Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3267/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birgə nikahdan doğulmuş 08 noyabr 2006-cı il təvəllüdlü X4 və 30 iyun 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh sabit pul məbləğində hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi iki uşağa görə 386 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 21 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənib ər-arvad münasibətlərində yaşamışlar. Bu onların ikinci nikahları olmuş, onun birinci nikahdan 08 noyabr 2006-cı il tarixdə X4 dünyaya gəlmişdir. Onunla Cavabdeh birgə nikahdan 30 iyun 2013-cü il tarixdə X7 dünyaya gəlmişdir. Evləndikdən sonra Cavabdeh onun birinci nikahdan doğulmuş övladını övladlığa götürmüşdür. Ailə həyatı qurduqdan sonra cavabdehlə normal münasibətdə olsaq da, sonradan bu münasibətləri pozulmuş, cavabdehlə xasyyətlərində ziddiyyətlər yaranmışdır. Nikahı formal xarakter daşımış və bərpası qeyri-mümkün olmuşdur. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 12 sentyabr 2017-ci il tarixdə 2 (006)-1733/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərərk, 08 noyabr 2005-ci il təvəllüdlü X4 və 30 iyun 2013-cü il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh 23 yanvar 2017-ci il tarixdən başlayaraq 08 noyabr 2006-cı il təvəllüdlü X3 və 30 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 136 (yüz otuz altı) manat 60 (altmış) qəpik olmaqla, cəmi 273 (iki yüz yetmiş üç) manat 20 (iyirmi) qəpik məbləğində aliment tutulması İddiaçı ödənilməsi qət edilmişdir. X2 apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2 (006)- 1733/2017 saylı qətnaməsi alimentin sabit pul məbləği ilə qismən təmin edilmiş hissəsində ləğv edilmiş həmin hissəsə yeni qətnamə qəbul edilmiş, Cavabdeh 08 noyabr 2006-cı il təvəllüdlü X4 və 30 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi və hər uşaq üçün hər ay 127 (yüz iyirmi yeddi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh rəsmi iş yeri olmamasına baxmayaraq toylarda musiqiçi işləyir, xeyli miqdarda pul qazanır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Eyni zamanda cavabdehin el şənliklərində tamada və ifaçı qismində iştirak etdiyini və qeyri-rəsmi qazanca malik olduğunu bildirdi. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1733/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 12 № ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X4 və 30 iyun 2013-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanması, Cavabdeh 23 yanvar 2017-cil tarixdən başlayaraq 08 noyabr 2006-cı il təvəllüdlü X4 və 30 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 136 manat 60 qəpik olmaqla, cəmi 273 manat 20 qəpik məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. X2 apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli 2 (006)- 1733/2017 saylı qətnaməsi alimentin sabit pul məbləği ilə qismən təmin edilmiş hissəsində ləğv edilmiş həmin hissəsə yeni qətnamə qəbul edilmiş, Cavabdeh 08 noyabr 2006-cı il təvəllüdlü X4 və 30 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının 1/3 hissəsi və hər uşaq üçün hər ay 127 (yüz iyirmi yeddi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 322030 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah xx.xx.2019-cu il tarixdə, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 121 nömrə ilə qeyd edilməklə pozulmuşdur. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 13 dekabr 2016-cı il tarixdə verilmiş AZ-T seriyalı 015001 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 13 dekabr 2016-cı il tarixdə verilmiş AZ-T seriyalı 015000 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/6-3057 saylı Arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, 16:30-17:00 saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının övladlarının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 08 noyabr 2006-cı il təvəllüdlü X4 və 30 iyun 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 08 noyabr 2006-cı il təvəllüdlü X4 və 30 iyun 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-3267/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3267/2022
15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver