Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3506/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 q̇arşı "cehiz əmlakların tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh q̇arşı "cehiz əmlakların tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3988/2020 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı ailə qurduğu vaxt özünə məxsus cehiz əmlaklarının və şəxsi əşyalarını Bakı şəhəri, Xətai rayonu, 1131 məhəllə, Babək pr-ti, ev 10 C, mənzil 24-də yerləşdirməklə həmin mənzildə əri və uşaqları ilə birlikdə yaşamış, uşaqları da həmin mənzildə doğulub yaşamışlar. Tərəflər arasında ailə mübahisələri başlandığı vaxtdan cavabdeh iddiaçının iradəsi ziddinə iddiaçının yaşadığı mənzilə buraxmamışdır. 2018-ci ildən başlayaraq tərəflər arasında qeyd edilən yaşayış evinə (Bakı ş, Xətai r-n, 1131 məhəllə, Babək pr-ti ev 10 C, mən 24-ə dair) pay hüququnun tanınması ilə bağlı müxtəlif mülki məhkəmə mübahisələri olmuş, həmin mənzilə pay hüququnun tanınması ilə bağlı mülki məhkəmə mübahisələri yeni yekunlaşmışdır. İddiaçıya məxsus cehiz əmlakları Bakı ş, Xətai r-n, 1131 məhəllə, Babək pr-ti ev 10 C, mən 24-ə qalmasına baxmayaraq, Cavabdeh mənzilin açarlarını dəyişərək, ərizəçini həmin mənzilə buraxmamış, cehiz əmlaklarını könüllü olaraq qaytarmaqdan imtina etmişdir. Göstərilənlərə əsasən İddiaçı Abduləhməd qızına məxsus olan və Bakı şəhəri, Xətai rayonu, 1131 məhəllə, Babək prospekti, ev 10 C, mənzil 24-də yerləşən, cehiz əşyalarının (soyuducu- 400 AZN, (Rusiya istehsalı), qaz peçi- 350 AZN, (Türkiyə) istehsalı, kombi- 1000 AZN, (İtaliya istehsalı), Funditar 31, cam balkon-1200 AZN, (Türkiyə) istehsalı, qonaq otağı: mebel servant- kamot, 6000 AZN, (İtaliya istehsalı), televizor altı, 4000 AZN, stol (masa) 11550 AZN, (İtaliya istehsalı), stul, 1550 AZN (6) + 1800 AZN (2), divan, 3 ədəd, 14000 AZN, (İtaliya), kreslo, 1 ədəd, 4675 AZN, (İtaliya), jurnal masası, 1 ədəd, 2000 AZN, (İtaliya istehsalı), tumboçka, 2 ədəd, (İtaliya istehsalı), Torşer, vitrin, 6000 AZN, yan jurnalnı, 2000 AZN, Kofeyni, kondisioner-Mitsubişi, 1 ədəd, 2100 AZN, (Yaponiya), BTU, pərdələr, 6500 AZN, (İtaliya), televizor Soni, 1799 AZN, (Yaponiya), musiqi mərkəzi SONİ, 950 AZN, (Yaponiya), plafonlar (qızılı) 3 ədəd, 700 AZN, (İtaliya), çilçıraq, 1 ədəd, 22000 AZN, (İtaliya), torşer, 2 ədəd, 800 AZN, xalça 1 ədəd, 2500 AZN, Honkonq, jurnal üçün tumboçka, 1350 AZN, (İtaliya), yemək dəsti, 12-lik, 13000 AZN, (Yaponiya), gümüş qablar, 9 ədəd, 2300 AZN, qaşıq dəsti, 12-lik, 1500 AZN, hermes yemək dəsti, 12-lik, (İtaliya), COYNT, Versace çay dəsti, 6-lıq, 7000 AZN, (İtaliya), Versace vaza ağ-qara, 3 ədəd, 1500+800, (İtaliya), Versace vaza güllü, 2 ədəd, 2500 AZN, (İtaliya), Versace buludlar, 3 ədəd, 1900 AZN, (İtaliya), Versace kül qabı, 2 ədəd, 1800 AZN, (İtaliya), Van Clif vazalar dəsti, 5 ədəd, 4600 AZN, saat, 600 AZN, (İtaliya), süfrələr, 600 AZN, (Türkiyə), xrustal qablar, 3 ədəd, 1500 AZN, (Çexiya), şamdan 2 ədəd, 500 AZN, (Çexiya), bronz vaza, 1 ədəd, 400 AZN, (Çexiya), bakallar, 24 ədəd, 1500 AZN, (Çexiya), xrustal stəkanlar, 12 ədəd, 1500 AZN, (Çexiya), mətbəx: mətbəx mebel dəsti - televizor, 650 AZN, (Yaponiya), Sony, soyuducu, 2 ədəd, 1700 AZN, (İtaliya), ariston, qaz peçi 1100 AZN, (İtaliya) PHQ4İMSTVGH, aspirator, 1600 AZN, HKQVQK/HA, kondisoner, 12000 AZN, (Yaponiya), BTU, qabyuyan maşın, 1100 AZN, (İtaliya) LFT-M-28, mikro dalğalı soba, 1050 AZN, (İtaliya), SMV242XA, duxovka, 1400 AZN, (İtaliya), pərdə, 2200 AZN, (İtaliya), stol (masa), 1 ədəd, 750 AZN, (Çin), stullar, 6 ədəd, 1500 AZN, (Çin), təkərli araba, 1 ədəd, 1850 AZN (İtaliya), ütü altı, 450 AZN, (Türkiyə), pərdələr 1500 AZN, ət maşını, 450 AZN, (İtaliya), National, Smistitel+Moyka , 320+450 AZN, (İtaliya), yataq dəsti: şifoner, 2500 AZN, (İtaliya), çarpayı, 3500 AZN, (İtaliya), Ataman, 1500 AZN, (İtaliya), tumboçkalar, 2 ədəd, 1650 AZN, (İtaliya), turmo, 1 ədəd, 2500 AZN, (İtaliya), kondisioner, Mitsubishi, 1200 AZN, (Yaponiya), pərdə, 1800 AZN, (İtaliya), aksessuarlar, 800 AZN, (İtaliya), tərəzi, 180 AZN, (İtaliya), çilçıraq 5500 AZN, (İtaliya), veşilka (asılqan) 350 AZN, (İtaliya), televizor 650 AZN, (Yaponiya), Sony, qarderob: mebel, 7500 AZN, (Türkiyə), yazı masası, 650 AZN, (Türkiyə), Ataman, 2050 AZN, (Türkiyə), paltarlar, ayaqqabılar, blok şkaf, qab-qacaq, 2100 AZN, dəhliz: çilçıraq, 1 ədəd, 950 AZN, (İtaliya), mebel-Şkaf 2500 AZN, (Türkiyə), aksessuarlar, 1500 AZN, güzgü 450 AZN, (Türkiyə), paltar yuyan maşın, 110 AZN, (İtaliya), Ariston, kamera, 1800 AZN, UK, tumbo, 600 AZN, uşaq yataq otağı: çarpayı, (Çin) istehsalı, kamot, (Çin), masa, (Çin), stul, (Çin), çilçıraq, (Çin), pərdələr, 850 AZN, (İtaliya), azyaşlı uşaq çarpayısı, 1 ədəd, (Çin) istehsalı) cavabdehdən alınıb iddiaçıya qaytarılması, həmin cehiz əmlakları olmadıqda və istifadəyə yararsız olduğu halda bazar dəyərinin cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, İddiaçı Abduləhməd qızına məxsus olan və Bakı şəhəri, Xətai rayonu, 1131 məhəllə, Babək prospekti, ev 10 C, mənzil 24-də yerləşən cehiz əşyalarının cavabdehlər Cavabdeh və X1 alınıb iddiaçıya qaytarılması, həmin cehiz əmlaklar olmadıqda və istifadəyə yararsız olduğu halda bazar dəyərinin tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh və X3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh birgə nikaha daxil olaraq ailə qurmuşlar və iddiaçı cavabdehə məxsus mənzilə köçmüş, birgə nikahlarından iki uşaqları anadan olmuş, ailə münasibətləri pozulduqdan sonra iddiaçı həmin mənzili tərk etmişdir. Hazırda iddiaçı ona məxsus cehiz əşyalarını cavabdehdən tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iclasında iddia ərizəsində göstərilən əmlakların bir qismi Cavabdeh saxlancında olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qalan cehiz əşyalarının cavabdehlərdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməli və Cavabdeh iddiaçıya məxsus böyük bakal- 14 ədəd – 875 manat, boşqab 3 ölçüdə -36 ədəd, boşqab 3 ölçüdə - 48 ədəd, qaşıq -12 ədəd, stəkan – 10 ədəd-1250 manat, şam qabı (qızılı zərli)-2 ədəd-500 manat, saat (qara)-1 ədəd-600 manat, süfrələr – 3 ədəd, vaza güllü (Versace)-2 ədəd-2500 manat, buludlar (Versace)-3 ədəd - 1900 manat, kül qabı (Versace)-2 ədəd-1800 manat, vaza qara (Versace)-1 ədəd -800 manat olan cehiz əşyaları alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə və digər cavabdeh X2 münasibətdə təmin edilməməli, ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun 40 (qırx) manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan 35 (otuz beş) manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh q̇arşı "cehiz əmlakların tələbi"nə dair iddiası qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus böyük bakal-14 ədəd – 875 manat, boşqab 3 ölçüdə - 36 ədəd, boşqab 3 ölçüdə - 48 ədəd, qaşıq -12 ədəd, stəkan – 10 ədəd-1250 manat, şam qabı (qızılı zərli)-2 ədəd-500 manat, saat (qara)-1 ədəd-600 manat, süfrələr – 3 ədəd, vaza güllü (Versace)-2 ədəd-2500 manat, buludlar (Versace)-3 ədəd - 1900 manat, kül qabı (Versace)-2 ədəd-1800 manat, vaza qara (Versace)-1 ədəd -800 manat olan cehiz əşyaları alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə və digər cavabdeh X2 münasibətdə təmin edilməsin. Ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun 40 (qırx) manatı cavabdehdən alınaraq iddiaçıya verilsin, qalan 35 (otuz beş) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3506/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3506/2022
22.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver