Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3465/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 məqsədi ilə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının indeksasiyası həddində sabit pul məbləğində alimentin onun xeyrinə tutulması, şəkilmiş məhkəmə xərclərinin əvəzi olaraq 60 manat mediasiya xərcinin, 40 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım üçün ödənilmiş pul vəsaitinin, habelə etibarnamənin verilməsi üçün ödənilmiş 19,25 manat məbləğində pulun cavabehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 22 avqust 2017-ci il tarixindən etibarən qeyri-rəsmi qaydada ailə münasibətlərinə daxil olmaqla birgə yaşamış və buna uyğun olaraq nikahdankənar iki uşaqları dünyaya gəlmişdir: xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5. Onlar arasında rəsmi nikah olmasa da, X2 doğumu 15 aprel 2021-ci il tarixində doğum haqqında akt qeydləri kitabında 57 nömrə ilə qeydiyyata alınmış və buna dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə təqdim edilmişdir. Həmin şəhadətnamədə X2 ata qrafasında Cavabdeh göstərilmişdir. Nikahdan kənar doğulmuş X3 doğumu Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-5351/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və buna uyğun olaraq 140 nömrəli doğum haqqında akt qeydi ilə qeydiyyata alınmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə təqdim edilmişdir. Onlar arasında rəsmi qaydada nikah qeydiyyata alınmasa da, hər iki uşağın atası Cavabdeh olmuş, onlar keçən müddətdə birgə qaydada yaşayaraq birgə təsərrüfat aparmışdılar. 7 aya yaxın müddətdir ki, ayrı yaşamaqdadırlar və uşaqlar hazırda özünün himayəsindədir. Qeyd edilən müddətdə cavabdeh tərəfindən uşaqların saxlanılması üçün ona hər-hansı vəsait ödənilməmişdir. Mövcud mübahisənin məhkəmədən kənar həlli məqsədi ilə mülki prosessual qanunvericiliyin və “Mediasiya haqqında” AR qanununun tələblərini nəzərə almaqla Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixində Bakı 6 saylı Mediasiya Təşkilatında baş tutmuş ilkin mediasiya iclası zamanı cavabdeh iştirak etsə də, razılıq əldə edilmədiyindən mediasiyanın baş tutmaması barədə MŞB/6- 00744 saylı arayışı da təqdim etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çııxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında sürücü işlədiyini, 400 azn əmək haqqı aldığını, həmçinin 250 azn əlavə ödəniş aldığını qeyd edərək, imkanının aşağı olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-cü il tarixli, e-2(006)-5351/2021 saylı Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh iddianı etiraf etməsinin təsdiq edilməsi, Cavabdeh 17 iyul 2018-ci il tarixdə Bakı şəhərində anadan olması, anası İddiaçı olan Yusuf adlı uşağın atası olmasının müəyyən edilməsi, atalığın müəyyən edilməsinin 17 iyul 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İddiaçı və atası Cavabdeh olan Yusuf adlı oğlan uşağına – adı Yusuf, soyadı Musayev, ata adı Böyükağa qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olduğu qət edilmişdir. AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan övladları vardır. AZ-İV seriyalı, 568034 saylı doğum haqqında şəhadətnamadən görünür ki, tərəflərin xx.xx.2020-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/6-00744 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdiirlə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixə saat 12:00-a təyin edilmiş mediasiya sessiyasında hər iki tərəf iştirak etmişdir(mediator: L.Məmmədova). Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş işin halı ondan ibarətdir ki, tərəflərin nikahdankənar xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı iki övladı dünyaya gəlmişdir. X2 doğumu 15 aprel 2021-ci il tarixində doğum haqqında akt qeydləri kitabında 57 nömrə ilə qeydiyyata alınmış və şəhadətnamə təqdim edilmişdir. X3 doğumu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5351/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş və şəhadətnamə təqdim edilmişdir. Tərəflər keçən müddətdə birgə qaydada yaşayaraq birgə təsərrüfat aparmışdılar. Hazırda uşaqlar analarının yanındadırlar. İddiaçının bildirdiyinə görə cavabdeh azyaşlıların saxlanmasında iştirak etmir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək və alimentin məhkəmə qaydasında tutulmasını tələb etmək məcburiyyətindədir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinin tələblərinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə iddia tələbinin “uşağın saxlanılması üçün tutulmalı olan alimentin məbləğinə” münasibətdə qeyd edir ki, ailə münasibətlərindən irəli gələn məsələləri tənzimləyən qanunvericilik bu məsələni də xüsusi olaraq tənzimləyir. Qanunvericiliyin tələblərinə əsasən aliment valideynin aylıq qazancın (gəlirin) müəyyən hissəsi və yaxud sabit pul məbləğində tutula bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-cü il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-cü il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,615 misili (246 manat (tələb edilən aliment) : 400 (2025-cü il üzrə minimum əmək haqqı) = 0,615) həddində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün xx.xx.2025-ci il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 60 manat və dövlət rüsumu qismində ödənilmiş 40 manat cavabdeh X4 alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “500 manat hüquqi yardım üçün ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində qeyd edir ki, iddiaçı vəkilin hüquqi yardımından istifadə etmədən də məhkəməyə iddia tələbi ilə sərbəst şəkildə müraciət edə bilərdi. Alinmentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün xx.xx.2025-ci il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 60 manat və dövlət rüsumu qismində ödənilmiş 40 manat cavabdeh X4 alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alinmentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3465/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3465/2025
28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver