3 ədəd (böyük, orta, kiçik ölçülü), 49. Balıq tavası iki tərəfli qara rəngdə - 1 ədəd, 50. Məcməyi dəsti (gümüşü) – 2 ədəd, 51. Məcməyi dəsti (qulplu) – 2 ədəd, 52. Qozçəkən – 1 ədəd, 53. Kartof əzən – 1 ədəd, 54. Kartof doğrayan – 1 ədəd,

55. Taxta (çörək, meyvə-tərəvəz doğramaq üçün) – 2 ədəd, 56. Mətbəx fırçası – 1 ədəd,

57. Çömçə - 1 ədəd, 58. Kartof çevirən – 1 ədəd, 59. Rezin başlıqlı əl mikseri – 1 ədəd,

60. Keks qabı – 3 ədəd, 61. Şüşə qablar – 2 ədəd, 62. Plastik qab (qırmızı rəngdə) – 1 ədəd, 63. Qazan (minalanmış) 7 lt-lik – 1 ədəd, 64. Qazan (minalanmış, sarı güllü) 5 lt-lik – 1 ədəd, 65. Qazan alüminium – 2 ədəd, 66. Tabaq (minalanmış, xəmir yoğurmaq üçün) – 1ədəd, 67. Yorğan (ədyal) – 3 ədəd, 68. Yorğan (ədyal) uşaq üçün – 3 ədəd, 69. Taxt örtüyü yastıq üzləri ilə - 1 ədəd örtük, 2 ədəd yastıq üzü, 70. Taxt döşəyi (yun, iki nəfərlik) – 1 ədəd, 71. Yorğan (yun, iki nəfərlik) – 1 ədəd, 72. Yorğan (sintepon) – 1 ədəd, 73. Yastıq (70x70) – 4 ədəd, 74. Yataq dəsti uşaq üçün (mələfə, çexol, yastıq üzü) – 2 dəst,

75. Yataq dəsti iki nəfərlik (mələfə, çexol, yastıq üzü) – 3 dəst, 76. Yataq dəsti təknəfərlik (mələfə, çexol, yastıq üzü) – 2 dəst, 77. Hamam dəsmalı – 6 ədəd. 78. Əl-üz dəsmalı – 12 ədəd, 79. Çay dəsmalı – 12 ədəd, 80. Uşaq ləyəni göy rəngdə - 1 ədəd, 81. Vedrə (qırmızı rəngdə. Plastik) – 1 ədəd, 82. Birəlli (fincan) – 1 ədəd, 84. Ariston – 1 ədəd, 85. Güzgü hamam otağı üçün – 1 ədəd, 86. Əl-üz yumaq üçün çanaq (rakovina) – 1 ədəd (cehiz əşyaları), 87. Toy diski – 5 ədəd, 88. Uşağın anketi (tibbi məlumatların əks olunduğu sənəd), 89. Uşağın paltarları, 90. Şəxsi paltarları və əşyalarının Cavabdeh ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək, 1. Dolab (yataq otağında) – 1 ədəd, 2. Taxt – 1 ədəd, 3. Dolabça – 2 ədəd, 4. Siyirtmə-güzgü – 1 ədəd, 5. Masa – 1 ədəd, 6. Miz – 6 ədəd, 7. Jurnal masası – 1 ədəd, 8. Künc divanı – 1 ədəd, 9. Dəhliz dolabı – 1 ədəd, 10. Mətbəx mebeli – 3m, 11. Mətbəx masası – 1 ədəd, 12. Mətbəx mizi – 4 ədəd, 13. Pərdə günlük – 1 ədəd, 14. Pərdə dekor – 1 ədəd, 15. Pərdə tül – 2 ədəd, 16. Çilçıraq qonaq otağı üçün – 1 ədəd (6 lampalı), 17. Çilçıraq yataq otağı üçün – 1 ədəd (4 lampalı), 18. Çilçıraq mətbəx üçün – 1 ədəd (4 lampalı), 19. Elektrik sobası «Requlyar» – 1 ədəd, 20. Qaz plitəsi (masaüstü) – 1 ədəd, 21. Aspirator kömürlü – 1 ədəd, 22. Elektrik ətçəkən maşın «Eurolux» – 1 ədəd, 23. Mikser «Eurolux» – 1 ədəd, 24. Çaydan 4 litrlik – 1 ədəd, 25. Çaydan 2 litrlik – 1 ədəd, 26. Dəm çaydanı – 1 ədəd, 27. Desert bıçağı – 12 ədəd, 28. Deseer çəngəli – 12 ədəd, 29. Çəngəl xörək – 12 ədəd, 30. Qaşıq xörək – 12 ədəd, 31. Qaşıq çay – 12 ədəd, 32. Qaşıq bulud – 4 ədəd, 33. Stəkan (büllur) – 12 ədəd. 34. Nəlbəki – 12 ədəd, 35. Stəkan armudu – 6 ədəd, 36. Nəlbəki armudu – 6 ədəd, 37. Razetka (mürəbbə qabı) – 12 ədəd, 38. Boşqab dəsti (böyük ölçülü) – 12 ədəd, 39. Boşqab dəsti (orta ölçülü) – 12 ədəd, 40. Boşqab dəsti (kiçik ölçülü) – 12 ədəd, 41. Boşqab-bulud (böyük ölçülü) – 2 ədəd, 42. Boşqab bulud (orta ölçülü) – 2 ədəd,

43. Duz-istiot qabı – 1 ədəd, 44. Piyalə kiçik – 12 ədəd, 45. Çərəzqabı (üç gözlü) – 1 ədəd, 46. Şirniyyat qabı ağ rəngdə - 2 ədəd, 47. Şirniyyat qabı qızılı rəngdə - 1 ədəd, 48. Tava dəsti keramikadan boz rəngdə - 3 ədəd (böyük, orta, kiçik ölçülü), 49. Balıq tavası iki tərəfli qara rəngdə - 1 ədəd, 50. Məcməyi dəsti (gümüşü) – 2 ədəd, 51. Məcməyi dəsti (qulplu) – 2 ədəd, 52. Qozçəkən – 1 ədəd, 53. Kartof əzən – 1 ədəd, 54. Kartof doğrayan – 1 ədəd, 55. Taxta (çörək, meyvə-tərəvəz doğramaq üçün) – 2 ədəd, 56. Mətbəx fırçası – 1 ədəd, 57. Çömçə - 1 ədəd, 58. Kartof çevirən – 1 ədəd, 59. Rezin bvaşlıqlı əl mikseri – 1 ədəd, 60. Keks qabı – 3 ədəd, 61. Şüşə qablar – 2 ədəd, 62. Plastik qab (qırmızı rəngdə) – 1 ədəd, 63. Qazan (minalanmış) 7 lt-lik – 1 ədəd, 64. Qazan (minalanmış, sarı güllü) 5 ltlik – 1 ədəd, 65. Qazan alüminium – 2 ədəd, 66. Tabaq (minalanmış, xəmir yoğurmaq üçün) – 1ədəd, 67. Yorğan (ədyal) – 3 ədəd, 68. Yorğan (ədyal) uşaq üçün – 3 ədəd, 69. Taxt örtüyü yastıq üzləri ilə - 1 ədəd örtük, 2 ədəd yastıq üzü, 70. Taxt döşəyi (yun, iki nəfərlik) – 1 ədəd, 71. Yorğan (yun, iki nəfərlik) – 1 ədəd, 72. Yorğan (sintepon) – 1 ədəd,

73. Yastıq (70x70) – 4 ədəd, 74. Yataq dəsti uşaq üçün (mələfə, çexol, yastıq üzü) – 2 dəst, 75. Yataq dəsti iki nəfərlik (mələfə, çexol, yastıq üzü) – 3 dəst, 76. Yataq dəsti təknəfərlik (mələfə, çexol, yastıq üzü) – 2 dəst, 77. Hamam dəsmalı – 6 ədəd. 78. Əl-üz dəsmalı – 12 ədəd, 79. Çay dəsmalı – 12 ədəd, 80. Uşaq ləyəni göy rəngdə - 1 ədəd, 81. Vedrə (qırmızı rəngdə. Plastik) – 1 ədəd, 82. Birəlli (fincan) – 1 ədəd, 83. Süfrə (skater) – 3 ədəd, 84. Ariston – 1 ədəd, 85. Güzgü hamam otağı üçün – 1 ədəd, 86. Əl-üz yumaq üçün çanaq (rakovina) – 1 ədəd (cehiz əşyaları), 87. Toy diski – 5 ədəd, 88. Uşağın anketi (tibbi məlumatları əks etdirən sənəd), 89. Uşağın paltarları, 90. Şəxsi paltarları və əşyalarının Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X4 arasında 15 yanvar 2016-cı il tarixdə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Xolmili kənd inzibati ərazi dairəsində 01 saylı akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Tərəflərin birgə nikahdan doğulmuş 08 avqust 2018-ci il təvəllüdlü X6 adlı bir övladları var. İddiaçı cehiz əşyalarını qayınatası Cavabdeh mülkiyyətçisi olduğu, iddiaçının gəlin kimi köçürüldüyü və iddiaçı ilə ərinin ərarvad qismində birgə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi bina 9A, 70 nömrəli mənzilə aparmışdır. X4 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı Şəhid olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 sentyabr 2023-cü il tarixli arayışına əsasən mayor X4 «Şəhid», onun ailəsi isə «Şəhid ailəsi» hesab edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh mülkiyyətçisi olduğu Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi bina 9A, 70 nömrəli mənzilə cehiz apardığı əşyaların və həmin evdə qalmış uşağına və özünə aid olan paltarların və şəxsi əşyaların ona geri qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh həmin əşyaları qaytarmaqdan imtina etmişdir. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə təsdiq edilir ki, iddiaçıya, valideynləri tərəfindən cehiz əşyası kimi verilmiş və ona məxsus, iddia ərizəsində sadalanan əşyalar, həmçinin toy diski (5 ədəd), uşağın anketi, uşağın paltarları, eləcə də iddiaçının paltarları və şəxsi əşyaları cavabdehə məxsus olan sözügedən ünvanda qalır. İddia tələbi ilə bağlı Cavabdeh məcburi mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir. Lakin cavabdeh təklif məktubunu alsa da, təklifə heç bir cavab verməmişdir. Bundan sonra cavabdeh Əkbərov X2 Şurasının mediatoru tərəfindən ilkin mediasiya sessiyasında iştirak etmək üçün əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, mübahisələndirilən əşyalar arasında aristonu, hamam üçün güzgünü və əl-üz yumaq üçün çanağı oğlu almışdır. Bu səbəbdən həmin bu 3 əşya geri qaytarılmamalıdır. Həmçinin hesab edir ki, oğluna şəhid guşəsi tərtib etmişlər, bunun üçün isə bəzi əşyalardan istifadə olunub, əgər iddiaçı özünə aid olan həmin əşyalarını götürsə, həmin guşənin aqibəti necə olacaq. Həmçinin toy diskləri onlarda olduğu kimi elə iddiaçının da valideynlərinin evində vardır. Hazırda özləri də toy disklərini axtarsalar da, tapa bilməmişlər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materialları: Fotoşəkillərdən edilmiş surətlərdən mənzil və mənzilin fərqli otaqlarında olan əşyalar görünür. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları – X1 və X5 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 70 nömrəli mənzilə baxış keçirilmiş, tərəflərin qarşılıqlı razılığı ilə qab-qacaqlardan başqa bütün əşyalar sayılmış, fotəşəkilləri çəkilmişdir. Lakin, həmin mənzildə toy diskləri aşkar edilməmişdir. Əşyalar saxlanc üçün Cavabdeh verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-14/2-7xx-xx/2023 nömrəli arayışından görünür ki, X4 “şəhid”, onun ailəsi isə “şəhid ailəsi” hesab edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, iddiaçı cavabdehin oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, cavabdehin yaşadığı mənzilə gəlin gəlmiş, özü ilə cehiz əşyaları gətirmiş, həmin mənzildə yaşadığı dövrdə iddiaçının bir övladı doğulmuş, təəssüf ki, iddiaçının həyat yoldaşı şəhid olmuşdur. Bundan sonra, iddiaçı cavabdehə ona məxsus cehiz əşyalarını, övladına və özünə məxsus sair əşyaları götürmək istədiyini bildirmiş, lakin buna nail ola bilməmişdir. Hazırda sadalanan 89 adda əşyadan bəziləri (uşağın anketi, toy diskləri) istisna olmaqla qalan əşyalar cavabdehin yaşadığı mənzildə yerləşir və maddi hüquq normalarının tələbləri baxımından həmin əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, 1. Dolab (yataq otağında) – 1 ədəd, 2. Taxt – 1 ədəd, 3. Dolabça – 2 ədəd, 4. Siyirtmə-güzgü – 1 ədəd, 5. Masa – 1 ədəd, 6. Miz – 6 ədəd, 7. Jurnal masası – 1 ədəd, 8. Künc divanı – 1 ədəd, 9. Dəhliz dolabı – 1 ədəd, 10. Mətbəx mebeli – 3m, 11. Mətbəx masası – 1 ədəd, 12. Mətbəx mizi – 4 ədəd, 13. Pərdə günlük – 1 ədəd, 14. Pərdə dekor – 1 ədəd, 15. Pərdə tül – 2 ədəd, 16. Çilçıraq qonaq otağı üçün – 1 ədəd (6 lampalı), 17. Çilçıraq yataq otağı üçün – 1 ədəd (4 lampalı), 18. Çilçıraq mətbəx üçün – 1 ədəd (4 lampalı), 19. Elektrik sobası «Requlyar» – 1 ədəd, 20. Qaz plitəsi (masaüstü) – 1 ədəd, 21. Aspirator kömürlü – 1 ədəd, 22. Elektrik ətçəkən maşın «Eurolux» – 1 ədəd, 23. Mikser «Eurolux» – 1 ədəd, 24. Çaydan 4 litrlik – 1 ədəd,

25. Çaydan 2 litrlik – 1 ədəd, 26. Dəm çaydanı – 1 ədəd, 27. Desert bıçağı – 12 ədəd, 28. Deseer çəngəli – 12 ədəd, 29. Çəngəl xörək – 12 ədəd, 30. Qaşıq xörək – 12 ədəd, 31. Qaşıq çay – 12 ədəd, 32. Qaşıq bulud – 4 ədəd, 33. Stəkan (büllur) – 12 ədəd. 34. Nəlbəki – 12 ədəd, 35. Stəkan armudu – 6 ədəd, 36. Nəlbəki armudu – 6 ədəd, 37. Razetka (mürəbbə qabı) – 12 ədəd, 38. Boşqab dəsti (böyük ölçülü) – 12 ədəd, 39. Boşqab dəsti (orta ölçülü) – 12 ədəd, 40. Boşqab dəsti (kiçik ölçülü) – 12 ədəd, 41. Boşqab-bulud (böyük ölçülü) – 2 ədəd, 42. Boşqab bulud (orta ölçülü) – 2 ədəd, 43. Duz-istiot qabı – 1 ədəd, 44. Piyalə kiçik – 12 ədəd, 45. Çərəzqabı (üç gözlü) – 1 ədəd, 46. Şirniyyat qabı ağ rəngdə - 2 ədəd, 47. Şirniyyat qabı qızılı rəngdə - 1 ədəd, 48. Tava dəsti keramikadan boz rəngdə - 3 ədəd (böyük, orta, kiçik ölçülü), 49. Balıq tavası iki tərəfli qara rəngdə - 1 ədəd,

50. Məcməyi dəsti (gümüşü) – 2 ədəd, 51. Məcməyi dəsti (qulplu) – 2 ədəd, 52. Qozçəkən – 1 ədəd, 53. Kartof əzən – 1 ədəd, 54. Kartof doğrayan – 1 ədəd, 55. Taxta (çörək, meyvə-tərəvəz doğramaq üçün) – 2 ədəd, 56. Mətbəx fırçası – 1 ədəd, 57. Çömçə - 1 ədəd, 58. Kartof çevirən – 1 ədəd, 59. Rezin bvaşlıqlı əl mikseri – 1 ədəd, 60. Keks qabı – 3 ədəd, 61. Şüşə qablar – 2 ədəd, 62. Plastik qab (qırmızı rəngdə) – 1 ədəd, 63. Qazan (minalanmış) 7 lt-lik – 1 ədəd, 64. Qazan (minalanmış, sarı güllü) 5 ltlik – 1 ədəd, 65. Qazan alüminium – 2 ədəd, 66. Tabaq (minalanmış, xəmir yoğurmaq üçün) – 1ədəd, 67. Yorğan (ədyal) – 3 ədəd, 68. Yorğan (ədyal) uşaq üçün – 3 ədəd, 69. Taxt örtüyü yastıq üzləri ilə - 1 ədəd örtük, 2 ədəd yastıq üzü, 70. Taxt döşəyi (yun, iki nəfərlik) – 1 ədəd, 71. Yorğan (yun, iki nəfərlik) – 1 ədəd, 72. Yorğan (sintepon) – 1 ədəd, 73. Yastıq (70x70) – 4 ədəd, 74. Yataq dəsti uşaq üçün (mələfə, çexol, yastıq üzü) – 2 dəst, 75. Yataq dəsti iki nəfərlik (mələfə, çexol, yastıq üzü) – 3 dəst, 76. Yataq dəsti təknəfərlik (mələfə, çexol, yastıq üzü) – 2 dəst, 77. Hamam dəsmalı – 6 ədəd. 78. Əl-üz dəsmalı – 12 ədəd, 79. Çay dəsmalı – 12 ədəd, 80. Uşaq ləyəni göy rəngdə - 1 ədəd, 81. Vedrə (qırmızı rəngdə. Plastik) – 1 ədəd, 82. Birəlli (fincan) – 1 ədəd, 83. Süfrə (skater) – 3 ədəd, 89. Uşağın paltarları, 90. şəxsi paltarlar və əşyaları Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia – siyahıda 83 nömrəsi ilə göstərilən 1 ədəd Ariston, 84 nömrəsi ilə göstərilən 1 ədəd hamam otağı üçün güzgü, 85 nömrəsi ilə göstərilən əl-üz yumaq üçün çanaq (rakovina), 86 nömrəsi ilə göstərilən toyun audiovizual görüntüləri olan 5 ədəd CD/DVD tipli daşıyıcı, 87 nömrəsi ilə göstərilən uşağın anketinin qaytarılması hissəsində rədd edilməlidir.Belə ki, qeyd edilən əşyalardan 1 ədəd Ariston markalı su qızdırıcı, əl-üz yumaq üçün çanaq, hamam otağı üçün güzgünün iddiaçının cehiz əşyalarına aid olmasını cavabdeh mübahisələndirmiş, lakin iddiaçı həmin əşyaların cehiz əmlaka daxil olmasını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.Məhkəmə qeyd edilən əşyaların daha çox mənzildə mövcud olan əşyalar kimi qəbul edir və milli adətlərdə belə əşyaların cehiz olaraq verilməsi nadi rast gəlinən hal olduğundan, bunun əksini təsdiq edəcək mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Həmçinin uşağın anketi (tibbi sənədləri) də cavabdehdən tələb edilən əşya hesab edilə bilməz. Belə ki, uşağın təvəllüdü nəzərə alınmaqla onun tibbi sənədləri müvafiq tibb xidməti göstərən müəssisələrdən təkrarən əldə edilə bilər. İddiaçının mərhum əri ilə toy mərasimlərinin qeydə alındığı disklərə gəldikdə isə qəbul edilmiş adətlərə əsasən həmin disklər oğlan evində olduğu kimi, həmçinin qız evində də olur. Hazırda isə həmin toy disklərinin tapılmaması cavabdehin iradəsindən asılı olan hal deyil, bu baxımdan bu hissədə də iddia cavabdehə qarşı təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin.

1. Dolab (yataq otağında) – 1 ədəd, 2. Taxt – 1 ədəd, 3. Dolabça – 2 ədəd, 4. Siyirtmə-güzgü – 1 ədəd, 5. Masa – 1 ədəd, 6. Miz – 6 ədəd, 7. Jurnal masası – 1 ədəd, 8. Künc divanı – 1 ədəd, 9. Dəhliz dolabı – 1 ədəd, 10. Mətbəx mebeli – 3m, 11. Mətbəx masası – 1 ədəd, 12. Mətbəx mizi – 4 ədəd, 13. Pərdə günlük – 1 ədəd, 14. Pərdə dekor – 1 ədəd, 15. Pərdə tül – 2 ədəd, 16. Çilçıraq qonaq otağı üçün – 1 ədəd (6 lampalı), 17. Çilçıraq yataq otağı üçün – 1 ədəd (4 lampalı), 18. Çilçıraq mətbəx üçün – 1 ədəd (4 lampalı), 19. Elektrik sobası «Requlyar» – 1 ədəd, 20. Qaz plitəsi (masaüstü) – 1 ədəd,

21. Aspirator kömürlü – 1 ədəd, 22. Elektrik ətçəkən maşın «Eurolux» – 1 ədəd, 23. Mikser «Eurolux» – 1 ədəd, 24. Çaydan 4 litrlik – 1 ədəd, 25. Çaydan 2 litrlik – 1 ədəd, 26. Dəm çaydanı – 1 ədəd, 27. Desert bıçağı – 12 ədəd, 28. Deseer çəngəli – 12 ədəd, 29. Çəngəl xörək – 12 ədəd, 30. Qaşıq xörək – 12 ədəd, 31. Qaşıq çay – 12 ədəd, 32. Qaşıq bulud – 4 ədəd, 33. Stəkan (büllur) – 12 ədəd. 34. Nəlbəki – 12 ədəd, 35. Stəkan armudu – 6 ədəd, 36. Nəlbəki armudu – 6 ədəd, 37. Razetka (mürəbbə qabı) – 12 ədəd, 38. Boşqab dəsti (böyük ölçülü) – 12 ədəd, 39. Boşqab dəsti (orta ölçülü) – 12 ədəd, 40. Boşqab dəsti (kiçik ölçülü) – 12 ədəd, 41. Boşqab-bulud (böyük ölçülü) – 2 ədəd, 42. Boşqab bulud (orta ölçülü) – 2 ədəd, 43. Duz-istiot qabı – 1 ədəd, 44. Piyalə kiçik – 12 ədəd, 45. Çərəzqabı (üç gözlü) – 1 ədəd, 46. Şirniyyat qabı ağ rəngdə - 2 ədəd, 47. Şirniyyat qabı qızılı rəngdə - 1 ədəd, 48. Tava dəsti keramikadan boz rəngdə - 3 ədəd (böyük, orta, kiçik ölçülü), 49. Balıq tavası iki tərəfli qara rəngdə - 1 ədəd, 50. Məcməyi dəsti (gümüşü) – 2 ədəd, 51. Məcməyi dəsti (qulplu) – 2 ədəd, 52. Qozçəkən – 1 ədəd, 53. Kartof əzən – 1 ədəd, 54. Kartof doğrayan – 1 ədəd, 55. Taxta (çörək, meyvə-tərəvəz doğramaq üçün) – 2 ədəd, 56. Mətbəx fırçası – 1 ədəd, 57. Çömçə - 1 ədəd, 58. Kartof çevirən – 1 ədəd, 59. Rezin bvaşlıqlı əl mikseri – 1 ədəd, 60. Keks qabı – 3 ədəd, 61. Şüşə qablar – 2 ədəd, 62. Plastik qab (qırmızı rəngdə) – 1 ədəd, 63. Qazan (minalanmış) 7 lt-lik – 1 ədəd, 64. Qazan (minalanmış, sarı güllü) 5 ltlik – 1 ədəd, 65. Qazan alüminium – 2 ədəd, 66. Tabaq (minalanmış, xəmir yoğurmaq üçün) – 1ədəd, 67. Yorğan (ədyal) – 3 ədəd, 68. Yorğan (ədyal) uşaq üçün – 3 ədəd, 69. Taxt örtüyü yastıq üzləri ilə - 1 ədəd örtük, 2 ədəd yastıq üzü, 70. Taxt döşəyi (yun, iki nəfərlik) – 1 ədəd, 71. Yorğan (yun, iki nəfərlik) – 1 ədəd, 72. Yorğan (sintepon) – 1 ədəd, 73. Yastıq (70x70) – 4 ədəd, 74. Yataq dəsti uşaq üçün (mələfə, çexol, yastıq üzü) – 2 dəst, 75. Yataq dəsti iki nəfərlik (mələfə, çexol, yastıq üzü) – 3 dəst, 76. Yataq dəsti təknəfərlik (mələfə, çexol, yastıq üzü) – 2 dəst,

77. Hamam dəsmalı – 6 ədəd. 78. Əl-üz dəsmalı – 12 ədəd, 79. Çay dəsmalı – 12 ədəd,

80. Uşaq ləyəni göy rəngdə - 1 ədəd, 81. Vedrə (qırmızı rəngdə. Plastik) – 1 ədəd, 82. Birəlli (fincan) – 1 ədəd, 83. Süfrə (skater) – 3 ədəd, 89. Uşağın paltarları, 90. şəxsi paltarlar və əşyaları Cavabdeh alınaraq İddiaçı verilsin. İddia – siyahıda 84 nömrəsi ilə göstərilən 1 ədəd Ariston markalı suqızdırıcı, 85 nömrəsi ilə göstərilən 1 ədəd hamam otağı üçün güzgü, 86 nömrəsi ilə göstərilən əl-üz yumaq üçün çanaq, 87 nömrəsi ilə göstərilən audiovizual görüntüləri olan 5 ədəd CD/DVD tipli daşıyıcı, 88 nömrəsi ilə göstərilən uşağın anketinin qaytarılması hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar