Məhkəmə qərarları › İş №e-2(006)-3413/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3413/2022

24.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3413/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı Nurəddı̇ n qızının, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Nurəddı̇ n qızının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nurəddı̇ n qızı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilin mart ayından 2022-ci ilin iyun ayına qədər 39 ay ərzində hər ay iddiaçının əmək haqqından qanunsuz olaraq kəsdiyi 280 manat, cəmi 10 920 (on min doqquz yüz iyirmi) manat pulun; həmin 10 920 (on min doqquz yüz iyirmi) manat əmək haqqının ödənilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün həmin gecikdirilmiş əmək haqqının bir faizi məbləğində ödənc, cəmi 20 000 (iyirmi min) manat pulun; 300 (üç yüz) manat hüquqi xidmət xərci və 50 manat mediasiya xərci, cəmi 31 270 (otuz bir min iki yüz yetmiş) manat pulun, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 may 2017-ci il tarixdə cavabdeh "xxxx" ASC-dən İddiaçı Nurəddı̇ n qızına iş təklifi gəlmişdir. Həmin vaxt iddiaçı 600 manat aylıq maaş ilə "xxxx" Sığorta Şirkətində çalışırmış. Cavabdeh də iddiaçıya 600 manat məbləğində əmək haqqı təklif etdiyindən, iddiaçı komanda şəklində işləmək üçün "xxxx" Sığorta Şirkətindən işdən çıxmış və 15 may 2017-ci il tarixli müqavilə üzrə 600 manat aylıq maaş ilə cavabdeh şirkətdə işə başlamışdır. İddiaçı 2 (iki) il komanda halında cavabdeh şirkətdə əmin-amanlıq şəraitində işləmiş, lakin 2019-cu ilin mart ayından onun üçün qara günlər başlamışdır. Belə ki, ilk öncə iddiaçının maaşı 2019-cu ilin mart ayında cavabdeh tərəfindən heç bir müqavilə dəyişikliyi, qarşılıqlı razılaşma olmadığı halda tək tərəfli olaraq və əmək qanunvericiliyinin tələbləri pozulmaqla 280 manat məbləğində azaldılmış və iddiaçının bank hesabına aylıq 320 manat əmək haqqı köçürülməyə başlanmışdır. İddiaçı ilk vaxtlar bunun yanlışlıq olduğunu hesab etmiş və vəziyyəti cavabdehə bildirməmişdir. İddiaçı bu məsələnin hər ay davamlı hal almağa başladığını gördükdə vəziyyəti və narazılığını cavabdeh şirkətin İdarə Heyətinin sədr müavini vəzifəsində işləyən və komanda rəhbəri olan Qoşqar Həsənova (hazırda dünyasını dəyişib) şifahi şəkildə bildirmişdir. Qoşqar Həsənov iddiaçıya şirkətin maliyyə durumunun çox ağır olduğunu bildirmişdir və vəziyyət düzələn kimi iddiaçının ödənməyən (qalan) maaşının qəpiyinə kimi ödəniləcəyini qeyd etmişdir. Amma aylar keçsə də, iddiaçının maaşı yenə də 320 AZN-lə hesablanmışdır. İddiaçı durumun düzəlmədiyini gördüyü və "xxxx" ASC bağlandığı üçün, oradakı rəhbər şəxslərin də cavabdeh şirkətdə işə qəbul edildiyini, bu səbəblə komanda rəhbəri Qoşqar Həsənovun səlahiyyətlərinin azaldığını da nəzərə alaraq maaşının qanunsuz azaldılması ilə bağlı xx.xx.2020-ci ildə X6 Xidmətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə e-mail vasitəsi ilə şikayət etmişdir. Lakin həmin qurumlardan iddiaçıya bildirmişlər ki, iş məhkəmədə olduğu üçün onlar bu məsələyə baxa bilməzlər. Belə ki, xx.xx.2021-ci ildə şikayət etdiyi üçün cavabdeh tərəfindən iddiaçının 15 may 2017-ci il tarixli əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmiş və o, işdən azad edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(006)-2283/2021 saylı qətnaməsinə əsasən iddiaçı işə bərpa olunmuşdur. Həmin qətnamədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qeyd edilmişdir. Cavabdehin apellyasiya və kassasiya şikayətlərindən sonra Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(006)-2283/2021 saylı qətnaməsi qüvvəyə minmiş, iddiaçı 2022-ci ilin mart ayında faktiki olaraq işə bərpa olunmuşdur. İşə bərpa olunsa da, cavabdeh iddiaçıya məcburi iş buraxma müddəti bərpa olunduğu vaxtdan 15 may 2017-ci il tarixli əmək müqaviləsi üzrə razılaşdıqları 600 manat əmək haqqını deyil, xeyli mübahisədən sonra 320 manat əmək haqqını ödəmişdir. Hətta qətnaməyə izah verilməsinə dair cavabdeh tərəfindən verilmiş ərizə əsasında qəbul edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)-20/2022 saylı qərardadında da qeyd edilir ki, “borclu "xxxx" ASC-nin Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi aşağıdakı qaydada təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə İddiaçı işdən çıxarıldığı vaxtdan bərpa olunduğu vaxtadək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı (işdən azad olunanadək aldığı əmək haqqı miqdarında) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli olduğu kimi izah verilsin və qətnamənin icrası ilə bağlı icra hərəkətləri davam etdirilsin”. Həmin qərardaddan iddiaçı şikayət vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 8(103)-141/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 8(006)- 20/2022 saylı qərardadı ləğv edilmişdir. İddiaçı xx.xx.2021-ci ildə yenə də şikayət etmiş, cənab nazir Sahil Babayevə, Ombudsmana və xx.xx.2021-ci ildə poçtla şikayət ərizəsini X6 Xidmətinə göndərmişdir. xx.xx.2021-ci ildə iddiaçı Əmək Müfəttişliyi Xidmətinə dəvət edilərək ondan izahat alınmış və xx.xx.2021-ci ildə iddiaçıya bildirilmişdir ki, məhkəməyə müraciət etdiyi üçün məsələyə qarışa bilməzlər. İddiaçı sonradan şikayət etsə də, bütün şikayətlərə eyni məzmunda cavablar almış, belə ki, əmək hüquqlarının pozulması və işə bərpa tələbi ilə əlaqədar etdiyi müraciətə eyni zamanda Nəsimi rayon Məhkəməsində də baxılmaqda olduğu qeyd edilmişdir. Məhkəmə işə bərpa olunmağı haqqında qərar qəbul etdikdən sonra cavabdeh tərəfindən xx.xx.2022-ci ildə 600 AZN əmək haqqı ilə “Əcəmi” Filialına işə bərpa edilsə də (işə bərpa olunmağı haqqında cavabdeh tərəfindən verilmiş əmrin surəti iddiaçının e-mailinə göndərilmişdir), sonra işə bərpa ediləndən bir neçə gün sonra iddiaçıya məlum olub ki, yenidən həmin əmək haqqı tək tərəfli dəyişdirilib və maaşı 320 manat olaraq müəyən edilib. İddiaçı bu barədə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə X6 Xidmətinə şikayət etmiş və xx.xx.2022-ci ildə Əmək Müfəttişliyinin əməkdaşı Yalçın bəy ondan izahat almış və nəticədə bildirmişdir ki, Xidmət tərəfindən cavabdehin ünvanına **********2 saylı xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq, iddiaçıya aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 7.9-cu bəndinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Lakin cavabdeh tərəfindən sənədlərin təqdim olunması təmin edilmədiyindən iddiaçının müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. İddiaçıya nəticə ilə razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. İddiaçı bu günə qədər əmək funksiyasını yüksək peşəkarlıq ilə yerinə yetirmiş, heç xəbərdarlıq almamış, əksinə dəfələrlə həvəsləndirici təriflər, təşəkkürnamələr almışdır. İddiaçı evlidir, 2 azyaşlı övladı var və onun başqa qazanc yeri yoxdur. Qeyd edilənlər əsasında iddiaçı cavabdehlə bağladığı xx.xx.2017-ci il tarixli əmək müqaviləsi üzrə ona 2019-cu ilin mart ayından 2022-ci ilin iyun ayına qədər ödənilməyən 10920 manat əmək haqqının qanuni dəbbə pulu ilə birlikdə cavabdehdən tutulması üçün hazırki iddia ərizəsini məhkəməyə verməyə məcbur qalmışdır. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı Nurəddı̇ n qızının xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cəmiyyətin “Sumqayıt” və “Əcəmi” filiallarında aparıcı sığorta əməliyyatçısı vəzifələrində çalışdığını bildirmişdir. xx.xx.2019-cu il tarixdə xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək, iddiaçının əmək haqqısı 320 (üç yüz iyirmi) manat olmuşdur. Müqaviləyə dəyişikliklə bağlı məlumat “Əmək müqavilələrinin elektron informasiya sisteminə” daxil edilmişdir. Əmək müqaviləsinin bildirişi “Elektron məhkəmə portalına” əlavə edilib. Cəmiyyətlə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2581/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilərək İddiaçı Nurəddı̇ n qızının işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının, 290,00 (iki yüz doxsan) manat vəkil xərcinin tutularaq İddiaçı Nurəddı̇ n qızının hesabına köçürülməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2581/2021 saylı qətnaməsi "xxxx" ASC tərəfindən tam icra olunmuş, İddiaçı Nurəddı̇ n qızı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi 01 fevral 2021-ci il tarixli, AS-K-22/20 saylı əmrlə bərpa olunmuş və İddiaçı Nurəddı̇ n qızının bank hesabına buraxılmış əmək haqqı hesablanaraq 3797,65 (üç min yeddi yüz doxsan yeddi manat, altmış beş qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 31270 (otuz bir min iki yüz yetmiş) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində narazılığını İdarə Heyətinin sədr müavini vəzifəsində çalışan və komanda rəhbəri olan Qoşqar Həsənova şifahi şəkildə bildirdiyini və əvəzində sonuncunun ona şirkətin maliyyə durumunun çox ağır olmasını, vəziyyət düzələn kimi onun ödənməyən (qalan) maaşının qəpiyinə kimi ödəniləcəyini bildirmişdir. Lakin “Elektron Məhkəmə” portalına əlavə edilmiş sənədlərə nəzər yetirdikdə bu halı təsdiq edən hər hansı bir sübutun olmadığı görünür. İddiaçı ilə Cəmiyyət arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik xx.xx.2019-cu ildə olmuş və həmin əmək müqaviləsinə xx.xx.2021-ci ildə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı 22 ay 320,00 (üç yüz iyirmi) manat əmək haqqı almış, bununla bağlı narazılığını rəsmi olaraq nə Cəmiyyətə, nə də səlahiyyətli dövlət orqanlarına bildirməmişdir. Əmək Məcəlləsində pul və digər tələblərlə bağlı iddia tələbi üçün nəzərdə tutulmuş 1 il prosessual müddəti imperativ haldır. İddiaçı hüquqlarının pozulduğunu ən yaxşı halda xx.xx.2019-cu il tarixdə əmək haqqının kart hesabına köçürülməsi ilə müəyyən etmiş olmalı idi. Əmək Məcəlləsinin 296.4-cü maddəsi nəzərə alınsa, iddia tələbi üçün müddət xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Göstərilənlərə əsasən, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan, xx.xx.2022-ci il tarixdə İddiaçı Nurəddı̇ n qızının vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 15 may 2017-ci il də bağlanmış 37 nömrəli əmək müqaviləsinin “işçiyə hər ay müvafiq vergi məbləği və digər məcburi ödəniş məbləği daxil olmaqla 600 (altı yüz) manat əmək haqqı ödənilir” məzmunundakı əmək müqaviləsinin bağlandığı 15 may 2017-ci il tarixindən 2022-ci ilin iyun ayına qədər dəyişdirilmədən qüvvəsində qaldığının hesab edilməsi; cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilin mart ayından 2022-ci ilin iyun ayına qədər 39 ay ərzində hər ay iddiaçının əmək haqqından qanunsuz olaraq kəsdiyi 280 manat, cəmi 10920 (on min doqquz yüz iyirmi) manat əmək haqqı, həmin 10920 (on min doqquz yüz iyirmi) manat əmək haqqının ödənilməsinin cavabdehin təqsiri üzündən gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün həmin gecikdirilmiş əmək haqqının %1-i məbləğində ödənc olan 20000 (iyirmi min) manat pul, 300 (üç yüz) manat hüquqi xidmət xərci və 50 manat mediasiya xərcinin, cəmi 31270 (otuz bir min iki yüz yetmiş) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nurəddı̇ n qızının vəkili-nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixdə yenidən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 15 may 2017-ci il də bağlanmış 37 nömrəli əmək müqaviləsinin “işçiyə hər ay müvafiq vergi məbləği və digər məcburi ödəniş məbləği daxil olmaqla 600 (altı yüz) manat əmək haqqı ödənilir” məzmunundakı 4.1.1-ci bəndinin həmin əmək müqaviləsinin bağlandığı 15 may 2017-ci il tarixindən 2022-ci ilin iyun ayına qədər dəyişdirilmədən qüvvəsində qaldığının hesab edilməsi; cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilin mart ayından 2022-ci ilin iyun ayına qədər 39 ay ərzində hər ay iddiaçının əmək haqqından qanunsuz olaraq kəsdiyi 280 manat, cəmi 10920 (on min doqquz yüz iyirmi) manat əmək haqqı, həmin 10920 (on min doqquz yüz iyirmi) manat əmək haqqının ödənilməsinin cavabdehin təqsiri üzündən gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün həmin gecikdirilmiş əmək haqqının 1 %-i məbləğində ödənc olan 20 000 (iyirmi min) manat pul, 300 (üç yüz) manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin, cəmi 31 270 (otuz bir min iki yüz yetmiş) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nurəddı̇ n qızının vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək, iddia tələbi üzrə üzrlü səbəblərdən ötürmüş olduqları məhkəməyə müraciət etmə müddətinin bərpa edilməsini və işə mahiyyəti üzrə baxılaraq müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəkil-nümayəndə ərizədə cavabdehin səlahiyyətli şəxsinin etiraf edici hərəkətinin olmasını və bunun şahid ifadəsi ilə təsdiq edilə biləcəyini bildirmiş, həm etiraf edici hərəkətlə əlaqədar, həm də aidiyyəti qurumlara ünvanlanmış şikayətlərlə bağlı iddia müddətinin axımının dəfələrlə kəsildiyini qeyd edərək, iddia müddətinin ötürülmədiyini vurğulamış, əgər məhkəmə iddia müddətinin ötürülmüş olduğunu hesab edərsə, yuxarıda qeyd edilən iki nüansı nəzərə alaraq, buraxılmış müddətin səbəblərini üzrlü hesab etməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Nurəddı̇ n qızı iddianı müdafiə edib, iddia ərizəsinin, iddia tələblərinin dəqiqləşdirilməsi barədə sonuncu ərizənin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı Nurəddı̇ n qızının vəkili-nümayəndəsi Vəkil iddia ərizəsinin, iddia tələblərinin dəqiqləşdirilməsi barədə sonuncu ərizənin məzmununa və əvvəlki məhkəmə iclaslarındakı çıxışlarına uyğun çıxış edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddiaçının iddia tələblərinin əsassız olduğunu, həmçinin, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirdi ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli AS-K-22/18 saylı əmr onun tərəfindən hazırlanmış, lakin əmrin məzmununda texniki səhvə yol verilmiş, belə ki, 320 manat əvəzinə 600 manat qeyd edilmişdir. Əmri sistemdə qeydiyyata almamışdan əvvəl səhv aşkarlanmış və nəticədə əmr sistemdə qeydiyyata alınmamışdır. Bu səbəbdən də sözügedən əmr qüvvəyə minməmişdir. Göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 iddiaçı ilə birlikdə işlədiyini, iddiaçının maaşının azaldılmasından sonra bununla bağlı dəfələrlə rəhbərliyə müraciət etdiyini, rəhbərlik tərəfindən iddiaçıya şirkətin maliyyə vəziyyətinin yaxşı olmadığını və vəziyyət düzəldiyi təqdirdə maaşının tam ödəniləcəyini bildirdiklərini qeyd etmişdir. Məhkəmə tərəfindən verilmiş suala cavab olaraq bildirmişdir ki, bu məlumatları ona iddiaçının özü söhbət əsnasında demiş, yəni o, baş verənlərə birbaşa şahid olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələri, iddia ərizəsinə etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli 37 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı Nurəddı̇ n qızı "xxxx" ASC-nin “Sumqayıt” filialının “aparıcı sığorta əməliyyatçısı” vəzifəsinə işə qəbul edilmiş, tərəflər işçiyə hər ay müvafiq vergi məbləği və digər məcburi ödəniş məbləğləri daxil olmaqla 600 (altı yüz) manat əmək haqqı ödənilməsi barədə razılığa gəlmişlər. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli xxxxxxx000301 №-li əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı Nurəddı̇ n qızının aylıq əmək haqqının məbləği 320 manat müəyyən edilmişdir. Bildirişdən, həmçinin, “əvvəlki: 600” qeydinin olduğu görünür. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli elektron məktublardan görünür ki, İddiaçı tərəfindən “Elektron ünvan 1”, “Elektron ünvan 2” elektron poçt ünvanlarına şikayətlər ünvanlanmışdır. Mülki işin materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli AS-k-21/09 saylı əmrdən görünür ki, “Sumqayıt” filialının “aparıcı sığorta əməliyyatçısı” İddiaçı Nurəddı̇ n qızı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsinin “a” bəndində sadalanan hal) 08 yanvar 2021-ci il tarixdə xitam verilməsi, həmçinin, yekun hesablaşma aparılaraq, xx.xx.2020xx.xx.2021-ci il tarixlərdə olan iş ili üçün 19 əsas məzuniyyət günlərinin haqqının ödənilməsi barədə əmr verilmiş və əmrin əsasının AS-K-20/236 saylı əmrə əsasən “Sumqayıt” filialında aparılmış yoxlamanın nəticələri barədə xx.xx.2021-ci il tarixli aktın olması göstərilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli xxxxxxx0003X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı Nurəddı̇ n qızı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (“işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda”) xitam verilmişdir. Mülki işin materiallarında olan ******* nömrəli əmək kitabçasında xx.xx.2021-ci il tarixdə edilmiş 12 nömrəli qeyddən görünür ki, xx.xx.2021-ci il tarixli AS-k-21/09 saylı əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72a) əmək vəzifələrinin kobud şəkildə pozulmasını nəzərə alıb əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli elektron məktublardan görünür ki, İddiaçı tərəfindən “Elektron ünvan 3”, “Elektron ünvan 1”, “Elektron ünvan 4”, “Elektron ünvan 2”, “Elektron ünvan 5”, “Elektron ünvan 6” elektron poçt ünvanlarına şikayətlər ünvanlanmışdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli elektron məktubdan görünür ki, İddiaçı tərəfindən, həmçinin, “Elektron ünvan 7”, “Elektron ünvan 8” elektron poçt ünvanlarına şikayətlər ünvanlanmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli **********6 saylı cavab məktubundan görünür ki, araşdırma zamanı İddiaçı Nurəddı̇ n qızının müraciətindən və elektron məhkəmə sistemindən İddiaçı Nurəddı̇ n qızının "xxxx" ASC-də əmək hüquqlarının pozulması və işə bərpa tələbi ilə əlaqədar etdiyi müraciətə eyni zamanda Nəsimi Rayon Məhkəməsində baxılmaqda olduğu və bu səbəbdən Xidmətin bu məsələ ilə əlaqədar fəaliyyət göstərə bilməyəcəyi qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 290 (iki yüz doxsan) manat hüquqi xidmət xərcinin əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-20/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, borclu "xxxx" ASC-nin Nəsimi Rayon Məhkəməsinin 2(006)-2283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi aşağıdakı qaydada təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsinə İddiaçı işdən çıxarıldığı vaxtdan bərpa olunduğu vaxtadək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının (işdən azad olunanadək aldığı əmək haqqı miqdarında) "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli olduğu kimi izah verilməsi və qətnamənin icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli AS-K-22/18 saylı “AS-k-21/09 saylı əmrin ləğv edilməsi haqqında” əmrdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2(006)-2283/2021 saylı qətnaməsini əsas tutaraq, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli AS-k-21/09 saylı əmri ləğv edilmiş, İddiaçı Nurəddı̇ n qızı xx.xx.2021-ci il tarixdən 4 (dörd) ay 7 (yeddi) gün müddətinə 600 (altı yüz) AZN əmək haqqı ilə “Əcəmi” Filialının sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli AS-K-22/20 saylı “AS-k-21/09 saylı əmrin ləğv edilməsi haqqında” əmrdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2(006)-2283/2021 saylı qətnaməsini əsas tutaraq, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli AS-k-21/09 saylı əmri ləğv edilmiş, İddiaçı Nurəddı̇ n qızı xx.xx.2021-ci il tarixdən 4 (dörd) ay 7 (yeddi) gün müddətinə 320 (üç yüz iyirmi) AZN əmək haqqı ilə “Əcəmi” Filialının sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilmişdir. Mülki işin materiallarında olan ******* nömrəli əmək kitabçasında xx.xx.2022-ci il tarixdə edilmiş 13 nömrəli qeyddən görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2(006)-2283/2021 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixli AS-K-22/18 saylı əmrlə xx.xx.2021-ci il tarixli AS-k-21/09 saylı əmr ləğv edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli elektron məktublardan görünür ki, İddiaçı tərəfindən “Elektron ünvan 1”, “Elektron ünvan 9”, “Elektron ünvan 4”, “Elektron ünvan 6”, “Elektron ünvan 5” elektron poçt ünvanlarına şikayətlər ünvanlanmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra baş idarəsinə ünvanladığı 2/5876-22 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı şikayətində göstərilən halların yoxlanılması, müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin 002119 №-li xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-2283/2021 saylı qətnaməsinə əsasən "xxxx" ASC tərəfindən 2021-ci ilin yanvar-dekabr ayları və 2022-ci ilin yanvar ayı üzrə hesablanmış 3797,65 manat məbləğində əmək haqqı İddiaçı Nurəddı̇ n qızının hesabına köçürülmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli elektron məktublardan görünür ki, İddiaçı tərəfindən “Elektron ünvan 6”, “Elektron ünvan 5” elektron poçt ünvanlarına şikayətlər ünvanlanmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli **********1 saylı məktubundan görünür ki, iş üzrə məhkəmə qətnaməsi olduğundan, qətnamənin icrası ilə bağlı müvafiq icra qurumuna müraciət edilməsi tövsiyə edilmiş, "xxxx" ASC-yə İddiaçı Nurəddı̇ n qızına aid olan sənədlərin təqdim edilməsi məqsədilə **********2 saylı xx.xx.2022-ci il tarixli məktubla müraciət olunmuş, lakin tələb olunan sənədlər təqdim edilmədiyindən müraciətin araşdırılması başa çatdırılmamışdır. İddiaçı Nurəddı̇ n qızına razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli elektron məktubdan görünür ki, İddiaçı tərəfindən “Elektron ünvan 6”, “Elektron ünvan 5”, “Elektron ünvan 10” elektron poçt ünvanlarına şikayətlər ünvanlanmışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 8(103)-141/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, şikayət təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 8(006)-20/2022 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-2283/2021 saylı qətnaməsinə izah verilməsi barədə borclu "xxxx" ASC tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Mülki işin materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli AS-k-22/14 saylı əmrdən görünür ki, ASC-nin “Əcəmi” filialının aparıcı sığorta əməliyyatçısı İddiaçı Nurəddı̇ n qızı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 17 iyun 2022ci il tarixdə xitam verilmişdir. Mülki işin materiallarında olan SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı Nurəddı̇ n qızı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmiş, işə başlamalı olduğu tarix xx.xx.2022-ci il qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/9-00015 №-li “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, "xxxx" ASC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı Nurəddı̇ n qızı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2017-ci il tarixdə 37 №-li əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdehin “Sumqayıt” filialının “aparıcı sığorta əməliyyatçısı” vəzifəsinə işə qəbul edilmiş və əmək haqqı 600 manat təşkil etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik edilmiş, iddiaçının əmək haqqının məbləği azaldılaraq 320 manat müəyyən edilmişdir. İddiaçı əmək haqqının azaldılması ilə bağlı cavabdehin səlahiyyətli nümayəndəsinə vaxtında müraciət etdiyini bildirsə də, məhkəmədə bunu lazımi qaydada sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçının məhkəmə iclasına şahid qismində dəvət edilmiş iş yoldaşı Məmmədova Elnarənin ifadəsindən aydın olmuşdur ki, o, hadisələrin birbaşa şahidi olmamış, yalnız iddiaçının ona danışdıqları əsasında onda fikir formalaşmış və məhkəmə iclasında verdiyi ifadədə qeyd etdikləri məhz iddiaçının mülahizələrinə əsaslanmışdır. Buna görə də məhkəmə tərəfindən şahid X1 verdiyi ifadə mötəbər sübut kimi qiymətləndirilmir. İddiaçı yalnız xx.xx.2020-ci il tarixdən etibarən, yəni əmək haqqının azaldılmasından 21 ay sonra müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlamağa başlamışdır. İddiaçının 21 ay ərzində 320 manat əmək haqqı müqabilində işləməsi işin mübahisəsiz halıdır. Bu isə ona dəlalət edir ki, iddiaçı əmək şəraitinin dəyişdirilməsinə susmaqla razılığını bildirmişdir. Əks halda, iddiaçı vaxtında əmək müqaviləsinə edilən dəyişikliyi mübahisələndirmək hüququndan istifadə edərdi. Lakin iddiaçı bununla bağlı məhkəməyə müraciət müddətini buraxmışdır. Bundan sonra, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (“işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda”) xitam verilmişdir. xx.xx.2021-ci, xx.xx.2021-ci il tarixlərdə iddiaçı şikayət məktubları ilə dövlət orqanlarına müraciət etməyə davam etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi xx.xx.2021ci il tarixdə iddiaçıya cavab məktubu ünvanlayaraq bildirmişdir ki, onun şikayət etdiyi məsələyə məhkəmədə baxıldığından Xidmət bu məsələ ilə əlaqədar fəaliyyət göstərə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialında aparıcı sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 290 (iki yüz doxsan) manat hüquqi xidmət xərcinin əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən görünür ki, iddiaçı hazırki iddia tələbinin əsasını təşkil edən əmək haqqının cavabdeh tərəfindən birtərəfli qaydada azaldılması məsələsini həmin dövrdə mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə hazırki iddia tələbi üzrə işə xitam verməmiş və mahiyyəti üzrə baxmağa başlamışdır. Belə ki, hazırda iddiaçı tərəfindən eyni tərəflər arasında eyni mübahisə barəsində məhkəməyə müraciət olunsa da, bu müraciətin əsası iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən edilən əsasla eyni deyil, başqa əsas olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsas tutularaq, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə əmr verilmiş və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli AS-k-21/09 saylı əmri ləğv edilmiş, iddiaçı xx.xx.2021-ci il tarixdən 4 ay 7 gün müddətinə 320 manat əmək haqqı ilə cavabdehin “Əcəmi” Filialının sığorta əməliyyatçısı vəzifəsinə bərpa edilmişdir. Bundan sonra, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə iddiaçı hüquqlarının cavabdeh tərəfindən pozulması ilə əlaqədar müxtəlif dövlət orqanlarına şikayətlər etməyə davam etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(006)-2283/2021 saylı qətnaməsinə əsasən 2021-ci ilin yanvar-dekabr ayları və 2022-ci ilin yanvar ayı üzrə hesablanmış 3797,65 manat məbləğində əmək haqqı iddiaçının hesabına köçürülmüşdür. İddiaçının şikayətləri xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə davam etmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2(b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İddiaçının xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə əmək qabiliyyətinin olmaması səbəbindən işdən azad edilməsi və işə başlamalı olduğu tarixin xx.xx.2022-ci il qeyd edildiyi SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin üzərində xüsusilə tarixlərdə dəyişikliklər edilməsi müşahidə edildiyindən həmin sənəd də məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. İddiaçının hazırki iddia tələbi ilə əlaqədar əvvəlcə mediasiyaya müraciət etməsi, lakin cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən məhkəməyə müraciət etməsi işdə olan sənədlərlə təsdiq olunur. Məhkəmə iddia tələbinin “cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında 15 may 2017-ci il də bağlanmış 37 nömrəli əmək müqaviləsinin “işçiyə hər ay müvafiq vergi məbləği və digər məcburi ödəniş məbləği daxil olmaqla 600 (altı yüz) manat əmək haqqı ödənilir” məzmunundakı 4.1.1-ci bəndinin həmin əmək müqaviləsinin bağlandığı 15 may 2017-ci il tarixindən 2022-ci ilin iyun ayına qədər dəyişdirilmədən qüvvəsində qaldığının hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallardan göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 37 №-li əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən birtərəfli qaydada dəyişiklik edilərək, iddiaçının əmək haqqının məbləği 600 manatdan 320 manatadək azaldımışdır. İddiaçı bu məsələni mübahisələndirməyə dərhal, yəni 320 manat əmək haqqı aldığı andan etibarən başlamasını məhkəmədə lazımi qaydada sübuta yetirə bilməmişdir. Məhkəmə işdə olan mötəbər sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı 21 ay müddətində 320 manat əmək haqqı ilə işləyəndən sonra yalnız xx.xx.2020-ci il tarixdən etibarən bu məsələni müvafiq qaydada dövlət orqanlarına şikayətlər ünvanlamaqla mübahisələndirmişdir. Bütün bunlardan sonra iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə iddianı bu hissədə əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 357-ci maddəsinə görə, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Məhkəmə burada əmək müqaviləsinə dəyişikliyə mülki qanunvericiliyin normalarını qanunun analogiyası üzrə tətbiq edərək hüquqi qiymət verir. Belə ki, əmək müqaviləsi ikitərəfli əqddir, tərəflərin razılığı ilə bağlanmışdır və müqaviləyə birtərəfli qaydada dəyişiklik edilməsinə baxmayaraq, digər tərəf dəyişikliyi bəyənmiş, yəni sonradan buna razılıq vermişdir. Həmin razılıq yazılı ifadə edilməsə də, tərəf 21 ay müddətində dəyişiklikdə müəyyən edilmiş şərtlər əsasında narazılığını ifadə edən hər hansı hərəkəti etmədən işləməklə əqdi bəyəndiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Müılki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Məhkəmə, həmçinin, qeyd edir ki, qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iddia tələbinin “cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2019-cu ilin mart ayından 2022-ci ilin iyun ayına qədər 39 ay ərzində hər ay iddiaçının əmək haqqından qanunsuz olaraq kəsdiyi 280 manat, cəmi 10920 (on min doqquz yüz iyirmi) manat əmək haqqı, həmin 10920 (on min doqquz yüz iyirmi) manat əmək haqqının ödənilməsinin cavabdehin təqsiri üzündən gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün həmin gecikdirilmiş əmək haqqının 1 %-i məbləğində ödənc olan 20 000 (iyirmi min) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin birinci hissəsinin əsassız olması məhkəmə tərəfindən müəyyən edildiyindən və tələbin bu hissəsi həmin hissənin əsaslılığı ilə birbaşa əlaqədar olduğundan, iddia tələbi bu hissədə də əsassızdır və məhkəmənin qənaətinə görə təmin edilməməlidir. Burada əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Əmək Məcəlləsinin 287-ci maddəsinə görə, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Göründüyü kimi, əmək qanunvericiliyi əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə verilən ödənci yalnız fərdi əmək mübahisəsinin olmadığı hallara şamil edir. Hazırki işdə isə fərdi əmək mübahisəsinin mövcud olması halı aşkardır. Həmçinin, qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə iddia tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, iddia tələbinin birinci hissəsinin təmin edilməməsi, avtomatik olaraq iddianın digər hissələrinin də təmin olunmamasını labüd edir. Çünki iddianın birinci hissəsinin əsassızlığına görə rədd edilməsi və iddianın digər hissələrinin əsas tələbdən doğan törəmə tələblər olması həmin hissələrin də əsassız olmasına dəlalət edir. Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sözügedən Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 104.1-ci maddəsinə əsasən, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Son olaraq, məhkəmə iddia tələbinin “300 (üç yüz) manat hüquqi xidmət xərcinin və 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi” hisəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsi məhkəmə xərcləri ilə bağlı olduğundan və iddia təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatında qeyd etdiyi xx.xx.2022-ci il tarixli AS-K-22/18 saylı texniki səhvlə tərtib edilmiş və sistemə daxil edilməmiş əmrə münasibətdə qeyd edir ki, sözügedən əmr elektron informasiya sistemində qeydiyyata alınmadığından hüquqi qüvvəyə minməmişdir, buna görə də işin halları üçün əhəmiyyət kəsb etmir və mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə cavabdeh tərəfindən verilmiş etirazda qeyd edilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə isə qeyd edir ki, iddia əsassız olduğundan, iddia müddətinin tətbiq edilməsinə zərurət qalmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının rədd edilməsi nəticəsinə gəlir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nurəddı̇ n qızının cavabdeh "xxxx" ASC-yə qarşı “pul və s.” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar