Məhkəmə qərarları › İş №e-2(006)-3001/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3001/2022

16.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3001/2022 16.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşağa görə əlavə xərclərdə iştirak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “uşağa görə əlavə xərclərdə iştirak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında nikaha 05 iyul 2021-ci il tarixində xitam verilmişdir. Tərəflərin birgə nikahından doğulan X7 T.İsmayılov adına 6 №liməktəb-lisey arasında bağlanmış «X1 təhsil (PYP) proqramının tədrisinə dair» B21/144 №-li, 10 sentyabr 2021-ci il tarixli müqavilə əsasında T.İsmayılov adına 6 №-liməktəbliseydə 4-cü sinifdə təhsil alır. Həmin təhsillə bağlı xərc 8000 manatdır. Birgə nikah dövründə cavabdeh bu xərcləri ödəsə də, hazırda bunu ödəməkdən yayınır. İddiaçının qeyd edilən xərcləri təkbaşına ödəməyə maddi imkanı çatmır. Göstərilənlərə əsasən, cavabdelə ümumi övladları olan X5 T.İsmayılov adına 6 №-li məktəb-liseyi bitirənədək hər il üçün tələb edilən illik təhsil xərcinin yarısını təşkil edən 4000 manat məbləğinin hər il cavabdehdən tutularaq ona ödənilməsinə, habelə hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 110 manat, dövlət rüsumuna görə 30 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı olan iddia tələbini tam həcmdə qəbul edir.

5. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə:

8. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 sentyabr 2021-ci il tarixində verilmiş AZ-İ №398769 saylı nikahın pozulması haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 nikahı Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 05 iyul 2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin sentyabr ayının 07 günündə 275 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Qəribova soyadı verilmişdir.

9. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş AZ-İİİ № 003802 saylı doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 28 sentyabr 2012-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

10. İş materiallarında olan “T.İsmayılov adına 6 №-li məktəb liseyi”in direktoru X4 ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli X1 təhsil proqramının tədrisinə dair müqavilədən görünür ki, məktəb valideyinin xx.xx.2012-ci il tarixli təvəllüdlü övladını X1 Təhsil Programı üzrə İV sinif ingilis bölməsinə qəbul edərək müvafiq təhsil verməyi, valideyn isə bu müqavilə ilə müəyyən edilmiş təhsillə bağlı nəzərdə tutulan təhsil haqqını məktəbə ödəməyi öhdəsinə götürmüşdür. Valideyn şagirdə program üzrə təhsilin verilməsi üçün məktəbə müqavilədə nəzərdə tutulan müddət üçün 8000 manat təhsil haqqı ödəməyi öhdəsinə götürür.

11. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, X6 təhsil haqqı üçün ödənişlər etmişdir.

12. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/1- 0187 nömrəli, 11 aprel 2022-ci il tarixli arayışından görünür ki, Umudov X2 Könül Əlif qızı tərəfindən təsvir edildiyi kimi ailə mübahisəsi üzrə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflərin nikahları 05 iyul 2021-ci il tarixində pozulmuşdur. Hal-hazırda uşaq ananın himayəsindədir. Tərəflərin birgə nikahından doğulan X7 T.İsmayılov adına 6 №-liməktəb-lisey arasında bağlanmış «X1 təhsil (PYP) proqramının tədrisinə dair» B21/144 №-li, 10 sentyabr 2021-ci il tarixli müqavilə əsasında T.İsmayılov adına 6 №-liməktəb-liseydə 4-cü sinifdə təhsil alır. Həmin təhsillə bağlı xərc 8000 manatdır. İddiaçının qeyd edilən xərcləri təkbaşına ödəməyə maddi imkanı çatmır. İllik təhsil xərcinin yarısını təşkil edən 4000 manat məbləğinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29-cu maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər (maddə 29.1.). Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir (maddə 29.2.). Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar (maddə 29.4.).

16. Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

17. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

18. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

19. Məhkəmə qeyd edir ki, övladın saxlanılması valideynin borcudur. Əgər valideynlər ayrı yaşayırlarsa və onların birgə nikahlarından olan övladları bir valideynin yanında yaşayırsa digər valideyn buna görə həmin uşağın saxlanılması üçün aliment ödəməlidir. Valideyn övladının saxlanılmasında aliment öhdəliyindən əlavə bir sıra hallarda övladının saxlanılması üçün əlavə xərclərə də cəlb edilə bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

21. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

22. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

23. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbinin razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir.

24. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, cavabdehin ərizəsini, eyni zamanda xx.xx.2012-ci il təvəllüdlü X5 mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh övladı X5 təhsil üçün əlavə xərclərin ödənilməsi ilə bağlı 4000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

25. Bundan əlavə, məhkəmə iddia tələbinin cavabdehdən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 110 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması hissəsi üzrə qeyd edir ki, cavabdeh xərclərin ondan tutulmasına razı olduğundan həmin hissədə də tələb təmin edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir.

27. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 29.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 30.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh övladı X5 T.İsmayılov adına 6 saylı məktəb-litseyi bitirənədək tələb edilən illik təhsili üçün xərclərin ödənilməsi ilə bağlı 4000 (dörd min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 110 (bir yüz on) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar