Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3154/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh ilə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşlar. Əvvəllər münasibətləri normal olmuş, birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il təvəllüdlü X15 dünyaya gəlmişdir. xx.xx.2017-ci il tarixdə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə verilmişdir. Lakin 2018-ci ildən ailə münasibətləri pozulmuş və iddiaçı ilə cavabdeh faktiki olaraq ayrılmışlar. Tərəflər artıq 6 ildən çoxdur ki, ayrı yaşayırlar və 6 ildir ki, tərəflərin ortaq övladı olan X4, qidalanması, təhsili ilə bağlı xərcləri Cavabdeh tərəfindən heç bir maddi dəstək almadan İddiaçı qarşılayır. Cavabdeh bu günə kimi xx.xx.2017-ci il təvəllüdlü X13 qarşı valideynlik borcunu yerinə yetirməmişdir. Lakin qlobal inflyasiya nəticəsində günü-gündən xərclərin artmasına görə azyaşlı Leyli Oruclunun saxlanması üçün cavabdehdən məhkəmə qaydasında alimentin tutulması zərurəti yaranmışdır. İddiaçının tələbi: xx.xx.2017-ci il təvəllüdlü X6 üçün yetkinlik yaşına çatana qədər hər ay 235 AZN (iki yüz otuz beş manat) sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, cavabdeh tərəfindən əvvəlki dövür üçün ödənilməmiş 3 illik alimentin qarşılığı olaraq, hər ay 235 manat olmaqla 36 ay üçün ümumilikdə 8460 AZN (səkkiz min dörd yüz altmış manat) məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 50 AZN mediasiya prosesi üçün çəkilən xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü X3 üçün yetkinlik yaşına çatana qədər hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, cavabdeh tərəfindən əvvəlki dövür üçün ödənilməmiş 3 illik alimentin qarşılığı olaraq, hər ay 235 manat olmaqla 36 ay üçün ümumilikdə 8460 AZN (səkkiz min dörd yüz altmış manat) məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 50 AZN mediasiya prosesi üçün çəkilən xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin yazılı etirazı: İddia tələbini qismən etiraf edir. Belə ki, əvvəlki dövr üçün ödənilməmiş 3 illik alimentin qarşılığı olaraq, hər ay 235 manat olmaqla 36 ay üçün ümumilikdə 8460 AZN (səkkiz min dörd yüz altmış manat) məbləğində alimentin cavabdeh qismində ondan tutularaq İddiaçı ödənilməsi tələbini qəbul etmir, tələb həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Tələbdən 50 manat mediasiya prosesi üçün çəkilən xərcin ondan tutularaq iddiaçıya ödənilməsi barədə tələbi də qəbul etmir. Bundan başqa iddia tələbi üzrə Həqiqət ilə onların faktiki nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X15 (Oruc yox) qızının saxlanması üçün yetkinlik yaşına çatana qədər hər ay 235 AZN (iki yüz otuz beş manat) sabit pul məbləğində alimentin dair hissədə iddianı qismən etiraf edirək hər ay 150 manat aliment ödəmək imkanının olmasını nəzərə alaraq qətnamə qət edilməsini istəyir. Çünki hal-hazırda Gürcüstan Respublikası vətəndaşı olan Rəfanə İsayeva ilə 09 mart 2016-cı il tarixdən rəsmi nikaha daxil olmuş, hal-hazırda da nikahdadır və Rəfanə ilə rəsmi nikahından xx.xx.2007-ci il təvəllüdlü Oruclu İsmayıl və Oruclu Cəmilə adlı iki uşaqları var və onlara da o baxır. Özü isə hal-hazırda "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 400 manatdır. Bu barədə xx.xx.2024-cü il tarixdə arayış verilmişdir. Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əsasən bütün tutulmalar nəzərə alınmaqla 50 faizdən çöx əmək haqqından tutulması qanunla qadağandır. Ona görə də iddia tələbindən əlavə onun rəsmi nikahda olan arvadı Rəfanə İsayevə ilə birgə nikahından doğulmuş və yetkinlik yaşlarına çatmamış iki azyaşlı uşağının mənafeyi də nəzərə alınmaqla aliment təyin edilməlidir. Bundan başqa o, mülkiyyətində olmuş dəyəri 55 000 manat olan ** HE *** dövlət qeydiyyat nömrə nişanlı “PORSHE CAYENN” Minik avtomobilini xx.xx.2016-cı il tarixli, 7E- 13170 nömrəli etibarnamə əsasında İddiaçı etibar etmişdir. İddiaçı həmin etibarnamə əsasənda avtomobili öz adına qeydiyyata aldıraraq xəbəri olmadan satmış, satışdan əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmədən xahişi odur ki, ** HE *** dövlət qeydiyyat nömrə nişanlı “PORSHE CAYENN" Minik avtomobili ilkin olaraq onun mülkiyyəti olduğu, İddiaçı onun etibarından sui-istifadə edərək avtomobili özgəninkiləşdirərək satıb əldə etdiyi pulu İddiaçı ilə faktiki nikahından doğulan X5 üçün müəyyən ediləcək alimentin məbləğinə hesablanması barədə qəbul ediləcək qətnamədə qeyd edilsin. İddiaçı keçmiş 3 illik dövr üçün iddia tələbinə qarşı qəti etiraz edir. Belə ki, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, onun aliment verməkdən imtina etməyini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Əksinə o, 55 000 manatlıq avtomobilini ona etibar edərək uşağın əlavə maddi ehtiyacı qarşılamışdır. İddiaçı onu şantaj etdiyi üçün 2024-cü ildə ayrılmışdır. Odur ki, məhkəmədən iddiaçi İddiaçı ona qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə etiraz və mülahizəsini nəzərə alaraq onun rəsmi nikahda olduğu Rəfanə İsayeva ilə 09 mart 2016-cı il tarixli, 218 saylı nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2009cu il təvəllüdlü X8 mənafeləri nəzərə alınmaqla faktiki nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 üçün yetkinlik yaşına çatana qədər hər ay 150 manat sabit pul məbləğində alimentin ondan tutularaq İddiaçı ödənilməsi; cavabdeh qismində onun tərəfindən əvvəlki dövr üçün ödənilməmiş 3 illik alimentin qarşılığı olaraq, hər ay 235 manat olmaqla 36 ay üçün ümumilikdə 8460 AZN (səkkiz min dörd yüz altmış manat) məbləğində alimentin tutulması barədə iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsi; 50 AZN mediasiya prosesi üçün çəkilən xərcin ondan tutulması barədə iddia tələbinin rədd edilməsi və ** HE *** dövlət qeydiyyat nömrə nişanlı “PORSHE CAYENN” Minik avtomobili ilkin olaraq onun mülkiyyəti olduğu, İddiaçı onun etibarından sui istifadə edərək avtomobili özgəninkiləşdirərək satıb əldə etdiyi pulu İddiaçı ilə faktiki nikahından doğulan X5 üçün müəyyən ediləcək alimentin məbləğinə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X9 iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək xx.xx.2017-ci il təvəllüdlü X4 üçün yetkinlik yaşına çatana qədər hər ay 150 manat sabit pul məbləğində alimentin cavabehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, İddiaçı bacısıdır. İddiaçı ilə Cavabdeh 2014-2015-ci illərdə tanış olmuşlar. Onların faktiki nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X15 doğulmuşdur. Uşaq olduqdan sonra 2018-ci ildə onlar ayrılıblar. Onlar ayrılandan sonra xx.xx.2017-ci il təvəllüdlü X15 anasının himayəsində saxlanılmışdır. Ayrıldıqdan sonra Cavabdeh uşağın saxlanılması üçün hər hansı bir maddi köməklik etmədiyindən və bacısı İddiaçı zənglərinə və sms xəbərdarlıqlarına cavab vermədiyindən (İddiaçı tərəfindən edilən zəngləri blokladığından) o özü Cavabdeh uşağa maddi köməklik göstərməsi üçün dəfələrlə whatsap sosial şəbəkəsi üzərindən müraciətlər etmişdir. Bacısı İddiaçı tərəfindən ona hər hansı etibarnamə verilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-T seriyalı 032980№-li doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin faktiki münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X15 doğulmuşdur. Ana qrafasında İddiaçı, ata qrafasında Cavabdeh qeyd edilmişdir. AZ-İ seriyalı 331289№-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü Oruclu Leylinin atası hesab edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 may 2024-cü il tarixli MŞB/16/2024-00315 nömrəli arayışa əsasən, tərəflər xx.xx.2024-cü il tarixdə saat 12.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci nağd qaydada ödəmişdir. AZ-İİ seriyalı 093639 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə İsayeva Rəfanə arasında xx.xx.2016-cı il tarixdə, bu barədə nikah haqqında akt qeydləri kitabında 218 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə «Orucov», arvada «İsayeva» soyadı verilmişdir. AZ-İİ 029969№-li doğum haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə İsayeva Rəfanənin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Oruclu İsmayıl adlı uşaqları var. AZ-İİ 348126№-li doğum haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə İsayeva Rəfanənin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü Oruclu Cəmilə adlı uşaqları var. X2 çıxarılmış xx.xx.2024-cü il tarixli iş yerinə dair arayışa əsasən Cavabdeh "xxxx" MMC-də direktor vəzifəsində işləyir, aylıq əmək haqqı 400 manat təşkil edir. Azərbaycan Dillər Universiteti publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 135 nömrəli arayışına əsasən cavabdehin arvadı İsaeva Raphana ADU-nun Azərbaycan dilçiliyi kafedrasında 0.5 ştat müəllim vəzifəsində işləyir və aylıq əmək haqqı 375 manat təşkil edir. xx.xx.2016-cı il tarixli AC 642264№-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən PORSHE CAYENNE minik markalı 99HE444 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-104350/24 nömrəli məktubuna əsasən İddiaçı adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Həmin məktuba əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışına əsasən PORSHE CAYENNE minik markalı 99HE444 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki tərəflər faktiki nikah münasibətlərində olmuşlar və faktiki münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X15 doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, uşaq isə faktiki olaraq anasının yanındadır. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024cü il tarixdən (müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X3 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müvəqqəti alimentin tutulması qərara alınmışdır. Hazırda iddiaçı uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində, əvvəlki dövür üçün ödənilməmiş 3 illik alimentin qarşılığı olaraq, hər ay 235 manat olmaqla 36 ay üçün ümumilikdə 8460 AZN (səkkiz min dörd yüz altmış manat) məbləğində alimentin ödənilməsini tələb edir, cavabdeh isə 400 manat əmək haqqı almasına istinad edərək rəsmi nikahından himayəsində daha iki azyaşlı uşağının (xx.xx.2007-ci il təvəllüdlü Oruclu İsmayıl, xx.xx.2009-cu il təvəllüdlü Oruclu Cəmilə) olmasını əsas gətirməklə iddiaçıdan olan uşağının saxlanılması üçün 150 manat ödəmək iqtidarında olduğunu, dəyəri 55 000 manat olan ** HE *** dövlət qeydiyyat nömrə nişanlı “PORSHE CAYENN” Minik markalı avtomobilini etibarnamə əsasında İddiaçı verdiyini, İddiaçı isə həmin avtomobili sataraq, satışdan əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etdiyini və buna görə də sözügedən avtomobilin satışından əldə edilmiş pulun faktiki nikahından doğulan X5 üçün müəyyən ediləcək alimentin məbləğinə hesablanmalı olduğunu bildirir. Məhkəmə iddianın “xx.xx.2017-ci il təvəllüdlü X3 üçün yetkinlik yaşına çatana qədər hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması”na dair hissəsinə münasibətdə qeyd edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Hazırki halda məhkəmə cavabdehin əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddia ərizəsinə etirazında irəli sürdüyü dəlil olaraq himayəsində iki azyaşlı uşağının olması xx.xx.2017-ci il təvəllüdlü X1 maddi cəhətdən iştirak etmək vəzifəsindən azad olunmasına və ya alimentin azaldılmasına əsas hesab edilə bilməz. Belə ki, yuxarıda adıçəkilən Qərarın 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Cavabdehin etirazında qeyd edildiyi kimi, hazırda rəsmi nikahından olan uşaqları onun himayəsindədir və məhkəmə qətnaməsinə əsasən digər uşaqlarına aliment ödəməsi halı müəyyən edilməmişdir. Buna görə də məhkəmə qeyd edir ki, cavabdehin başqa iki uşağının olması onun iddiaçıdan olan uşağının saxlanması xərclərindən kənarda qalmasına əsas verən hal deyildir. Cavabdehin ərizəsinə əlavə etdiyi "xxxx" MMC-də direktor kimi 400 manat əmək haqqı alması ilə bağlı arayışa münasibətdə məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh əmlak (daşınar və daşınmaz) məlumatlarına və müxtəlif illərdə Antalya, İstanbul, Şarm əl Şeyx və s. kimi şəhərlərə səfərini əks etdirən sərhədkeçmə məlumatlarına əsasən onun mövcud reallıq üçün yetərli sayda maliyyə imkanları olduğu halda, uşaq üçün yaşayış minimumu həddindən aşağı həddə - cavabdehin ödəməyə razılıq verdiyi 150 manat məbləğində aliment ödənilməsinə cəlb edilməsi ağlabatan deyildir. Cavabdehin özünün də etirazında qeyd etdiyi kimi iddiaçıya dəyəri 55000 manat olan “PORSHE CAYENN” Minik markalı avtomobili verən şəxs olaraq onun aşağı gəlirlərə malik olması inandırıcı deyildir. Görünən hal ondan ibarətdir ki, cavabdeh məqsədli şəkildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş minimum məbləğdə alimentin ödənilməsindən yayınmaqla nəticə etibarilə yetkinlik yaşına çatmayan övladın yaşayış təminatına mənfi təsir yaradır, məhkəmə isə uşağın hüquqlarının bu cür məhdudlaşdırılmasının yolverilməz olduğunu xüsusilə vurğulayır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X18rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə iddianın “əvvəlki dövür üçün ödənilməmiş 3 illik alimentin qarşılığı olaraq, hər ay 235 manat olmaqla 36 ay üçün ümumilikdə 8460 AZN (səkkiz min dörd yüz altmış manat) məbləğində alimentin ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tələbi baxımından iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü (mediasiya təklifinin göndərilməsi istisna olmaqla) müəyyən edilməmişdir. İddiaçı tərəf məhkəməyə müraciət edənədək alimentin alınması üçün görülən tədbir qismində iddiaçının bacısının xx.xx.2017-ci il təvəllüdlü X4 üçün alimentin verilməsinə dair Cavabdeh whatsap sosial şəbəkəsi üzərindən mesaj yazmaqla uşağın saxlanılmasına cəlb olunmasının təklif edilməsini (xx.xx.2022-ci il tarixinə olan iddiaçının bacısı ilə cavabdeh arasındakı yazışmaları təqdim etməklə) göstərir. Bu halın təsdiqi üçün iddiaçının bacısının şahid qismində dindirilməsinə dair iddiaçının nümayəndəsi və vəkili tərəfindən yazılı vəsatətlə məhkəməyə müraciət edilmiş, vəsatət təmin edilməklə iddiaçının bacısı X10 şahid qismində dindirildikdə o, tərəflərin 2018-ci ildə ayrıldıqlarını, o vaxtdan bəri xx.xx.2017-ci il təvəllüdlü X3 üçün hər hansı bir maddi köməklik etmədiyini, cavabdeh onun bacısı İddiaçı zənglərinə və mesajlarına cavab vermədiyindən (İddiaçı tərəfindən edilən zəngləri blokladığından) özünün şəxsən Cavabdeh uşağa maddi köməklik göstərməsi üçün dəfələrlə whatsap sosial şəbəkəsi üzərindən müraciətlər etdiyini bildirmişdir. Məhkəmə şahid ifadəsinə və təqdim edilmiş yazışmalara tənqidi yanaşaraq mötəbər sübut kimi qəbul etmir. Belə ki, onlar iddiaçının şəxsən özünün cavabdehin uşağın saxlanmasında iştirak etməsini tələb etməsini təsdiq edən sübutlar deyildir və belə olan halda iddiaçının bacısının cavabdehə müraciətinin “aliment almaq üçün məhkəməyə müraciət edənədək iddiaçı tərəfindən tədbirlər görülməsi” kimi qiymətləndirilməsi istisna edilir. Bununla da iddiaçı son 3 illik müddətdə alimentin alınması ilə bağlı tədbirlər gördüyünü sübuta yetirə bilməmişdir. Məhkəmə yalnız mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərilməsini iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş “aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi” kimi qiymətləndirərək hesab edir ki, aliment xx.xx.2024-cü il tarixdən, yəni iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə cavabdehə alimentin tutulması ilə bağlı mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi tarixdən hesablanmalıdır. Cavabdehin isə artıq həmin vaxtdan uşağın saxlanılmasında və ehtiyaclarının qarşılanmasında iştirak etmədiyi məlum olmuşdur. “Mediasiya haqqında” Qanunun 21.8-ci maddəsinə əsasən göndərilən təklifə 10 gün ərzində cavab gəlməzsə, artıq şəxs prosedurun davam etdirilməsi ilə bağlı növbəti addımları atmalı, yəni mediasiya prosesinin keçirilməsi üçün müəyyən etdiyi mediatora və ya mediasiya təşkilatına müraciət etməlidir. İşdən görünür ki, iddiaçı növbəti prosesləri həyata keçirmiş, sessiyanın keçirilməsi üçün müvafiq təşkilata müraciət edərək cavabdehdən alimentin ödənilməsini tələb etməsini davam etdirmiş, lakin cavabdeh tərəfindən alimentin ödənilməsi təmin edilməmişdir. Bu baxımdan məhkəmə bu halı cavabdehin “alimenti verməkdən boyun qaçırması” kimi qiymətləndirir. Bu fakt onu deməyə əsas verir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsində qeyd olunan əsaslar hazırki mübahisəli halda xx.xx.2024-cü il tarixdən etibarən öz əksini tapdığından, aliment ödənişlərinin tutulmağa başladığı müddət də məhz həmin tarixdən hesablanmalıdır. Məhkəmə cavabdehin “İddiaçı etibarnamə əsasında verdiyi ** HE *** dövlət qeydiyyat nömrə nişanlı “PORSHE CAYENN” minik markalı avtomobilin satışından əldə etdiyi pulu X5 üçün müəyyən ediləcək alimentin məbləğinə hesablanması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin sözügedən avtomobili uşaq doğulmamışdan əvvəl - 2016-cı ildə iddiaçıya münasibətlərinin normal olduğu vaxtda qarşılıqlı etimad əsasında, etibarlı münasibətlərindən irəli gələrək verməsi müəyyən edilmiş və belə bir etibar etmənin gələcəkdə aliment öhdəliyindən azad edilməsi ilə şərtləndirildiyi və ya başqa şərtlərə dair razılaşmanın olması müəyyən edilməmişdir. Bundan başqa Mülki Məcəllənin 545.0.5-ci maddəsində alimentlərin tutulması ilə bağlı olduqda tələblərin əvəzləşdirilməsinin yolverilməzliyi imperativ qaydada təsbit olunmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair xx.xx.2024-cü il tarixli qərardad nəzərə alınmaqla) Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 2820 manat (235 man x12ay) olduğundan, cavabdehdən 48,2 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. MPM-in 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən mediasiya xərci kimi ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair xx.xx.2024-cü il tarixli qərardad nəzərə alınmaqla) Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Cavabdeh 48,2 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3154/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3154/2024
22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver