Məhkəmə qərarları › İş №e-2(006)-3020/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3020/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3020/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi ilə İddiaçı X5, X6 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səmədov X1 Leyla Kənan qızı, X6 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə hazırlıq iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə hazırlıq iclasına gəlməmiş, ərizə təqdim edərək, tərəflərin barışmasını və iddiaçının öz iddiasını geri götürəcəyini nəzərə alaraq, Cavabdeh MMC-yə qarşı iddianın məhkəmə tərəfindən baxılmamış saxlanmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Leyla Babazadə və İddiaçı Cavabdeh MMC-də olmuş, Leyla Babazadənin müraciəti əsasında onun “077 332 84 07” nömrəli “M10” hesabı aktivləşdirilərək, yəni blokdan azad edilmiş, 1440 manat İddiaçı məxsus “050 247 70 00” və 2990 manat isə “055 795 50 00” nömrəli “M10” hesablarına geri qaytarılmışdır. Rübail X3rşı iddiasının olmadığını, onunla barışdığını və işə baxan məhkəməyə müraciət edərək iddiasını geri götürəcəyini bildirmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə hazırlıq iclasına gəlməmiş, X4 ərizə təqdim edərək, mülki işlə heç bir əlaqəsinin olmadığını bildirərək, onun iştirakı olmadan iclasın keçirilməsini xahiş etmiş; X6 iddiaçı olan və zərərçəkmiş hər hansı bir şəxsi tanımadığını, heç bir vətəndaşı aldatmadığını, heç bir pul məbləği ilə əlaqəsi olmadığını, haqsız yerə ittiham olunduğunu, heç kəsə qarşı dələduzluq etmədiyini, adına olan mobil nömrədən tanımadığı şəxslərin istifadə etdiyini, qarşılığında ona aylıq maaş verəcəklərini “Telegram” sosial şəbəkəsi vasitəsilə ona bildirdiklərini, hər kəs kimi o da işin rəsmi olduğunu zənn etdiyi üçün nömrəsini onlara təqdim etdiyini, ona nömrədən istifadə etməyə icazə olmadığını dediklərini, nömrədən özünün istifadə etmədiyini, bu günə kimi nəyə görə ittiham olunduğunu bilmədiyini və özünü təqsirli hesab etmədiyini bildirmiş; X5 isə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən “Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər; 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 114.1 və 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” bölməsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 68 (altmış səkkiz) manat rüsum ödənilmişdir (qəbz №: **********). Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə hazırlıq iclasına gəlmədiklərindən, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu (qəbz №: **********) İddiaçı qaytarılsın . Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar