Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3033/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Zeynalzadə Mehrı̇ ban Natı̇ q qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Zeynalzadə Mehrı̇ ban Natı̇ q qızının Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Zeynalzadə Mehrı̇ ban Natı̇ q qızı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahılarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 manat aliment və əlavə xərc olaraq 2000 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Zeynalzadə Mehrı̇ ban Natı̇ q qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment və əlavə xərc olaraq cəmi 700 manat pulun tutularaq iddiaçı Zeynalzadə Mehrı̇ ban Natı̇ q qızının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X4 Cavabdeh ilə 01 dekabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onların birgə nikahından 16 yanvar 2012-ci il təvəllüdlü X10 və 09 avqust 2017-ci il təvəllüdlü X11 adlı iki övladı doğulmuşdur. Onlar ailə həyatı qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, lakin sonradan aralarında yaranmış anlaşılmazlıqlar nəticəsində münaisbətləri pozulmuşdur. Nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4555/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X4 ilə Cavabdeh arasında 01 dekabr 2010-cu il tarixdə Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsində bağlanmış və 530 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahından anadan olan 16 yanvar 2012-ci il təvəllüdlü X10 və 09 avqust 2017-ci il təvəllüdlü X11 anaları X2 yanında saxlanılması barədə qətnamə qəbul edilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, oğlu Omar Qasımov 3 yaşından autizm sindromundan əziyyət çəkir. Autizm sindromu olan uşaqların müalicəsi olmadığından onun daimi qulluğa ehtiyyacı vardır. Belə ki, hazırda oğlu autizm sindromlu uşaqlar üçün nəzərdə tutulmuş xüsusi müalicələr alır. Bu müalicələr və özəl dərsləri müəyyən bir xərcə səbəb olur. Cavabdeh isə oğlunun səhhətinə çəkilən heç bir xərcdə iştirak etmir. İlk əvvəl onu qeyd etmək istəyir ki, Cavabdeh fərdi əmək ilə məşğuldur və kifayət qədər gəliri vardır. Lakin o, birgə nikahlarından anadan olmuş uşaqlarının qayğıları ilə maraqlanmır, onlara ata qayğısı, nəvazişi göstərmir. Uşaqların bütün öhdəlikləri onun üzərində qalır, bütün ehtiyaclarını özü qarşılayır, o cümlədən, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və buna görə maddi yardıma ehtiyacı vardır. Lakin buna baxmayaraq, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarına layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirmir. Hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Düzdür, o, bütün varlığı ilə uşaqlarının maddi və mənəvi ehtiyaclarını qarşılamağa çalışır. Lakin hazırki vəziyyətdə tək qadın olaraq, ailəni saxlamaqda və uşaqlarının maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən də, o, Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, onunla Cavabdeh rəsmi nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cavabdehin qazancından 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və əlavə xərc olaraq 2000 manat pulun tutularaq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Zeynalzadə Mehrı̇ ban Natı̇ q qızının nüməyəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etməyərək, izahatında göstərdi ki, onun iddiaçı Zeynalzadə Mehrı̇ ban Natı̇ q qızı ilə birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X11 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4555/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. O, uşaqlarının maddi tələbatlarını ödəməkdən yayınmır, odur ki, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment və əlavə xərc olaraq cəmi 700 manat məbləğində aliment ödəməyə razıdır. Əsaslandırıcı hissə: Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 826414 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 007747 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X3r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(006)-4555/2018 saylı qətnaməsi ilə, iddia ərizəsinin təmin olunması, iddiaçı X4 ilə Cavabdeh arasında 01 dekabr 2010-cu il tarixdə Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsində bağlanmış və 530 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olan 16 yanvar 2012-ci il təvəllüdlü X10 və 09 avqust 2017-ci il təvəllüdlü X11 anaları X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 06 mart 2019-cu il tarixdə verilmiş AZ-İ № 317883 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 06 mart 2019-cu il tarixində, 68 saylı nömrə ilə qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra qadına Zeynalzadə soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı 14 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/14/2024-00310 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 13:30-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh və İddiaçı iştirak etmişdirlər. İş materiallarına əlavə edilmiş “Nəfəs” Psixonevroloji Sağlamlıq Mərkəzinin “tibbi müayinədən keçmək” haqqında xx.xx.2024-cü il tarixli, 838 saylı arayışından görünür ki, X8 qarışıq davranış və emosiya pozuntusu diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, “MEDİNA” Məhdud Məsuliyyəli Cəmiyyətində psixologiya seansları üçün bir ay ərzində 330 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər arasında 01 dekabr 2010-cu il tarixdə Bakı şəhər Səbail rayon qeydiyyat şöbəsində nikah bağlanmış və 530 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından 16 yanvar 2012-ci il tarixdə X10 və 09 avqust 2017-ci il tarixdə X11 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4555/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan uşaqların 16 yanvar 2012-ci il təvəllüdlü X5 və 09 avqust 2017-ci il təvəllüdlü X6 anaları Zeynalzadə Mehrı̇ ban Natı̇ q qızının yanında qalmaları qət edilmişdir. Hazırda iddiaçı Zeynalzadə Mehrı̇ ban Natı̇ q qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 yanvar 2012-ci il təvəllüdlü X5 və 09 avqust 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün ayrılıqda 235 manat məbləğində olmaqla aliment təyin edilməsi, həmçinin 16 yanvar 2012-ci il təvəllüdlü övladları X7 autizm sindromu müəyyən edildiyindən hər ay 230 (iki yüz otuz) manat olmaqla əlavə xərclərə cəlb ediməklə, cəmi 700 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Qeyd etmək lazımdır ki, «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddia tələbinin qarışıq davranış və emosiya pozuntusu diaqnozu qoyulmuş X1 üçün əlavə xərclərin ödənilməsi hissəsində də, təmin edilməsini və əlavə xərclərə görə cavabdehdən iddiaçının xeyrinə hər ay 230 manat məbləğində pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə, mövcud qanunvericiliyin tələblərinə əsasən uşaqlar üçün yaşayış minimumunun əvvəlki illərlə müqayisədə artmasını, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 16 yanvar 2012-ci il təvəllüdlü X10 və 09 avqust 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment və 230 (iki yüz otuz) manat məbləğində maddi yardım alınaraq iddiaçı Zeynalzadə Mehrı̇ ban Natı̇ q qızına ödənilməlidir. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16 yanvar 2012-ci il təvəllüdlü X10 və 09 avqust 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment və 230 (iki yüz otuz) manat məbləğində maddi yardım tutularaq iddiaçı Zeynalzadə Mehrı̇ ban Natı̇ q qızına ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3033/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3033/2024
04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver