Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3371/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil İsa oğlunun iştirakı ilə, İddiaçı X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Quliyeva X8 Mahir Xəyal oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500.000 manat, hüquqi yardıma görə ödənilən 300 manat, etibarnamə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 17,25 manat olmaqla, ümumilikdə 500.317,25 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1-ci qrup əlil olmaqla yataq xəstəsidir. N3-cü ilin 14 apreli çox ağır bir gün oldu. Anası, uşaqları və özü evdə idi. Günorta saat 15 radələrində qəflətən yaşadıqları binanın blokunda qışqırıq səsləri eşitdilər. Xəstəliyi ilə əlaqədar olaraq ayaqları tutulduğundan yeriyə bilmirdi. Ayaqlarını sürüyə-sürüyə qoltuq əsası ilə birtəhər qapıya tərəf gedib qapını açdı. Qapını açanda eşitdi ki, mərmi partladığı üçün Xalidin oğlu Elşad rəhmətə gedib. Yoldaşı Xankişi də metal qırıntıları yığmaq üçün Elşadla birgə getmişdi. Dərhal yoldaşına zəng elədi, onun telefonuna zəng çatmadı. Elşad və yoldaşı Xankişinin yanında olan şəxslərdən birinin telefonunu tapıb zəng etdi. Həmin şəxs onun Xankişinin yoldaşı olduğunu bilmədiyindən ona Elşad və Xankişinin vəfat etməsini və onların yanında olan Bəxtiyarın da ağır yaralanaraq pis vəziyyətdə olmasını dedi. Həmin an dünya başına döndü, gözləri qaraldı, yerə yıxıldı, az qaldı ürəyi dayansın. Eşitdiyinə inana bilmirdi. Vəfat edənlərin morqa aparıldığını dedilər. Tərpənə bilmirdi, gedə biləcək halı olmadığından səbirsizliklə həyat yoldaşının yolunu gözləməyə başladı. Axşam düşəndə həyat yoldaşı özü gəlmədi, onun meyitini gətirdilər. Həyat yoldaşının cəsədini görəndə həyat eşqi söndü, ölmək istədi. Onun üzündə, çənəsinin altında, boynunun ön hissəsində, döş qəfəsində, qarın nahiyəsində çoxsaylı xəsarətlər var idi. Sol əlinin barmaqları, ayağının biri topuqdan qopmuşdu. Xankişinin bağırsaqları çölə tökülmüş, qaraciyər cırılmışdı, ayaqlarında sınıq sümükləri görünürdü. Yoldaşını dəfn etdilər. Laçın rayonundan məcburi köçkün olmağının ağrı-acısının, ölkədə yalnız 7 nəfərdə olan xəstəliyinin üstünə bir yükün də gəlməsi iztirab və yaralarının daha da dərinləməsinə səbəb oldu. 1992-ci ildən qaçqınlıq həyatı yaşamağı həyatında silinməz izlər buraxmışdı. İşğaldan azad olunan torpaqlarına geri qayıtmanın sevincini yaşamağı bərabər gözlədikləri halda həyatının 11 illik yoldaşını faciəvi surətdə itirdi. Birinci qrup əlil ola-ola həyat yoldaşının vəfatından sonra xəstəliyi daha da ağırlaşmışdı. Bütün bunları dillə söyləmək kiməsə asan gələ bilər, amma bir ananın bunu yaşamasını sadəcə başına belə bir hadisə gələn qadın başa düşə bilər. Bundan sonra prokurorluqda araşdırma aparmağa başladılar. Prokurorluq nümayəndələri ilk öncə bir neçə dəfə yaşadığı evə gəlsələr də, sonradan hansı proseslərini baş verməsini və işin nə yerdə qalmasından məlumatsız olmuşdur. Sonradan ona məlum oldu ki, məhkəmə olmuşdur. Belə ki, Bakı Hərbi Məhkəməsinin 1- 1(093)-139/N3 saylı, xx.xx.N3-cü il tarixli hökmünə əsasən X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 342.2-ci maddəsi ilə 5% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. Hökm qanuni qüvvəyə minməklə icraya yönəlmişdir. Hökmdən görünür ki, X21 vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi ağır nəticələrə və ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkam taborunun 1-ci mühəndis istehkam bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən həmin hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 319 nömrəli əmri ilə Hərbi Dəniz Qüvvələrinin Silah və Döyüş Sursatları anbarında istismar müddəti başa çatmış və silahlanmadan çıxarılmış döyüş sursatlarının Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzinin ümumqoşun “RİM-2” təlim poliqonunda partlayış üsulu ilə məhv edilməsi üçün partlayış qrupunun komandiri təyin edilməklə sonuncu hərbi hissəyə ezam olunaraq, müdafiə nazirinin 22 sentyabr 2017-ci il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda partlayış işləri üzrə təlimat”ın 7.5ci bəndinə əsasən hər bir ayrı işin yerinə yetirilməsi üçün partlayışın uğurla baş tutmasına və işlərin düzgün aparılmasına cavabdeh şəxs olaraq, 14 aprel N3-cü il tarixdə saat 11 radələrində həmin poliqonda Hərbi Dəniz Qüvvələrinin Silah və Döyüş Sursatları anbarında saxlanılan silahlanmadan çıxarılmış 400 ədəd “45/78 mm-lik UFB-75 atəş yığımını (mərmini) çuxurlarda partlayış üsulu ilə məhv edilməsini həyata keçirdikdən sonra həmin təlimatın 7.95-ci maddəsinin “bütün partlayış işlərindən sonra partlamadan dağılan partlayıcı maddələr ərazidən diqqətlə yığılmalı, tam partlamanın baş verməmə səbəbi müəyyən olunmalıdır” kimi tələbinə əsasən çuxurun ətrafına baxış keçirib partlayış zamanı partlamadan ətrafa səpələnmiş 45/78 mm-lik UFB-75 atəş yığımının döyüş başlığını müəyyən edərək, qeyd olunan təlimatın 4.190-ci bəndinə əsasən yerində məhv edilməsini təşkil etməli olduğu halda, öz xidməti borcuna laqeyd münasibəti nəticəsində həmin tələbləri pozub xidməti vəzifəsini yerinə yetirməyərək, həmin əməllərin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, partlayış zamanı partlamadan ətrafa səpələnmiş 45/78 mmlik UFB-75 atəş yığımının döyüş başlığını müəyyən etməmiş və məhv edilməsini həyata keçirməmişdir. Nəticədə, Sumqayıt şəhər sakinləri X17, X28, X3, X25 və X29 X.R.Əbilovun mülkiyyətində olan və sonuncunun idarə etdiyi “Vaz-21063” markalı **-NC- *** dövlət qeydiyyat nişanlı avtomobillə 15 aprel N3-cü il tarixdə həmin əraziyə gedərək, partlamış mərmilərin metal qırıntılarını yığmaqla məşğul olarkən Xankişi Quliyev bir gün əvvəl partlayış zamanı partlamadan çuxurların ətrafına səpələnmiş 45/78 mm-lik UFB-75 atəş yığımının döyüş başlığını çuxurun ətrafından yığıb, X.R.Əbilova məxsus avtomobilin sol arxa tərəfində kiçik stulda oturub, həmin mərmi başlığını ayaq pəncələrinin arasına qoyub, üzərində olan mis materialı çəkic və linglə sökmək istəyən zaman çəkic zərbəsinin təsirindən mərmi başlığı partlamış və Xankişi Quliyev dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən “çənəaltı, alt çənə və boyun nahiyəsinin ön səthini əhatə edən boyun üzvlərinin zədələnməsi ilə müşahidə olunan əzilmiş-cırılmış yarası, qarın nahiyəsinin ön səthinin bağırsaq ilgəklərinin evakuasiyası ilə müşahidə olunan əzilmiş-cırılmış yarası, qaraciyərin cırılması, sol əlin İ barmağının və sol ayaq pəncəsinin travmatik amputasiyası, sol said və sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, sağ yanaq, döş qəfəsi, qarın, sol baldır nahiyələrinin və sol əlin əzilmiş cırılmış yaraları, sağ yanaq, döş qəfəsi, qarın, sol baldır nahiyələrinin və sol əlin əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı sıyrıqları, sol gözün göz qapaqlarının qançırları” kimi, ondan bir metr məsafədə dizləri üstə yerdə dayanmış Rəşad Əbilov dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən “açıq kəllə-beyin travması, kəllə sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının hissəvi evakuasiyası ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yarası, kəllə əsasının sınığı, sağ bazu və sağ said sümüklərinin açıq yerdəyişən sınıqları, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, boyun, döş qəfəsi, qarın, hər iki bazu, sağ budçanaq oynağı, hər iki bud, hər iki baldır və sağ daban nahiyələrinin əzilmiş, cırılmış yaraları, bədənin sıyrıqları” kimi xəsarətlər alıb, hər ikisi hadisə yerində ölmüş, onlardan təxminən 5 metr məsafədə dayanmış Bəxtiyar Hüseynov isə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən “partlayış travması, döş qəfəsinin sağ yarısının qəlpə yarası, ağciyərlərin kotuziyası, ikitərəfli pnevatoraks. Sol budun orta-aşağı 1/3-nin arxa səthinin, sağ ayağın İ barmağının İ falanqasının qəlpə yarası, sağ ayağın İ barmağının distal falanqasının qəlpəli sınığı” kimi xəsarətlər almış, partlayış qəlpələrinin təsirindən X.R.Əbilovun əmlakına, yəni “21063” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 865 manat ziyan dəymiş, bununla da Mahir Məmmədovun vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan bir şəxsin ağır dərəcəli bədən xəsarəti alması, daşınar əmlaka ziyan vurulması kimi ağır nəticələrə və iki şəxsin ölümünə səbəb olmuşdur. Hökmdən də görünür ki, X30 Nazirliyinin əməkdaşı olmaqla vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş və nəticədə iddiaçının həyat yoldaşı faciəvi surətdə vəfat etmişdir. Səhhəti ilə əlaqədar məhkəməyə getməmiş, ifadə verməmiş, nə Mahir Məmmədovu, nə onun tərəfindən heç bir qohumunu görməmişdir. Təqsirləndirilən şəxslə barışmamış, iştirak etmədiyi üçün məhkəmədə heç bir şikayət, tələb və mülki iddiasının olmadığını deməmiş, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etməmişdir. Həmçinin prokurorluğa da getməmişdi, müstəntiq gəlib evdə həyat yoldaşı və hadisə barədə soruşmuşdu. Hal-hazıra kimi həyat yoldaşının ölməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə-hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh Müdafiə Nazirliyinin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Azərbaycan qadını dedikdə gözlər önünə ayaqda dik duran, əyilməyən, məğrur baxışlı insan, həm də məsum ana canlanır. Azərbaycanda milli dəyərlər özünəməxsus yer tutur və bizdə ər–arvad anlayışı həyatın sonunadək birgə bir ömür sürəcəyin, yaşayacağın şəxs anlamına gəlir. Buna bizdə başqa xalqlardan fərli olaraq “həyat yoldaşı” deyilir. Qeyd etdiyi kimi onlar Laçın rayonundan məcburi köçkündürlər. Rəşadətli ordunun və rəhbərinin sayəsində uca Allah onlara qələbə nəsib etdi və onları işğaldan azad olmuş torpaqlarına birlikdə geri qayıtmağı planladığı halda həyatı alt-üst oldu. Artıq yaşamağın heç bir mənası qalmayıb. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi vəfatı ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ var. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil İsa oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və öz izahatında bildirdi ki, məhkəmə hökmü var və Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşının təqsiri sübuta yetirilib və bununla bağlı olan mənəvi ziyan tələb etməkdə iddiaçı haqlıdır. İdidaçı 11 illik həyat yoldaşını itirib və bundan sonra 2 övladına atasız baxmaq məcburiyyətində qalıb və onlar üçün həm ata, həm də ana olub. Laçın rayonundan məcburi köçkündür. Hər iki vəziyyət də ürəkağrıdıcıdır. Həyat yoldaşını faciəvi şəkildə itirib. Adamın daxili orqanlarının hansı vəziyyətdə olması çox faciəvidir və tələb əsaslıdır. 500.000 manat mənəvi ziyan və hüquqi yardım üçün 300 manat və 17 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Mənəvi ziyanın ödənilməsi ilə bağlı həm ölkə, həm də Avropa Məhkəməsi təcrübəsində kompensasiya məbləğinin ədalətli şəkildə ödənməsi nəzərdə tutulub. Milli qanunvericilikdə əl, qol itirilməsinə, ölümə görə hər hansı məbləğ müəyyən edilməyib, bu məbləğlər məhkəmə təcrübəsinə əsasən müəyyən edilir. Bakı Hərbi Məhkəməsində keçirilən iclasda iştirak etmədiyi halda adının çəkilməsi ilə bağlı qeyd edir ki, iddiaçının imkansızlığından istifadə edilib və özü də deyir ki, ona yardım göstərilməyib, iclasda iştirak etməmişdir, yazılan ərizə belə onun deyil. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə gəlməyən tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.N3-cü il tarixdə Xızı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 361588 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.N3-cü il tarixdə Xızı rayonu Yaşma kəndində bədənin bir neçə nahiyələrinin travmaları səbəbindən vəfat etmişdir, bu barədə xx.xx.N3-cü il tarixdə müvafiq akt qeydləri kitabında 41 saylı akt qeydi aparılmışdır. xx.xx.2013-cü il tarixdə Sumqayıt ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 631715 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2013-cü il tarixdə hemorragik insult səbəbindən Sumqayıt şəhərində vəfat etmişdir, bu barədə xx.xx.2013-cü il tarixdə müvafiq akt qeydləri kitabında 103 saylı akt qeydi aparılmışdır. xx.xx.N4-cü il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 465101 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.N4-cü il tarixdə Sumqayıt şəhərində ürəyin hipertenziv xəstəliyi səbəbindən vəfat etmişdir, bu barədə xx.xx.N4-cü il tarixdə müvafiq akt qeydləri kitabında 1356 saylı akt qeydi aparılmışdır. Bakı Hərbi Məhkəməsinin xx.xx.N3-cü il tarixli 1-1(093)-139/N3 saylı hökmündən görünür ki, X21 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkam taborunun 1-ci mühəndis istehkam bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən həmin hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 319 nömrəli əmri ilə Hərbi Dəniz Qüvvələrinin Silah və Döyüş Sursatları anbarında istismar müddəti başa çatmış və silahlanmadan çıxarılmış döyüş sursatlarının Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzinin ümumqoşun “RİM-2” təlim poliqonunda partlayış üsulu ilə məhv edilməsi üçün partlayış qrupunun komandiri təyin edilməklə sonuncu hərbi hissəyə ezam olunaraq, Müdafiə nazirinin 22 sentyabr 2017-ci il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda partlayış işləri üzrə təlimat”ın 7.5-ci bəndinə əsasən hər bir ayrı işin yerinə yetirilməsi üçün partlayışın uğurla baş tutmasına və işlərin düzgün aparılmasına cavabdeh şəxs olaraq, 14 aprel N3cü il tarixdə saat 11 radələrində həmin poliqonda Hərbi Dəniz Qüvvələrinin Silah və Döyüş Sursatları anbarında saxlanılan silahlanmadan çıxarılmış 400 ədəd “45/78 mm-lik UFB-75 atəş yığımını (mərmini) çuxurlarda partlayış üsulu ilə məhv edilməsini həyata keçirdikdən sonra həmin təlimatın 7.95-ci maddəsinin “bütün partlayış işlərindən sonra partlamadan dağılan partlayıcı maddələr ərazidən diqqətlə yığılmalı, tam partlamanın baş verməmə səbəbi müəyyən olunmalıdır” kimi tələbinə əsasən çuxurun ətrafına baxış keçirib partlayış zamanı partlamadan ətrafa səpələnmiş 45/78 mm-lik UFB-75 atəş yığımının döyüş başlığını müəyyən edərək, qeyd olunan təlimatın 4.190-ci bəndinə əsasən yerində məhv edilməsini təşkil etməli olduğu halda, öz xidməti borcuna laqeyd münasibəti nəticəsində həmin tələbləri pozub xidməti vəzifəsini yerinə yetirməyərək, həmin əməllərin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, partlayış zamanı partlamadan ətrafa səpələnmiş 45/78 mm-lik UFB-75 atəş yığımının döyüş başlığını müəyyən etməmiş və məhv edilməsini həyata keçirməmişdir. Nəticədə, Sumqayıt şəhər sakinləri X17, X28, X3, X25 və X29 X.R.Əbilovun mülkiyyətində olan və sonuncunun idarə etdiyi “Vaz-21063” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobillə 15 aprel N3-cü il tarixdə həmin əraziyə gedərək, partlamış mərmilərin metal qırıntılarını yığmaqla məşğul olarkən Xankişi Quliyev bir gün əvvəl partlayış zamanı partlamadan çuxurların ətrafına səpələnmiş 45/78 mm-lik UFB-75 atəş yığımının döyüş başlığını çuxurun ətrafından yığıb, X.R.Əbilova məxsus avtomobilin sol arxa tərəfində kiçik stulda oturub, həmin mərmi başlığını ayaq pəncələrinin arasına qoyub, üzərində olan mis materialı çəkic və linglə sökmək istəyən zaman çəkic zərbəsinin təsirindən mərmi başlığı partlamış və Xankişi Quliyev dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən “çənəaltı, alt çənə və boyun nahiyəsinin ön səthini əhatə edən boyun üzvlərinin zədələnməsi ilə müşahidə olunan əzilmiş-cırılmış yarası, qarın nahiyəsinin ön səthinin bağırsaq ilgəklərinin evakuasiyası ilə müşahidə olunan əzilmiş-cırılmış yarası, qaraciyərin cırılması, sol əlin İ barmağının və sol ayaq pəncəsinin travmatik amputasiyası, sol said və sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları, sağ yanaq, döş qəfəsi, qarın, sol baldır nahiyələrinin və sol əlin əzilmiş-cırılmış yaraları, sağ yanaq, döş qəfəsi, qarın, sol baldır nahiyələrinin və sol əlin əzilmiş-cırılmış yaraları, bədənin çoxsaylı sıyrıqları, sol gözün göz qapaqlarının qançırları” kimi, ondan bir metr məsafədə dizləri üstə yerdə dayanmış Rəşad Əbilov dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən “açıq kəllə-beyin travması, kəllə sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının hissəvi evakuasiyası ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yarası, kəllə əsasının sınığı, sağ bazu və sağ said sümüklərinin açıq yerdəyişən sınıqları, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, boyun, döş qəfəsi, qarın, hər iki bazu, sağ bud-çanaq oynağı, hər iki bud, hər iki baldır və sağ daban nahiyələrinin əzilmiş, cırılmış yaraları, bədənin sıyrıqları” kimi xəsarətlər alıb, hər ikisi hadisə yerində ölmüş, onlardan təxminən 5 metr məsafədə dayanmış Bəxtiyar Hüseynov isə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən “partlayış travması, döş qəfəsinin sağ yarısının qəlpə yarası, ağciyərlərin kotuziyası, ikitərəfli pnevatoraks. Sol budun orta-aşağı 1/3-nin arxa səthinin, sağ ayağın İ barmağının İ falanqasının qəlpə yarası, sağ ayağın İ barmağının distal falanqasının qəlpəli sınığı” kimi xəsarətlər almış, partlayış qəlpələrinin təsirindən X.R.Əbilovun əmlakına, yəni “21063” markalı, ** NC *** dövlət qeydiyyat nişanlı avtomobilə 865 manat ziyan dəymiş, bununla da Mahir Məmmədovun vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ehtiyatsızlıqdan bir şəxsin ağır dərəcəli bədən xəsarəti alması, daşınar əmlaka ziyan vurulması kimi ağır nəticələrə və iki şəxsin ölümünə səbəb olmuşdur. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 342.2-ci maddəsi ilə 5% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi hökm edilmişdir. Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.N3-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, X17 və X9 arasında bağlanmış nikah haqqında xx.xx.2012-ci il tarixdə 750 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmiş, xx.xx.N3-cü il tarixdə X.Y.Quliyevin ölməsi ilə əlaqədar sözügedən nikaha xitam verilmişdir. X14 və Vəkil arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında EM-913VK- 21655/25 nömrəli xx.xx.N5-ci il tarixli müqavilədən görünür ki, hüquqi yardıma görə haqq tərəflərin qarşılıqlı razılığı əsasında 300 manat müəyyən edilmişdir. xx.xx.N5-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, “Ekol” Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 187761 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu il tarixdə anadan olmuş, bu barədə xx.xx.2013-cü il tarixdə 2278 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur, uşağın atası X17, anası İddiaçıdır. Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 187762 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə anadan olmuş, bu barədə xx.xx.2013-cü il tarixdə 2279 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur, uşağın atası X17, anası X5r. AA seriyalı 163782 nömrəli və AA seriyalı 203730 nömrəli məcburi köçkün vəsiqələrinin surətindən görünür ki, Abbasova (Quliyeva) Gümüş Müzəffər qızı və X2 rayonundan məcburi köçkündürlər. Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsi tərəfindən verilmiş 013840 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müddətsiz 1-ci qrup əlildir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.N5-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsinə subyektiv hüququ yoxdur, çünki cinayət işi üzrə Xankişi Quliyevin zərərçəkmişin hüquqi varisi kimi başqa şəxs tanınmışdır. AR MPM-nin 82.4.-cü maddəsinə əsasən: “məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iş materiallarına əlavə olunmuş 2-1(093)-139/N3 nömrəli xx.xx.N3-cü il tarixli hökmdən görmək olar ki, Xankişi Quliyevin zərərçəkmişin hüquqi varisi kimi X10 tanınmışdır və o, təqsirləndirilən şəxslə barışmış, onu bağışlamış, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi xx.xx.N5-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, həmin iddia tələbi təmin oluna bilməz və mümkünsüz hesab olunmalıdır. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsinə subyektiv hüququ yoxdur, çünki cinayət işi üzrə Xankişi Quliyevin zərərçəkmişin hüquqi varisi kimi başqa şəxs tanınmışdır. AR MPM-nin 82.4.-cü maddəsinə əsasən: "məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Habelə məhkəmə iş materiallarına əlavə olunmuş 2-1 (093)-139/N3 nömrəli xx.xx.N3-cü il tarixli hökmdən görmək olar ki, Xankişi Quliyevin zərərçəkmişin hüquqi varisi kimi X10 tanınmışdır və o, təqsirləndirilən şəxslə barışmış, onu bağışlamış, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. CPM-nin 180.1-ci maddəsinə əsasən, eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Göründüyü kimi iddia tələbinin Maliyyə Nazirliyi ilə əlaqəsi olmadığından iddia tələbi üzrə məsələlər tərəflər arasında tənzimlənməlidir. "Büdcə sistemi haqqında’’ Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 N°-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi Maliyyə Nazirliyinə münasibətdə təmin oluna bilməz və iddia tələbi Nazirliyə münasibətdə mümkünsüz hesab olunmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.N5-ci il tarixli sorğusuna cavab olaraq Bakı Hərbi Məhkəməsi xx.xx.N5-ci il tarixli məktubu ilə bildirmişdir ki, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-139/N3 saylı, xx.xx.N3-cü il tarixli hökmündə zərərçəkmiş şəxs X6 hüquqi varisi X10 qeyd edilməsinə baxmayaraq cinayət işinin materiallarında mövcud olan ittiham aktı və zərərçəkmiş şəxsin hüquqi varis kimi tanınma haqqında qərarda İddiaçı zərərçəkmiş şəxs X6 hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri X20 tərəfindən xx.xx.N3-cü il tarixdə qəbul edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs X6 hüquqi varisi qismində tanınmışdır. İddiaçı tərəfindən Bakı Hərbi Məhkəməsinə ünvanlanmış xx.xx.N3-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı təqsirləndirilən şəxs X21 ilə barışdığını, tələbi və mülki iddiası olmadığını bilirmiş və təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. X11 Azərbaycan Respublikası CM-in 342.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktının surətindən görünür ki, X21 Azərbaycan Respublikası CM-in 342.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrasızamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” N0-ci il 24 aprel tarixli Qərarlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” N0-ci il 24 aprel tarixli Qərarına əsasən mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Vurulmuş mənəvizərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X7rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əməkdaşı olan X11 təqsiri səbəbindən iddiaçının əri X.Quliyev vəfat etmişdir. Hazırda İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Maliyyə Nazirliyinə qarşı mənəvi zərərin ödənilməsi tələbi ilə müraciət edərək ona dəymiş mənəvi zərərə görə 500.000 manat məbləğində pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Cavabdeh Müdafiə Nazirliyinin etirazında məhkəmə hökmündə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış şəxsin başqa şəxs kimi göstərilməsi, habelə həmin şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması məsələsinə aydınlıq gətirilməklə müəyyən edilmişdir ki, məhkəmə hökmündə ehtimal ki, texniki yanlışlıq olmuşdur, çünki cinayət işi materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərarda da və məhkəməyə sanki onun adından ünvanlanmış ərizədə də məhz İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi hesab edilmişdir. Digər tərəfdən isə hazırki iş üzrə iddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi kimi həmin cinayət işi üzrə təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair ərizəsini təkzib etmişdir. Odur ki, Müdafiə Nazirliyinin iddia ərizəsinə etirazında göstərdiyi dəlillər əsassızdır. Həmçinin Maliyyə Nazirliyinin etirazında qeyd etdiyi xüsusatlar iddianın əsaslılığını aradan qaldırmır. Məhkəmə qeyd edir ki, iddiaçının 10 ildən artıq nikah münasibətlərində olduğu, birlikdə iki övlad böyütdüyü və vəzifəli şəxsin səhlənkarlığı nəticəsində ölmüş ərinin ölümü ilə bağlı keçirmiş olduğu mənəvi sarsıntı mübahisəsiz və aşkardır. Üstəlik də iddiaçının özünün fiziki durumundan aydın olur ki, iddiaçının xəstəliyi ilə əlaqədar onun ümumiyyətlə kənar köməyə böyük ehtiyacı var. Ərinin ailəsini qazancını təmin etmək məqsədilə getdiyi məkanda ölümə rast gəlməsinin iddiaçının mənəvi dünyasında və güzəranında hansı fəsadlara gətirib çıxarmasını təsəvvür etmək o qədər çətinlik yaratmır. Bütün bunların fonunda iddiaçının ərinin vaxtsız ölümündən və bundan sonra iki azyaşlı övladını atasız təkbaşına böyütmək məcburiyyətindən keçirdiyi hisslər də kifayət qədər aydındır. Məhkəmə iddiaçının ona vurulmuş mənəvi zərərin kompensasiyası üçün 500.000 manat tələb etməsi ilə bağlı bildirir ki, iddiaçının yaşadığı itkini hər nə qədər də kompensasiya etmək böyük sual doğursa da, məhkəmə hazırki vəziyyətdə iddiaçının qadın olmasını, 1-ci qrup müddətsiz əlil olmasını və ərinin ölümündən sonra 2 yetkinlik yaşına çatmayan övladı ilə təkbaşına qalmasını nəzərə alaraq ona 50.000 manat məbləğində kompensasiya ödənilməsini əsaslı hesab edir. Məhkəmə həmçinin iddiaya cavab verməli olan subyekt olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qeyd edilməsini əsaslı hesab etmir. Hazırki iddia tələbi dövlət orqanının vəzifəli şəxsinin vurduğu zərərə görə dövlət tərəfindən zərərin ödənilməsinə dair maddi hüquq normasının dispozisiya şərtlərini ödədiyindən məhkəmə tərəfindən müəyyən edilən kompensasiya məbləği Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına ödənilməlidir. Həmçinin iddiaçının çəkdiyi məhkəmə xərcləri də cavabdehdən tərəfindən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 50.000 manat və məhkəmə xərclərinə görə ödənilmiş cəmi 317,25 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 50.000 (əlli min) manat və məhkəmə xərclərinə görə ödənilmiş cəmi 317,25 (üç yüz on yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3371/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3371/2025
31.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver