Məhkəmə qərarları › İş №e-2(006)-3348/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3348/2022

28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3348/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X13, 11 aprel 2008-ci il təvəllüdlü X4 və 20 avqust 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində hər ay, hər birinə görə 193 manat olmaqla, cəmi 579 manat alimentin, kecmiş son yarım ilə görə (6 ay) cavabdehdən 3420 manat (hər aya, hər uşağa görə 570 manat hesablamaq ilə) alimentin və vəkil ilə bağlanmış hüquqi yardıma görə ödənilən 450 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2004-cü ildə faktiki nikaha daxil olmuşlar və nikah münasibətləri hal-hazıradək rəsmiləşdirməmişdir. Birgə nikahdan onların üc övladı, xx.xx.2005-ci ildə oğlu X13, 11 aprel 2008-ci də qızı X4 və 20 avqust 2017-ci ildə qızı X10 anadan olmuşlar. Hər üç övladının atalığın müəyyən olunmasına dair şəhadətnaməsi mövcuddur və atalarının Cavabdeh olduğu təstiqlənmişdir. Ailəlikcə uzun müddət yani 2004-cü ildə birgə yaşayır və yaşayış ünvanı ilk vaxtlar Cavabdeh qeydiyyatda olduğu ev olsa da sonradan kirayə yaşamışlar. Cavabdeh əvvəllər ailəsinə baxsa da son illər ərzində ailə xərclərini ödəməmiş, uşaqların xərclərini çəkməmiş və nəticə etibarı ilə evdən gedərək, əlaqəni belə kəsmişdir. Onu, həm özü, həmdə polis vasitəsilə uzun müddət axtarsa da, cavabdeh onunla görüşməkdən uşaqların xərclərini ödəməkdən yayınmış. Lakin, Cavabdeh hec yerdə rəsmi işləmədiyindən və Azərbaycan Respublikasında 2022-ci il ücün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun birinci maddəsini əsas götürərək cavabdehdən hər uşaqın saxlanılması ücün 193 manat, cəmi bir aya 579 manat pulun tutulmasını zəruri hesab edir. Bundan başqa vəkil ilə bağlanmış hüquqi yardıma görə ödənilən 50 manat pulun cavabdehdən tutulmasını iddia edir. Bundan başqa, hesab edir ki, kecmiş son yarım ilə görə cavabdehdən 3.420 manat (hər aya, hər uşağa örə 570 manat hesablamaq ilə) alimentin tutulması, cətin maddi vəziyyətinə dəstək olar və uşaqların xərclərinin ödənilməsinə digər valideynin cəlb olunması kimi, tərəfindən qiymətləndirilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. VRA-nın Tbilisi 5 nömrəli şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş NK seriyalı 277601 nömrəli doğum haqqında şəhadətnamənin dublikatından görünür ki, Aslanov Riyad xx.xx.2005-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. İctimai RA-nin Tbilisi xidməti tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş DN seriyalı 058100 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X15 Saradan xx.xx.2005-ci il tarixdə doğulmuş, Cavabdeh atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında DN ******* nömrə ilə qeyd edilmişdir. VRA-nın Mtatsminda-Krtsanisi xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş NK seriyalı 726008 nömrəli doğum haqqında şəhadətnamənin dublikatından görünür ki, Aslanova Zülfiyyə xx.xx.2008-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. VRA-nın Mtatsminda-Krtsanisi xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş DN seriyalı 149019 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X7 Saradan xx.xx.2008-ci il tarixdə doğulmuş, Cavabdeh atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında DN ******* nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 219559 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə, 6997 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 360516 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Sara Əli qızından xx.xx.2017-ci il tarixdə doğulmuş, Cavabdeh X6 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 404 nömrə ilə qeyd edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-nin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. AM-nin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə iddianın “uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları ilə əlaqədar alimentin tutulması” hissəsinə dair məhkəmə tərəflərin birgə uşaqlarının ananın iddiaçının himayəsində olması, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi, habelə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alaraq hesab edir ki, xx.xx.2005-ci il təvəllüdlü X13, 11 aprel 2008-ci il təvəllüdlü X4 və 20 avqust 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə bu hissədə dərhal icra edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin iddianın “keçmiş son yarım ilə görə (6 ay) cavabdehdən 3420 manat (hər aya, hər uşağa görə 570 manat hesablamaq ilə) alimentin xeyrinə tutulması” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçı alimentin alınması üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin cavabdehin onu verməkdən boyun qaçırması nəticəsində aliment almadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia bu hissədə rədd edilməlidir. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.3-cü və 115.0.6-cı maddələrinə əsasən tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən hüquqi xidmət xərcinə görə 250 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Gəldiyi qənaəti məhkəmə onunla əsaslandırır ki, vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 250 manat məbləğində pul vəsaitinin tutulması daha ağlabatandır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Alimentin alınması barədə iddia üzrə isə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, qeyd edilən tələb üzrə dövlət rüsumu ((121,1-50):67%) cavabdehdən tutulmalıdır. QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X13, 11 aprel 2008-ci il təvəllüdlü X4 və 20 avqust 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmalarına görə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamə «alimentin tutulması» hissəsində dərhal icra edilsin. Mediasiya xərci kimi ödənilmiş 50 manat və iddiaçıya göstərilən hüquqi xidmətə görə 250 manat, cəmi 300 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 48 manat dövlət rüsumu tutularaq dövlət gəlirinə alınsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar