Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3245/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz C180” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3650 manat məbləğində sığorta ödənişi, iddianın qaldırılması üçün ödənilmiş 56,50 manat dövlət rüsumunun və 0,45 manat bank xidmət haqqının İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21213” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz C180” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü iltarixli, 3(042)-247/2023 saylı qərarına əsasən, hadisənin baş verməsində “VAZ 21213” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-nin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. O hadisə zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmiş və nəqliyyat vasitəsindən istismar qaydalarını pozmuşdur. Bu həmçinin tərəflərin polisə verdikləri izahatdan, forma 4 arayışından, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın görünür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun (İSB) çıxarışından, həmçinin CLM**********53 saylı "xxxx" ASC-nin Ödəniş aktından və digər sığorta tələbinə aid sənədlərdən görünür ki, zərərçəkən “Mercedes Benz C180” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Azərbaycan Respublikası Mərkəzi X5 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi “Mercedes Benz C180” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASCöz növbəsində dəymiş zərəri aradan qaldıraraq qiymətləndirmə aktına uyğun olaraq zərərlə bağlı yaranmış 3650 manat sığorta ödənişini iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzə əsasən zərərçəkən X3 ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 3650 manat məbləğində pulun ödənilməsi tələbi "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından və sığorta tələbinə aid sənədlərdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “VAZ 21213” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh idarə etdiyi “VAZ 21213” markalı, **-LJ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” (ZBT) qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 3650 manat məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC ödəmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh hadisə zamanı sürücülük hüququ olmadığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehin qeydiyyat ünvanına yazılı (pretenziya) müraciət olunsa da, məktubun çatdırılması mümkün olmamışdır. Hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 3650 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Gədəbəy Rayon Məhkəməsinin 3(042)-247/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və ona 500 manat inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsi qərara alınmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:56 radələrində Cavabdeh “VAZ-21213” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtonəqliyyat hadisəsi törətmişdir. Gədəbəy rayon X6 Bölməsinin müstəntiqi, polis kapitanı X1 xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, VAZ-21213 minik markalı **-LJ-*** dövlət nömrə nişanlı avtomobil atası X4 məxsusdur. Sürücülük vəsiqəsi yoxdur. 23 iyun 2023-cü il tarixdə atası Hafiz evdə yox idi. Atasına məxsus olan avtomobil ilə Gərgər kəndində yerləşən Əzim adlı şəxsin mağazasından çörək alaraq yaşadığı evə geri qayıtmaq istəmişdir. Orada avtomobili işə salan zaman mühərrik işə düşmədi. Avtomobili ilkin olaraq Düzyurd kəndində yerləşən avtomobil ustası Arzunun yanına aparmışdır. Orada avtomobilin karbüratorunun nasaz olduğu üçün problem olduğunu demişdir Buna görə əmisi oğlu Saleh ilə birlikdə Qaradağ kəndinə adını bilmədiyi avtomobil ustasının yanına aparmışdır. Avtomobil ustası avtomobili təmir etdikdən sonra avtomobili yaşadığı Gədəbəy rayonu Şəkərbəy kəndi istiqamətində idarə etmişdir. Evə ərzaq məhsulları almaq üçün Gədəbəy rayon mərkəzi bazarına dönmək qərarına gəlmişdir. Gədəbəy rayon mərkəzi bazarının qarşısında olan zaman sola dönmə işığını yandıraraq sola bazara dönmək istəmişdir. Sola dönən zaman yanında olan əmisi oğlu Saleh ona qarşı hərəkət zolağından avtomobil gəldiyini bildirib yavaş getməyini istəmişdir. Qarşı hərəkət zolağından gələn əvvəllər tanımadığı Samir Əsgərovun idarə etdiyi Mercedes minik markalı avtomobillə toqquşmadan qaçmaq üçün avtomobili sol tərəfə çəksə də yolun sol tərəfində onun idarə etdiyi Vaz-21213 markalı avtomobilin sağ tərəfi ilə Samirə məxsus olan avtomobilin sol tərəfindən toqquşmuşdur Toqquşmadan sonra avtomobili yolun sol çiyni ilə bir qədər gedib dayanmışdır. Orada olan şəxslərin və köməkliyi ilə əmisi oğlu Salehi və Samiri xəstəxanaya aparmışdırlar. Əmisi oğlu Elnurdan narahat olduğu üçün onun ilə birlikdə rayon xəstəxanasına getmişdir. Xəstəxanada təzyiqi ölçmüşdürlər və yaxşı olduğunu bildirmişdirlər. Orada müayinə edən qadın həkim onun mobil telefonu ilə atasına məlumat vermişdir. Sola dönən zaman Samir Əsgərovun avtomobilin gəlməsini görməmiş, əmisi oğlu Saleh bu barədə dedikdən sonra məlumatı olmuşdur. Sərxoş olmamışdır. Hadisədən sonra sərxoşluq müayinəsindən keçmişdir. Avtomobildə ondan başqa sağ oturacaqda əmisi oğlu Saleh olmuşdur. Avtomobildə başqa yük olmamışdır. İcbari Sığorta Bürosundan alınmış çıxarışlardan görünür ki, “VAZ-21213” markalı, **- LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində, “Mercedes Benz C180” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş CL-İA8-A1 nömrəli xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, “Mercedes Benz C180” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3.650 manat təşkil edir. xx.xx.2024-cü il tarixli CLM**********53 saylı ödəniş aktından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC sığortalanmış “Mercedes Benz C180” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti X3 3.650 manat sığorta ödənişini ödəmişdir. 006XOH********** nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 hesabına 3.650 manat pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli O-AS- 2025/0179 nömrəli pretenziya məktubunun surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 3.650 manat məbləğində sığorta ödənişinin 10 gün ərzində İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 56,50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “VAZ-21213” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi ““VAZ-21213” markalı, **- LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən “Mercedes Benz C180” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Gədəbəy Rayon Məhkəməsinin müvafiq qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktına əsasən hadisə nəticəsində “Mercedes Benz C180” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3.650 manat məbləğində ziyan dəymişdir. Bundan sonra iddiaçı “Mercedes Benz C180” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta şirkətinə 3.650 manat ödəniş etmişdir. Hazırda icbari sığorta növündə sığortalanmış avtomobilin sürücüsü avtomobili sürücülük hüququ olmadan idarə etməsi səbəbindən onun, yəni təqsirli şəxsin vurmuş olduğu zərərə görə iddiaçının cavabdehə qarşı 3.650 manat məbləğində subroqasiya qaydasında pul tələbi hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3.650 manat sığorta ödənişi və məhkəmə xərci kimi 56,50 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3.650 (üç min altı yüz əlli) manat məbləğində sığorta ödənişi və 56,50 (əlli altı manat, əlli qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3245/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3245/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver